Ardını oxu...
Bakıda türkiyəli müğənni Hüsamettin Tarkan Tevetoğlunun (Tarkan) konserti başlayıb.
APA xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan konsertə maraq böyük olub.
Müğənni səhnədə ilk olaraq "Yolla" mahnısını ifa edib.
Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.

 
Ardını oxu...
“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da deyib.

O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:
“Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.

 
 
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının yaradılması kino ictimaiyyəti arasında müzakirələrə səbəb olub.

Bəzi kino nümayəndələri hesab edirlər ki, kinonun inkişaf etməsi üçün əsas şərtlərdən biri bədii məhsula liberal münasibətdir.

Onların fikrincə, kino azad olmalı və ona senzura tətbiq edilməməlidir.

Kinoşünas Aygün Aslanlı hesab edir ki, Mədəniyyət Nazirliyi bu yolla kinoya senzura və nəzarəti artırmaq istəyir:

“Bir ay öncə Bakıda keçirilən “DokuBaku” festivalında bir neçə filmə sensura qoyulmuşdu. Biz buna etiraz etmişdik. Mədəniyyət nazirinə məktub yazıb, açıqlama istəmişdik. Bizə heç bir rəsmi, yazılı cavab vermədilər. Mədəniyyət Nazirliyi Ekspert Şurası yaratmaqla senzuranı rəsmiləşdirdi”.

Həmin tədbirdə iştirak edən Xalq artisti, aktyor, Azərbaycan Kinematorqafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev isə Şuranın yaradılmasının tərəfdarıdır:

“Mənə belə gəlir ki, tədbir zamanı qoyulan məsələlər kollegial şəkildə müzakirə olunsa, ümumi işimizə hərtərəfli xeyri ola bilər. Hiss edirik ki, Mədəniyyət Nazirliyi bu işlə ciddi məşğul olur. Toplantıya Vaqif Mustafayev, Fəxrəddin Manafov, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Həmidə Ömərova, mən və başqa kino xadimləri dəvət olunmuşdu. Bizi çağırmışdılar, amma bilmədik ki, Ekspert Şurasının üzvüyük, ya yox. Açığı, kino çox pis vəziyyətdədir. Müəyyən səbəblərə görə belə vəziyyətə gəlib. Kinonu bu vəziyyətdən çıxarmaq lazımdır. Düzələcəyinə ümid edirik”.

Kino tənqidçi Sevda Sultanovanı düşündürən məsələ isə Şuranın tərkibi və nəzarət mexanizmi ilə əlaqədardır:

“Burada əsas məsələlərdən biri Ekspert Şurasının tərkibidir. Şuranın tərkibi açıqlanmayıb. Əgər tutaq ki, Şurada Vado Karovin təmsil olunacaqsa, onun hansısa filmin, kontentin məzmununu qiymətləndirməsi üçün hansı intellektual imkanları, zövqü var? Azərbaycan dilini bilmir, rəhbəri olduğu “Space” kanalının əksər verilişlərində adi ekran mədəniyyəti, estetik zövq yoxdur”.

“Mühafizəkar düşüncənin, subyektivliyin filmlərin şikəst edilməsinə gətirib gətirməməsi də başqa problemdir. Kinotənqidçi olduğuma görə, məni daha çox kinonun vəziyyəti maraqlandırır. Digər tərəfdən filmlərin məzmununu kino peşəkarları qiymətləndirməlidir”, – Sevda Sultanova deyib.

Rejissor Elvin Adıgözəl isə Meydan TV-yə deyir ki, Azərbaycanda kino sənayesi, kino qanunu, “prokat” sistemi olmadığı halda nəzarət şurasına da ehtiyac yoxdur:

“Tədbirdə qeyd edilib ki, dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərə nəzarət olunacaq. Ölkədə dövlət büdcəsindən maliyyələşən çoxmu film çəkilib? Harada “prokat” gedir ki, nəzarət də olsun? Müstəqil kino çəkənlər filmi zatən xaricdə göstərir. Kommersiya filmindən əldə olunan gəlir də biabırçılıqdır. Şuranın yaradılması, kino sənayesi, “kino prokatı”, yenilənmiş kino qanunu olmayan ölkədə heç bir məna kəsb etməyən nəzarət şurasıdır, məqsədsiz senzuradır”.

Mədəniyyət naziri Adil Kərimli Ekspert Şurasının yaradılması zərurətindən danışıb.

Kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac olduğunu deyib. Hələ ki Şuranın tərkibi açıqlanmayıb.

Həmçinin kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlara nəzarətin hansı meyarlar əsasında aparılacağına dair məlumat verilməyib.
 
 


 
Ardını oxu...
Türkiyənin məşhur “Kurtlar vadisi” serialında Cerrahpaşalı Hüseyn obrazını canlandıran Engin Duru infarkt keçirib.

Bu barədə ölüm və xəstəlik xəbərlərinə görə “Fəlakət tellalı” ləqəbi ilə məşhurlaşan vokal sənətçisi və şou-biznes müxbiri Onur Akay məlumat verib.

Onur Akay Engin Durunun həyat mübarizəsi verdiyini bildirib.

“İnfarkt keçirən Engin Duru xəstəxanaya yerləşdirilib. 60 yaşlı oyunçumuz təəssüf ki, intubasiya olunub və həyat uğrunda mübarizə aparır. Ona tez bir zamanda şəfa diləyirəm və sizdə də dualarınızı əsirgəməməyi xahiş edirəm”, - deyə o vurğulayıb.
Engin Duru 1963-cü ildə Eskişehirdə anadan olub. “Kaygısızlar” və “Karışık pizza” kimi layihələrdə rol alıb. Həmçinin son illərdə karyerasını “Kurtlar vadisi”, “Türkler çıldırmış olmalı” və “Abuzer Kadayıf” filmləri ilə davam etdirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
 
 
Ardını oxu...
Azərbaycanda televiziyaların reytinqi həm də İPTV və OTT platformalarda ölçülür. Alternativ bir datadır.
Burada əsas parametr izlənmə saatıdır.
Oktyabr ayı üçün bu platformalarda TV-lərin izlənmə göstəricilərini təqdim edirəm.
Ölçmə 30 min abunəçi bazası əsasında aparılıb.
Osman Gunduz
Teref. Xocanın Blogu
Ardını oxu...
 
Ardını oxu...
“Mikayıl Müşfiqin bacısı Balacaxanım xala atamla mənim qucağımda rəhmətə getdi. Mən o vaxt 8-ci sinifdə oxuyurdum. Can verirdi, Mikayıl Müşfiqin bizdə şəkili yox idi. Plastinkası var idi, üstündə də Müşfiqin şəkili. Gətirib həmin plastinkanı qoyduq Müşfiqin bacısının sinəsinə. Sonra anam dedi ki, bəlkə gedib Dilbər xanımı götürəsiniz? Gecə ilə gedib Dilbər xanımla qızı Leyla xanımı gətirib gəldik. Onları görəndən sonra can verib, gözlərini bu dünyaya əbədi yumdu. O rəhmətə gedəndən sonra evimizə Müşfiqin 6-7 cild kitablarını, bir də vəsait gətirdilər. Atam kitabları götürdü, qonorarı qaytardı. Hətta evi də qalmışdı, təklif etdi, amma atam götürmədi”

Bunu Moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O daha sonra Mikayıl Müşfiqin Bakıda ev muzeyinin yaradılması ilə bağlı arzusunu dilə gətirib.

“Mikayıl Müşfiqin ev muzeyini mənim anam yaratmışdı. Öz təşəbbüsü idi. Müşfiqdən bizə bircə onun kitab dolabı yadigar qalıb. İndiyə qədər o dolabı qoruyub saxlamışıq. Müşfiq varisləri kimi biz rəsmi tanınmırıq. Bizi Müşfiqsevərlər tanıyır. Biz varislər digər şairlərin varisləri ilə tez-tez görüşürük. Onların yaxınları həmin muzeyləri idarə edirlər. Bir qohum onun haqda eşitdiklərini daha gözəl çatdıra bilər. Bakıda ev muzeyinin yaradılmasını istəyirik. Bizim ata-baba yurdumuz atam Yunis Dağlının adına verilmiş küçədir. El arasında “Sovetski” deyilən ərazidə.. Ora da sökülür, sakinləri köçürürlər. Dəfələrlə gəldilər, biz yeri göstərdik də. Hətta qara mərmərdə yazıb qoyduq ki, Mikayıl Müşfiq bu küçədə anadan olub. Arzu edərdim ki, ev muzeyi yaradılsın. Bunu ürəkdən arzulayıram. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələdə biz varislərin səsinə səs verəcək, arzumuzu həyata keçirəcəklər. Xızıdakı xatirə muzeyi qəzalı vəziyyətdədir. Artıq ora keçib getmək olmur” deyə şairin qohumu bildirib.

Mənbə: Moderator.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycanda Gəncə xanlığı dövründə buraxılmış gümüş pul (Abbası) satışa çıxarılıb.

Musavat.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Çəkisi 4,5 qram olan bu gümüş pulun Gəncə xanı Məhəmmədhəsən xanın dövründə buradakı zərbxanada hazırlandığı iddia edilib.

Sözügedən sikkənin 1764-cü ildə (hicri 1178) zərb edildiyi qeyd olunub.

Elan saytında təqdim edilən gümüş pul 15 milyon manata təklif olunur.

Bununla bağlı satıcı ilə əlaqə saxlamağa cəhd göstərilsə də, o, zənglərə cavab verməyib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində 1799-cu ildə (hicri 1213) Gəncədə zərb edilmiş gümüş 3 Abbası qorunur. Sikkə üzərində "Ya Əli Vəli Allah" sözləri, dairəvi çərçivənin içərisində "Gəncə zərbi, 1213", dairənin çölündə "Ya Məhəmməd" sözləri zərb edilib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiya 2016 Eurovision Mahnı Müsabiqəsində qalib gələn ukraynalı müğənnini axtarışa verib. Məlumatlarda deyilir ki, Daxili İşlər Nazirliyinin məlumat bazasında müğənni Susana Camaladinova cinayət qanununu pozduğuna görə axtarışda olanların siyahısına salınıb.

Müxalifət və insan haqları məsələlərini işıqlandıran müstəqil xəbər saytı Mediazona bildirib ki, Camaladinova ötən il qəbul edilmiş Rusiya ordusu və Ukraynada davam edən döyüşlər haqqında saxta məlumatların yayılmasını qadağan edən qanuna görə ittiham olunub.

Camala səhnə adı ilə çıxış edən Camaladinova Krım tatar əsillidir. O, Sovet İttifaqının Krım tatarlarının kütləvi surətdə deportasiyasına həsr edilən "1944" mahnısı ilə 2016 Avroviziya müsabiqəsinin qalibi olub.

Onun qalibiyyəti Rusiyanın Krımı ilhaq etməsindən təxminən iki il sonra Ukraynanı siyasi qarışıqlıq bürüdüyü vaxta təsadüf edib.

Ölkələrin əksəriyyəti ilhaqı qeyri-qanuni hesab edir.

Rusiya “1944” mahnısının müsabiqəyə buraxılmasına etiraz edərək, bunun Eurovision-da siyasi çıxışa qarşı qaydaları pozduğunu bildirib.

Amma mahnıda Rusiya və ya Sovet İttifaqına qarşı konkret tənqidi fikirlər səsləndirilməsə də, bu sözlər yer alıb “Yadlar evinizə gəlir, hamınızı öldürür və biz günahkar deyilik” deyir”.
amerikaninsesi

Ardını oxu...
     

 

Qərbi Azərbaycan həqiqətləri haqqında daha bir film təqdim olunub. 
1988-89-cu illərdə qədim Azərbaycan torpağı olan indiki Ermənistan respublikasından deportasiya edilmiş, qovulmuş azərbaycanlıların yaşadığı facilərdən bəhs edən daha bir film tamaşaçılara təqdim edilib. 
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin  “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” adlı layihə əsasında çəkilən film “Biz qayıdacağıq...” adlanır.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. 
Filmin təqdimat mərasimində əvvəlcə Azərbacan Respublikasının Dövlət Himni səsləndirilib. Milli Lider Heydər Əliyevin, həmçinin  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Layihənin icraçısı olan “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib ki, Qərbi Azərbaycana qayıdışla bağlı bağlı tarixi missiya davam edir.  
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva filmin tarixi əhəmiyyətə malik olduğuna diqqət çəkib. 
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sənədli film haqqında təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, “Biz qayıdacağıq...” sənədli filminin senari müəllifi və rejissoru
Teymur Zahidoğludur

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...
 
Ardını oxu...
Xəzər dənizinin suyunun çəkilməsini təbii fəlakət göstəricisi kimi qiymətləndirənlər yanlış mövqedədirlər.

Bunu "Azərbaycan Reallığı"na açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib.

“Son 30-40 il ərzində Xəzərin suyunun çəkilməsi dəfələrlə müşahidə edilib. XX əsrin yetmişinci illərində də bu problem yaranmışdı. Bütün bunlara səbəb isə son illər yağıntıların azalması, quraqlığn üstünlük təşkil etməsidir. Artıq dənizin bəzi ərazilərində suyun həddi 10, 50, 100 metr çəkilib. Xəzər dənizinin suyu arta da bilər, azala da, qətiyyən bundan narahat olmağa dəyməz. Baş verənlər isə fəlakət yox, adi təbii hadisədir”, - ekoloq bildirib.

Xəzərin çəkilməsi nəticəsində qədim Səbail şəhərinin üzə çıxması ilə bağlı ehtimallara da aydınlıq gətirən T.Zeynalov qeyd edib ki, Xəzər dənizinin qismən dayazlaşması nəticəsində qədim Səbail şəhərinin üzə çıxması mümkün deyil.

Dünyapress TV

Xəbər lenti