Ardını oxu...
Teylor Svift-n ili artıq bitdimi? Hələ yox.

Spotify-ın yayım platformasında ən çox oynanan sənətçi olduğunu elan etməsindən bir həftə sonra Time jurnalı Svifti ilin adamı seçib.

Svift Barbie, King Charles III və OpenAI-nin baş icraçı direktoru Sem Altmanın da daxil olduğu doqquz finalçıdan ibarət qrupdan seçilib.

"Onun populyarlığı onilliklər ərzində artsa da, bu il 33 yaşlı Sviftin bir növ nüvə birləşməsinə nail olduğu ildir: tarixi güc enerjisini buraxmaqla sənət və ticarəti birləşdirdi", Time onun seçimi haqqında bildirib.

Onun ilinə vəhşicəsinə məşhur olan Eras Turu və konsert filmi, onun yenidən təsvir edilmiş “1989” albomunun buraxılışı və Kanzas Siti Başçılarının sıx sonu Travis Kelce ilə yaxından izlənilən münasibəti daxildir.

O, hətta kollec dərslərinin mövzusuna çevrilib.

Ukrayna prezidenti Volodimir Zelenski Time jurnalının 2022-ci ilin adamı seçilib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi rejissor Emil Quliyev Nizami Kino Mərkəzindən pulunu ala bilmədiyini, bu pulun qurumun işıq puluna ödənildiyini iddia edib. Ardınca bir sıra rejissor və prodüser onun dediklərində həqiqət olduğunu bildiriblər.

Musavat.com bildirir ki, bu barədə prodüser-rejissor Orxan Mərdan qeyd edib:

“Borclu borclunun sağlığını istəyər. Mənə də borcludurlar. Mən bağışladım, sən də bağışla. Məsələ odur ki, borcu istəməyə direktor yoxdur. Gün o gün olsun direktor təyin olunsun, onların borcu qədər direktora qonaqlıq verim”.

Qeyd edək ki, Kino Mərkəzinin mətbuat xidmətindən E. Quliyevin açıqlaması ilə bağlı qafqazinfo-ya bildirilib ki, ödənişin gecikdiyi doğrudur:

“Bu o demək deyil ki, ödəniş olunmayacaq. Hər şey müqavilə əsasındadır. Sözsüz ki, ödəniş olunacaq. Bu, Emil Quliyevin Nizami Kino Mərkəzində yayımlanan ilk filmi deyil. Daha əvvəlki bütün filmlər üçün ödəniliş edilib. İşıqpulu məsələsinə gəldikdə isə, kommunal borclar hər yerdə olur. Bu o demək deyil ki, filmdən gələn pulu işıqpuluna xərcləmişik”.
 
Ardını oxu...
Nizami Kino Mərkəzi məşhur kinorejissor Emil Quliyevə ödəniləcək vəsaiti kommunal borclara sərf edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu kinorejissor özü iddia edib.

O, təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatının baş tutduğunu xatırladıb.

E.Quliyev prokat dövrü ərzində müəyyən bir məbləğin yığıldığını, amma həmin vəsaiti ala bilmədiyini söyləyib.

"Pulumu almağa gedəndə mənə dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun", - o əlavə edib.
Ardını oxu...
Azərbaycan Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisi açılıb.

“Report” xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur.
Bunlar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bəzilərinin Şaha atdıqları "Şiəliyi Şah İsmayıl Azərbaycana gətirib" iftirasına gözəl cavab..Elxani Sultan Məhəmməd Xudabəndə (1278-1316)..Deməli Şiə məzhəbi Şahdan çox çox əvvələr Azərbaycanda mövcud olub...
Dünya tarixinə yenilməz orduları, uzun-uzadı apardıqları müharibələrlə düşən monqollar həm də bu cür gözəl abidələr yaradıblar. Xudabəndə türbəsi. Zəncan vilayətinin Sultaniyyə şəhərində yerləşən bu türbə əzəmətli quruluşu, daxili bəzəkləri və cəsarətli mühəndis quruluşuna görə Azərbaycanın orta əsrlər memarlığında çox mühüm əhəmiyyətə malik binadır. Öncə tarixə baxaq...
Hülakü xanın başçılığı ilə 1256-cı ildə monqollar Azərbaycana üçüncü dəfə yürüş edir. Azərbaycan və Bağdad ələ keçirilir. İşğal olunmuş ərazilərdə Hülakilər dövləti yaranır. Yeni yaran dövlətin mərkəzi Azərbaycan idi. Paytaxt əvvəl Marağa, sonra isə Təbriz olur. Bu vaxta qədər Monqol İmperiyasının canişini tərəfindən idarə olunan Azərbaycan artıq özü imperiya mərkəzinə çevrilir. Hülakilər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanır. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. İşğallar ölkənin iqtisadiyyatına ciddi ziyan vursa da, zamanla paytaxt şəhərlər Marağa və Təbrizdə iqtisadiyyat canlanır, digər şəhər və kəndlərdə yüksəliş və sabitlik dövrü başlayır.
Hülakilərə həm də Elxanilər dövləti deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. "Elxani" – El – İl – əyalət – vilayət xanıdır. Dövlətin çox böyük və sürətli ordusu vardı.
Elxani sultanı Ərğun xanın hökmranlıq çağından başlayaraq Elxanilərin tikdirdiyi binalar diqqəti cəlb edir. Ərğun xan Şərviyazda sonralar Sultaniyyə adlanan şəhərin və Təbrizin qərbində gözəl tikintilər olan şəhərciyin bünövrəsini qoyur. O bütpərəst olduğuna görə, tikdirdiyi binalar içərisində bütpərəstliyə dair məbədlər üstünlük təşkil edir.
Zəncan vilayətinin Turizm, Mədəniyyət və Əl İşləri İdarəsinin rəhbəri Yəhya Rəhmətinin sözlərinə görə, Sultan Məhəmməd Xudabəndənin dədəsi Ərğun şah monqol idi: “At monqollar üçün vacib idi. Onlar atın üstündə hərəkət edər, atın üstündə yaşayar, atın üstündə hücum edərdilər. Ərğun şah bu yerdə 1400 hektar çəmən görür. Həmin çəməndən 700 hektar hazırda durur. İstəyir atını burada otara. Ondan sonra buranı yavaş-yavaş Elxani paytaxtı edirlər. Elxanilər müsəlmanlaşaraq Monqol mərkəzi hakimiyyətindən uzaqlaşırlar. Gəlib burada müstəqil olurlar və buranı paytaxt edirlər”.
Ərğun xanın oğlu Sultan Mahmud Qazan xanın dövründə mərkəzi hakimiyyət güclənir, kənd təsərrüfatı, ticarət və sənətkarlıq, şəhərlər və şəhər həyatı dirçəlir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürür. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədərək, onların dəstəyini qazanır
Qazan xanın ölümündən sonra hakimiyyətə gələn Ulcaytu xan 1306-cı ildə paytaxtı Təbrizdən Sultaniyyə şəhərinə köçürür. Bu dövrdə o artıq müsəlmanlığı qəbul etmişdi.
“Monqollar yavaş-yavaş islama gəlir, bu dini qəbul edirlər. Onlardan biri də Məhəmməd Xudabəndədir. Sultan Məhəmməd Xudabəndə Ulcaytu xanın müsəlman adı imiş. Deyirlər ki, bu insanın bir neçə adı varmış. Onu monqol dilində Ulcaytu adında tanıyırdılar, məsihi dinində Nikolay adı ilə tanıyırdılar və müsəlmanlar isə Sultan Məhəmməd Xudabəndə deyirdilər”.
Şaman ailəsində doğulan Ulcaytu xan arvadının təsiri ilə xristianlığı qəbul edir. Sonradan müsəlman qadınla evlənərək sünni məzhəbinə tapınır və Məhəmməd adını götürür.
Şiə din alimi Əllamə Hillinin təsiri ilə şiəlik məzhəbinə keçən Xudabəndə 1309-cu ildə Əli bin Əbu Talibin məzarını ziyarət edir, bundan sonra şiəlik dövlətin rəsmi məzhəbi elan olunur. Daha öncə ona "Xudabəndə" (Tanrıqulu) deyən sünnilər, məzhəb dəyişikliyindən sonra "Xarbəndə" (Eşşəkqulu) deyə anırlar.
“Belə rəvayət edirlər ki, Xüdabəndə şiəliyi qəbul etdikdən sonra İmam Əliyə öz ehtiramını bildirmək onun qəbrini Nəcəfdən Sultaniyəyə gətirib günbəzdə dəfn etmək istəyib. Lakin ətrafındakı şiə din alimləri buna qarşı çıxıb. Onlara görə qəbrin açılması və başqa yerə aparılması günah hesab olunurdu. Belə olduqda Xudabəndə Nəcəfdən torpaq gətirdir və həmin torpaq günbəzin "Türbətxana" (türbət - torpaq) adlanan hissəsinin tikintisində istifadə olunur. Müqəddəs və mübarək yerdir, çünki, Həzrət Əlinin məqbərə torpağı ilə düzəlib”.
Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan Xüdabəndə günbəzi Zəncan vilayətinin Sultaniyyə şəhərində yerləşir. Bu şəhər Ərğun şah tərəfindən salınsa da, inkişafı, qala divarlarının salınması, memarlıq abidələrinin tikilməsi Xudabəndənin dövrünə təsadüf edir.
Xudabəndə günbəzi dünyada kərpiclə tikilən ən böyük günbəzdir. Hündürlüyünə görə isə Florensiya kafedralı və İstanbul Ayasofiyasından sonra üçüncü hesab olunur.
“Külli-dünyada üçüncü günbəzdir. Əvvəlinci günbəz Florensiyadadır, ikinci Türkiyədə. Üçüncüsü budur ki, siz görürsünüz. Rəvayət olunur ki, Florensiya kafedralı bundan əvvəl tikilib. Amma, onun günbəzini bağlaya bilmirlər. Çünki böyük götürmüşdülər. Bura düzələndən sonra gəlib buranı təqlid etməklə Florensiya kafedralının günbəzini bağlayırlar”.
Xudabəndə günbəzinin tikintisi 10 il davam edib və 1312-ci ildə başa çatıb. Bu illər ərzində abidənin tikintisində 3000 işçinin iştirak etdiyi deyilir. Bu günbəz (İranda) ən qədim ikilaylı günbəz hesab olunur.
Günbəzin hündürlüyü 48.5 metr, bünövrəsi 50 sm-dir. Günbəzin diametri 25,5 metrdir. Günbəz 8 guşəlidir, 8 minarəsi və 8 qapısı var. Qapılar 8 binaya açılıb keçmişdə. Bu binalardan yalnız biri qalıb.
Monqol-türk adətlərinə görə, sultanın gərək 8 hünəri olaymış. Taxt, tac, at və s. kimi. Günbəzin 8 minarəli, 8 guşəli olması buna görə idi.
Yəhya Rəhməti deyir ki, bina tikilərkən yerin tektonik vəziyyəti nəzərə alınıb: “Bina ki, görürsünüz, memarlıq, mühəndislik baxımından dünyada seçilən abidələrdəndir. Dediyim kimi bunun 48 metr yarım hündürlüyü var. Bu da 18 mərtəbəli bina qədər edir. Hazırda 18 mərtəbəli bina üçün hökmən 5 metrlik bünövrə qazılır. Ancaq bu binanın bünövrəsi cəmi yarım metrdir. Mühəndisi buranı yaxşı tanıyıb. Elə yerdə tikilib ki, güclü zəlzələ olanda heç bir zərər dəyməsin. Günbəz tikiləndən bu yerlərdə 32 zəlzələ baş verib. Onlardan bəziləri 7-8 bal gücündə və ətrafda hər şey dağılıb”.
Bu tarixi abidənin mühəndisi Fəzlullah Rəşidəddin Həmədanidir. Rəşidəddin Həmədanda doğulub və burada mükəmməl təhsil alıb, Elxani hökmdarı Abaqa xanın yanında həkim işləyib və Qazan xanın vəziri rütbəsinə qədər yüksəlib. Həkimliklə yanaşı gözəl alim və tarixçi kimi şöhrət tapan Fəzlullah Rəşidəddin monqolların xüsusi hörmətini qazanıb. Sonralar Təbrizə köçür, XIV əsrin əvvəllərində Təbrizdə "Rəbi-Rəşidi" şəhərciyi və "Darüş-Şəfa ("Şəfa evi") adlı elmi mərkəz təsis edir. Onun “Came ət-təvarix” əsəri türk xalqlarının tarixini öyrənmək üçün çox dəyərli mənbədir.
Sultaniyyə şəhəri müsəlman şəhərsalma qaydalarına uyğun salınan birinci şəhər hesab olunur.
Türbənin interyerində kaşıyla kufi xətt üslubunda naxış işlənib. Tağların kənarı Quran ayələri və Allahın adları ilə bəzədilib. Binanın üzərində oyma işləri də müşahidə olunur.
Rəvayətə görə, Sultan Məhəmməd Xudabəndə günbəzin sərdabəsində dəfn olunub. Lakin arxeoloqlar burada hər hansı qəbir tapa bilməyiblər.
Sultaniyə Elxanilərin paytaxtı olduğundan burda xeyli sayda monqol yaşayıb. Şəhərdə yaşayan monqolların böyük qismi islamı qəbul etsələr də, şamanizmə etiqad edənlər də var. Günbəz ətrafında isə həm şamanizmin qaydalarına uyğun, həm də müsəlman dini ayinləri ilə dəfn edilmiş qəbirlər tapılıb.
Xudabəndə günbəzi 10 ildir UNESCO Ümumdünya İrsi siyahısına daxil edilib.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
“Azərbaycan mənim vətənimdir. Azərbaycanın mənim bacarığıma, edə biləcəklərimə ehtiyacı varsa, söyləyərlərsə, gələrəm. Amma təbii ki, mühit düzgün olsun. Mən sıradan bir insan deyiləm. Mənim bilgim burada tamamilə başqa bir dünya yaradıb”.

Bunu “Yeni Müsavat”a müsahibəsində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

O, bildirib ki, teatrın təməlində ideologiya dayanır və cəmiyyətin mənəvi, əxlaqi dəyişimində çox önəmli rol oynayır. Hətta kinodan daha təsirlidir, çünki canlı ünsiyyət yaradaraq fikir oluşdurub onu canlı şəkildə təlqin edə bilən yeganə sənətdir.

“Bu gün Azərbaycandakı teatrın, özəlliklə aktyor hazırlığının lazımi professionallığa sahib olmadığını düşünürəm. Yəni yoldan bir az sapmışıq. Çünki bizim keçmişimiz var, bizim Adil İsgəndərovumuz, Tofiq Kazımovumuz, Mehdi Məmmədovumuz var. Bizim örnək götürəcəyimiz mütəfəkkirlərimiz var. Azərbaycan teatrının sovet teatrının bir parçası olaraq Stanislavski sistemində, bu teatr sisteminin içərisində elmi yaradıcılıq olaraq əldə edilən bir çox mərhələləri aşmışıq. Halbuki Azərbaycan teatr sənəti başqa cür, keçdiyi sənət yoluna layiq səviyyədə olmalı idi. Hər şeyin səbəbi təhsildən qaynaqlanır. Teatr təhsilimizdə yanlışlar və boşluqlar var. Onlar da öz nəticələrini verir. Təhsil sabahı müəyyənləşdirir. Yanlışları düzəltməsək, sabah nə olacaq?

Mən biliyimi vermək istəyirəm. Biri var, mən yalvarıb iş istəyirəm, biri də var biliyimi, bacarığımı vətənimə vermək üçün bu işdən anlayan biri ilə görüşüb, bunu, bunu etmək lazımdır demək istəyirəm.

Əvvəlki nazir Anar Kərimovla görüşmüşdüm, 3 saat söhbət etdik. Anladım ki, o, məni başa düşmədi. Mən bir professional kimi sözümü dinləyə biləcək ortam istəyirəm. Mən ora sadəcə maaş almaq üçün gəlmirəm ki... Mənim Türkiyədə evim də var, özümə görə hörmətim də var. Haqqımda film çəkilib, kiçik də olsa, bir kitab yazılıb. O kitabı da, filmi də heç gözləmirdim. Onlar özləri bu qərarı verib, çəkiblər.

Mən o zaman Anar Kərimova söylədim ki, Azərbaycan teatrını hərəkətə keçirmək istəyirsinizsə, tam zamanıdır. Teatr ədəbiyyatdan, dramaturgiyadan başlayır. Vətənpərvərlik mövzusunda bir dramaturq yarışması təşkil edin, maksimum 20 min manat xərciniz çıxacaq. Məsələn, 1-ci yer 10 min, 2-ci yer 6 min, 3-cü yer 4 min manat. Adları elan olunmayan bir münsiflər komissiyası yaradarsınız, o komissiyaya da əsərlər kodla gedər. Məsələn, mən Türkiyədə oturmuşam, başqası Moskvada, bir başqası Avropada, biri Bakıda… O əsərlərin üçü yer qazanacaq, Bakı teatrlarına göndəriləcək, yerdə qalanları isə Azərbaycan teatrlarının hərəkətlənməsi üçün səbəb olacaq. Bəlkə münsiflər onları kəşf etməyib, amma gənc rejissorlar var, onlar qazanan əsəri olmasa da, hər hansı bir əsərdən ilham alıb hazırladıqca Azərbaycan teatrı canlanar. Çünki teatrı canlandıran ədəbiyyatdır, çağdaş fikirlərə sahib dramaturgiyadır.

Lakin Anar Kərimov teatrı professional şəkildə bilmədiyi üçün məni başa düşmədi. Dedi, elə bu? Dedim, bunu başlayın, davamını deyərəm. Belə bir fikir var - yaxşı rəhbər istedadlı adamlara mane olmayan, onları dinləyən rəhbərdir. Yəni “rəhbərəm, hər şeyi bilirəm, mən deyən kimi olacaq”, belə olmaz”

Ardını oxu...
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”.

Bunu Moderator.az-a açıqlamasıdna Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, ölümü öldürən qəhrəmanlarla bağlı filmlərin çəkilməsi həm onların gənc nəslə tanıdılması, həm də milli tariximizin, hərb tariximizin yaşadılması baxımından vacibdir:

“Mübariz İbrahimov və onun kimi qeyrətli oğullarımızın göstərdiyi qəhrəmanlıqlar, düşmənə verdiyi dərs hamımızın – bütün xalqın gözü qarşısında baş verib. Biz hamımız bu şərəfli, böyük tarixin şahidləriyik. Öz cəsarəti, qəhrəmanlığı ilə ölümü öldürənlər, tarix yazanlar bunu gözümüzün önündə reallaşdırıb. Ancaq televiziyalarımız bu cür qəhrəmanları yetərincə təbliğ etmir. Biz daha çox mənasız seriallara şahidlik edirik, nəinki qəhrəmanlarımızdan bəhs edən filmlərə.

Əgər biz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək, öz tariximizi yaşatmaq istəyiriksə, qəhrəmanlarımızı təbliğ etməli, onların həyatını, döyüş yolunu filmlərə, seriallara daşımalıyıq. Bu, həm tariximiz, həm də gələcəyimiz baxımından vacibdir”.
Ardını oxu...
İngiltərədə Kral III Çarlzın xeyriyyəçilərə bağışladığı Bukingem Sarayı və Vindzor qəsrinin pərdələrindən hazırlanmış kimonolar bazar günü başlayan onlayn hərraca çıxarılıb.

II Elizabetin (1926-2022) dövründə kral ailəsinin şəxsi otaqlarını bəzəyən çiçək naxışlı pərdələr monarx III Çarlzın təşəbbüsü ilə kimonoya çevrilib.

Hərrac cümə axşamına qədər davam edəcək. Əldə edilən gəlir, xüsusilə ənənəvi sənətkarlığın inkişafına sərf olunacaq.
Ardını oxu...
Ardını oxu...
Mənbə: TASS
 

Ardını oxu...
“Bəzən deyirlər ki, istedadlı aktyorlar yoxdur. Bu sözlə razı deyiləm. Əlbəttə ki, var. Sadəcə olaraq onları ortalığa çıxarmaq lazımdır. Onlar üçün dramaturji material, ssenari olmalıdır. Mənim rejissorum, ssenaristim olmayandan sonra mən nə edə bilərəm?”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Rasim Balayev deyib. O daha sonra əlavə edib.

“O vaxt çəkilmək istəyirdim, çəkmirdilər. Deyirdilər ki, sənin üzün kinoya düşmür. Heç fikirləşmirdim ki, “Nəsimi” filminə məni çəkəcəklər. Çünki eşitmişdim ki, həmin rola məşhur bir aktyoru çəkəcəklər. Düzü bilmirdim ki, o kim idi? Mən xəstəxanada idim bu rola çağrılanda. Həsən Seyidbəyli 2 ay mənimlə məşq edəndən sonra məni bu rola təsdiq etdilər. Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım. “Dədə Qorqud” filmində rejissor oynadığım Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Bədii Sovet məni təsdiq etdi. “Babək” filminə çəkilməyə də gümanım yox idi. “Nəsimi” filmi mənim üçün yaşıl işıq yandırdı. Çox təkliflər gəlirdi. Birbaşa çəkirdilər, sınaqa da çağırmırdılar” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, hər zaman müxtəlif xarakterli rollar oynayıb.

“Rasim Ocaqovun 4 filmində çəkilmişəm. Deyirdi ki, hazırlaş sənin üçün rol var. “Həm ziyarət, həm ticarət” filmindəki rolumu tamaşaçılar bir o qədər də qəbul etmirdilər. Çünki məni o rola qədər müsbət obrazlarda görmüşdülər. Tamaşaçılar məni həmin rola yaraşdırmırdılar. Rasim Ocaqov məni bu rola dəvət etməyi belə əsaslandırmışdı ki, bizi bəzən mələk simalı insanlar da aldadır. Çalışmışam ki, müxtəlif xarakterli rollar oynayım ki, monotonluq yaranmasın” deyə sənətkar bildirib.
Ardını oxu...
ABŞ-li aktrisa Culiya Roberts məşhur “Gözəlçə” filminin ilkin ideyasını üzə çıxarıb.

“Bu, “3000 dollar” adlı kədərli bir film olmalı idi”, - deyə Culiya Roberts bildirib.

“Filmin baş qəhrəmanı Vivian narkotik aludəçisi idi. İlkin versiyada film digər baş qəhrəman Edvardın onu yolun ortasında buraxıb, üstünə pul atıb getməsi ilə bitməli idi. Üç min dollar Vivianın Edvardla keçirdiyi gecənin qiyməti idi”, - aktrisa əlavə edib.

Onun sözlərinə görə, film “Disney” tərəfindən alındıqdan sonra hər şey dəyişib:

“Mənə bu rolu verdilər və mən çox qürurlanmışdım. Lakin prodüser şirkəti bağlananda film ortada qaldı və mən çox pis oldum. Ancaq sonra “Disney”, inanılmaz olsa da, bu süjeti götürdü və ondan çox maraqlı bir film çəkdi”.
Xatırladaq ki, Culiya Roberts filmdə iş adamı Edvardın (Rişard Gir) onu müşayiət etmək üçün pulla götürdüyü küçə qadını Vivian rolunu canlandırıb. Bundan sonra qəhrəmanlar bir-birilərinə aşiq olduqlarını anlayırlar.

Filmin premyerası 1990-cı ildə olub. Filmdə, həmçinin Ralf Bellami, Ceyson Aleksander, Lora San Cakomo, Aleks Hayd-Vayt və başqaları çəkiliblər.
Mənbə: peopletalk.ru
 
 


 

Dünyapress TV

Xəbər lenti