Ardını oxu...
 

”Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”.

Musavat.com xəbər verir ki, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə  gənclərin iştirakının vacib olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:

 
 
 
 
 

 

 
Ardını oxu...

Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyan Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhər Universitetinin imamı Şeyx Əhməd Məhəmməd ət-Taliblə görüş zamanı ona “Fatihə” surəsinin Matenadaranda (Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzi) saxlanılan 1719-cu ilə aid nüsxəsini təqdim edib.

Matenadaranda əldə etdiyimiz faktlar sübut edir ki, orda Azərbaycandan 17-ci əsrdən etibarən oğurlanan yüzlərlə, minlərlə qədim əlyazma, palimpsest, dini kitab, arxeolji qazıntı, daş abidə, xalça və s. saxlanılır.
Öncə kilsələrdə saxlanılan bu sərvətlər sonradan Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzinə təqdim edilib. Bizim ordan əldə etdiyimiz görüntülər göstərir ki, Matenadaranın üç mərtəbə, bunker formasında tam məxfi saxlanc yerləri var ki, orda bizdən oğurlanmış tarix gizlədilir. Hazırda Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazmanı öyrənməyə çalışırıq ki, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir.

Qeyd edim ki, əlyazmalar erməni əlifbasına çevrilib saxlansa da, orijinal Azərbaycan dilində olanlar zirzəmi, ikinci mərtəbədə şüşəli sandıqlardadır. Hazırda surətini götürmək istədiyimiz sənəd isə Azərbaycan ədəbiyyatı tarixində hökmdar-şair kimi tanınan Qaraqoyunlu hökmdarı Mirzə Cahan Şah Həqiqinin “Divan”ının əlyazma nüsxəsidir. Bu, geniş mövzudur.

Sual budur: Paşinyanın Misirdə hədiyyə etdiyi “Fatihə” surəsinin əlyazması ora hardan və necə aparılıb?

Paşinyanın özü ilə apardığı “Fatihə” surəsi Təbrizdən oğurlanaraq aparılan Quran kitabındandır. XVII əsrdə dəri üzərində Təbrizli Əlinin yazdığı bir Qurani-Kərimdir. Nəstəliq xəttinin yaradıcısı olan Xacə Mir Əli ibn İlyas Təbrizi Əmir Teymurun zamanında artıq nəstəliq xəttinin banisi kimi şöhrət tapmış və Azərbaycanın da daxil olduğu nəhəng bir imperiyanın bütün hüdudlarında hörmətli xəttatlardan sayılırdı. Onun qələmindən çıxmış əlyazmalar indi Londonda, Tehranda, Sankt-Peterburqda muzeyləri bəzəyir. Nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də indiki İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.

Ermənlər bu Qurani-Kərimi Ərdəbildə, Şah İsmayılın dövründən fəaliyyət göstərən kitabxanadan oğurlayıblar. Özü də 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi qərarından sonra. Özü də oğurlayan kim idi? Qacar dövlətinin, şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan. O, sarayda pul oğurladığına görə Rusiya səfirliyinə sığındı. Qribayedov onu qovduqdan sonra küçədə yerli əhali tərəfindən öldürüldü. Lakin öldürülməzdən öncə o oğurladığı bahalı qiymətli daşları, kitabları və əlyazmaları kiçik qardaşı və başqa iki erməni ilə Tifilisə göndərmək imkanı əldə etmişdi. Ermənilər də Tifilisdən bu kitabı götürüb Eçmiədzin kilsəsinə aparıblar. Sonradan isə Matenadarana verilib.

Qeyd edim ki, hərəm dairəsində xidmətə başlayandan sonra Yaqub baş xacə, adaşı və soydaşı Ağa Yaqub Kutulinin rəhbərliyi altında ərəb və fars dillərini öyrənməyə başlamışdı. Mirzə Yaqub Markaryan yüksək savadlı adamlara verilən “mirzə” tituluna layiq görülmüşdü.

Paşinyanın apardığı “Fatihə” surəsi Matenadaranda 7117 rəqəmi ilə şifrələnmişdi. (Матенадаран. Эчмиадзинский фонд. №7117 Тебриз. Писец Мухаммед Али Табризи. Рукопись 1260 года. Хиджры (1844 г.)).

Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi Misirə rəsmi müraciət edib, Azərbaycan xalqına məxsus, azərbaycanlı Təbrizli Əlinin nəstəliq xətti ilə yazdığı Qurani-Kərimin bir parçası olan “Fatihə” surəsinin əlyazmasını tələb edə bilər.

Zaur Əliyev - axar.az
Ardını oxu...
Azərbaycan Televiziyasında (AzTV) "Anın tarixi” adlı film yayımlanıb. Burada himnimizin necə yaranması haqqında maraqlı faktlar təqdim olunub.

Filmdə Azərbaycanla başlayıb Azərbaycanla bitən himnimizi bitməyən sevgi ilə günümüzə qədər gəlib çatmasında imzası olan iki dahi şəxsiyyətin Əhməd Cavad və Üzeyir bəy Hacıbəylinin əbədiləşdirdiyi "Vətən marşı”nın yaranma tarixi əks olunub.

 
Ardını oxu...
Türkiyəli müğənni Serdar Ortaçın növbəti paylaşımı Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı olub.

“Olay” yazır ki, müğənni Abdullayevanın ifasını dinləyib kövrəldiyi anları izləyiciləri ilə bölüşüb. Onun mahnının sözlərini zümzümə etməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Serdar zaman-zaman Əməkdar artistə heyranlığını dilə gətirir.
 
 
Ardını oxu...
Bu bizik?!
Ağa Musa Nağıyevin adı gələndə istər istəməz kərbəlada dəfn etdiyi oğlu İsmayıl yada düşür ..Görəsən sonuncu dəfə onun Kərbəladakı məzarını kim görüb .kimdəsə məzarüstü fotosu varmı?! Onlarla bağlı o qədər səbəb və əhvalatlar var ki, bilmirsən hansından yazasan: Ağa Musa Nağıyevin Cümhuriyyət dövründəki fəaliyyətindənmi, Stalinin və başqa quldurların pul məqəsədi ilə onu oğurlamasındanmı. tikdirdikləri binaların tarixçəsindənmi, hayatındanmı,ikinci dəfə gürcü yəhudisi qızı ilə ailəsindənmi, dünyaca məşhur olmasındanmı...Bu masştabda, miqyasda insan haqda qısa şəkildə status formasında bir neçə cümlə yazmaq günah olardı...Amma qoy olsun, nə edim, eybi yox, onun vəfat günü olmasını xatırlamaqla günah qazanıramsa qoy günah mənə yazılsın.
Ardını oxu...
Bu gün Biləcəri kəndində atası samançı, qardaşı hamamçı olan azərbaycanlı milyonçu-mesenant ağa Ağa Musa Nağıyevin vəfat etdiyi gündür. Qəribədir ki, tikdirdiyi 98 əzəmətli bina və sənaye obyektləri bu gün də xalqın və dövlətin istifadəsində olsa da xalq tərəfindən "xəsis" adlandırılıb.
Bu gün bir bakılı və azərbaycanlı kimi tikdirdiyi binaların önündən keçəndə qeyri adi hiss məni bürüyür. Ağa Musa Nağıyev əsli nəcabətli şəxsə çevrilir və bunu öz sağlığında, eləcə də bu günümüzə qədər onun əsil nəcabətini, kökünü, ailə fəxarətini binalarının üzərindəki Ağa Musa Nağıyev firmasına məxsus emblema –“Venzel” (daş kitabə) də təsdiq edir. Bu binaların önündən keçəndə bu venzellər öz gözəlliyi və məna etibarilə diqqət cəlb edir. Və kənarlarında saman çələngi,
ortada hambal şələsi və üzərində “MN” və ya “AM” təsvir olan
yazının önündən keçəndə fəxr hisləri məni buraxmır.. Ağa Musa Nağıyev isə bununla öz keçmişini unutmadığını təsdiqləyirdi. Nə yaxşı ki, onun imzası, venzeli isə xeyriyyəçilik modeli olaraq binaların üzərində qalmaqda davam edir.! Yankilərin yadlarına salmayaq, nə yaxşı ki, silməyiblər...
O vaxt ermənilər mart soyqırımı ilə ölkəmizə hərtərəfli ziyan vurmaq üçün “İsmailiyyə”də yerləşən arxivləri, Bakının şah əsər hesab olunan vərəm xəstəliyindən vaxtsız dünyadan oğlunun adına tikdirdiyi binanı yandırırlar. Erməninin məqsədi Bakının brendinə çevrilən bu binanı məhv etməklə bərabər çəkisi 6 kiloqram qızıldan olan binanın üzərindəki “İsmailliyyə” sözünü götürmək istəyi idi. Və arxivi ələ keçirə bilməsələr də onu yandırmağı bacarırlar. Xatırladım ki, “İsmailiyyə” binası Azərbaycan tarixinin gərgin,şanlı səhifələrinin iştirakçısı olub və bugün də ənənə davam edir. Yəqin yadinizda olar: bir vaxt Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilib.
Ardını oxu...
Təbii ki, “İsmailiyyə”nin dağıdılaraq yandırılması hamıdan çox onun əsl sahibini – Musa Nağıyevi “yandırmışdı”.
"Yanan binaya baxıb öz qanı ilə (!!) öz qanı ilə kağıza bu sözləri yazır : Biz milyonçular qazandığımız neft pulları ilə Bakını alınmaz qalaya çevirə bilərdik...Amma biz bu pulları restoranlara, eyş -işrətə, əyləncələr sərf etdik ...Yazıqlar olsun bizə"
Bu hadisələrdən bir il sonra 1919-cu ildə Ağa Musa Nağıyev vəfat edir. Ölümün əsas səbəblərindən biri də “İsmailiyyə” dərdinə və orada oğlu İsmayılın heykəlinin dağıdılmasına dözə bilməməsi göstərildi.
Deyilənə görə dörd dəfə məzarı dəyişdirilib ...Vəsiyyətində "məni Kərbəlada, oğlum İsmayılın yanında dəfn edərsiniz." desə də vəfat etdiyi illərdə Bakıda hələ də qırğınlar davam etdiyindən onu Çəmbərəkənd qəbiristanlığında Kərbəlaya aparılması məqsədi ilə işarə qoyaraq dəfn edilir.
1931-ci il...sovet dövrünün qızğın vaxtında qardaşı Ağaəliyə xəbər eləyirlər ki, "gəlib onun nəşini çıxarıb aparın, burada Kirov parkı salınır". Naəlac qalan qardaşı bir neçə yaxını ilə nəşi bir qutuya yığıb Biləcəridə Proparka qəbiristanlığında "Qaya altı" deyilən yerdə dəfn edirlər. Və yenə də Kərbəlaya aparılması üçün əmanət qoyurlar.
1938-ci il...Xəbər çatır ki, həmin qəbiristanlıq da sökülür...Yenə də yaxın adamlar onları heç kim tanımasın deyə gecə vaxtı məzardan sümükləri balışın üzünün arasına yığıb Biləcəridə bir təpənin, dağın üstündə basdırlar..
Və bu yer düz 1998-ci ilə qədər orada insanların gedib gəldiyi yerdə ayaqlar altında qalır,heç kimin xəbəri olmur... Və nəhayət Biləcəridən məzar üçün yer ayrılır və Ağa Musa Nağıyev dəfn olunur....
Gördüyünüz kimi, oğlu İsmayılı uzaq Kərbəlada dəfn etdirən A.M.Nağıyevin öz məzarı baltası daima özümümzünkülər tərəfindən dəfələrlə işğala məruz qalır. Qeyd edim ki, o, öləndə qəbri üstə çox adam az olub. Belə ki, Ağa Musa Nağıyev sağlığında bəhailiyi qəbul etmiş və hətda "İsmailiyyə" binasının əsas fasadında Şeyx Bəhainin qranit heykəlini qoydurmuşdu. Bu üzdən ailəsi ondan imtina edir, dəfnində çox az iştirakedir. Lakin bu binada bir heykəl də var idi ki, o da oğlu İsmayılın heykəli idi və gəlib -gedən qonaqların üzünü kədərləndirirdi.
Bütün bunlar bir yana amma yazıqlar olsun bizə ...Baxın, Ağa Musa Nağıyev ilə eyni vaxtda Sovet Ensiklopediyasında “geniş” yer verilmiş xaricdə yaşayan erməni Gülbekyan adlı bir mesenat da fəaliyyət göstərib. Vətənində heç vaxt yaşamayan bu erməni mesenat həyatını İraq, Fransa, Avstraliya və Rusiyada keçirməsinə baxmayaraq, müstəqillik qazanandan sonra ermənilərin ilk tədbiri onun adının əbədiləşdirilməsi olub.. Yerevanın mərkəzində heykəli qoyulmaqla bərabər, adına küçələr.parklar, xəstəxanalar açırlar.
Bu gün bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara neft milyonçusuları Ağa Musa Nağıyevin, H.Z.Tağıyevin və digərlərinin həyat tarixçəsinə bir də nəzər salmaqlarını istərdim.
Onun pulu hamıdan çox idi...Hələ sağlığında Sankt-Peterburqda "manetnıy dvor" adlı kataloq buraxdırır. Orada var-dövləti 690 milyon qiymətləndirilir. Bu varidatı qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilmir. Sonra o, Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara, əsasən İngiltərə, İsveçrə banklarında yerləşdirilir. Maraqlıdır ki, bu gün də kod bilinmədiyindən bu pulu Azərbaycana gətirmək mümükün deyil ...
Ardını oxu...
Neft isə nəinki yerləşdiyi ərazilərdə ölkələrə, belə çıxır ki, onu çıxaran insanlara da bədbəxtliklər gətirib və bu bəlalar bu gün də davam edir.
sözardı: Təsəvvür edin ki, bu yazını redaktə edərək yazan zaman üç dəfə işııqlar söndü...Hər dəfə də yenidən yazmağa məcbur oldum. Hansısa qüvvə mənə sanki mane olurdu.
Niyə, bilmirəm...Yoxsa, ruhu qəbul etmədi?!
Baba Allahnəzərov
TEREF
 
Ardını oxu...
2024-cü ilin ikinci çərşənbəsi olan Od çərşənbəsi martın 5-də daxil olur.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır.

Məhz Od çərşənbəsi olduğuna görə bu gün tonqalın qalanmasının daha spesifik özəlliyi var.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, ocağın üstü boş qalmamalıdır.

Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.

Eviniz nurlu-bərəkətli, ocağınız daim yanar olsun!

  
Ardını oxu...
Doğum yapan bir annenin,
40'ının çıkmasının/uçmasının eski Türk adetlerinden olması ve taaa Göktürkler’e kadar uzanması inanılmaz ilginçtir.. Yeni anne ve bebeklerin 40 gün dışarıya çıkmama adeti aslında annenin ve bebeğin doğumdan sonraki altı hafta boyunca bağışıklık sisteminin yeterince güçlü olmamasına alınmış bir önlem.
Daha sonra ise 40 Uçurması için yakın akraba evine gidilir.
Gidilen akraba ona harika bir sürpriz hazırlar.
Bir sepetin içine minik minik keseler koyar.bunların anlamları çok başkadır.
Ömrün Parlak olsun diye altın
Bol kazancın olsun diye para
Torunlarını görecek kadar uzun bir ömrün olsun diye un
Ağzının tadı bozulmasın güler yüzlü ol diye şeker
Tüm zorluklara karşı dayanıklı ol diye tuz
Ömrün bereketli olsun diye pirinç
HER kapı kolaylıkla açılsın diye anahtar
Güzel bir meslek sahibi ol diye makas
Okumayı yazmayı sev diye kalem
Sağlıklı bir hayatı olsun diye yumurta
Misler gibi kok diye çiçek
Güçlü kuvvetli ol diye taş
Ömrü boyunca bol kazançları olsun diye bozuk Para;
Kalbi pamuk gibi yumuşak olsun diye pamuk
Kendisine, evine ve kırk uçurmaya gittiği eve bereket gelsin diye
Pirinç
Nasıl ince bir detay, nasıl bir insana saygıdır bu..
Rahüse Rana
TEREF
 
Ardını oxu...
Uzun müddətdir ki, böyük səhnələrdə çıxış etməyən və yeni musiqilər təqdim etməyən rusiyalı müğənni Alla Puqaçova tezliklə pərəstişkarlarını yeni mahnıları ilə sevindirəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, sənətçi "Instagram" səhifəsində videomüraciət yayaraq, yubileyində pərəstişkarlarına sürpriz edəcəyini bildirib.

"Gözləyin, əziz pərəstişkarlarım", detyə müğənni bildirib.

"RosSMI" xəbər verir ki, Alla Borisovna Rusiyaya son səfəri zamanı yeni mahnılar yazdırıb.
 
Ardını oxu...
“Məndə nadir görünən bir şey oldu. Dövlətim məni yenidən həyata gətirdi. Şikəst qalma təhlükəsi var idi”.
Bunu “AzTV”yə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.
O bildirib ki, indi yalnız müəlicə olmağı qalıb:
“Məndə heç bir qalıcı fəsad olmadı. Bu, məni çox sevindirdi”, – deyə bəstəkar bildirib.
Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.
Ətraflı videomaterialda:

 

Dünyapress TV

Xəbər lenti