Ardını oxu...
Oğlu Mehdi Rüstəmov mərhum Xalq artisti Qədir Rüstəmovun reallaşmayan arzusundan danışıb.

Mehdi "O üz" proqramında atasının onlara qoyduğu qadağadan söz açıb:

"Atam atalıq borcunu yerinə yetirib. Hər işdə yanımızda olurdu. Ona görə də ölümündən sonra onun yeri çox görünürdü. Üç uşağıq. Atamdan bizə səs keçib. Amma atam razı olmadı onun yolunu davam etdirək. Atam məcburi köçkün vaxtı çətin günlər yaşayıb. Ağdamdan heç nəsiz çıxıb, ümid edirdi ki, ora qayıdacaq. Son nəfəsinə qədər Ağdama qayıdacağını ümid edirdi. Onun reallaşmayan arzusu Ağdam oldu".

Mərhum müğənninin bacısı Sənubər Çərkəz "Qədirin paxıllığını çəkən çox olub. Bir Xalq artisti danışanda hamının adını çəkir, bircə Qədirin yox. Bu da paxıllıqdır. Çünki o səs heç kimdə yoxdur, ancaq Qədirdə var idi. Deyirdilər ki, Qədirin ürəyi "kapron"dur. Yalandır, sapsağlam idi. Bircə 7-ci sinifdə dalaşıb, onu arxadan vurublar, bıçaq böyrəyinə batıb. Bir böyrəyini çıxartmışdılar" sözlərini əlavə edib.

 
Ardını oxu...
Müəllimim, elmi rəhbərim akademik Azad Mirzəcanzadə klassik musiqi bilicisi idi, çox sevirdi ciddi musiqini. Ən sevdiyi əsərlərdən biri dahi Qara Qarayevin 3-cü simfoniyası idi.
Azad müəllim Qara Qarayevdən 10 yaş kiçik idi, bir məhlədə böyümüşdülər. "Kara Abulfazoviç" deyirdi haqqında danışanda. Sitaiş edirdi onun sənətinə, simfoniyalarını, onların yazılma tarixçəsini, premyeralarını ən kiçik detallarına qədər bilirdi.
Heç unutmuram, dissertasiyamın ilkin variantını Azad müəllimgilə aparmışdım. Evi yaxın olduğu üçün aspirantlarını tez-tez 28 may küçəsindəki (Kirxanın qarşısında) evinə çağırardı.
Bacısı ilə ibir evdə yaşayırdı Azad müəllim. Heç biri ailə qurmamışdılar. İradə xanım mətbəxdə çay dəmləyir, Azad müəllim kitabların əhatəsində mənim elmi işimi vərəqləyirdi. Köhnə "proiqrıvateli" Qara Qarayevin ölməz Adajiosunu çalırdı...
Bu gün Azərbaycan musiqi tarixinin ən böyük bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) 106 yaşı tamam olur.
Qara Qarayev musiqisini bizə Azad müəllim sevdirmişdi.
Allah iki dost, iki nəhəng insana rəhmət eləsin...
İbrahim Nəbioğlu
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Türkiyənin məşhur kino ulduzu Türkan Şoray Rusiyaya səfər edib.

Azpost.info bildirir ki, T.Şoray türk şairi Nazim Hikmətin anadan olmasının 122-ci ildönümü ilə bağlı Moskvada keçirilən tədbirdə iştirak edib.

Tədbir Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə Moskva Yunus Əmrə İnstitutu, Rusiya Kinorejissorlar Dərnəyi, Moskva Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Moskvanın “Kino Evi”ndə təşkil olunan toplanıya 1100 nəfər qatılıb.

Tədbirdə SSRİ-nin məşhur kino rejissoru, azərbaycanlı Əjdər İbrahimovun 1978-ci ildə Nazim Hikmətin əsəri əsasında çəkdiyi “Məhəbbətim mənim, kədərim mənim” filmi nümayiş edilib. Filmdə baş rolları Türkan Şoray oynayıb. Türkan Şoray 46 ildən sonra Moskvaya səfər edərək filmin qala -gecəsində iştirak edib.

Tamaşaçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanan T. Şoray səhnəyə çıxan kimi bütün salon onu ayaq üstə alqışlayıb. Rus dilində “добрый вечер, дорогие друзья” (Axşamınız xeyir, əziz dostlarım) deyərək çıxış edən Şoray çıxışında “şeir deyiləndə ilk ağlımıza gələn ad Nazım Hikmətdir. Nazim üçün yenindən Moskvada olmaq xoşbəxtlikdir” deyib: ”Onun şeirləri, sevgiləri, vətən sevgisi möhtəşəmdir. Hər dəfə böyük ustadın misralarına rast gələndə vətənimi nə qədər çox sevdiyimi anlayır, bu mənsubiyyəti ilə bir daha xoşbəxt oluram”.

Tədbirin açılış nitqi ilə Türkiyə Respublikasının Moskvadakı səfiri Tanju Bilgiç çıxış edib.

Tədbirdə bir çox diplomatik qurumlar və onların nümayəndələri iştirak edib. Türkiyə səfirliyinin qonağı qismində Azərbaycan, Macarıstan, Tunis, Yəmən və Kolumbiya kimi ölkələrin səfirləri də tədbirə qatılıb.

Mərasimdə filmin rejissoru, Nazım Hikmətin dostlarından biri olan Əjdər İbrahimov xatırlanıb. 1993-cü ildə dünyasını dəyişən məşhur rejissorun həyat yoldaşı, ssenarist Marqarita Maleyeva həyat yoldaşı barədə danışarkən salon onu alqışlayıb.

SSRİ və Türkiyənin birgə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” filmi 1978-ci ildə lentə alınıb.

Ssenari müəllifi və quruluşçu rejissor Əjdər İbrahimovdur. Baş rolda Türkan Şoray, Alla Siqalova, Yılmaz Duru, Faruk Peker,Adil İsgəndərov, Antoli Papanov, Arçil Qomiaşvili, Seyhan Duru, İrina Miroşniçenko çəkilib.

Ardını oxu...
Ardını oxu...
 
 
 

 

Ardını oxu...
Son zamanlar dünyaca məşhur Hollivud aktyoru Brus Uillisin səhhəti ilə bağlı xəbərlər heç də ürəkaçan deyil. Demensiya xəstəliyindən əziyyət çəkən əfsanəvi aktyorun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Belə ki, bir neçə ay əvvəl 13 il evli olduğu və boşandıqdan sonra da dost münasibətində qaldığı keçmiş həyat yoldaşı, dünya şöhrətli aktrisa Demi Muru artıq tanımır. Lakin aktrisa bu dəyişiklikləri qətiyyətlə qəbul edir.

Demi qızlarının sağalmaz xəstə atası ilə hər anından həzz almağa kömək edən sosial şəbəkə hesabında diqqət çəkən post paylaşıb.

İndi bütün ailə üzvləri mümkün qədər tez-tez aktyorun yanında olmağa çalışırlar. Belə ki, sözügedən postda Brus Deminin kiçik qızlarının 30 illik yubileyi şərəfinə bir araya gəliblər. Aktrisa restoranda əyləncəli şənlikdən görüntüləri və keçmiş əri və ad gününü qeyd edən qızı ilə birgə çəkilmiş yeni fotosunu yayımlayıb.
Qeyd edək ki, Uillisin dəhşətli xəstəliyi ilk dəfə 2022-ci ilin yazında məlum olub. Aktyorda frontotemporal demensiya yaranıb. Uillisin qohumları bu ilin onun üçün sonuncu ola biləcəyindən narahatdırlar. Aktyorun vəziyyəti günü-gündən pisləşir. Belə ki, o, artıq oxuya bilmir və danışıq qabiliyyətini itirib.
Ardını oxu...
 
Ardını oxu...
İstanbulda "Kurtlar Vadisi" serialının məşhur səhnələrindən birinin çəkildiyi tarixi çayxanada yanğın baş verib.

TEREF musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənən iki nəfər xəstəxanaya aparılıb.

Çayxanaya da böyük maddi ziyan meydana dəyib.

Yanğın söndürülsə də, tarixi bina yararsız hala düşüb.
Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub.

Dia-az.info xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, “Evinə geri qayıdacaqsan?” Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

"Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı vardı. Oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!"

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı. O, ikinci dəfə evlənib.
 
Ardını oxu...
Dilan Polat daxil olmaqla Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomenlərinə aid lüks avtomobillərin polis maşınına çevrilməsi “Arka sokaklar” serialında mövzu olub.

18 ildir davam edən serialın 662-ci bölümünün çəkilişlərində Polatın müsadirə edilən lüks maşınlarından istifadə edilib. Bu axşam efirə gedəcək “Arka sokaklar”ın anonsu qısa müddətdə müzakirələrə səbəb olub.

Belə ki, serialda “Rıza Baba” və komandasına ayrılan lüks avtomobil “Hüsnü Çoban”ın istifadəsinə verilir.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir neçə gün əvvəl Azərbaycana gələn "Kurtlar Vadisi" serialında "Güllü Erhan" obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak barəsində inzibati protokol tərtib olunduğu iddia edilir.

Qaynarinfo-ya daxil olan xəbərdə bildirilir ki, Erhan Ufak Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələnib.

Sözügedən maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elektron Məhkəmə Sistemində Erhan Ufak adlı şəxslə bağlı məhkəmə işi barədə məlumatın yerləşdirilməsi iddiaların əsassız olmadığına şübhələri artırır. Sistemindəki məlumatdan aydın olur ki, Erhan Ufak dövlət qurumunun qərarından narazı qalaraq Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. İş hakim Günel Əkbərlinin icraatındadır.

Məhkəmənin vaxtı barədə isə məlumat yoxdur.
 

Ardını oxu...
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Musiqili Teatrını sərt tənqid edib. Xalq artisti bu haqda sosial şəbəkədə yazıb.

Sənətçi teatrda səhnələşdirilən “Qadınım” tamaşası ilə bağlı bu fikirləri qeyd edib: “Üzeyir Hacıbəyovun təməlini qoyduğu teatr 18+ tamaşalar nümayiş etdirir. Milli dəyərlərimizi necə qoruyaq?!”

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qadınım” tamaşasının premyerası yanvarın 25-də baş tutub. Tamaşa Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanıb. Səhnə əsəri musiqili lirik-psixoloji melodram janrında təqdim edilib. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sonadək mübarizə aparması dayanıb.

Türk retro musiqilərinin canlı ifa olunduğu “Qadınım”da əsas rolları teatrın gənc aktyorları - Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili canlandırıblar. Tamaşada eyni zamanda teatrın xor və balet artistləri iştirak edib. Səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Premyeradan sonra mədəniyyət sahəsindən yazan bir sıra jurnalistlər tamaşa haqqında tənqidi fikirlərini bildiriblər. Əksəriyyət tamaşada intim, seksual hərəkətlərə çox yer verildiyini qeyd edib.

Jurnalist Həmidə Rüstəmovanın tamaşa ilə bağlı qeydi: ""Akademik tərbiyəsizlik cəhənnəm, zövqsüzlük lap zülm imiş. Ayıbdır, inandığınız və inanmadığınız bütün ali teatr dəyərlərinə and olsun ki, biabırçılıqdır. İstədiyiniz qədər məddah yığıb, təriflədin, amma və lakin dərinlikdə özünüz də bilirsiniz ki, bu eybəcərliyin adı yoxdur!"

Məsələ ilə bağlı tamaşanın rejissoru İradə Gözəlova “Yeni Müsavat”a danışıb. Rejissor qeyd edib ki, səslənən tənqidlər tamaşaya deyil, onun şəxsinə ünvanlanıb ki, bu da yolverilməzdir: “Əslində səslənən fikirlər tənqid deyil, dedi-qodudur. Adətən tamaşa haqqında tənqid yazılı, professional şəkildə olur. Yəni kimin sözü varsa, peşəkar şəkildə yazsın və mən də onu qiymətləndirərdim, hətta çox sevinərdim. Tənqid əlbəttə ki, olmalıdır, bu yaxşıdır. Lakin çox təəssüf ki, sosial şəbəkələrdə şəxsi məsələləri ortaya atıblar. Kimlərsə fikirlər səsləndirir ki, guya bu tamaşa mənim həyatımla bağlıdır. Halbuki bu əsəri Tuncər Çücənoğlu yazıb və həyatımla bu əsərin bir bağlılığı yoxdur. Bu fikirlərin səslənməsi mənə çox pis toxunub. Mənim şəxsi həyatımın tamaşaya nə aidiyyəti var?

Qeyd edim ki, Xalq artisti İlham Namiq Kamal bu tamaşaya baxmayıb. Çox istərdim ki, tamaşa baxıb, fikirlərini bildirsin. Məsələn, Xalq artisti Afaq Bəşirqızı tamaşanın premyerasına gəlib baxdı və bəyəndiyini bildirdi. Həmçinin Türkiyədən xeyli sayda qonaqlar gəlmişdi, onlar da tamaşa haqqında çox xoş təəssüratlarını bildirdilər.

Tamaşanın daxili baxışını Mədəniyyət Nazirliyi qəbul edib. Yəni onlar daxili baxışda iştirak edib. Öz sözlərini, fikirlərini bildiriblər, biz də tamaşanı bir neçə dəfə süzgəcdən keçirib, təqdim etmişik. O tamaşada 18+ olan bir şey yoxdur. Ola bilər ki, tamaşa ilə bağlı hansısa şəkil qoymuşuq, bu da İlham Namiq Kamalın xoşuna gəlməyib. Tamaşaya ona görə 18+ yazmışıq ki, bu tamaşanın süjeti uşaqlar, yeniyetmələr üçün deyil".

Tamaşanın premyerasında tamaşaçı kimi iştirak etmiş xalq artisti Afaq Bəşirqızı isə bunları qeyd edib: “İlk öncə qeyd edim ki, tamaşanın premyerasına gedib baxmışam, çox da bəyənmişəm. Tamaşada 18+ olan heç nə yoxdur. Tamaşada bəzi qadınların ikinci qadın olmaq faciəsi öz əksini tapır. Yəni tamaşada bu məsələ qaldırılıb. Aktyorlar da çox gözəl oynayırlar, eləcə də quruluşunu çox bəyəndim. Aktyorlar öz canlı ifalarında mahnıları ifa edirlər, özü də peşəkarcasına. Tamaşa boyu bir tamaşaçı belə yerindən tərpənmədi. Sonda uzun müddət alqışlar səngimədi. Nə qədər insan məndən o tamaşanın biletini istəyib, lakin bildiyim qədər sonrakı tamaşa üçün biletlər artıq bitib. O ki qaldı tamaşa ilə bağlı səslənən tənqidi fikirlərə, mən, sadəcə, onları sağlam olmayan fikirlər adlandırardım. İlham Namiq Kamalın teatrla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə həmin fikirlərlə qətiyyən razı deyiləm”.

“Yeni Müsavat”
 
Ardını oxu...
Bu gün 2 Fevral - Azərbaycan Gəncləri Günüdür.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Belə ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

1997-ci ildən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bununla da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, burada da bir çox ölkələri qabaqlayıb. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

“Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını da diqqət mərkəzində saxlayır.
Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmağa, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübutu kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqların azadlığı uğrunda mübarizə əzmini göstərmək olar.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Əziz gənclər, bayramınız mübarək!

 

Dünyapress TV

Xəbər lenti