Ardını oxu...
Sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın xidməti avtomobili barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

“Qaynarinfo”nun məlumatına görə, Zeynəb Xanlarovanın Dövlət Ansamblının adına olan avtomobili barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
 
Ardını oxu...
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü fəxri adlarla bağlı məsələni yenidən gündəmə gətirib.
Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları mərhum Aygün Hümmətovaya niyə indiyə kimi “Xalq artisti” fəxri adı verilmədiyini sual edir, Mədəniyyət Nazirliyini və bu məsələyə dair təqdimat verən məmurları qınaq obyektinə çevirir.
Bəzi xəbər saytlarında da da bu tipli yazılar tirajlanır. Həmin yazılarda müəlliflər Miri Yusif, Röya Ayxan, Aygün Kazımova, Tünzalə Ağayeva kimi böyük ictimai rəğbətə malik olmayan müğənnilərə “Xalq artisti” adının hansı məntiqlə verildiyini sorğulayır, onlarla müqayisədə mahir muğam ifaçısı Aygün Hümmətovanın 2002-ci ildən bəri “Əməkdar artist” statusunda qalmağını ədalətsizlik hesab edirlər.
Qeyd edək ki, müzakirələrdə bəziləri fəxri adların sovetlər dövründən qalan miras olduğunu bildirir və onların ümumiyyətlə ləğvini istədiklərini vurğulayırlar.
Ardını oxu...
Teref bildirir ki, Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq kiçik bir araşdırma aparıb: sonuncu dəfə “Xalq artisti” adı kimlərə verilib, hazırda bu fəxri adları neçə nəfər daşıyır, onlara həmin titullara görə ayda nə qədər pul ödənilir?
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda ümumilikdə 4862 nəfər “Xalq” və “Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.
Sonuncu dəfə “Xalq artisti” fəxri adı 2021-ci ildə bir nəfərə verilib – bu titula S.Vurğun adına Rus Dram Teatrının aktyoru Fuad Osmanov layiq görülüb.
2020-ci ildə də bir nəfərə “Xalq artisti” adı verilib – bu, tarzən, Azərbaycan Milli Konservatoriyasının müəllimi Elçin Həşimovdur.
2019-cu ildə “Xalq artisti” fəxri adına layiq görülənlər isə 10 nəfər olub ki, onlardan 5-i müğənni idi - Miri Yusif, Röya Ayxan, Tünzalə Ağayeva, Cavan Zeynallı, İlqar Muradov.
Hazırda "Xalq" fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.
4603 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.
 
Ardını oxu...
Tanınmış yazıçı Çingiz Hüseynovu itirdik. Azərbaycanın ən böyük və güclü yazıçılarından biri, gerçək həyatımızın öyrəşdiyimiz, adiləşmiş dəhşətlərini və eybəcərliklərini cəsarətlə təsvir edən nasir. Məncə, Azərbaycanda onun kimi cəsarətli və istedadlı nasir yoxdur.
Onun “Məhəmməd, Məmməd, Məmiş”, “Fəthəli fəthi”, “Ailə sirrləri”, "Doktor N", "Merac" romanlarını oxumamısınızsa, çox itirmisiniz.
"Doktor N" romanında bolşevizmin əsl, qəddar və murdar mahiyyətini gec də olsa anlayan Nəriman Nərimanovun ölümündən bir ay əvvəl oğluna yazdığı məktubda bu həqiqətləri etiraf etdiyini yazır. Belə bir məktub həqiqətən gizli arxivdə saxlanılır,Çingiz müəllim onu oxuyub əsərini yazmışdı...
Ya, məsələn, “Ailə sirləri” romanı 1970-ci illərdə hələ sovet respublikasına öz yaşayış və idarəçilik qaydalarını yeridən hakim klanın həyatını, bu qaydaları qəbul edən azərbaycan toplumunun tənəzzülünü yüksək bədii səviyyədə oxucuya göstərir. Əbəs yerə deyil ki, əvvəlcə Azərbaycanda da satışa çıxarılan roman az sonra yasaq olunmuşdu.
Novxanı çimərliyində işləyən xilasedicilər haqqında rus dilində yazdığım avtobioqrafik "После шторма" - "Tufandan sonra" povestimə yüksək qiymət vermiş, resenzia yazmışdı. Qısa məsləhətləri çox qiymətli, faydalı idi.
Çingiz Hüseynov uzun müddət Moskvada, son illəri isə mühacirətdə, İsraildə yaşadı. Son günlərinə kimi yazdı, qələm əlindən düşmədi. 94 yaşına üç ay ay qalmışdı.
Allah rəhmət eləsin! Ruhun şad olsun, Ustad!
Çingiz Sultansoy
Teref: Xocxanin Blogu
 
Ardını oxu...
Azərbaycanda bəzi xarici televiziya kanallarının internet informasiya ehtiyatlarına giriş məhdudlaşdırılıb.

Teref Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən məhkəməyə müraciət edilib.

Müraciətdə bildirilib ki, Audiovizual Şurasının tənzimləmə sferasına daxil olan media subyektləri "audiovizual media subyektləri” kimi təsbit olunub. Qanuna əsasən platforma operatoru (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiya həyata keçirən fiziki və ya hüquqi şəxs) da audiovizual media subyektidir və hazırda Azərbaycan Respublikası ərazisində Şura tərəfindən verilən lisenziya əsasında 50-ə yaxın platformu operatoru fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı lisenziya əsasında fəaliyyət göstərən platforma operatorlarına böyük imkanlar yaratmaqla yanaşı, bazarda həmin operatorların fəaliyyət sferasında qeyri-sağlam rəqabət yaradan vebsaytlara və ya internet resurslara da müəyyən fürsətlər yaradıb ki, Şura yaxın vaxtlarda qanunvericilyin verdiyi səlahiyyətlər çərçivəsində bu sahədə tənzimləməni və nəzarəti gücləndirməyi planlaşdırır.

Qanuni fəaliyyət göstərən platforma operatorlarından fərqli olaraq ölkə ərazisində hər hansı lisenziya almadan, sahibkarlıq subyekti kimi qeydyiyyata alınaraq müvafiq vergiləri ödəmədən, müəllif hüquqlarına dair zəruri müqavilələr bağlamadan aylıq müəyyən ödəniş müqabilində (əksər vaxt bu ödənişlər qanuni olaraq lisenziya əsasında fəaliyyət edən operatorların təqdim etdikləri qiymətlərdən xeyli aşağı olur) xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını (satışını) həyata keçirən və "mənşəyi məlum olmayan” bu vebsaytlar və ya internet resurslar xarici ölkələrdən xidmətlərini təqdim edirlər. Onların təqdim etdikləri paketlərdə televiziya kanallarının sayı az qala 1000-ə çatır ki, bəzən onların arasında Azərbaycanın dövlət maraqlarına ciddi ziyan vuran yayımlar həyata keçirən, o cümlədən Ermənistandan yayımlanan televiziya kanallarına da rast gəlinir.

Məhkəmənin qərarı ilə İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılıb.
 
 
 
Ardını oxu...
Baba İlyas Türklerin Anadolu ve Horasan tarihinde büyük yeri olan bir Türkmen piridir. Anadolu Selçuklu tarihi içerisinde adı Alaaddin Keykubad kadar çok anılır. Anadolu'da Arap-Fars kültür emperyalizmine, haksızlığa, talana, soyguna ve en önemlisi de Türkmenlerin dışlanmasına karşı büyük bir isyan başlatmıştır. Bu nedenledir ki Baha Said Bey onun için "Baba İlyas, Anadolu'daki ilk Türkçü'dür." demiştir. Yine Prof. Dr. Çetin Yetkin ''Baba İlyas'ın isyan hareketi emperyalizme karşı Anadlu'da yapılmış ilk Türk ihtilalidir.'' der.
Bayındır Boyundan olan Baba İlyas Horasan'da doğmuştur. Artan Moğol baskısı nedeni ile binlerce talibiyle birlikte Anadolu topraklarını yurt edinmişlerdir. Dede Kargın aracılığı ile önce Elbistan'a oradan da 400 talibi ile birlikte Amasya Çat Köyüne gelmiştir. Burada bir zaviye açıp burasını bir okul gibi kullanmıştır. Sultan Alaaddin Keykubad Çat köyüne gelerek zaviyeye uğramıştır. Daha sonra bu zaviye Anadolu'dan gelen insanlarla dolup taşmıştır.
Sultan Alaaddin Keykubad dönemimde Türkiye Selçuklu Devleti ile bir sorun yaşamayan Türkmenler daha sonra tahta geçen 2. Gıyaseddin Keyhüsrev döneminde gerek dahili ve harici bir çok olumsuz gelişme yaşamaya başlamışlardır. Türkmenler üzerinde artan baskı, Selçuklu Devleti ile artan gerilimler sonunda Baba İlyas liderliğinde Türkmen isyanının patlak vermesine neden olmuştur.
1240 yılında Adıyaman, Maraş, Amasya hattında büyük bir Türkmen ordusu ile Selçuklular savaşa tutuşmuş, çoğu yerde isyancı Türkmen birliklerinin üstün geldiği savaş Amasya'da Baba İlyas'ın çatışmayı kaybedip ele geçirilip idam edilmesi ile son bulmuştur. Ancak halifesi olan Baba İshak daha da öfkelenen Türkmenler ile harekete geçip Amasya'ya girmiş Selçuklu birliklerini dağıtmıştır. Kırşehir yakınlarında ki Malya Ovası'na heraket eden Baba İshak içinde Frank askerlerinin yoğun olarak bulunduğu Selçuklu Ordusu'na yenilmiştir. Baba İshak ve beraberinde ki Türkmenler kılıçtan geçirilmiş neredeyse hiç kurtulan olmamıştır. Böylece Anadolu'da dini ve siyasi olan ilk büyük Türkmen isyanı sonlandırılmıştır.
Baba İlyas'ın öncülük ettiği Babailik, Osmanlıların sonradan Kızılbaşlık dediği bu hareket Anadolu'da Aleviliğin gelişmesine, yayılmasına ve kurumlarının oluşmasında büyük bir rol oynamıştır. Baba İlyas bunun yanında Türk Kültürü ve inançları olan Şamani Gelenekleri Anadolu'ya taşıyarak Türkmenler arasında korunmasına ve ileri ki dönemlere taşınmasına büyük katkılar sağlamış bir Türkmen Piridir.
Türkmen Aleviler
Teref: Xocanın Blogu
Ardını oxu...
İnsanın necə həyat keçirdiyini bilmək istəyirsənsə, onun necə öldüyünə bax. Aygün Bəylər sənətinə, gözəl səsinə layiq şəkildə əsl müğənni kimi oxudu, son imtahanını, son borcunu da sevənlərinə gəldiyi yerdə, səhnədə verdi və getdi.

İndiyə qədər belə gözəl və düzgün şəkildə səhnədən gedən müğənni olmamışdı. İndiyə qədər kimsə xəstə-xəstə oxumamışdı, son gülləsini xərcləməmişdi, enerjisini özünə saxlamışdı. Demək ki, özü demişkən, bir çoxundan fərqli olaraq, iliyinə qədər sənətkar elə O imiş.

Publika.az xəbər verir ki, bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb. Sənətçi barədə fikirlərini bölüşən tanınmış jurnalist qeyd edib ki, Aygün Bəylər oxumurdu, yaşayırdı hər kəlməni.

"Özünü oğlan qiyafəsində göstərdin bizi. Amma səsin o qədər zərif, o qədər xanım idi ki... Bir dəfə demişdim, ürəklə oxuyanlarımızın səsi zəifdir, səsi olanların ürəyi, mahnını yaşaya, yaşada bilmirlər. Sən bu klişeni də dağıtmışdın. Oxumurdun, yaşayırdın hər kəlməni. Səninlə oxumaq hər səsin işi də deyildi.

Bütün dünyada belə səsli müğənnilərə "Diva" deyirlər. Çünki divlik səslə olur, tərzlə deyil. Özün demiş, elə tərz də, imic də, fərqlilik də, təbiilik də səndə idi. Bu tərzdə dünyada bircə oxuyan, belə rahat, sərbəst, doğma və bəzəksiz danışan da Sən idin. Sən özün idin, Aygün, başqalarının bədəni, sənin səsin, danışığın çılpaq idi, boyasız, pudrasız, baxımsız, xalisindən yəni. Xalqınkını əməkdar, ciy-ciyləri xalq edən yerdə çox yaşaya bilməzdin sən. Bunca haqsızlığa sona qədər dözə də bilməzdin.

Balanı kimə əmanət etmisən, bilmirəm. Amma Allah bu dünyada bizə yaşatdığın gözəlliklərə xatir ona daim kömək olsun!

Yerin səni incitməsin, balaca, yaxşı qız, böyük səs. Yeri görünənlərdən, adı yaxşı anılanlardan, torpağı xoş xəbər aparanlardan olacaqsan. Rahat yat!"
 
Ardını oxu...
Mərhum Xalq artisti Rəşid Behbudov və ailəsinin arxiv fotosu yayılıb.

Oxu.Az yazır ki, bu şəkli onun qızı Rəşidə Rəşidin həyat yoldaşı Kamil Şahverdi özünün “Facebook” sosial şəbəkəsində paylaşıb.

“Soldan sağa: Ceyran xanım, Rəşid Məcid oğlu, Rəşidə Rəşid, Ənvər Məcid oğlu və Nəcibə xanım Məcid qızı. Tbilisi, 1982-ci il”, - deyə, K. Şahverdi vurğulayıb.
Ardını oxu...
 
Ardını oxu...
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. “Arşın mal alan” tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas səbəbi nədir?

Moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, “Arşın mal alan” operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.

“Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə “Örtük altında məhəbbət” filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, “olar qalıb iki-üç saat bir az da artıq məşq edək?”. Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, “salam Rəşid Behbudov”. Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir”, - deyə sənətçi bildirib.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bu barədə nazirlikdən bildirilib.

“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.
 
 

 


Ardını oxu...
"Mən namuslu ailədən çıxmışam. Heç vaxt xalqımı, millətimi, dövlətimi heç nəyə satmaram. Mən sevmişəm xalqımı. Ola bilər, o qədər açıq danışan adamam ki, xain adamlar bundan istifadə edirlər. Bir də görürsən ki, müəllimlərin pulu, ay nə bilim, uşaqpulu kəsilsin demişəm".

AzFakt.com xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova deyib. O, illər öncə haqqında səsləndirilən ittihamlara videomüraciətlə münasibət bildirib.

"Sübut edin, görüm, nə vaxt dilə gətirmişəm. Milli Məclisdirsə, oranın arxivində belə şey yoxdur. Axı bunu deməklə 50 ildə yığdığım məhəbbəti, sevgini azalda bilməzsiniz. Pislik ancaq sizə qalar. Məni xalqdan yalnız ölüm ayıra bilər", - o söyləyib.

Z.Xanlarovanın sözlərinə görə, "heç kimin danışmadığı vaxtda" elə sözlər deyib ki, onları təkrar etmək istəmir: "O yazarlara təəccüblənirəm. Tutaq ki, kimsə məni sevmir və adımdan nəsə qurub düzəldir. Axı o çörəyi necə yeyirsən sən, ay jurnalist?! Mənimlə danışmısan? Heç eşitmisən bu sözü ki deyirsən, ay nə bilim, uşaqpulu belə gəldi?! Düzgün deyil, bir az Allahdan qorxun. Burada qorxmursunuzsa, o biri dünyadan qorxun. Boğazınızdan yapışacaqlar ki, sən niyə iftiranı bu adama yapışdırmısan. Özü də elə edirlər ki... Uşaqpulu xalqın ən yaralı yeridir. Əksinə, müəllim istəməsəm, deyərəm ki, müəllim gör nə vəziyyətdədir, uşağını saxlamaq üçün gedib şabalıd satır?! Vicdanınız qarşısında oturun, fikirləşin ki, bu qaranı niyə yaxırıq?! Bununla bu qızı hörmətdən sala biləcəksiniz? Yox! İnanan bilir ki, mən o sözün sahibi deyiləm. Heç vaxt o sözü demərəm".

"Məni saxlamaq istəyirdilər ki, Türkiyədə yaşayın, Zeynəb xanım, sizin heykəlinizi qurarıq. Türkiyə canımdır, sevdiyim yerdir, ancaq yuxarı məhəllədə sökülən evləri heç yerə dəyişmərəm. İstəmirəm sizin ağzınızdan belə sözlər çıxsın, mən axı sizi sevirəm", deyə Xalq artisti bildirib.

 

Dünyapress TV

Xəbər lenti