Ardını oxu...
Məşhur aktyor Alek Bolduin ikinci dəfə "qəsdən adam öldürməkdə" ittiham edilir.

TEREF xarici KİV-ə istindən xəbər verir ki, 2021-ci ildə "Rust" fiminin çəkilişi zamanı rejissor köməkçisini öldürən aktyorun 3 ay sonra günahsız olduğu çıxıb.

Lakin "The Hollywood Reporter"in yaydığı məlumata əsasən, dəlil və sübutlar arasında aktyorun cinayəti törtədiyi silahın dəyişidirilməsi ilə bağlı bəzi detallar yer alıb.

Bu səbəbdən də aktyorun vəkilləri növbəti məhkəməni gözlədiklərini bildiriblər. Məlumatlara görə, Alekin 18 aya qədər həbsi gözlənilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Baku.ws
 

Ardını oxu...
Bu gün 20 Yanvar faciəsindən 34 il keçir. Hər kəs hadisə qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına axın edir.
Şəhidlər xiyabanının, 20 Yanvar hadisələrinin rəmzinə çevrilən “Əbədi Məşəl” abidə kompleksi 20 Yanvar şəhidlərinin bir növ rəmzinə çevrilib. Bəs görəsən daim yanan alovları ilə xalqımızın haqq-ədalət uğrunda mübarizəsinin əbədiliyini göstərən, möhtəşəm memarlıq abidəsi olan “Əbədi məşəl” hansı zərurətdən yaranıb?

Moderator.az-ın qonağı olan Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə o illəri belə xatırlayır:
“1990-cı il hadisələri bizim tariximizə, qan yaddaşımıza çox təəssüf ki, qara hərflərlə yazıldı. 20 yanvar faciəsindən 4 il sonra Dağüstü parkda abidənin qurulması ilə bağlı müsabiqə elan edildi. Amma müsabiqə heç bir nəticə vermədi. Sonradan da bu məsələ yaddan çıxdı. 1998-ci ilin aprel ayında Heydər Əliyevlə Şəhidlər Xiyabanında görüşdük. Ömər Eldarov və digər heykəltəraşlar da orada idi. Heydər Əliyev hamımızla görüşüb, danışdı. Bizə dedi ki, “ üstündən uzun illər keçib, utanmırsınız indiyə qədər burada bir abidə yoxdur?!”.

Əslində Ömər Eldarov və bir neçə heykəltəraşla biz 20 yanvar hadisələrinin səhəri günü bu mövzu ətrafında işləyirdik, sadəcə müsabiqədə iştirak etməmişdik. Sonradan da gördük ki, bu məsələyə münasibət soyuyub, ona görə işimizi dayandırdıq. Heydər Əliyev elə həmin görüşdə tapşırıq verdi ki, qısa bir vaxtda burada abidə ucaldılmalıdır. 40 dəqiqə söhbət etdi. Özü də dedi ki, bu “Əbədi məşəl” türbəsindən bir çox ölkələrdə var” deyə Elbay Qasımzadə bildirib.

Elbay Qasımzadə bildirib ki, onların hazırladığı layihədən öncə Ulu öndərə bir neçə layihə təqdim edilsə də, bəyənilməyib.
“Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün Prezident Heydər Əliyevi qane etmirdi. O daha bir neçə layihənin hazırlanmasını tapşırıb. Tapşırıq ondan ibarət idi ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Həmin tapşırıqdan 2 saat sonra bizim hazırlayacağımız abidənin eskizi hazır idi. Keçirilən müsabiqədə mənim rəhbərlik etdiyim layihə seçilir. Mən, Akif Abdullayev və Nazim Vəliyev Ulu öndərin ideyası əsasında hazırlanan layihəni 9 gün ərzində bitirərək Heydər Əliyevə təqdim etdim.Həmin layihədə abidənin günbəzi daşdan yox, şüşədən idi. “Əbədi Məşəl”-in tikintisi 45 günə başa çatdırıldı və 9 oktyabr 1998-ci ildə abidənin açılışı baş tutdu. “Əbədi məşəl” türbəsi Heydər Əliyevin tapşırığı ilə yaradıldı və o gündən etibarən hər kəsin and yerinə çevrildi. Məşəlin ilk alovunu da Heydər Əliyev özü yandırdı. 8 il Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun məsləhətlərini hər zaman dinləyib, əməl etmişəm. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında yenidənqurma işləri aparılarkən “Əbədi məşəl” abidəsinin sütunlarının hündürlüyü daha da artırıldı, abidədəki səkkizguşəli ulduz qızılla işləndi. “Əbədi Məşəl” abidəsi qəhrəmanlıq və rəşadəti özündə əbədiləşdirən abidədir. Orada yanan məşəl isə şəhidlərin alışıb yanan azadlıq eşqini özündə təcəssüm etdirir. Şükürlər olsun ki, bu gün müstəqil Azərbaycanda yaşayırıq” -deyə Elbay Qasımzadə bildirib.
 
Ardını oxu...
ABŞ-nin Nyu-York şəhərində fanatları Madonnanı məhkəməyə veriblər.
Məlumata görə, buna səbəb müğənninin konserti iki saat gecikdirməsi olub.
Konsert gecə saat birdə bitib. O vaxt konsertdən çıxan pərəstişkarlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, gecə saatlarında avtobus az olub, fanatların çoxu taksi ilə evə getmək məcburiyyətində qalıb. Evlərinə gec çatan adamlar səhər də işə getmək üçün oyanmaqda çətinlik çəkiblər.
Fanatlar iddia ərizəsində ulduzu ədalətsiz ticarətdə ittiham ediblər. Onların fikrincə, konsert vaxtının gecikdirilməsi biletdə yazılan şərtləri pozub. Madonnanı konsertinin gec başlamasına görə məhkəməyə verib və ertəsi səhər işə getmək üçün tez durmalı olduqlarına görə narazılıq ediblər.
Mənbə: Ura.ru
 
Ardını oxu...
Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir.
Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir. İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir. Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir.
Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur.
Bunu görən Bethoven:
- «Lütfən, məndən bir şey istəyin.»- deyir.
Maddi bir şey istəyəcəyini düşünərkən, qızın cavabı bu olur:
- «Mən heç ay işığı görmədim, mənə ay işığını izah edərsinizmi?»
Bundan sonra Bethoven pianonun arxasına keçərək «Moonlight» («Ay işığı») sonatasını birbaşa çalır.

TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Bu gün Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür.

Oxu.Az xatırladır ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə müstəqil dövlətimizin Dövlət Gerbi təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət gerbində qalxan - azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın özünümüdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng - milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islam), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov - “Odlar Yurdu”nu - Azərbaycanı, palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.
Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də milli ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə olunub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə élan olunması haqqında” (05.02.1991, №20-XII) xüsusi qərar da qəbul etmişdi.
Ardını oxu...
"Bir gün ablamlara misafirliğe gittim.
O zamanlar 21 yaşındaydım.
Bir yere telefon etmem gerekiyordu, fakat ablamların telefonu bozuktu.
Abimin okul arkadaşı olan karşı komşudan telefon etmemi istediler.
Gittim utanarak kapıyı çaldım.
Bir adam kapıyı açtı, ilk kez görüyordum.
Telefonunuzu kullanabilir miyim?
Diye sordum.
"Benimle evlenirseniz neden olmasın" dedi.
Çok şaşırdım, neyse telefonu kullandım.
Çıkarken şaka yoluyla
"Telefonun ücretini alayım?" Dedi.
Ben de "evleneceğiz ya" dedim.
Her şey çok ani gelişti ve evlendik."
(Lale Manço)
Ardını oxu...
Fevral ayının 13-dən Azərbaycanda Rəcəb ayı başlamışdır ki, Qəməri təqvimində Rəcəb, Şaban və Ramazan ayları müqəddəs ay hesab olunur. Bu aylarda xüsusi günlər var ki, o günlər ibadət üçün mühüm sayılır və bunlar Rəqaib kandili, Merac kandili və Bəraət (Berat) kandili adlanır. Bəs bu kandillər nə deməkdir və niyə ibadət üçün əhəmiyyətli hesab olunur? Rəcəb ayının və bu kandillərin əsl mahiyyətini dərk etmək üçün biz sufilərin elmi-Billah adlandırdıqları hikmət və marifətullaha müraciət etməliyik. Çünki əsl İslam - Allahı tanımaq və Onun batini sirlərini bilməkdən başlayır. Bunun üçün isə biz ilk ümmətin bu vahid səfa dilinə, yəni sufizmə müraciət etməliyik. İlk ümmət Babil qülləsini tikdikdən sonra, Allah vahid dildən 70 dil yaradıb, insanları dünyaya səpələmişdi.
Ardını oxu...
Mən kitab və məqalələrimdə göstərmişəm ki, sufi müdriklərinə görə, iki növ insan, yəni göy və yer insanı və onların da iki növ məntiqi olmuşdur (məqalə: "Peyğəmbərimiz doğrudanmı 9 yaşlı Aişə ilə evlənib?, sayt: https://firudin.blogspot.com/2023/12/mhmmd-peygmbr-hqiqtnmi-usaqbaz-olub.html?m=1). Bütün qədim yazılar ikili mənada yazılmışdır ki, yazıların birbaşa mənası avam yer insanları üçün, gizli batini mənaları isə kamil göy insanları üçün nəzərdə tutulmuşdur. Qədim Assur, Misir mətnlərində göy insanları - Asar/Osiris teurqları, yəni Azəri türkləri adlanan amorey-sutilər (miri-seyidlər) kimi qeyd olunurdular (məqalə: "Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler", sayt:
http://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1). Bu ilk ümməti biz Azəri pir-bəgləri və seyid-şıxları nəsli kimi tanıyırıq. Bütün qədim mətnləri məhz bu göy türkləri qələmə almışlar və bu yazıları anlamaq üçün də onların sufi-batini məntiqinə müraciət etmək lazımdır.
Ardını oxu...
Sufi məntiqinə görə, bütün yazıların batini mənaları Tək Allaha və Onun obrazları olan əvvəldə gələn və axırda gələcək Allaha aiddir. Mən, "Qurana görə axirətdə Allah gələcək" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2014/01/qurana-gor-axirtd-allah-glck.html). Buradakı Tək Allah - qədim Misir fironu sayılan pir Amondur (Əman) ki, O göydə İlahdan Ra diski yaratmış, öləndən sonra isə, Ruhu bu disklə birləşib Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Məhz bu Ruhullah əvvəldə gələn Allah sayılır. Axirətdə Amon Allahın göydə ölümsüzlük qazanmış bu Ruhu, bir insanın bədəninə tənasüh edir ki, bu da axırda gələn Allah mənasındadır. Qədim Misirdə pir (pirao), yəni firon adlanan Amon, İran mətnlərində farnbaq, yəni firon-bəg adlanır. Deməli, bütün yazılar sufi məntiqi ilə yazılıb və onların batini mənaları - əvvəldə və axırda gələn Amon Allahın Ruhuna aiddir. Adi insanları heyvani qüvvələr idarə etdiyi və onların da taleyini Allah əvvəlcədən yazdığı üçün, onlar mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Bütün qədim yazıların batini mənaları - Tək Allaha, Onun bu dünyada gördüyü və axirətdə görəcəyi işlərə həsr olunmuşdur.
Ardını oxu...
Mənbələrə görə, Rəcəb ayının ilk günü İmam Muhəmməd Baqirin mübarək mövludu günüdür. Sufi məntiqində Baqir rəmzi bəg-ər deməkdir və bu rəmz batini mənada Rəcəb və Rəqaib rəmzləri ilə eynidir. Quranda bu rəmz Bəqərə kimi, Tövratda isə Beqar və s. kimi keçir. Sufizmdə bəg rəmzi - tərikə yolunu gedən türükün Bəqa fazasına yüksəlməsi və İlahla vəhdətə nail olması deməkdir. Məhz bu fazada pir Amon İlahdan, yəni ilkin materiyadan göydə Ra diskini yaratmışdır. Başqa sözlə,
Ardını oxu...
Baqir/Rəqaib/Rəcəb rəmzləri - Bəqa fazasında Ra diski yaratmış Bəg Amon (Ra-Amon/Rəhman) deməkdir. Quranın Mişkat ayəsində Amon Allahın Ruhu çırağa, Ra diski (şarı) isə ulduza bənzədilir: "Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxça kimidir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. Çıraq şərqə və ya qərbə aid edilməyən mübarək zeytun ağacından odlanır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Nur içində nur. Allah dilədiyini Öz nuruna yönəldir". Burada qeyd olunan zeytun ağacı - pir Əmanın minlərlə qurban ruhlarından yaratdığı "Dünya ağacı" (Həyat ağacı) mənasındadır. Bu ağacın budaqlarında yaradılmış ruhlar dünyası (cənnət) və Ra diski məhz qurban ruhlarının İlahla qarışığından qidalanır (məqalə: "Что означает Эрец-Исраэль на "языке птиц", sayt:
Ardını oxu...
https://gilarbeg.wordpress.com/2020/11/23/). Bu o deməkdir ki, zeytun yağı ilə alovlanan kandil, yəni çıraq da elə Ra-Amon Allahının rəmzidir. Başqa sözlə, batini mənada Rəqaib kandili - qurban ruhlarından yaradılmış Ra diski və onu idarə edən firon Amonun Ruhu anlamındadır. Belə çıxır ki, Rəqaib kandili gününün ibadəti - firon Amonun bəglik məqamında Ra günəş diskini yaratmasına həsr olunmuşdur.
Ardını oxu...
Rəcəb ayının 27-ci gecəsi Merac və İsra mənasında Merac kandili adlanır. İnama görə bu gecə Məhəmməd peyğəmbər, adam başlı Buraq atı minərək, göylərə səyahətə qalxmışdır. Mifologiyada adam başlı at - kentavr adlanır və "kainat atı" mənasındadır. Upanişadalarda bu atın yaradılması "Aşvamedxa" ritualı kimi qeyd olunur. Bu ritualda atlar qurban kəsilərək, ruhlarından göyləri tutmuş "kosmik at" yaradılır. Kainat atının çaparı isə firon Amonun ruhudur və O dünyanı bu at vasitəsilə idarə edir. Bu isə o deməkdir ki, Buraq atını minmiş Məhəmməd peyğəmbərin obrazı elə Ra-Amon, yəni Rəhman Allahın obrazıdır. Meracın İsra adlanması da bu obrazın eyni zamanda Asar (Azər), yəni Osiris Allahının obrazı olması deməkdir. Mən, "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır" adlı məqalədə bu haqda yazmışam (sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1). Məşhur sufi Mühiddin ibn Ərəbi, Alban dağlarından qopmuş "odlu atı minmiş" adamı Allah kimi təsvir edir. Bunlar isə onu deməyə əsas verir ki, Merac kandili - pir Amonun öləndən sonra, Ruhunun Ra-Amon Allahına çevrilməsinin gecəsidir.
Ardını oxu...
Müqəddəs üç aylarda əsas gecələrdən biri də Bəraət kandili adlanır. Bəraət gecəsi Quranın Lövhi-məhfuzdan dünya səmasına nazil edildiyi gecə hesab olunur. Sufi-batinilərdə Quran - kitab yox, qədim Misirin Qor fironlar nəslindən axirətdə gələcək kutb, yəni vəli mənasındadır. İsna-Aşəriyə dinində Quranın batini mənalarını bilən bu kutb - natiq mənasında "danışan Quran" adlanır (məqalə: Oxuduğumuz Quran - həqiqi Quran deyil", sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). İslamın ilk dövrlərində batini sirləri bilən Qor/Qərəə nəsli - karilər, qədim Misir mətnlərində isə Qor yolu ilə gedənlər (Şəmsi Qor) adlanırdı. Xristian mənbələrində bu Qor/Xor nəslində doğulacaq "danışan Quran" - Xoris, Xristos, yəni İsa peyğəmbər kimi məlumdur. Bu o deməkdir ki, Rəqaib və Merac kandillərindən fərqli olaraq, Bəraət kandili axirətdə gələcək İsa peyğəmbərə aiddir. Yəni, Rəqaib və Merac kandilləri əvvəldə gələn və Günəş Allahı mənasında olan Ra-Amon Allahına həsr olunubsa, Bəraət kandili axirətdə gələcək və Günəş Allahın yerinə keçəcək Ay Allahı rəmzli Mehdiyə həsr olunmuşdur. Qeyd etmək istərdim ki, İslamın rəmzi sayılan ay rəmzi də, təqvimin Qəməri (ay) adlanması da məhz axirətdə gələcək Allahla, yəni İsa Ruhullahla bağlıdır.
Ardını oxu...
Qədim Misir mətnlərində ruh mənasını verən İsa rəmzi - Sia və Şu kimi qeyd olunur ki, sufi məntiqində bu rəmzlər eyni mənalıdır. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri İsa peyğəmbəri - Yeşua, yəni Ya-Şiə adlandırdılar (məqalə: "Hz. İsa – Azəri türk bəgi olmuşdur", sayt: https://gilarbek.blogspot.com/2013/12/hz-isa-azri-turk-bgi-olmusdur_29.html?m=1). Quranda "şiat" kimi keçən şiə rəmzi Tövratda "yesiat" adlanır və batini mənada "bədəndən çıxan ruh" mənasını verir. Başqa sözlə, İsa peyğəmbərin obrazı elə axirətdə zühur edəcək Şiə imamının obrazıdır.
Bəraət sözünün ərəbcə "təmizə çıxma" mənasında olması, insanların axirət məhkəməsi zamanı günahlarının əfvi və bağışlanması anlamındadır.
Batini mənada bəraət rəmzi bara-ata/teo mənasında, firon Amonun kamilləşmiş Ba ruhunun Ra diski ilə birləşməsi (BaRa), yəni Ra-Amon Allahı deməkdir. Ba (Bəsmələ) ruhu həm əvvəldə və həm də axırda gələn Allaha aiddir (məqalə: "Baki – Allahın əsas adlarından biridir", sayt: https://gilarbeg.wordpress.com/2023/12/08/baki-allahin-%c9%99sas-adlarindan-biridir/). Bu o deməkdir ki, bəraət verən Allah, axirətdə İsa peyğəmbərin vücudunda zühur edəcək Ruhullah, yəni firon Amonun ruhudur.
Rəqaib və Merac kandili, yəni firon Amonun Ra diskini yaratması və öləndən sonra onunla birləşməsi qədim Misir mətnlərində geniş təsvir olunur və bu haqda mən kitab və məqalələrimdə çox yazmışam. Bəraət kandili, yəni axirətdə odlanacaq Ra çırağı və onun yeni yaranacaq ruhla (İsa) birləşməsi isə sirr olaraq qalır və mən bu haqda daha geniş məlumatlar vermək istəyirəm.
Məşhur sufi əl-Qəzalinin fəlsəfəsində, Quranın Lövhi-məhfuzdan dünya səmasına nazil edilməsi, yəni Amon Allahın ruhunun axirətdə İsa obrazında zühuru - Mələküt aləmindəki İlahi "ağılın", yer altındakı Cəbərut mağarasında ruhda təcəlla etməsi və Allahın yerdəki Mülkündə zühur etməsi kimi qeyd edilir. Bu proses və ümumilikdə axirətdə ruhlar aləmində baş verəcək hadisələr haqqında mən "Batini-Quran" kitabında, fakt və mənbələrlə geniş izahlar vermişəm ("Batini-Quran" kitabı (sonralar "B-Q"), sayt: https://firudin.blogspot.com/2020/08/batinilik-haqda.html?m=1).
Ardını oxu...
Deməli, Bəraət kandili, yəni axirətdə Ra çırağı ilə vəhdətə nail olacaq Ruh (İsa), İlahi ağılın insan simasında zühurudur. Tarixçi Sebeos, bu Ruhu, yəni İsa peyğəmbəri, İlahi mahiyyətin mövcud olduğu yarıinsan və yarıallah kimi təsvir edərək yazır: "Gözə görünməz – görünmədi, lakin gözə görünməyənin təcəssümünü gördülər: çünki, təcəssümdə Atanın İlahi təbiəti var idi və Ananın insan təbiəti - insan təbiəti ilə, qarışmayan birləşmə ilə birləşdi. "Vahid doğuldu – Allah və insan, şam kimi..." (bax."B-Q"). Xristianlıqda İlahın insanda zühuru "İttihad əl-ləhud bin nəsut", sufizmdə isə "Vəhdəti Vücud", "Vəhdətin Günəşi" və s. adlanır. Xristianlıqda bu kandil, yəni Ra çırağı məhz Günəş Allahı adlanır: "Xristlə yaşa, və o səni xilas edəcək, çünki məhz o həqiqi işıq və həyatın Günəşidir. O Günəş kimi, bədənin gözünə nur vermək üçün çıxır, Xristos kimi hər bir ağılı və ürəyi işıqlandırır" (bax."B-Q"). Siluanın nəsihətinə görə, insanlar qaranlıq içində gəzirlər və həqiqəti başa düşmək üçün yalnız Xristi işıq kimi, əllərində tutmalıdırlar ki, onun işığı ilə ətrafı görsünlar. Nəsihətdə deyilir: "Allah hər kəsi görür, (lakin) heç kəs ona baxmır. Xristos isə həsədsiz götürür və verir. O, həsədsiz işıq verən Atanın işığıdır. Xristlə yaşa və o səni xilas edəcək, çünki Xristos hər ağılı və hər bir ürəyi nurlandırır. Və hər şey Xristosdur – Yaşayandan hər şeyi vərəsəliklə qəbul edəndir". Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa obrazı bilavasitə Amon Allahının obrazı və Onun varisidir. Yalnız onun vasitəsi ilə Allahın sirlərini, hikməti dərk etmək mümkündür (bax."B-Q").
Ardını oxu...
İsa peyğəmbər - sufilərdə Kari (Quranda Karia/Qaria), xristianlarda Xoris/Xristos, qədim Misirdə isə Qor/Xor adlanan Allahın ruhu mənasındadır. Bəraət kandili, yəni axirətdə gələcək İsanın obrazı - Misir mənbələrindəki Osiris (Azər) və Onun oğlu Qor/Xor Allahının obrazıdır və bu çıraq (kandil) mətnlərdə - zülməti qovan, onu işıqlandıran və nura çevirən Allah adlandırılır. Yazılarda Xristosun, yəni Xor Allahının varis kimi Osiris Günəş Allahının yerini tutması haqqında deyilir: "İsidanın oğlu Xor, böyük Allah, gecə qaranlığı qovan, … iki gözü ilə iki dünyanı tam işıqlandıran, Göyün Şərq tərəfində, üfüqdə Günəşin yerini tutan hakim... Mənim sevimli oğlum, Fivada nur saçmağa başlamışdır. Mənim arzularımı həyata keçirən Xor, əbədi yaşa... Sən məni qane etdin və mən səni Xorun taxtına milyon illərə yüksəldirəm və sən canlılara hakimlik edəcəksən!" (bax."B-Q").
Alban mənbələrində İsa peyğəmbərin obrazı Movses, Urnayr, Varseq və s. rəmzlərlə qeyd olunur və onun yerdəki və sonrakı həyatından geniş söz açılır. A. Təbrizli yazır ki, Taron qavarında Movses - "Günəş kimi hər kəsi işıqlandıraraq ölkədə dolaşırdı və müqəddəs Ruh (yəni Allah) özü ona ruhani zahidliyi gələcək günlər üçün öyrədirdi". Mətnlərdə İsa peyğəmbər, öləndən sonra Allah kimi ikinci dəfə doğulacağı üçün "iki dəfə doğulmuş" adlanır. Urnayr şah - "... müqəddəs Qriqoridən özünün ikinci doğuşunu qazandı: müqəddəs ruhla nurlanmış, öz ölkəsinə gəldi və Albaniyanı daha da nurlandırdı. O əbədi işığın oğluna çevrilərək, öz insan həyatını başa vurdu" (bax."B-Q"). Başqa sözlə, Ay Allahı mənasında olan İsa Ruhullah öləndən sonra, Günəş Allahı Ra-Amon Öz taxtını və iki dünyanın hakimiyyətini ona əbədi verir. Bu isə o deməkdir ki, Bəraət kandili günü - axirət məhkəməsində çox insana bəraət verəcək İsa (Şiə) Allahına həsr olunmuşdur.
Bəraət kandili, yəni axirətdə gələcək İsa və ya Şiə obrazı haqda Quranda da geniş məlumatlar verilir. Bu kitaba görə, axirətdə gələn elçinin əsas nişanəsi - onun Quranı tam bilməsi və onun əsil mənasının elmi izahını verməsi olacaqdır: "Bəli, bu (Quran), elm verilmişin sinəsində olan açıq nişanədir: yalnız zalımlar Bizim nişanələrimizi inkar edər!... Biz düşünən tayfa üçün onda açıq nişanə saxladıq!... Ey Adəm oğulları! Sizin içinizdən Mənim ayətlərimi açan peyğəmbər gələndə, kim ki, qorxub yaxşı işlər görürdülər, onlar üçün qorxu yoxdur və onlar qəmgin olmayacaqlar!... Ey kitabı olanlar! Sizə, kitabda gizlətdiyinizin bir çoxuna izah verən və çoxlarının yanından keçdiyinizi açan Bizim elçimiz gəldi. Sizə Allahdan nur və açıq nişanələr gəldi… Əgər onlar səni yalançı saysalar, bil ki, ondan əvvəlkiləri də yalançı saymışdılar. Onlara, onların peyğəmbərləri də açıq nişanələrlə və yazılarla, və ağlı nurlandıran kitabla gəlmişdi!... Kitab əhli səndən, onlara Göydən bir kitab endirməni istəyirlər və s." (bax."B-Q"). Belə çıxır ki, axirətdə gələn elçi də kitab yazıb, orada qədim sirlərin açmasını verməli və insanları dinin qaranlıq məqamlarından işıqlığa çıxarmalıdır. Qədim sirləri açan məhz bu Quran (axirətdə yazılacaq ikinci Quran) Allahın əsas nişanəsi hesab olunur: "Onlar dedilər: Əgər ona sənin Rəbbindən bir nişanə göndərilsəydi!" De: "Nişanələr yalnız Allahdandır və mən isə yalnız açıq nəsihət verənəm!... O, öz quluna açıq nişanələr endirdi ki, sizi zülmətdən işıqlığa çıxarsın. Allah sizə mülayim və mərhəmətlidir!... Biz sənə kitabı göndərdik ki, sən insanları, onların Rəbbinin izni ilə zülmətdən işığa – yenilməz qüdrət sahibi, tərifə layiq olan Allahın yoluna gətirəsən!... Onlara Bizim açıq yazılmış nişanələrimizi oxunanda, Bizimlə görüşə inanmayanlar deyərlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!". De: "Mən onu öz iradəmlə dəyişdirəcəyimi gözləmə". Mən yalnız, mənə gələn vəhylərin dalınca gedirəm. Allaha qarşı çıxsam, böyük günün cəzası da böyük olar!... Bu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır, lakin o bundan əvvəlkiləri təsdiq və o kitabı ətraflı izah edəndir. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç şübhə yoxdur!". Belə çıxır ki, axirətdə gələn peyğəmbərin yazacağı kitabla insanlar zülmətdən nura çıxacaqlar və bu günə qədər dərk olunmayan sirləri dərk edəcəklər. Allahın elçisinin, insanları nurlandıran çıraq rolunda olması Quranda belə qeyd olunur: "Ya peyğəmbər. Biz səni Allahın izni ilə haqqa bir şahid, müjdəçi və nəsihət verən və nurlu bir çıraq kimi göndərdik!... Səmada bürclər yaradan, orada bir çıraq və nurla bir Ay əmələ gətirən nə qədər uludur!".
Bütün bunlar o deməkdir ki, Rəqaib, Merac və Bəraət kandilləri gecələri - Rəhman Allahın bəşəriyyəti yaratdığı və Öz nurunu tamamlayacağı zaman gördüyü və görəcəyi ən mühüm işlərin yad olunması gecələridir.

Firudin Gilar Bəg
17.01.2024
 

Ardını oxu...
“Mədəniyyəti, sənəti, incəsənəti sovet və ya qeyri-sovetə bölmək olmaz. Bu, sinifli quruluş deyil. Zeynəb Xanlarova Azərbaycan xalqı, mədəniyyəti üçün canlı əfsanədir. Biz adətən insanları itirdikdən sonra qədrini bilirik. Zeynəb xanım Azərbaycan xalqının milli dəyəri, sərvətidir. Sovet vaxtında Zeynəb Xanlarova Azərbaycan incəsənətini nəinki SSRİ-də, dünyanın 40-dan çox ölkəsində tanıdırdı. O, ölkəmizi səhnə mədəniyyəti, səsi və Azərbaycan haqqında mahnılar oxumağı ilə dünyaya tanıdırdı”.
Bu sözləri əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov Bizimyol.info xəbər portalına verdiyi açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Zəynəb Xanlarovaya edilən hücumların arxasında, kökündə ya qısqanclıq, ya tarixdən xəbərsizlik, ya da bu millətin milli dəyərinə sayğısızlıq durur.

“Milli dəyərinə hörmət etməyən millətin gələcəyi yoxdur. Yazıçının, şairin, əsl sənətkarın nə dövrü olur, nə də sinfi. Zeynəb Xanlarova ilə 5 il parlamentdə birgə çalışmışıq. Onun sənətkarlığından əlavə, o, parlamentdə böyük bir ictimai xadim kimi fəaliyyət göstərib. Məsələn, mən qaçqın və məcburi köçkünlərin problemlərini qaldırdıqda və həll etməyə çalışdıqda, Zəynəb Xanlarova qaçqın və məcburi köçkün olan digər rayonların deputatlarından daha çox dəstək verirdi”, - deyə əməkdar jurnalist bildirib.

Əlövsət Ağalarov portalımıza xüsusi açıqlamasında daha bir neçə faktdan bəhs edib: “4 qaçqın tələbəni təhsil haqqını ödəmədiyi üçün universitetdən çıxarırdılar. Onlar da mənə müraciət etmişdilər. Zeynəb Xanlarovaya məsələdən bəhs etdim. Məbləği soruşdu, qəbzləri götürüb cibinə qoydu və dedi ki, narahat olmayın. Bir neçə gün sonra gəldi və dedi ki, artıq tələbələrin təhsil haqları ödənilib. Bunu yalnız millətinə, xalqına canı yanan biri edə bilər. Şəxsi vəsaiti hesabına 4 Azərbaycan gəncinin universitetdən qovulmasının qarşısını aldı.

Bundan əlavə, 20 Yanvar hadisələri zamanı televiziya yandırılmışdı. Ortada bir kamera yox idi ki, hadisələri çəksin. Zeynəb xanım həmin an dedi ki, mənim evdə kameram var. Evdən özünün şəxsi kamerasını gətirtdi, çəkdirdi və bütün dünyaya bu dəhşəti göstərdi. Rəşid Behbudov və Zeynəb Xanlarova Azərbaycan musiqisini sərhədlərdən kənara aparıblar. Onlar sübut ediblər ki, bu xalqın musiqisi və incəsənəti var. Belə insanlara qarşı qarayaxma kampaniyası aparmaq düzgün deyil. Hansı xalq, hansı millət öz sənətkarlarına bu münasibəti göstərir?”

Əlövsət Ağalarov sonda təklif edib ki, "Zeynəb Xanlarova məktəbi" yaradılmalıdır.
 
Ardını oxu...
Göyçay rayon sakinləri rayonun məşhur “Yeraltı hamam” kompleksinin dağılmasından gileylənirlər.

Rayon sakini Kəmalə Əliyeva Meydan TV-yə deyib ki, unikal memarlıq abidəsi olan hamam kompleksi dağılmaq üzrədir.

O hətta hamamın fəaliyyət göstərdiyi illəri də xatırlayır:

“O illər yadımdadır. Orta məktəb və sonrakı illərdə kənddən xalamgilə gedirdik. Rayonun mərkəzində yerin altında hamam vardı. Xalam uşaqlarını da götürüb hamama gedərdik. Girişi 20 qəpik idi, geyimlər üçün isə bağlı rəf vardı. Biz uşaqlar parda qadın salonunda çimirdik. O dövrdə evlərdə, xüsusən də kəndlərdə hamam yox idi. Həmin hamam təmizlik məkanı, hamının kollektiv üz tutduğu hamam idi. Sonradan dövr dəyişdi, hamı ayıldı, evlərdə hamam tikildi, getmədik”.

Kəmalə Əliyevnın sözlərinə görə, hamam 19-cu əsrdə tikilib və indiyə qədər varlığını qoruyub saxlayıb. Amma abidə illərdir ki, əsaslı təmir olunmur

40 ildir ki, qapısı bağlı yeraltı hamam kompleksi nadir memarlıq abidəsi kimi getdikcə öz varlığını itirməkdədir.

Rayon ziyalısı Əkbər Əliyev deyir ki, abidə mülkədar Həzrət bəy Ağazadə tərəfindən qızına cehiz olaraq tikilib.

Geniş, düzbucaq formasında olan hamam 3 oval formalı salondan, 4 tək otaqdan ibarətdir.

Memarı bilinməyən hamam kompleksinin üç fərqli özəlliyi var ki, hələ də sirri müəmmalıdır.

“Bu hamamın 4 unikal özəlliyi var”

Əkbər Əliyev bildirir ki, məhz bu özəlliyinə görə hamam öz təyinatı üzrə istifadə edilməsə də, sıradan çıxmasına da imkan verilməməlidir.

“Ağabəyovlar rayonda məşhur nəsil olub. Nəslin ən tanınmış üzvü Məmməd Sadıq bəy Ağabəyov general, pedaqoq, şərqşünas alim olub. Həzrət bəy isə böyük mülkədar, indiki dillə desək, sahibkar olub. Ötən əsrin 30-cu illərində Bakıda yaşayıb və vəfat edib. Düşünürəm ki, unikal olan bu abidə məhz 20-ci əsrin əvvəlində də tikilə bilər. Bir özəlliyi odur ki, hamam yer səthindən iki metrə qədər yerin altında yerləşir. Bir o qədər hündürlükdə isə yerin üstündədir. Yerin üstündə olan hissədə çölə pəncərələri var. Bu da otaq və salonları işıqlandırmaq üçündür. Üç salondan ikisi qadınların olub ki, o otaqlar tərəfdə pəncərə yoxdur. Salonlarda eyni anda 70-80 şəxs istifadə edə bilib”.

“Bir özəlliyi isə istilik sistemi idi ki, su və odunla isidilirdi, ancaq döşəmə həmişə isti qalırdı. Bilinmirdi ki, istiliyi necə qalır. Digər maraqlı məqam isə kanalizasiya xəttinin müəyyən edilməməsidir. Hamamdan axıdılan su hara gedir, bilinmirdi. Hətta deyilirdi ki, 400 metrəyə qədər axıdılır, ancaq yenə bilinmədi. Hətta alt hissədə iri hovuzu var. Bu da 6-7 metr dərinlikdədir. Suyu da o vaxt 100 metr uzaqlıqdan – Ərvan çayından götürülüb. Hamam kompleksi rayon əhalisinin təmizlik və dinclik məkanı olub. Düzdür, sonradan iki hamam da tikilib, ancaq bu hamam kompleksi unikal memarlıq abidəsidir, qorunması vacibdir”, – deyə o qeyd edir.

“Hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”

Onun sözlərinə görə, hamam həmişə təyinatı üzrə istifadə edilməyib:

“Zamanla həbsxana, sahibkarlıq, tibb obyekti kimi istifadə olunub. Hətta bu istifadələr kompleksin daxili dizayn və interyerinə də mənfi təsir edib, kənar müdaxilələr olub. Odur ki, əsaslı təmirdə hamamın ilkin vəziyyəti nəzərə alınmalıdır. Repressiya illərində hamamdan həbsxana kimi istifadə olunub. İkinci Dünya müharibəsi illərində isə pendir sexi kimi istifadə olundu. Aclıq idi o dövrlərdə, buna fikir verilmirdi. 1958-ci ildə bina yüngül təmir olunub təyinatı üzrə işləyib. Müstəqillik illərində isə bir nəfər oranı tibb müəssisəsi kimi istifadə etdi, narazılıq oldu deyə fəaliyyəti dayandırıldı. O adam interyerə, daxili dizayna dəyişiklik etmişdi. Sonradan dövlət abidəsi elan edib qorunduğuna dair yazı qeyd olundu, ancaq abidə əsaslı restavrasiya (köhnəlmiş memarlıq abidəsinin ilkin formasına uyğun yenilənməsi. red) olunmadı”.

Rayon sakini bildirib ki, yalnız çöl hissədən divarlara yüngül əl gəzdirilib:

“Buna da təmir demək olmaz. Hələ 15 il öncə hamamın içərisinə daxil oldum, çox bərbad və töküntülü bir vəziyyətdə idi. İndi bilmirəm içərini təmizləyirlər və necədir? Ancaq hələ o vaxt bərbad idi. O abidənin içərisi çox maraqlı üslubda qurulmuşdu, naxışları, ornamentləri, oymaları fərqli idi. Yenidən hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”.

O deyir ki, abidə kompleksi yaşı bir əsrə yaxın çinar ağacının yaxınlığında yerləşir. Küləkli havalarda çinar ağacı da aşıb abidəyə təhlükə yarada bilər.

Rayon sakinləri də düşünür ki, abidə kompleksinə çox olmasa da, ildə 2-3 dəfə turist gəlişi belə təmirini qaçılmaz edir.

Onlar deyirlər ki, hamama giriş olmasa da, qapısı kənar müdaxilədən qorunmaq üçün bağlı olsa da, ancaq kompleksin gümbəz və çöl divarlarında iri çatlar, dağıntılar tezləşdirilməyən təmir üzündən zamanla məhv olacağından xəbər verir.

“Aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur”

“Maraqlısı odur ki, hamam həm də rayonun tarixindən xəbər verən unikal memarlıq abidəsidir. Yerli əhəmiyyətli abidə kimi niyə məhv olsun? Təmir etsinlər ki, yaşasın. 10 ildən çoxdur ki, aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur. Rayonda festival olur, gələnlər çox olur. Turistlər üçün maraqlı məkan ola bilər. Təmir olunsun, ətrafı hasarlansın, qorunsun. Rəngləri solur, divarlar çat verib tökülür, pəncərələr, girişi təmirsiz, ətrafı isə tullantı ilə dolu olur. Vaxtaşırı içərisində təmizlik aparılsa, abidə tarixə qovuşmaz, yaşayar”, – deyə rayon sakini Arzu Məmmədova vurğulayır.

Yenə də vəd…

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərbası Üzrə Dövlət Xidməti Meydan TV-nin abidə ilə bağlı sorğusuna cavab verib.

Amma qurum abidənin nə vaxt təmir ediləcəyini konkret deməyib:

“Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Həmin hamam uzun illər sakinlərin istifadəsində olub. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpa olunması üçün investisiya planına salınıb”.

Sakinlər isə hələ də ümid edirlər ki, abidə tarixə qovuşana qədər aidiyyəti qurumlar verdikləri vədi yerinə yetirəcəklər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
80 yaşlı ispan müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Bildirilib ki, Baham adalarından gələn ifaçının çamadanlarında 40 kq-dan çox ərzaq olub. Gömrükçülər onun çamadanlarında gətirilməsi qadağan olunmuş mallar aşkar ediblər.
İfaçı və onunla birlikdə səyahət edənlər bir neçə saatdan sonra sərbəst buraxılıblar.
 

Dünyapress TV

Xəbər lenti