Ardını oxu...
Xalq artisti Nürəddin Mehdixanlı vəsiyyətini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, dəfn olunması ilə bağlı vəsiyyət edib:

"Heç vaxt heç kimdən minnət götürmədim. Evdə vəsiyyət etmişəm ki, öldüyüm gün məni götürüb birbaşa kəndimizə aparın. Orada atamın yanında yer var, orda dəfn edin. Mən ancaq ata və anamın yanında rahatlıq tapa bilərəm".
 

Ardını oxu...
Dia-az.info olaraq bütün Azərbaycan xalqını Qodu-Qodu Bayramı münasibətilə təbrik edirik.

Uca Tanrıdan hər bir Azərbaycan türkünə ailə sevinc, işində uğurlar, qayğısız həyat arzulayırıq.

Bu yeni ilimizdə Tanrı bizlərə Qərbi Zəngəzur başda olmaqla digər itiklərimizi işğaldan azad etmə fürsəti tanısın.

Bayramınız mübarək!!!
Ardını oxu...
AzTV-nin “Qızıl Fond”u 1960-cı illərə məxsus görüntülər yayımlayıb.

Kadrlarda Novruz şənliyi zamanı korifeylərin yer aldığı maraqlı səhnəciklər nümayiş olunub.

Həmin görüntüləri təqdim edirik:

 
 
 

Hakimiyyət payızda gözlənilən nəhəng beynəlxalq tədbirləri nəzərə alaraq, iyunda parlament seçkilərinə gedə bilər; xalq ilk dəfə bir ildə üç dəfə sandıq başında seçim edəcək - mütəxəssislər və siyasi qüvvələr isə deyirlər ki...

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. “Yeni Müsavat” qeyd edir ki, növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı isə indiyə qədər mətbuatda müxtəlif versiyalar səsləndirilib. Lakin heç bir rəsmi rəy bildirilməyib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabrında keçirilməli idi, lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir. Bu mövzuda Azpolitika.info-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, növbəti parlament seçkiləri 2024-cü ilin noyabrı deyil, iyununda keçiriləcək. Bunun səbəbi ölkəmizi bu ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Həmçinin Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş, yormuş olardı. Böyük beynəlxalq tədbir deyərkən, əlbəttə ki, noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 nəzərdə tutulur. Bu tədbir öz əhəmiyyəti və kütləviliyi ilə xüsusi seçilir. COP29-a dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir. Gələn qonaqlar arasında çoxlu sayda hökumət və dövlət başçıları olacaq. Yəni bu beynəlxalq tədbirin əhəmiyyətini kiçiltmək mümkün deyil və onun təhlükəsizliyi də daxil olmaqla, təşkilatçılıq işləri kifayət qədər böyük vaxt, əmək və resurslar tələb edəcək. Onu da qeyd edək ki, ölkəmizdə keçiriləcək kütləvi beynəlxalq tədbirlər COP29-la məhdudlaşmır, sentyabrda "Formula-1" yarışı da keçiriləcək. Şübhəsiz ki, bu tədbir də ciddi hazırlıq, təşkilat işləri tələb edir.

Bütün yuxarıda qeyd edilənlər nəzərə alınaraq, parlament seçkilərinin noyabrda keçirilməsi məqbul sayılmır. Ona görə də seçkinin daha əvvələ - iyuna təyin ediləcəyi gözlənilir. Mənbələr qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir. Konstitusiyanın 98-ci maddəsində də Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır. Bundan başqa, konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisi buraxır.

Daha dəqiq desək, konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq. Kəsəsi, beynəlxalq tədbirlər, o cümlədən dekabrda bələdiyyə seçkilərinin olacağı nəzərə alınaraq, bu ilin iyununda parlamentə növbəti seçkilərin keçiriləcəyi istisna edilmir. Bununla da Azərbaycanda bir ildə üç seçki keçirilmiş olacaq. Yada salmaq yerinə düşər ki, fevralın 7-də prezident seçkisi olub. Yəni bir il ərzində ilk dəfə bütöv Azərbaycanda həm prezident, həm parlament, həm bələdiyyə seçkiləri keçirmiş olur. Bəs mütəxəssislər necə qiymətləndirirlər: hakimiyyət payızda gözlənilən toplantılar səbəbindən seçkiləri iyunda keçirə bilərmi, budəfəki MM seçkiləri nə ilə fərqlənəcək?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin bu məsələdə öz yanaşmaları var. Partiya rəsmisinin “Yeni Müsavat”a bildirdiyinə görə, qanunvericilik və konstitusiyaya baxsaq, bəli, noyabrın ilk bazar günü Milli Məclisə seçkilər keçirilməlidir: “Ondan gec ola bilməz, lakin ondan tez mümkündür. Ona görə hakimiyyətin seçkiləri əvvələ çəkəcəyini istisna etmirəm. Sadəcə, bir ehtimal ondan ibarətdir ki, çoxdan gözlənilən konstitusiya islahatları aparılarsa, o zaman keçici maddə kimi seçkiləri gələn ilin fevralına saxlamaq da mümkündür. Yəni o mətnin dəyişdirilməsi və seçki müddətində gələn ilə saxlanması istisna deyil. Amma bunun üçün referendum olmalıdır”.

N.Cəfərli hesab edir ki, əgər referendum olmayacaqsa, o zaman bu konstitusiya tələb edir ki, parlament seçkiləri bu il keçirilsin: “Sizin də qeyd etdiyiniz beynəlxalq tədbirləri nəzərə alsaq, o halda, iyun-iyul ayları seçkilər üçün daha məntiqli dövrdür. Ancaq zaman da azalır, martı başa vurmaqdayıq, qarşıda aprel-may ayları qalır. Digər tərəfdən, bundan əvvəl də parlament seçkiləri növbədənkənar keçirilmişdi. Həmin Milli Məclisin buraxılması dövrlə ayaqlaşa bilməməsi, qüsurları ilə əlaqələndirilmişdi. İndi də parlament seçkiləri önə çəkilsə, ən azı 6-7 ay tez baş tutsa, növbədənkənar keçirilmiş sayılacaq. Bəs, iqtidar bu dəfə erkən keçirilməsini necə izah edəcək? Çünki Milli Məclisə seçkilərin ard-arda növbədənkənar keçirilməsi, Milli Məclisin buraxılması qanunverici orqanın reputasiyasına da, iqtidar üçün də yaxşı görünməz. Ona görə, zənnimcə, konstitusiya islahatları aparılması labüddür. Ölkənin qanunvericiliyində dəyişikliklər olmasa yeni vizion yaratmaq çətindir”. REAL rəsmisinin sözlərinə görə, əgər konstitusiya dəyişiklikləri olarsa, bunu müxalifət qüvvələri də dəstəkləyə bilər.

Prezidentliyə keçmiş namizəd Fuad Əliyevin sözlərinə görə, noyabrdan əvvəl seçkilər keçirilməsi vaxtla izah oluna bilər: “Təbii ki, hətta bir həftə tez keçirilməsi belə növbədənkənar seçki adlanacaq. Amma məsələyə bu aspektdən yanaşmaq da doğru olmaz. Milli Məclisin buraxılması noyabrda keçiriləcək mötəbər tədbirlə əlaqələndirilə bilər ki, zaman azdır, bir az irəli də çəkməsək, onda qanunvericiliyi pozmuş olarıq. İndi hansı daha yaxşıdır? 5-6 ay əvvəl seçki keçirmək, yoxsa konstitusiyaya zidd addım atıb gələn ilə saxlamaq? Hər halda, birincidə heç bir konstitusiya pozuntusu olmayacaq. Yalnız bir şərtlə gələn il ola bilər ki, parlament noyabrın ilk bazar gününə qədər özünü buraxır, yeni seçki təyin olunur, lakin keçirilməsi 2025-in fevralında baş tutur. Ancaq burada da yenə problem meydana çıxır. Ona görə, fikrimcə, bu ilin iyununda, yaxud avqust-sentyabr arasında seçki keçirilə bilər. Çünki COP29 hələ noyabrda olacaq. Amma Türkiyə nümunəsi də var - eyni gündə, yəni dekabrın 23-də xalq bələdiyyələrə üzvləri də, parlamentə yeni deputatları da seçə bilər”. F.Əliyev parlament seçkilərində iştirak etmək niyyətindədir: “İlk dəfə azad edilən ərazilərdə həm də deputatlığa seçkilər olacaq. Biz Zəfər parlamentinin seçkilərini keçirməliyik. Düşünürəm ki, fərqli bir Milli Məclis və tərkib görəcəyik. Amma iyunla bağlı qəti fikir bildirmək çətindir, çünki ictimai rəyə bununla bağlı hər hansı informasiyalar ötürülmür".

“Yeni Müsavat”
 
Ardını oxu...
Xalq artisti Gülyanaq Məmmədova Amerikaya yollanıb.

Olay.az xəbər verir ki, sənətçi alış-veriş mərkəzində pianoda ifa edən əcnəbiyə qoşularaq muğam oxuyub. Onun bu anlarını aparıcı-prodüser Tarix Əliyev yayımlayıb.

Qeyd edək ki, ifaçının sözügedən ölkəyə səfərinin səbəbi Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirdir.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Bu yaxınlarda tanınmış jurnalist Janna Nemtsova mərhum atasından danışarkən oliqarxlar Berezovski və Qusinskinin sahibi olduqları ORT (indiki “Pervı” telekanalı) və NTV telekanallarının Boris Nemtsova qarşı apardıqları “qara piar”dan danışdı. Saxta reportajların Yeltsinin varisliyinə namizəd olan atasının nüfuzuna zərbə endirdiyini xatırlatdı. Sonra nə oldu? Berezovski Londonda özünü “asdı”, Qusinski ölkədən qaçmalı oldu, jurnalist Yevgeni Kiselyov həmin reportajlara görə Boris Nemtsovdan üzr istədi. Amma bunun heç kimə faydası olmadı…

Bu, medianın yaradıcılıqdan və peşəkarlıqdan kənar şəxslərin əlinə düşməsinin böyük fəlakətlərə səbəb olduğunun kiçik nümunəsidir.

Zəngin ədəbi və mədəni irsimizə qısa nəzər salmaq bunün üçün kifayət edir. Təsəvvür edin ki, Mirzə Çəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin və digər dühaların yeri bomboş qalıb. Üstəlik, bu yeri istər doğma, istərsə də əcnəbi dildə doğru-dürüst danışa bilməyən, yazı yaza bilməyən, indiyədək öz ad-soyadını kiril əlifbası ilə təqdim edən biri olan Şakir Eminbəyli doldurmağa cəhd edir.

Sön dövrdə onu hər yerdə görürsən. İndi də İctimai Televiziyada peyda olub. Düzü, keyfiyyətsizliyi baxımından yerli serialları izləmədiyimizdən İctimai Televiziyanın “Gündəlik” serialından, onun layihə rəhbərinin Şakir Eminbəylinin olmasından xəbərimiz yox idi.

Güman etmək olardı ki, intriqanı artırmaq və maraq doğurmaq məqsədilə serialın kiçik fraqmenti İTV-nin efirində yayımlandı. Bu addımı atanlar həmin fraqmentin qələm əhli arasında böyük etiraza səbəb olacağını hesablamamışdılar. Hər şey əksinə oldu. Təzə-təzə ayağa qalxmağa başlayan, ictimaiyyətin nəzərində özünü dürüst, qərəzsiz aparmağa çalışan İTV-nin nüfuzuna böyük zərbə vuruldu. Sən demə, məktəbdə baş verən cümlə fəlakətlərə bais təhsil sistemindəki çatışmazlıqlar deyil, imla yaza bilməyən, “sensasiya” axtaran, icra başçısı və ya digər məmurlarla yüksək tonla danışa bilməyən, amma məktəbə gələndə şirə-pələngə çevrilən jurnalistlər imiş…

Layihənin rəhbərinin elm və təhsil naziri Emin Əmrullayevə yaxınlığı ilə seçilən, özünü “media meneceri” adlandıran, Gəncə hadisələri zamanı ANS-in əməkdaşı kimi tank üstündən “səsi” gələn, Aztv-nin keçmiş baş prodüsseri, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi, hazırda isə “Turan.media” şirkətində CEO (icraşı direktor) olan Şakir Eminbəylinin olduğu aydınlaşanda bütün daşlar yerinə oturdu.

Emin Əmrullayev təhsil naziri təyin olunan kimi “Yeni təhsil naziri Emin Əmrullayev ailə üzvləri ilə birlikdə” adlı ilk reportajı, sizcə, kim hazırladı? Əlbəttə ki, Şakir Eminbəyli. Yəqin “dost dosta tən gərək” prinsipinə riayət edən Şakir Eminbəyli nazirin fəaliyyətinə tənqidi yanaşan, mətbuat konfranslarında onunla mübahisə edən jurnalistlərdən “intiqam” aldığını düşünür. Ya da hesab edir ki, rəqs qabiliyyətini nümayiş etdirməyi bacaran, amma fəlakətli hadisələr törədiləndə məktəblərdə üzünü görmədiyimiz naziri belə müdafiə etmək caizdir.

Amma Şakir Eminbəyli unudub ki, video epizoddakı jurnalistin prototipinə daha çox özü bənzəyir. İnanmırsınız, Şakir Eminbəylinin statusuna baxın. Onu olduğu kimi təqdim edirik:

“Gündəlik” serialının gündəm olacağına bu layihənin ideyasını düşünsən andan əmin idim! Kütlənin, toplumun kəmsavadlığını da nəzərə almışdıq!

Amma, nə biləydim ki, ölkə mətbuatının başında duranlar belə, içi filankəslər olmaqla, Ustad Mir Shahin demişkən: “Hətta intellektinə, dünyagörüşünə hörmət etdiyim şəxslər belə bu xəstəliyə yoluxmaqdadır. Bədii təxəyyül məhsulunun üzərinə özünü ağıllı, yuxarı səviyyəli sayanların belə-radikalcasına gedişi sadəcə anormallıqdır”.

Ağıllılar və ağıllı görünmək istəyənlər! Əlyazmalar yanmır, ələxsus də “screenshot” lar….

Necə deyərlər, get imla yaz, Şakir Eminbəyli!

KONKRET.az-ın Analitik Qrupu
 
Ardını oxu...
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.
 
 
 
Ardını oxu...
Tanınmış aparıcı Zamirə Dadaşova ilə keçmiş iş yeri Space Tv arasındakı problem yenidən gündəmə gəlib.

Moderator.az xəbər verir ki, aparıcı öz sosial şəbəkəsində bu barədə belə yazıb:

"Mövzu yenə Space tv. Sona qədər oxuyun, lütfən. Fevralın 21 -də Yasamal rayon məhkəməsinin mənim işə bərpa və əmək haqqımın ödənilməsi ilə bağlı qərarı Spacenin məsul əməkdaşına təqdim olunsa da, məhkəmənin qərarı hələ də icra olunmur. Spacedən gah zəng etdilər gəlin ərizə yazın işə bərpayla bağlı ( qanundan bixəbərdiləree bixəbər) , gah dedilər əmək müfəttişliyinə müraciət etmişik iyul ayında verilən yanlış qərarı ləğv etsinlər, gahları bitmir ki, bitmir… görəsən bir dəfə də olsun dillərinə gətirməsələr də beyinlərində kaş ki, deyirlərmi? Vəkilim Sadiq Rəsulov əgər birinci günə kimi məhkəmənin qərarının heç olmasa bir hissəsini icra etməsələr ərizə ilə Ədliyyə Naziri Fərid Əhmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova və Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyliyə müraciət edəcəyimizin qacılmaz olduğunu bildirdi. Və bu gün biz artıq ərizəylə yuxarıda qeyd etdiyim instansiyalara müraciət etdim. Məcburi icra tədbirlərinə başlanılmasını və eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinin tələbinə əsasən borclu “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin icra sənədini qərəzli olaraq icra etmədiyinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etdim.

Vado Karovin işə bərpa ilə yanaşı mənə təxminən 11000 manat məbləğində maaş ödəməlidir. Anlayıram çətindir sizə bu məbləği ödəmək. İşdən çıxaranda qanunsuzluqlara yol verdiz nəticə göz önündədir. Heç olmasa indi Azərbaycan Respulikasının qanunlarına riayət edin! Mənə ödəməli olduğunuz məbləğ bir tərəfə cərimələr ödəyə ödəyə hara qədər gedəcəksiz? Əmək müfəttişliyi cərimələdi indi də Məhkəmənin qanunu qüvvəyə minən qərarını icra etmədiyinizə görə inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Sadəcə insanlıq naminə deyirəm, xəbəriniz olsun. Çünki ətrafınızda olan insanlar qanunları bilmirlər. Bu da məndən Sizə bir yaxşılıq olsun!".
 

Ardını oxu...
“Sosial şəbəkələrdə reytinq xatirinə sənətkarlarımızdan istifadə etmək olmaz. Özü də onlar elə-belə sənətkar olmayıblar. Onlar belə edəndən sonra gələcək nəsil nə etməlidir?! Biz özümüzünkünə dəyər verə bilmirik. Ona görə də bir əcnəbi ordan çıxıb, sənətkarımızı lağa qoyub, paylaşım edir. Bir də görürsən ki, indiki gənc müğənni ilə o vaxtın xanəndəsinin görüntülərini yanaşı paylaşıb fərqləndirirlər. Hər kəsin öz yeri var, amma o sənətkarlardan bir də olmayacaq. Bunu dərk etmək lazımdır. Bəzi gənclərimiz var ki, həddindən artıq özlərindən razıdır. Əlbəttə ki, bu hamıya aid deyil. Görmürlər, görmürlər birdən görəndə, bolluğa, pulun içinə düşəndə özləri-özlərini tanımırlar. Mən bu günki gündə də özümdən böyük sənətkar görəndə ayağa qalxıram, özüm ona salam verirəm. Heç bəlkə də o sənətkar məni sevmir, amma ona hörmət etmək mənim borcumdur. Gənclərin bir çoxunda bu dəyərlər itib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.

“Gənclərə yer verməyimin üstündə sənət yoldaşlarım tərəfindən qınaqa məruz qalıram. Dəstək olduqlarım heç öz tələbələrim də deyil. Çəkdiyim əziyyətləri istəmirəm ki, onlar da yaşasın. Vaxt olub ki, səhnəyə çıxmışam, mikrofon verməyiblər ki, mahnı oxuyum. Əlimdə mikrofon olanda mənə vaxt qalmayıb. Çox incimişəm! Düzdür sınmamışam. Daxilimdə əziyyət çəkmişəm. Elə günü bu gün də efirlərdə mikrofon üstündə dava düşür” deyə xanəndə bildirib.

Əməkdar artist efir vasitəsilə insanları qınayan məşhurlardan da danışıb.

“Böyük sənətkarımız Rasim Balayev bu günlərdə bir müsahibə verib demişdi ki, əxlaqı olmayan, əxlaqdan danışır. Bu dəqiqə efirdəki məşhurlar kimdə nə yoxdursa ondan danışır. Biz sənət adamları heç kimin şəxsi məsələlərinə qarışmamalıyıq, nə də ki, efirdən kiməsə məsləhət verməliyik. Tövsiyyəni kənarda da vermək olar, şərt o deyil kamera qarşısında kimisə təhqir edəsən. Müğənni özünü ucuzlaşdırmamalıdır. Şəxsiyyəti olan sənətkar heç vaxt efir vasitəsilə kiməsə tərbiyə vermir. Efirdən kiməsə tərbiyə, məsləhət verənlər birinci özlərini tərbiyələndirməlidir. Heç kim günahsız deyil. Həyat ağ və qara zolaqlardan ibarətdir. Bizlərə də tövsiyyə ediblər, amma efirdən kənar” deyə sənətçi bildirib.
Ardını oxu...
Novruz qədim Turan bayramıdır

Novruz bayramı barədə yazılmış ilkin məlumatlara Əbu Reyhan Biruni (973-1048), Ömər Xəyyam (1045-1131), Firdovsi (935-1020), Nizamül-Mülk kimi müəlliflərin əsərlərində rast gəlinir. Ancaq bu müəlliflər də öz məlumatlarını xalq arasında yayılmış əfsanə və rəvayətlər əsasında yazdıqlarına görə Novruz barədə onların söylədikləri də mifoloji səciyyə daşıyır.

Məsələn, Əbu Reyhan Biruni yazır: “Bir fars alimi deyir ki, bu günün “Novruz” adlandırılmasının səbəbi budur ki, Cəmşid şah olandan sonra muğların dinini yenidən bərpa etdi və bu hadisənin baş verdiyi günü insanlar “Novruz” (“Yeni gün”) adlandırmışlar... Bəziləri isə deyirlər ki, Cəmşid müxtəlif yerlərə səyahət etməyi xoşlayırdı. O, Azərbaycana getmək istəyəndə qızıl taxta oturdu və insanlar onu öz çiyinlərində apardılar. Günəş şüaları Cəmşidin üzərinə düşəndə insanlar onu görüb, heyran oldular və həmin günü bayram elan etdilər”.

Cəmşidlə bağlı bu əfsanə Novruz barədə yazan sonrakı müəlliflərin əsərlərində də təkrar olunur. Biruni həmçinin yazır ki, Novruz bayramına əvvəllər “Hörmüzd” (“Ahura Məzda” adının qısa formasıdır) bayramı deyilirmiş.

“Avesta”da “Novruz” adına rast gəlinmir. Strabon (e.ə. 64-cü il – b.e. 24-cü ili) isə özünün məşhur “Coğrafiya” əsərində bu bayramı Turan ərazisində keçirilən atəşpərəstlik bayramı kimi səciyyələndirir: “Ən qədim zamanlardan bu günə qədər Mesopotamiyada (Amu-Dərya və Sır-Dərya çayları arasında) yerli sakinlər bu gündə atəşkədələrə toplanırlar. Bu, ən mötəbər bayramdır və bayram vaxtı satıcılar öz mağazalarını bağlayır, sənətkarlar öz işlərini dayandırır, hamı şənlənir, atəşin toxunduğu yemək və içkilərlə bir-birini qonaq edirlər”.

Strabon öz əsərində İranla bağlı da məlumatlar verir. Ancaq o, bu bayramın İranda da qeyd edilməsi barədə heç nə yazmır. Bu isə, aşağıda görəcəyimiz kimi, onunla bağlıdır ki, o zamana qədər və ondan üç əsr sonra da bu bayram İranda keçirilmirdi. Bəs bayram İranda nə zaman və necə yayılmışdır?

Günəş kultu ilə bağlı olan və yerdəki atəşi Günəşin təcəssümü hesab edən bu bayram hələ Zərdüştün dövründən əvvəl də Turanda mövcud olmuşdur. Turan anlayışı isə o zaman təkcə Orta Asiyanı deyil, Cənubi Sibiri də ehtiva edirdi. Burada Altay, Ural və hind-Avropa dillərində danışan çoxlu xalq və tayfa yaşayırdı. Ancaq e.ə. VII-IV əsrlərdə burada aparıcı rol saklara məxsus idi. Sak tayfa birlikləri içərisində isə hegemonluq turlara mənsub olmuşdur. Onlar turu (“Avesta”da bu sözün qədim forması “tura” şəklində yazılıbdır), yəni vəhşi çöl buğasını özlərinin totemik əcdadı hesab edirdilər. Ancaq bu əcdad kultu sonralar baş tanrı statusuna qədər yüksəlmişdir. “Turan” (turlar) adının özü də bu əcdad kultundan törəmişdir. Turanla bağlı çoxlu adlar Cənubi Sibirdə indi də saxlanılmaqdadır. Məsələn, Tuva respublikasının şimal-qərb hissəsində Turan çölü, Turan çayı və Turan şəhəri vardır. Firdovsinin məlumatına əsasən Turanın paytaxtı Kən-xa (Kən qalası) adlanırdı. Krasnoyarsk vilayətinin cənubunda Kən çölü, Kən çayı və Kansk şəhəri yerləşir. “Avesta”da Zərdüştün vətəninin coğrafiyası haqqında danışılan hissələrdə adı çəkilən çay, dağ və göl adlarının çoxuna da burada rast gəlmək mümkündür. Arxeoloji məlumatlar da göstərir ki, bu ərazilər e.ə. VII-IV əsrlərdə sak mədəniyyətinin ən güclü mərkəzlərindən biri olubdur.

A.İ.Martınov “Arxeologiya” adlı kitabında yazır: “Skif dövründə Avrasiya çöllərində yerli kultlarla yanaşı qədim əsaslara söykənən ümumi skif-Sibir kultları da formalaşmışdır: əcdad, heyvan, Günəş, bitki kultları, bir qədər sonra, e.ə. VI əsrdən isə od (atəş) kultu. Onlar dünya, kainat, xeyir və şər ideyalarının mübarizəsi, Günəşin ilahiləşdirilməsi kimi təsəvvürləri əks etdirirdilər”.

Zərdüştün özü də etnik mənşə baxımından sak idi. O, öz həmyerlilərinin dini inanclarında islahatlar aparmaq istəyirdi. Həmyerliləri isə Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Cənubi Sibirdən qovurlar. On il ərzində sərgərdan halda gəzdikdən sonra o, indiki Əfqanıstan ərazisinə gəlir. O zaman fars Həxamənişi dövlətinin buradakı canişini Viştapsa (I Daranın atası) onun təlimini qəbul edir. Dara atasının qəbul etdiyi dini bütün İranda yaymaq istəyir, ancaq yeni din yalnız saray çərçivəsində qəbul edilir. Xalq isə özünün bütpərəst Mitra (Mehr) dininə sadiq qalır. I Daranın ölümündən sonra isə zərdüştilik saray mühitindən də silinir. O zaman Azərbaycan muğları fars işğalına qarşı iki dəfə üsyan qaldırdığına görə I Dara onların dinini qadağan etmişdi. Zərdüştün təlimini Azərbaycanda təbliğ etmək üçün Dara Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspanı (daha sonrakı mənbələrdə Cəmşid adlanır) Azərbaycana göndərir və buradakı muğlar zərdüştiliyi qəbul etməyə razılaşırlar. Farslar özləri isə bu təlimi təqribən min il sonra – Sasanilər dövründə (III-VII əsrlər) qəbul etməyə məcbur olurlar. Çünki Sasanilərin düşməni olan qonşu Bizansda xristian dini artıq rəsmi dövlət dini kimi qəbul edilmişdi və bu din İranda da yayılırdı. İran xristianları isə daima özlərinin Bizansdakı din qardaşlarına kömək edir və onların xeyrinə casusluqla məşğul olurdular. Ona görə də sasanilər də “kitabı” olan başqa bir dini qəbul etmək qərarına gəldilər. Ancaq bu zaman farslar özlərinin qədim Mitra dininin ayinlərini də “Avesta”ya daxil etdilər.

Zərdüştiliyin yaranış təliminə əsasən xeyir tanrısı Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: səma, su, torpaq, bitki, buğa, insan və atəş. Şər tanrısı Əhrimən isə Ahura Məzdanın yaratdığı işıqlı dünyanı məhv etmək istəyir. Bu ünsürləri qorumaq üçün Ahura Məzda altı qoruyucu mələk də yaradır, atəşin qoruyucusu isə özü olur.

Zərdüştün təlimində il iki fəsildən – yay və qış fəsillərindən ibarət idi. Yay 21 mart tarixindən payız gecə-gündüz bərabərliyinə (22 sentyabr) qədər davam edirdi. 22 sentyabrdan növbəti Novruza qədər isə qış hesab edilirdi. Zərdüştün təliminə əsasən, yay xeyir qüvvələrin, qış isə şər qüvvələrin üstünlüyü ilə keçirdi. 21 dekabrdan (qış gündönümündən, yəni ən uzun gecə olan Yəlda gecəsindən) şər qüvvələr daha da azğınlaşmağa başlayırlar. Soyuqdan, xəstəliklərdən və aclıqdan əziyyət çəkən insanlar fevralın ortalarından başlayaraq hər çərşənbə günü bir qoruyucu mələyə və öz əcdadlarının ruhlarına müraciət edərək, onları köməyə çağırırlar. Nəhayət, axır çərşənbə axşamı mələklər və ruhlar “gəlib çıxırlar”. Onları yaxşı qarşılamaq üçün bir neçə gün əvvəldən evlər, həyətlər təmizlənir və bayram sovqatları hazırlanır. Axşam qaranlıq düşəndə evlərin damlarında və hündür yerlərdə tonqal qalayıb, tonqalların üstündən tullanırlar ki, ruhlar öz evlərini və qohumlarını tanıyıb, evlərinə tez çatsınlar. Ruhlar “gəlib çıxandan” sonra isə qonaqlıq başlanır. Ruhlar da qapı və bacalardan torba atırlar ki, onların yemək paylarını da versinlər. Səhəri gündən isə xeyir və şər qüvvələr arasında mübarizə başlanır və bu mübarizəni əks etdirən müxtəlif tamaşalar təşkil edilirdi (“Kosa və keçəl” və s.). Nəhayət, 21 mart tarixində xeyir qüvvələr qalib gəlirlər və həmin gün bayram edilir.

Bütün bu sistemi qədim turanlıların varislərindən olan çuvaşların Tura bayramında da görmək mümkündür. Çuvaşlar xristian dinini xeyli gec, yəni 18-ci əsrin ortalarında qəbul etdiklərinə görə qədim bütpərəst inanc və adətləri onlarda güclü şəkildə saxlanılıbdır. Hətta indi də xristianlığı qəbul etməyərək, öz qədim əcdadlarının adət-ənənələrini davam etdirən çoxlu çuvaş kəndləri vardır.

A.A.Volkova Tura bayramı haqqında belə yazır: “Çuvaşların bayramları sırasında Günəşə, Tura tanrısına və əcdadlara qurbankəsmə bayramı xüsusi yer tutur. Bu bayram mart ayında keçirilir və bir neçə gün davam edir. Çuvaşlar oda, suya, Günəşə, torpağa ehtiram göstərir və baş tanrı Silt Tura başda olmaqla xeyir tanrılarına və ruhlarına inanırdılar”.

Vaxtilə Turan ərazisində yaşamış bir sıra digər xalqların (şorslar, başqurdlar, evenklər və b.) qədim təqvimində də mart ayının ortalarından aprel ayının ortalarına qədər olan müddətə “Turan ayı” deyilir. Qədim çuvaş inanclarına əsasən, dünyanı Tura tanrısı yaradıbdır və xeyir qüvvələrə də o başçılıq edir. Çuvaşların da əsas bayramlarının hamısı astronomik hadisələrlə (yazda və payızda gecə-gündüz bərabərlikləri, ən uzun gecə, ən uzun gündüz və s.) bağlıdır. Onların qədim təqvimində də il iki fəslə – yay və qış fəsillərinə bölünür. Bizdə Axır çərşənbədən əvvəl evlər, həyətlər və ölmüş qohumların qəbirləri sahmana salındığı, “qara bayram” keçirildiyi kimi, çuvaşlar da mart ayının 14-dən 20-nə qədər olan günlərdə ölmüş qohumlarının qəbirlərini ziyarət edir, qəbir üstündə şam yandırır, əcdadların ruhuna qurbanlar kəsir, martın 21-ni isə yeni ilin başlanğıcı hesab edirlər. 21 mart gününü çuvaşlar “Mən-kün” (“Böyük gün”) adlandırırlar və bu gündən başlanan bayram 10 gün davam edir. İnsanlar yaxın adamlarının evlərinə qonaq gedir, bir-birlərinə hədiyyələr bağışlayır və Tura tanrısının şərəfinə müxtəlif mərasimlər keçirirlər. Sonda şər qüvvələrin qovulması ilə bayram başa çatır (bu barədə ətraflı bax: Чувашские праздники и обряды, http://www.chgign.ru>public12...).

Bütün bu deyilənlər göstərir ki, Novruz bayramının mahiyyəti və əsas mərasimləri Zərdüştün təlimindən əvvəl də qədim Turanda mövcud olmuşdur. Ancaq o zaman bu mərasimlər “Tura bayramı” adı altında keçirilirmiş. Zərdüşt isə bu bayrama “Ahura Məzda” adı vermiş, daha sonralar xalq dilində bu iki söz birləşərək, “Hörmüzd” forması almışdır. İslamın qəbulundan sonra isə digər dinə mənsub olan “Hörmüzd” (“Ahura Məzda”) adı dəyişdirilərək, “Novruz” (“Yeni gün”) adı ilə əvəz edilmişdir.

Kamil Hüseynoğlu,

Filologiya elmləri doktoru, professor
 
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovun ölüm ildönümü ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, aktyorun yer aldığı videonu yayımlayan müğənni bunları yazıb:

"Həyat yalnız xatirələrdə qalır. Bir də gördün ki, başının üstünü ayrılıq alır. Əmioğlu, səni dərin hüzn və kədərlə yad edirik".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.
 

Dünyapress TV

Xəbər lenti