Ardını oxu...
“Titanic” (“Titanik”) və “The Lord of the Rings” (“Üzüklərin hökmdarı”) filmlərinin aktyoru Bernard Hill 79 yaşında vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, aktyor bu gün səhər saatlarında dünyaya gözlərini yumub.

Qeyd edək ki, B. Hill "Titanik"in kapitanı və "Üzüklərin hökmdarı" film trilogiyasında Kral Teodeni rolları ilə məşhurluq qazanıb.
 
Ardını oxu...
İsrail Nazirlər Kabineti “Əl-Cəzirə” telekanalının bağlanması təklifini yekdilliklə təsdiqləyib
İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun X (keçmiş Twitter) rəsmi səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli Əl-Cəzirə kanalı bağlanacaq”, - mesajda deyilir.
 
Ardını oxu...
Rusiyanın həbsdə ölən keçmiş müxalifət lideri Aleksey Navalnıya Drezden Sülh Mükafatı veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Deutsche Welle” məlumat yayıb.

Bildirilib ki, mayın 12-də keçiriləcək mərasimdə Almaniyanın keçmiş prezidenti Yoahim Qauk çıxış edəcək.

Agentliyin məlumatına görə, Qauk müxalifətçini “bütün layiqli rusların simvolu” kimi qiymətləndirəcək.

10 min avro mükafatı onun arvadı Yuliya Navalnaya qəbul edəcək.

“Müxalifət siyasətçisinin müqaviməti onun fəaliyyətini davam etdirən bütün hüquq müdafiəçiləri üçün ruhlandırıcı nümunə olub və belə də qalır” , - deyə təşkilat qrupu 2024-cü il mükafatının ölümündən sonra verilməsinin səbəbini belə əsaslandırıb.

Qeyd edək ki, Drezden Sülh Mükafatı 2010-cu ildən bəri hər il verilir. 2024-cü ilə qədər mükafatlandırma mərasimi Drezdendə 13 fevral - Müharibəni Anma Günündə Semper Opera Teatrında keçirilirdi. Bu il mükafat ilk dəfə mayın 12-də Dövlət Drezden Teatrında təqdim olunacaq. Mükafat Almaniyanın SAP şirkətinin həmtəsisçisi Klaus Tschira Fondu tərəfindən maliyyələşdirilir.

Belə ki, mükafat hər il sülh və beynəlxalq anlaşma işinə töhfələr vermiş şəxslərə verilir. Əvvəlki mükafatçılar arasında keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, israilli pianoçu və dirijor Daniel Barenboim, amerikalı sənədli rəssam Ceyms Naxtvi və hərbi analitik Daniel Ellsberq var.

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi "Azərbaycanfilm" kinostudiyasının və Nizami Kino Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) balansına verilməsi təklifinə münasibət bildirib.

TEREF APA-ya istinadən xəbər verir ki, Nizami Kino Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası dövlət mülkiyyətində olan təsərrüfat hesablı müəssisələrdir.

"Bu müəssisələrin fəaliyyəti ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Ona görə də bu mövzuda manipulyasiya edilməməsi xahiş olunur", - sorğunun cavabında deyilir.

Qeyd edək ki, AKİ Nizami Kino Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının qurumun idarəçiliyinə verilməsi ilə bağlı təklif irəli sürüb.
 
Ardını oxu...
Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiklərinə görə “Google”u məhkəməyə veriblər.

Rəssamlar, “Google”un süni intellektlə işləyən görüntü generatoru “Imagen”i öyrətmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.

Fotoqraf Jinqna Zhanq eləcə də, karikaturaçı rəssamlar Sarah Andersen, Hope Larson və Cessika Fink bildiriblər ki, “Google” “Imagen”ə insanların mətn əmrlərinə necə cavab verməyi öyrətmək üçün onların işləri də daxil olmaqla, milyardlarla müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə edib
 
Ardını oxu...
3 May Türkçülük Günüdür
3-05-2023, 08:51
3 May Türkçülük Günüdür
"1277-ci ildə 3 mayda Karamanoğlu Mehmet bəy bir fərman imzaladı. Bu fərmana göre, hər yerdə ancaq Türk dilindən yararlanılacaq!!
1954-cü ildə Nihal Atsız bu tarixi və bu fərmanı əlində əsas götürərək 3 mayı bayram elan etmişdir.
Nurəddin Xoca!"
Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb.

Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.

Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.

Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir.

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.
Ardını oxu...
1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.
Ardını oxu...
Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra Atsız həmin günlər haqqında yazırdı:

“3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.

3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.

Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.

Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb.

Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qeyd olunur.

Türklük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi lider Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında Əbülfəz Elçibəylə bərabər çıxış etmiş, bərabər olaraq türkçilərin özəl işarəti hesab olunan Bozqurd işarəti ilə toplananları salamlamışlar.
Ardını oxu...
TEREF
 
Ardını oxu...
"Avroviziya 2024"də ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov artıq ikinci məşqlərini ediblər.

Axşam.az xəbər verir ki, ifaçılarımız “Özünlə apar” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

VİDEO - https://t.me/axsamaz1/8943

Ardını oxu...
     

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.

“Report”un məlumatına görə, tədbir 1-3 may tarixlərində keçiriləcək.

Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.

Forumda 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Üç gün ərzində panellərdə “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”, “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq”, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”, “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”, “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”, “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar”, “Süni intellekt – təhdid, yoxsa imkan?”, “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru”, “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzularında müzakirələr aparılacaq.

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.


Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Dia-az.info xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Ardını oxu...
Bu gündən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır.

Oxu.Az xəbər verir ki, mayın 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub.

Forum Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçirilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Üç gün davam edəcək tədbir çərçivəsində on iki panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Tədbirdə dünyanın 100-dən çox ölkəsinin aparıcı beynəlxalq təşkilatları, hökumət üzvləri, parlament sədrləri, müavinləri, beynəlxalq media nümayəndələri, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının qatıldığı forum iştirakçıları dünya üçün aktual olan çağırışlar və məsələləri müzakirə edəcəklər. Həmçinin bir sıra ölkələrdən dini liderlərin iştirakı ilə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi də planlaşdırılıb.
Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub.

Bakıda ilk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkə və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.

Bəşəriyyəti narahat edən çağırışların diqqət mərkəzinə çəkildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.
 

Dünyapress TV

Xəbər lenti