Ardını oxu...
Məlum olduğu kimi, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Keçirilən iclasda bir sıra şou və sosial verilişlərdəki efir yayımı ilə bağlı ciddi iradlar səsləndirilib. “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlərin son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə saldığı, ictimai narazılıq doğurduğu bildirilib. Reytinq xatirinə etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrə yol verildiyi xüsusi qeyd edilib.

Telekanalların rəhbərlərinin nəzərinə vəziyyətin belə davam edə bilməyəcəyi, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunacağı çatdırılıb. Hətta, telekanalların fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin qaçılmaz olduğu da bildirilib.

Nəticə olaraq ARB TV-də yayımlanan 3 verilişin və ATV-də yayımlanan “Bizimləsən” və s. verilişlərin yayım saatı dəyişdirilib. Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə”, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişini yayım vaxtları 2 saata yaxın azaldılıb.

Əlbəttə ki, televiziyaların efirinə nəzarət və yayım məsuliyyəti Audiovizual Şuranın üzərinə düşür. Bununla yanaşı, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin də rolu danılmazdır. Təbii ki, sağlam rəqabətin, silaha bərabər güclü qələmin dediyi söz təkcə televiziyalarda deyil, həmçinin saytlarda yazılan yazılarda, verilən müsahibələrdə də əksini tapır. Bu baxımdan Medianın İnkişafı Agentliyinin də məlum məsələdə öz müsbət rolu və məsuliyyəti vardır.

Referans.az cəmiyyəti narahat edən mövzu ilə bağlı ziyalılarımızın mövqeyini öyrənib.

Milli Məclisin İctmai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı deputat Ceyhun Məmmədov bildirib ki, sosial proqramlar adı altında milli dəyərlərimizin zədələnməsinə, ailə institunun sıradan çıxarılmasına yönəlmiş addımlar atılmamalıdır:

“Televiziyada sosial proqramların olması çox önəmlidir. Bu ümumi maarifçilik prosesinə töhfə verir. Bununla yanaşı düşünürəm ki, sosial proqramların mahiyyətinə bir də baxmalıyıq. Yayımlanan verilişlər peşəkar aparıcılar tərəfindən dəqiq mövzu ətrafında aparılmalıdır. Yəni sosial proqram hansısa müğənnini efirə çağırıb ancaq onun fikrini öyrənmək demək deyil. Düşünürəm sosial proqramlara cəmiyyətdə hörməti olan ziyalılarımız, nüfuzu olan şəxslər çıxarılmalıdır və həmin insanların fikri dinlənilməlidir.

Nəzərə almaq lazımdır ki, cəmiyyətin belə verilişlərlə bağlı çox ciddi narahatçılığı və narazılığı var. Biz hansı bölgəyə insanlarla görüşə gedirik, onlar bizə deyirlər ki, dövlət bu cür proqramlarla bağlı addım atsın. Prezident Administrasiyasından sözügedən proqramların yayımlanması ilə bağlı çox yaxşı addım atıldı. Düzdür, hələ ki, ciddi bir dəyişiklik nəzərə çarpmır. Amma görünən budur ki, dövlətimizin məqsədi var. Hesab edirəm ki, verilişlərin istiqaməti dəyişməlidir. Aparıcılar nə gəldi, necə gəldi danışmamalıdır. Cəmiyyətin gözləntiləri çox böyükdür. Bəzi sosial verilişlər ləğv edilməli, əvəzinə elmi-kütləvi, maarifləndirici verilişlər yayımlanmalıdır. Bəxti gətirməmiş problemli ailəni efirə daşımaq və həmin insanları efirdə təhqir eləmək, ələ salmaq, alçatmaq normal deyil. Deyilənə görə bəzi səhnələr də əvvəlcədən planlaşdırılır”.

Deputat bildirib ki, mediayada cavabdeh orqanlar tərəfindən müəyyən addımlar atılır, amma cəza sistemi olmalıdır:

“Hesab edirəm ki, bizim xeyli görüləsi işlərimiz var. Nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Düzgün olmayan nəsə işəqlandırılanda operativ reaksiya verərək, həmin kanalların fəaliyyətinə müdaxilə edilməlidir ki, bu kimi halların qarşısı alınsın. Daha sərt, daha adekvat müdaxilələri gözləyirik. Əvvələr hesab edirdilər ki, kim nə istəsə edə bilər, amma bu gündən sonra belə olmayacaq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə isə bildirib ki, bir vətəndaş kimi həmin verilişlərin yayımlanmasından razı deyil. Çünki problemli insanların baxışları cəmiyyətə təqdim edilir:

“Televiziya maarifləndirir, əyləndirir. Razı qaldığımız proqramlar çoxdur. Bununla belə, cəmiyyətin narazı qaldığı verilişlər də var. Televiziyalar belə verilişlərdə cəmiyyəti ancaq problemli göstərməyə çalışır. Verilən rəylərin əksəriyyəti kifayət qədər qüsurludur. Şübhəsiz ki, bu hal narazılıq yaradır. İnsanları televiziya verilişlərindən uzaqlaşdırır, onlarda bədbinlik hissi oyadır. Nümunə götürüləcək insan obrazı həmin verilişlər vasitəsilə göstərilmir. Ümid edirəm ki, telekanal rəhbərləri bunları nəzərə alacaqlar”.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Medianın İnkişafı Agentliyi bu tip verilişlərin mahiyyətinə birbaşa qarışa bilmir, tövsiyə verə bilir:

“Və yaxud da məsələ ilə bağlı jurnalistlərin maarifləndirilməsini həyata keçirə bilər. Burada çox şey telekanal rəhbərliyindən asılıdır. Təəssüf ki, bəzən bildirilir ki, “Gəlir yerimiz reklamlardır və insanlar belə verilişlərə baxır”. Mənə elə gəlir ki, bu baxış düzgün deyil. Birincisi pul, gəlir naminə bayağı verilişləri zorla cəmiyyətə təqdim etmək düzgün deyil. Pul arxasınca qaçaraq cəmiyyətin düşüncəsi aşağı salınır. Qüsurlu insanları nümunə kimi zorla qəbul etdirməyin fəsadları pisdir. Cəmiyyətdə hörmət qazanan insanların həyatının təbliğini görmürük. Azərbaycan cəmiyyəti şou proqramlarda göstərilən kimi deyil”.

Mövzu ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev saytımıza danışaraq, məsələni belə deyək kökündən “baltaladı”:

“Elə verilişləri bağlasaydılar lap əla olardı. İstəyərdim ki, insanları düşündürən, onlara ibrət verən, ağıllı verilişlər olsun. Hamısı çöldə- bayırda oxuyan gətirir. Azərbaycan müsiqisin də yaman günə qoyublar. Hər şeyi korlayıblar. “Filankəs hamilədi”, “filankəsin oğlu olacaq” və s. məlumatlarla adamın ətini tökən şeylər verirlər. Bu nədir, nə biabırçılıqdır?! Mənə xaricdən zəng vurub deyirlər ki, o nə verilişlərdir verirsiniz?! Adam utanır...”

Sevimli aktyor da ənənəyə sadiq qalaraq sözügedən məsələdə televiziya rəhbərlərini günahkar görüb:

“Həmin verilişlərin rəhbərləri heç kimi saymır. Neynəsinlər təsir eliyə bilmirlər. Söz deyəndə televiziya rəhbərləri deyirlər ki, reytinq yoxdur. Reytinq xatirinə insanları məhv edirlər”.

Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət isə qeyd edib ki, hələki heç bir müsbət dəyişiklikdən danışa bilmərik. Daha sərt inzibati tədbirlərə əl atmaq son çarə olacaq:

“Ümumulikdə sosial yönümlü verilişlərin cəmiyyətə faydası var. Əslinə qalanda tamaşaçı auditoriyası bu cür verilişlərə köklənir. Təəssüflər olsun ki, bizim televiziya kanallarımızda məşhur verilişlər problemlərin həlli ilə bərabər gərəksiz şou göstərməklə məşğuldurlar. Yəni faktiki olaraq insanların problemləri üzərindən reytinq toplamaq üçün çalışırlar. Pul qazanmaq hərisliyi insanların başına gələn bu və ya digər bədbəxt hadisələrdən sui- istifadəyə yol açır. Ona görə də dəfələrlə çağırışlar etmişik ki, bu cür məsələlərdə insanların hissləri ilə oynamaq olmaz. Ümumiyyətlə, məsələ ilə bağlı xəbərdarlığın edilməsi, söhbətlərin aparılması hələ ki, nəticə vermir. Müşahidə edirik ki, o verilişlərin vaxtı bir qədər azaldılsa da, eyni tempdə davam edir. Yanaşma, metod eyni olaraq qalır. Dövlət narahatdır və bunu uyğun dildə, nəzakətli şəkildə televiziya kanallarının rəhbərlərinin diqqətinə çatdırıb”.

Media eksperti əlavə edib ki, Medianın İnkişafi Agentliyi birbaşa televiziya kanalları ilə işləmədiyinə görə, təbiidir ki, televiziyalara hansısa təsirindən danışa bilməz:

“Televiziya kanalları ilə Audiovizual Şura məşğul olur. Açığını deyim ki, biz Şuradan daha aktiv yanaşma gözləyirik. Təəssüflər olsun ki, bunu müşahidə edə bilmirik. Çox istərdik ki, cəmiyyəti narahat edən verilişlərlə bağlı daha təsirli tədbirlər görülsün”.

Kinorejissor Əbdül Mahmudbəyov isə sualımıza sualla cavab verdi:

“Nə dəyişdi ki?! Həsən keçəl, keçəl Həsən. Prinsip etibarilə televiziyalarda tariximiz, mili- mənəvi dəyərlərimiz, həyat tərzimiz, dövlətçiliyimiz, nümunəvi ailələr nümayiş olunmalıdır. Övladlarımız tərbiyə almalıdır. Nədən, kimdən?! Belə verilişlərdən?! Gərək qınanmalıdırlar ki, yoluna gəlsinlər?!Adam nə vaxtdan soyunub ortalığa çıxıb sənətkar olur?! Zeynəb Xanlarova, Flora Kərimova, Mələkxanım Əyyubova, Elnarə Abdullayeva nümunəsi var. Sənətləri də var, abırları- ismətləri də yerində. Aparıcı olmaq üçün yüksək intellekt lazımdır. Xalqının tarixini, folklorunu, etnoqrafiyasını bilmək lazımdır. Yoxsa yerindən duran aparıcıdır. Səhərdən axçamacan boş- boş danışırlar. Nitq yox, mədəniyyət yox, konkret bir ideya, fikir yox. Xalqa göstərəsi mənəvi keyfiyyəti olmayan adamları qonaq çağırırlar. Yəqin aparıcılar elə zövqdədirlər ki, özlərinə uyğun zövqdə adamlar axtarıb tapırlar. Yaxşı deyiblər, axsaq atın kor nalbəndi olar. Azərbaycanda nümunə olacaq ağsaqqallar, ağbirçəklər, nümunəvi insanlar yoxdur bəyəm?! Bir veriliş yaradın, qoyun hamı nümunə götürsün. Yoxsa efirlərə bir- birinə oxşayan eybəcər, efir mədəniyyətləri olmayan adamları dəvət edirlər”.

Şeyx Əbdül də son olaraq mövcud problemdə televiziya rəhbərlərini günahkar gördü: “Deyəndə deyirlər ki, mən işçilərimi dolandırmalıyam. İctimai qınaq formalaşdırılmalıdır. Ağsaqqallar Şurası, Qadın Hüquqları və digər adda təşkilatlar var. Onlara rəsmi status verilməlidir”.
Şəlalə Babayeva
 
Ardını oxu...
“Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev verilişlərin birində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:
“Yalan ayaq tutar, amma yeriməz!”. Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. “Do”, “sol” səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi var. Allah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır. Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər”.
Ardını oxu...
Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.
"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.
Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.
Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.
Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.
 
Ardını oxu...
“Ögey ana” ilə başlayıb, “Fəryad”la bitən keşməkeşli sənətkar ömrü

Bu gün əbədi 46 yaşında qalan Ceyhun Mirzəyevin doğum günüdür.

Təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox sadəcə taledir. İnsan dünyaya gələndə onun həyat yolu artıq cızılmış olur, nə qədər çalışsan da o cığırdan kənara çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vəssalam.


1946-cı il aprelin 9-da dünyaya göz açan Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin ilk daşıyıcısı olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında…

Ceyhun 3 yaşında olanda Cəmil Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. Atasızlıq bütün varlığı ilə ömür boyu içindən keçib, bu hiss onunla birgə yaşayıb. Gecələr yorğanını başına çəkib günün yorğunluğunu yuxudan əvvəl göz yaşları ilə çıxaran anasının hıçqırtısını eşidib…

Özü də yorğanını başına çəkib ona qoşulan Ceyhun uşaqlığını yaşamadan böyüyür… Ana qayğısı çəkir, balaca çiyinlərinə ailənin məsuliyyətini götürür. Atasızlığı unutmağa, anasına arxasız olmadığını göstərməyə çalışır. Yalnız təklikdə öz aləmində atalı Ceyhunun həyatının ssenarisini yazır.

Pozur, dəyişir, hər gün daha bir xoşbəxt Ceyhun ssenarisi yazılır… Belə ssenari yazmaq bacarığı onu “Azərbaycanfilm”ə sınaq çəkilişlərinə gətirib çıxarır.

O, atasının ikinci nikahından dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, evlən övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi. 17 ildən sonra qadın dünyasını dəyişib, yalnız ondan sonra Cəmil Mirzəyev ikinci dəfə evlənib. Onun anası Marqarita xanım milliyyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən – İbrahim Məmmədəliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.

Evlənəndə artıq 48 yaşı olan Cəmil Mirzəyev Ceyhun 3 yaşında olarkən ürək çatışmazlığından dünyasını dəyişir. İllərdir övlad həsrətində olan ataya övlad sevincini doyunca yaşamaq qismət olmadığı kimi övlada – Ceyhun Mirzəyevə də ata qismət deyilmiş.

İsmayılın uşaqlığı

Bəli, Ceyhun Mirzəyevdən danışırıq. Bakıda anadan olsa da, əsli Qarabağdan- Ağdamın Abdal-Gülablı kəndindən olan, bir ömürdə iki tale yaşayan aktyor Ceyhun Mirzəyevdən.

Sənət taleyinin birinci dönəmində “Ögey ana”dakı İsmayıl, ikinci dövründə isə “Fəryad”dakı İsmayıl kimi iki əsr insanların yaddaşına yazılan Ceyhun Mirzəyev.

Hələ uşaqkən Azərbaycan Televiziyasında uşaq verilişlərində iştirak edirdi.

Uşaq rolu üçün balaca oğlan uşağı gəzən rejissor köməkçiləri onun “şeytan siması”na heyran qalıb, kinostudiyaya dəvət edirlər. Tanımadığı rejissorun – “Bu filmə çəkilməsə belə onun gözəl ekran siması var, əsil kinoluqdur” rəyi Ceyhunda kinoya olan marağı birə beş artırır…

İlk dəfə 11 yaşında “Görüş” filmində Şıxəlinin uşaqlarından birini oynayır. Filmdə heç gözə çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri olmur ki, peşəkarın gözündən yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi “Ögey ana” filmində İsmayıl rolu üçün artıq gözaltı edib. Ona Ceyhunu tanıtdıran isə Nəcibə Məlikova idi.

Sınaq çəkilişindən sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə aparmasını gözləyən Ceyhun dəhlizin o başından bu başına keçən Nəcibə xanımı görür. Aktrisanı ilk dəfə canlı görməsi, onun gözəlliyi balaca kişini necə heyran edirsə özü də bilmədən ağzı açıq qalır. Nəcibə xanım ona – “balası, ağzını yum” – deyə, eyham edib, keçib gedir. Birdən nə düşünürsə, duruxub geri dönür. Aktrisa Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa keçib “Ögey ana” filminin çəkilişlərinə aktyor yığan rejissora “İsmayılı tapdım, öz ayaqları ilə gəlib, dəhlizdədir” deyir. Rejissor çıxıb Ceyhuna baxıb “Doğrudan İsmayıldır ki” deyir.

Bu filmə çəkiləndə onun 12 yaşı vardı…

Bu film eyni anda neçə-neçə taleyi özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin özünün yetimliyi, ögey bacısının olması vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın taleyi filmdə öz əksini tapmışdı.

Aktrisanın qaynanası gəlininin aktrisa olmasını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. Bəlkə bu da həyatın təzadıdır ki, Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkib. O qədər çəkib və dözüb ki, bir gün onlara qonaq gələn rejissor, o vaxt kinostudiyaya rəhbərlik edən Ədil İsgəndərov dözməyib və Nəcibə xanımı kimi “Ögey ana”nı elə öz obrazında, qayınanası və həyatı ilə bahəm kino ekranlarına gətirib. Evdən çıxarkən deyib ki, Xanım xala, səndən kino çəkəcəm.

Film çox sevildi, xüsusən İsmayıl və onun ögey anası. Görünür, hər iki obrazda onu yaradan aktyorların öz həyatı olması onun təbii alınmasında rol oynadı.

Balaca Ceyhun isə kinodan və uşaq verilişlərindən aldığı qonorarla artıq ailəni dolandırırdı.

“Ögey ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968), “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989), ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.

Ceyhun sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi.

Sevgisindən vaz keçmədi

Bir gün gənc aktyor, rejissor Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı, baş ədliyyə müşaviri Lidiya Mirzəyeva danışır: “Onun 18, mənim 17 yaşım vardı: Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə canlı şəkildə onları Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”.
Ardını oxu...
Düz 8 ildən sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var – Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki… Ehtiyacı olan hamıya əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar da olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da səbəbi kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi.

Seymur Mirzəyev əvvəl Moskvadakı “Romen”, sonra Mayakovski, Yermolov teatrlarının icraçı direktoru olmuşdu. Onların arasında nəsə şəxsi problemləri vardı. Ceyhun da bu şəxsi münasibətlərin qurbanına çevrilmişdi, əziyyət çəkirdi. Amma Ceyhun kimi bir insanı incitmək olmazdı axı. Mən ona təskinlik verməyə çalışırdım. Ona qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi. Düzdür, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o, sözün əsl mənasında xalqın artistidir. Xalq onu sevir. O da xalqını çox sevirdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə miras qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti qarşısında heç nə ummayıb, güdməyib. Bütün filmlərinə canla, ürəklə yanaşıb”.

Onun rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Onun ardınca “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmi isə sonuncu filmidir.

Elə bil nəyisə duyubmuş kimi “Ögey ana”dakı İsmayıl obrazının sonrakını taleyini gətirib “Fəryad” filmi ilə bağladı. Bu iş də Ceyhun Mirzəyevin aktyor və rejissor kimi axırıncı işi olur. “Fəryad” onun haqsızlıqlara qarşı son fəryadı idi – qu quşunun son nəğməsi kimi.

Ceyhun Mirzəyevə qarşı sui-qəsd olub

Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub: “İlk olaraq filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. Ceyhunla belə qərara gəldik ki, çəkilişlər soyuq fəsildə aparılmalıdır. Çünki Qarabağ savaşından bəhs edən filmi yayda, otun-çiçəyin arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik. Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis təsir etmişdi”.

Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi, bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.

Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəhmətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. Deyirdi, “sən bütün materialı məndən yaxşı bilirsən…”. Filmin birinci variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.

İsmayıl böyüdü və…

Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.

Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək… Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı.

Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi.
Ardını oxu...
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb…”

İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad”la beləcə bitdi.
Ramilə Qurbanlı
pressklub
Ardını oxu...
Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə sənətçi “Qapqara” verilişində danışıb:

“Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, həm də daxilən buna hazır idim. Mənim xahişimlə menecerim və digər dostum da onu bağışladı”.

Qeyd edək ki, 10 il əvvəl Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ardını oxu...
Xalq şairi B.Vahabzadə Oğuzun (keçmiş Vartaşenin) təbiətinə və insanları ilə görüşə xüsusi maraq göstərirdi. Oğuzlular da böyük şairin bədii yaradıcılığına və içtimai-siyasi fəaliyyətinə yüksək qiymət verirdilər.
Oğuzun Kərimli kəndində anadan olmuş, Şəki rayon partiya komitəsində II katib vəzifəsində işləmiş və Şəki Rayon Sovetinin deputatı olmuş, B.Vahabzadə ilə şəxsən dostluq edən 20 yanvar şəhidi İzzət Həmidov bu sətrlərin müəllifinə söyləyirdi ki, şair bir neçə dəfə Oğuzda onun qonağı olub. Məclisdə iştirak edənlər onun söhbətlərinə qulaq asmaqdan yorulmazmışlar. Şairin özü də insanlarla ünsiyyətdən zövq duyarmış. Söhbət uzanar və saatlarla çəkərmiş.
Yadımdadır, 1995-ci ilin oktyabr ayı idi (Təəssüf ki, dəqiq gün yadımda qalmayıb). Rayona xəbər yayılmışdı ki, Oğuz şəhərində 80 saylı Oğuz-Şəki-Mingəçevir-Yevlax seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş şair B.Vahabzadə ilə seçicilərin görüşü keçiriləcəkdir.
Şairlə görüş yerinin müəyyənləşdirilməsi isə problemə çevirlmişdi. Digər deputatlığa namizədlərlə görüşlər 80-100 nəfərlik zalda keçirilərdi. Amma B.Vahabzadə ilə ilə görüşdə iştirak etmək istəyənlərin, iştirak etməkdə təkid edənlərin sayı o qədər çox idi ki, görüşün qapalı məkanda keçirilməsi qeyri-mümkün olmuşdu.
Çox götür-qoydan sonra deputatlığa namizədlə görüşün açıq havada – Oğuz şəhərindəki “Azərbaycan” kinoteatrının qarçısındakı meydanda keçirilməsinə qərar verilmişdi.
Görüşün başlanmasına bir saatdan çox vaxt qalmasına baxmayaraq artıq meydan insanlarla dolmuşdu. Gələnlərin isə ardı-arası kəsilmirdi. Şairin gəlməyini gözləyən adamlar dəstə-dəstə toplaşıb, onun içtimai-siyasi fəaliyyətindən, əsərlərindən söhbət acır, mübahisə edir, öz fikirlərini bildirir, əsərlərindən nümunələr söyləyirdilər. (Ədalət naminə deyək ki, toplananların içində şairdən maddi köməklik umanlar da vardı.)
Nəhayət, görüş başladı. Çıxış edənlər B.Vahabzadənin - deputatlığa namizədin həyat və fəaliyyəti haqqında danışır, onun içtimai-siyasi fəaliyyətini yüksək qiymətləndirir və hamını şairə səs verməyə çağırırdılar. Əslində görüş siyasi məcrasını dəyişərək qüdrətli bir sənətkarla görüşə, el bayramına çevrilmişdi. Çıxış edənlərin çoxu öz çıxışını hörmətli şairimizin şeirlərindən bir parça söyləməklə başa çatdırırdılar.
Tədbirin sonunda Xalq şairi çıxış etdi. Həmin görüşün canlı şahidlərindən biri AYB-nin və Jurnalistlər İttifaqının üzvü, rayonda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” əsərində şairin çıxışını bu cür qeydə almışdı: “- Əziz və hörmətli oğuzlular! Adətən deputat seçiciləri ilə görüşdə öz platformasından danışır. Neçənci dəfədir ki, deputat seçilmək üçün mənim namizədliyim irəi sürülür. Mən heç vaxt platformam haqqında danışmamışam. Mənim plarformam mənim şeirlərimdir. Kim mənim platformamla tanış olmaq istərsə, kitablarımı vərəqləsin. Mən millətim üçün necə çalışmışamsa, bundan sonra da elə çalışacam… Məni deputat seçsəniz də sağ olun, seçməsəniz də. Mən xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm”.
Xalq şairinin sözləri sürəkli alqışlarla qarşılandı. Sonra seçicilərin yanına gələn şairlə onların arasında bir saata yaxın çəkən səmimi söhbətlər başlandı.
Görüşdən ayrılanların hamısının üzündən görkəmli şairin deputat seçilməsinə razılıq ifadəsi duyulurdu.
B.Vahabzadə böyük səs çoxluğu ilə deputat seçildi. Beş il bizim rayonun deputatı oldu. Biz bundan qürur duyduq, bununla fəxr etdik və deputatımızdan çox razı qaldıq.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF
 

Ardını oxu...
“Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyin də də artığını nənəm mənim üçün edib”
 
Ardını oxu...
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib. O daha sonra əlavə edib.
“Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur. Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm. Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi dəyişmədi. Bəzən mənə deyirlər ki, “ailə həyatı quracaqsan, övladın olacaq, onu valideynindən də çox istəyəcəksən”. İnanmıram belə bir şey mümkün olsun” deyə nəvəsi Faiq deyib. 
Faiq İbadzadə nənəsinin sevdiyi filmlərindən də danışıb.
“Nənəmin ən çox sevdiyim ekran işi “Yerlə göy arasında” filmidir. O filmdə həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. “Həm ziyarət, həm ticarət” filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq səmimidir” deyə sənətkarın nəvəsi bildirib.
 
Ardını oxu...
 
O daha sonra əlavə edib.
“Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı quracam. Çox istəyirdi onu. Deyirdi ki, “bu qızı sənə alacam”. Hələ o vaxt həyatı dərk etmirdim. Həmişə deyirdi ki, “səni evləndirsəydim, ev alsaydım dərdim olmazdı”. Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb, elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü məzarını ziyarət edirəm. Elə həftə olur ki, 2 dəfə gedirəm” deyə sənətkarın nəvəsi bildirib.
 
Ardını oxu...
PAYLAŞ:
 
Ardını oxu...
"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda".

Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:

"Yuxusuz gecələrimə heyfslənirəm. Özümə heyfim gəlir. İnsan hər zaman gülüb-danışmır ki... Birdən tək oturub deyirsən ki, cavanlıq, gözəllik gedir. 2006-cı ildə Əməkdar artist olmuşam. Mən indi Xalq artisti olmalıyam. İstəyərdim Prezident təqaüdü alım. İstəyirəm ki, vaxt gedəndə uşaqlara möhtac olmayım".//Axşam
 
Ardını oxu...
"Esme Kallen" obrazını canlandıran "Alatoran" filminin ulduzu Elizabet Rizer gizli şəkildə evlənib.

Qayanrinfo xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb.

Aktrisa prodüser və ssenarist Brüs Gilbertlə evlənib. Toy mərasimi ötən il İtaliyada baş tutub. Mərasimdə yalnız ailə və yaxın dostlar iştirak edib. Cütlük tam məxfiliyi qorumaq istəyib və fotolarını sosial şəbəkələrdə yerləşdirməməyi xahiş ediblər.

"Bir neçə dostumuzu şahid tutaraq, gizli şəkildə evlənmək qərarına gəldik", deyə aktrisa bildirib.

Aktrisa Elizabet Rizer və prodüser Brüs Gilbertlə 2017-ci ildə itlərini gəzdirərkən tanış olublar və o vaxtdan bəri birlikdədirlər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti