Ardını oxu...
Etiraf edək ki, dilimiz elə də zəngin deyil. Ancaq ədəbiyyatımız heç də zəif deyil.
Doğrudur, Nizamı, Nəsimi, Fizuli və s. bir çox dahilər, öz əsərlərini Azərbaycan dilindən başqa ərəb və fars dillərində də yazıblar. Təbii ki, hər üç dilin mükəmməl biliciləri onların ədəbiyyatdakı manevr imkanlarını daha da genişləndirib. Bəlkə də, klassiklərimizin əsas gücü də elə bu faktora söykənir.
Mirzə Fətəli Axundovdan başlamış bu günümüzə qədər yazılan əsərlər, öz dövrünün siyasi və sosial təzyiqlərinə baxmayaraq milliləşməyı başladı.
Məncə son iki yüz ilin ədəbiyyat adamları, daha zəhmətkeş, daha əzimkardırlar. Çünki onlar əllərində olan az materialla daha çox iş görə biliblər. Təsəvvür edin, şeir dilinə daha yatımlı olan fars və ərəb sözlərindən imtina etməklə sırf Azərbaycan dilində ədəbiyyat yaratmağa başladılar.
Baxmayaraq ki, ərəb işğalı səbəbindən əsrlər boyunca artıq dilimizə vəsiqə almış ərəb və fars sözləri zamanla özününküləşmişdi..
Son yüz ildə imperianın göstərişinə və marağına uyğun olaraq, Azərbaycan əlifbasının dörd dəfə dəyişməini nəzərə alsaq, o halda ədəbiyyat adamlarının nə qədər psixoloji travma aldıqlarını başa düşmək çətin olmaz.
Hər dəfə əlifba dəyişəndə ədəbi əlaqələr itir. Baza korlanır. Kitab oxumağa maraq ölür. İnsanların milli düşüncə və intellektual patensislına güclü zərbə vurulur.
Təbii ki, bütün bunlar əsrlərlə işğal altında yaşamağımızın fəsadlarıdır.
Azərbaycan xalqı gərçəkdən də dözümlü və istedadlı xalqdır. Bu xalq, ən çətin şəraitdə belə, assimilyasiya olmayıb, həm də ədəbiyyat yarada bilibsə, demək bu xalqa zaval yoxdur.
Təbii ki, əsrlərlə işğala məruz qalan xalqlarda nəsr ədəbiyyatından daha çox nəzm ədəbiyyatı, o cümlədən folklor janrı, şifahi xalq ədəbiyyatı daha çox inkişaf edir.
Bu baxımdan dilimizin inkişafına,ən çox milli ruh qatmış, azərbaycanlaşdırmış, şeirdə Səməd Vurğunu, qəzəldə Əliağa Vahidin xidmətlərini xüsusi qeyd etmək istəyirəm..
Ən böyük sərvətimiz müstəqilliyimizdir.
Dövlət nə qədər müstəqil olarsa onun ədəbiyyatı, incəsənəti, idmanı da bir o qədər inkişaf etmiş olar..
Sabir Zəkullaoğlu
TEREF
 
Ardını oxu...
Müasir həyat kədərlər və məyusluqlarla, problemlərlə doludur və bunu bəzən parlaq, müsbət və sevincli bir şeylə, məsələn, teatra getməklə unutmaq olar.

Müasir bir insan üçün teatr sadəcə maraqlı sənət növü deyil həm də güclü bir antidepresandırdır ki, insanda müsbət emosiyalar əmələ gətirir.

Bu da öz növbəsində insanda sevinc, yüngüllük və yaxşı əhval-ruhiyyə hissi doğurur.

Müntəzəm olaraq teatra getməklə hətta depressiyadan da qurtula bilərsiniz. Niyə teatrlar antidepressant sayıla bilər? Əslində bütün sirr ondan ibarətdir ki, teatr insana müsbət emosiyalar verir ki, bu da qanda stress hormonunun səviyyəsinin azalmasına təkan verir və yaxşı əhval-ruhiyyədən məsul olan serotoninin istehsalını artırır. Bədən üçün serotonin təbii xoşbəxtlik, sevinc və pozitivlik hissi gətirən bir növ dərmandır. Bu maddə orqanizmdə qeyri-kafi miqdarda istehsal edildikdə və ya əmələ gəlməsi tamamilə dayandıqda insan depressiyaya düşür.

Həkimlərə müraciət edərkən, sizə bir dəstə müxtəlif həblər və dərmanlar təyin olunur ki, onların da hamısının əsas məqsədi sevinc hormonlarının istehsalını stimullaşdırmaqdır. Bununla birlikdə, bütün dərmanlar kimi, antidepresanlar da “bir şeyi müalicə edirik, digərini şikəst edirik” prinsipi ilə işləyirlər, buna görə də onların istifadəsini məhdudlaşdırmaq daha yaxşıdır. Sadəcə teatra getməklə əla anti-stress effekti əldə edə bildiyiniz halda niyə bədəninizi həblərlə zəhərləyirsiniz? Teatrın heç bir əks təsiri yoxdur və biletin qiyməti istənilən dərmandan aşağıdır. Bundan əlavə, teatra müntəzəm getmək düşüncə üçün qida verir, insana bir şəxsiyyət kimi özünü inkişaf etdirməyə imkan verir, yeni və hələ araşdırılmamış bir şey öyrənməyə can atır – bir sözlə, teatr özünü təkmilləşdirmək üçün əla platformadır.

Teatra getmək müasirlər arasında getdikcə populyarlaşır və bu, tamaşa sənətinin dinozavrlar kimi məhv olduğunu deməyə əsas vermir. Əksinə, texnoloji tərəqqinin inkişafında atılan hər yeni addımla, əyləncə sənayesindəki hər yeni imkanla teatr sivilizasiyanın elektron üstünlüklərindən yorulmuş, canlı, həqiqi tamaşalar almaq istəyən insanlar arasında getdikcə populyarlaşır. Bu zaman insan özünü yalnız zaman çayında üzən vahidlər kimi deyil, yaşayan və inkişaf edən fərdlər kimi hiss etmək imkanı qazanır. Teatra getməyi müntəzəm fəaliyyətə çevirməklə, həyatın nə qədər tez yaxşılığa doğru dəyişməyə başlayacağını, getdikcə daha çox rəng alacağını və getdikcə daha çox yeni və maraqlı şeylər gətirəcəyini görə bilərsiniz.

Azərbaycanda artıq teatr mövsümü artıq başlamaq üzrədir və siz də teatra getmək fürsətindən istifadə etməklə ruhən zövq almaqla bərabər həm də sağlamlığınıza qayğısına qalmış olarsınız…

İmran Kərimli

Tribunainfo.az
 
 
 
Ardını oxu...
URARTU Krallığı ya da Van Krallığı olarak da bilinen Urartu, MÖ 9. yüzyıldan itibaren antik Ermenistan, Türkiye'nin doğusu ve İran'ın kuzeybatısında Bronz ve Demir Çağı'nda gelişen bir medeniyetti. Askeri güç yoluyla toprakları kontrol eden ve kalelerin inşası, krallık sanatta, özellikle de metal işçiliğinde canlı bir üretime sahipti. Sadece iki yüzyıl hayatta kalan krallık MÖ 6. yüzyılda gizemli bir şekilde ortadan kayboldu ve M.Ö. 19. yüzyılda yapılan kazılarla farklı ve tanınabilir bir antik kültür olarak yeniden keşfedildi.
URARTU tarihi, geniş yazılı kaynakların eksikliği ve Asur gibi çağdaş düşman devletlerinden gelen potansiyel taraflı kaynaklara aşırı güven nedeniyle bölünmüş durumda. Yine de, hayatta kalan yazıtlar, mimari ve eserler, devam eden arkeolojik araştırmalar ile birlikte bölgenin en etkili antik kültürlerinden birinin şüphesiz önemini gösteren yeterince detaylı bir tarihin yeniden oluşturulmasına yardımcı oldu.
URARTU, MÖ 14. veya 13. yüzyıldan itibaren gelişen krallıklar konfederasyonundan çıktı. Urartu olarak bilinen ve bağımsız bir devlet,
MÖ 9. yüzyıldan itibaren, muhtemelen Asur'dan gelen bir dış tehdide karşılık olarak bu küçük krallıkları birleştirdi. Kültür, nehirlerin iyi sağladığı geniş verimli yayladaki yerleşim sayesinde gelişti.
URARTU hükümeti, tapınakları ve kale, yollar ve kanal gibi inşaat projelerini denetleyen yakın danışmanlarla ve çok daha büyük bir grup sivil yöneticiyle merkezi bir monarşi etrafında çalıştı. Kalenin başkenti Tushpa, Van Gölü'nün doğu kıyısında yaylalarda kireçtaşı bir promon tory üzerine inşa edildi. Tushpa daha sonra Van olarak anılacaktı ve belki de zirvede 50,000 kadar yüksek bir nüfusa sahipti.
Sevda Amanova
TEREF
 
Ardını oxu...·
MEHTƏR türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, SƏLCUQ və OSMANLI dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb.
BURADA üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. XAQANLİQ mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur.
BAYRAQ və MEHTER türk dövlətində bir birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başla maq üçün ilk addımlar atılır. Türklərin Orta ASİYA adətlərində dövlət başçısı olan xaqanın otağı önündə qoyulan böyük təbilin və kösün günün müəyən zamanlarında çalınaraq gücünü göstərməsinə "NÖVBƏT DÖYMƏ" ya da "VURMA" deyilir. Növbət döymək dövlət başçısı olan xaqanın gücünü dosta, düşmənə göstər məsi və xüsusi ilə düşmənin ürəyinə qorxu salan şəkildə həyata keçrilməsi idi. Osmanlı dövlətində bayraqla birgə müqəddəs bir varlıq halında yaşadılan mehtər müstəqilliyin, dövlət varlığının önəmli göstəricisi olmaqla yanaşı, MEYDAN savaşlarında, qala mühasirələrində, dəniz savaşlarında düşmənə hücum etmək ərəfəsində çıxardığı səslə əsgərləri şövqləndirir, ordunun əhval-ruhiyyəsini yüksəldir, düşməni ruhdan salır, onun sıralarının pozulmasına SƏBƏB olurdu. Meydan döyüşündə tək bir xaqanlıq kösü də ümumi mehtəri əvəz edə bilirdi. Hücum və müdafiələri xaqanlıq kösü müəyyənləşdirir, təbil və gərənaylardan ibarət OLAN mehtər savaşda ordunu istiqamətlən dirirdi. Döyüşdə məğlubiyət mehtərin ələ keçrilməsi ilə müəyyənləşirdi. Bu vəziyyətdə
ən çətin döyüşlər bayraq və mehtər ətrafında olurdu.
AYDİN görünür ki, mehtər döyüş meydanında sadəcə musiqi toplusu demək deyildi, o eyni zamanda silahlı birliklərin mühüm tərkib hissəsi idi. Lakin sülh dövründə onun musiqi tərəfi daha çox önə çıxırdı. Sülh dövründə mehtər xaqanın hakimiyyətinin və dövlət həyatının davam etdiyinin bir göstəricisi idi.
OSMANLI mehtərində zurna, boru, gərənay
və nəfəsli mehter tütəyi, kbs, təbil, nağara və çovğan kimi zərb alətləri yer alırdı. "TABL Ü ALEM-İ HƏSSA" adlandırılan və ən böyük mehtər olan padişah mehtər grupu doqquz qatdan ibarət idi. Bunun mənası hər çalğı alətindən 9 ədəd olması demək idi. Bu say sonradan 12, 16-ya qədər artmışdı.
PADİSAHLARDAN başqa vəziri əzəmin (baş nazirin) qübbə vəzirlərinin (kabinet üzvlərinin) dəftərdar və rəmis ül küttabın (maliyyə və xarici işlər nazirlərinin) mehterxanaları olduğu kimi, ölkənin müxtəlif əyalətlərində və qalalarında mehter dəstələri fəaliyyət göstərirdi.
MEHTERİN təsir gücü avropalılar tərəfindən də yüksək qiymətləndirilmiş və mehter nümunə kimi götürülərək müxtəlif Avropa ölkələrində əsgəri musiqi bölmələri yaradılmışdır. QLAK, MOTSART, BETHOVEN kimi bəstəkarlar mehterdən təsirlənərək musiqilər bəstələmişlər.
MEHTƏR (VE YA ÇOĞULU MEHTERÂN)
Sevda Amanova
TEREF
 
Ardını oxu...

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb.

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya teatrdan məlumat daxil olub.

Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.

Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovun teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.

Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.

Ardını oxu...

 

 
 
 

Ardını oxu...

Türkiyənin məşhur aktrisası Meryem Üzərli aktrisa olana qədər bir çox işlərdə çalışdığını açıqlayıb.

Gundemxeber.az xəbər verir ki, "Marie Claire" jurnalının yeni sayının qonağı Məryəm Üzərli olub.

Aktrisa daha əvvəl hansı işləri gördüyü haqda məlumat verib:

"Bir il leykozlu uşaqlar üçün xəstəxanada könüllü oldum. Xristian dəfn mərasimlərində ölülər ən gözəl şəkildə geyindirilir, makiyaj edilir, tabuta qoyulur və son səfərə yola salınır. Bu makiyajları da morq vizajistləri edir. Mən xəstəxanada işləyəndə dəfn mərasiminə hazırlaşdırılan mərhumlara makiyaj edirdim. Və mən bunların heç birini "Mən bunu etməliyəm" deyərək proqramlaşdırmadım, sadəcə anidən ortaya çıxdılar".

 

Gundemxeber.az

 
 
 
Ardını oxu...
Müstəqil Azərbaycan radiosunun simalarından biri, CONNECT şirkətinin yayım departamentinin direktoru Elçin Turabov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Qeyd edək ki, Elçin Turabov ANS ÇM-in ən tanınmış aparıcılarından olub.

 
Ardını oxu...
Kinorejissor Elçin Musaoğlunun tammetrajlı bədii filmi “Məryəm” Türkiyənin “Altın Portakal” Beynəlxalq Film Festivalında yarışacaq.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmdə Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır.

Filmdə Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı da çəkiliblər.

Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Orxan Abbasov, rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərli, prodüserləri Fariz Əhmədov, Suat Köçer və Elçin Musaoğludur.

Filmin istehsalçıları “Azərbaycanfilm”, TRT (Türkiyə), “Sinema Evi”, “Film Arası Yapım” (Türkiyə) şirkətləridir.

“Altın Portakal” Film Festivalı 2024-cü il oktyabrın 5-dən 12-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.
Ardını oxu...
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.
Bu barədə nazirliyin yazılı açıqlamasında bildirilib.

Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya salınıb.
 
Ardını oxu...
  

"Yaprak dökümü" serialındakı "Ali Rza Bey" obrazı ilə tamaşaçılarımıza tanış olan Halil Ergün illər sonra ekrana qayıdır.

Sənətçi Mahsun Kırmızıgül imzalı "Güzel aşklar diyarı"nda rol alacaq. 

H. Ergünle bərabər Meltem Cumbulu da efirə qaytaran serialda gənc aktyorlar Burak Berkay Akgül və Özgü Kaya baş rol kimi çıxış edəcək. 

Bundan başqa, diqqət çəkən məqam 71 yaşlı Halil Ergünün partnyorunun 31 yaşlı Ege Kökenlinin olmasıdır. 

Ege serialda ustad aktyorun gənc xanımını canlandıracaq. (olay)

Ardını oxu...
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti