Filmlərdə öpüşmə, qucaqlaşma və digər intim səhnələr tamaşaçılarda həmişə fərqli münasibətlər doğurub. Azərbaycan kimi müsəlman ölkəsində də belə səhnələr həmişə birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə, hətta qalmaqallara səbəb olub. Uzağa getməyək, iki il öncə əksər KİV-lərdə və sosial şəbəkələrdə rejissor Yavər Rzayevin çəkdiyi “Ilahi məxluq” filmi ilə bağlı açılan müzakirələri yada salmaq kifayətdir.
Bu filmdəki erotik bir səhnə – çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulayırdı.
İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətti gözlənilməlidir. Bu, o cümlədən də milli filmlərə aid edilir. Cəmiyyətdə əksəriyyət düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən qırmızı xətt filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.
Doğrudur, bu fikirlərlə bir çox rejissorlar razı olmadıqlarını dəfələrlə ifadə ediblər. Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər.
Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.
Məsələn, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.
Nəticədə “Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H. Məmmədov bununla bağlı xatirələrində belə demişdi:
“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.
Bununla belə bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr Filmlərdə öpüşmə, qucaqlaşma və digər intim səhnələr tamaşaçılarda həmişə fərqli münasibətlər doğurub. Azərbaycan kimi müsəlman ölkəsində də belə səhnələr həmişə birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə, hətta qalmaqallara səbəb olub. Uzağa getməyək, iki il öncə əksər KİV-lərdə və sosial şəbəkələrdə rejissor Yavər Rzayevin çəkdiyi “Ilahi məxluq” filmi ilə bağlı açılan müzakirələri yada salmaq kifayətdir.
Bu filmdəki erotik bir səhnə – çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulayırdı.
İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətti gözlənilməlidir. Bu, o cümlədən də milli filmlərə aid edilir. Cəmiyyətdə əksəriyyət düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən qırmızı xətt filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.
Doğrudur, bu fikirlərlə bir çox rejissorlar razı olmadıqlarını dəfələrlə ifadə ediblər. Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər.
Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.
Məsələn, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.
Nəticədə “Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H. Məmmədov bununla bağlı xatirələrində belə demişdi:
“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.
Bununla belə bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyi tərəfindən “qayçılanıb”.
Belə səhnələri çəkən rejissorlarımız isə məcburən həmin rolların qadın ifaçılarını Azərbaycandan kənarda axtrarmalı olublar.
Məsələn, mərhum rejissor Rasim Ocaqovun 1993-cü ildə çəkdiyi “Təhminə” filmində açıq-saçıq səhnənin inandırıcı alınması üçün yerli aktrisalardan yox, xarici sənət ustasından istifadə olunub. Bu səbəbdən də Təhminə rolunun ifaçısı üçün Türkiyədən aktrisa Meral Konrat dəvət olunub. Yerli aktrisalardan heç kim Təhminənin çəkildiyi yataq səhnəsində rol almağa cəsarət etməyib.
Yəqin ki, məşhur rejissor Tofiq Tağızadənin 1981-ci ildə lentə aldığı “Babamızın babasının babası” filmi bu gün sosial şəbəkələrdə müzakirəyə çıxarılsa, orada çəkilən erotik səhnə də tənqiddən yayınmayacaq. Qeyd edək ki, film Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş 160 yaşlı Əziz babadan (aktyor Hüseynağa Sadıqov) bəhs edir. Filmin lap əvvəlində Əziz babanın uşaqlığını əks etdirən bir səhnə ekranlaşdırılıb. O səhnədə balaca Əzizin özündən xeyli yaşlı Nərgizə vurulmağından bəhs olunur. Maraqlıdır ki, bu səhnədəki erotik görüntülər nədənsə heç vaxt Azərbaycan tamaşaçısının ciddi müzakirəsinə səbəb olmayıb. Bəlkə də 160 yaşlı Əziz babanın filmdə məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilməsi, tamaşaçı zövqünü oxşaması və təbiilik “Babamızın babasının babası” filminin erotik səhnəsini tənqid hədəfi olmaqdan yayındırıb. Qeyd edək ki, sovet dövründə çəkilən bu film indiyə kimi dəfələrlə müxtəlif yerli kanallarda nümayiş olunub. Amma bəzi telekanallar filmi nümayiş etdirərkən həmin səhnəni “qayçılayıblar”.
Yeri gəlmişkən, bu filmdə də erotik səhnənin canlı və təbii alınması üçün rejissor Tofiq Tağızadə Nərgiz roluna görə Rusiyanın tanınmış aktrisası Yelena Qaracovanı Azərbaycana dəvət edib. / Modern.az