Ardını oxu...
“Heç vaxt bu sənətin eşqi ilə böyüməmişəm, arzulamamışam ki, aktrisa olum. Hər şey tam təsadüf nəticəsində olub. Özümə o qədər arxayınam ki, həmişə deyirdim ki, əgər qarşıma seçim qoysalar, mənə nə qədər çətin də olsa ailəmi seçəcəm, sənətimi yox. Bəlkə ona görə bu sözü bu qədər rahat deyirdim ki, bilirdim mənə belə bir qadağanı qoyan olmayacaq. Amma bu gün sənət də mənim övladım sayılır”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aktrisası Vəfa Zeynalova deyib. Aktrisa tələbəlik vaxtı çəkdiyi çətinliklərdən də danışıb.

“Gənclik tərəfdə rəfiqəmlə yol gedirdik, qəfildən Nurəddin Mehdixanlını gördük. Təbii ki, hər kəsin də üzünə gülümsəyirdi. Rəfiqəm dedi ki, gəl yaxınlaşaq, dedim ki, yox utanıram. Gedib yaxınlaşdıq, dialoqa girdik. O vaxt artıq planlaşdırmışdım ki, incəsənət sahəsinə gələcəm. Nurəddin bəydən məsləhət aldıq, o da dedi ki, gəl, çox yaxşı olacaq. Dedi ki, hətta bir filmə başlayırıq, ola bilər ki, hansısa epizodda sən də çəkiləsən. Söhbət “Taleyin qisməti” serialından gedirdi. Həqiqətən də həmin il universitetə daxil oldum və Lütfü Məmmədbəyov məni bu serialda Lamiyə obrazı üçün seçdi. Hətta serialda çəkilməyə qorxurdum, çünki təcrübəsiz idim. Bir səhnəm var idi, ağlamalı idim. Lütfü müəllim də bəzən sənətçi ilə çox kəskin danışırdı. Mənə dedi ki, ağlamasan, səni qovacam. Mənə nələr demədi ki.. O dəqiqə ağladım, çantamı götürüb getmək istəyəndə dedi ki, hara gedirsən? Gəl otur, indi ağla, səni çəkək! Sən demə o məni qəsdən ağlatdı ki, serialdakı obrazım inandırıcı olsun. Lütfü müəllim unikal bir insan, rejissor idi” deyə aktrisa bildirib.

Aktrisa çəkildiyi “Yox içində Xarı Bülbül” filmindən də danışıb.

“Ötən il 12 seriyadan ibarət “Yox içində Xarı Bülbül” filminə dəvət aldım. Ekran işi İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında ekranlaşdırılması idi. Baş rollara mən və xalq artisti Pərviz Məmmədrzayevi dəvət etdilər. Bu əslində mənim “Xan qızı Ağabəyim ağa” adlı fotolayihəm idi. Rejissor Zaur Tahirsoydan təklif gəldi ki, bəlkə bu fotosessiyanı film edək, mən də təbii ki, çox sevindim. Biz filmin tanıtım çarxını çəkdik, çox da bəyənildi. Əmin olduq ki, bu filmi çəkib bitirə biləcəyik. Tarixi film olduğu üçün bunu necə gəldi çəkib, təhvil verə bilmərik. Ona görə də film çox büdcə tələb edir. Büdcə də çox böyük çıxdığına görə hələ ki, biz gözləyirik. Ümid edirəm ki, bizə dəstək olacaqlar” deyə sənətçi bildirib.
Ardını oxu...
Avstraliyalı əfsanəvi müğənni Rene Geyer vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, çanaq sümüyündən əməliyyat olunan 69 yaşlı sənətçi bir müddət sonra vəziyyəti ağırlaşdığı üçün dünyasını dəyişib.

Qeyd edək ki, Renenin 50 illik karyerasında onu məşhur edən "It’s a Man’s Man’s World", "Heading in the right direction and say I love you" hitləri olub.
 
Ardını oxu...
İspaniyanın Pinares kəndində ənənəvi “Las Luminarias” bayramı keçirilib.

Tarixi XVIII əsrə dayanan, xristian inancı ilə heyvanların qoruyucusu kimi qəbul edilən bayram hər il yanvarın 17-də qeyd edilir.

Belə ki, kilsədəki ritualdan sonra keşiş tərəfindən xeyir-dua verilən atlar daha sonra kəndin müxtəlif yerlərində yandırılan tonqalların üstündən tullanırlar.

İnanca görə, tonqaldan çıxan tüstü atları şər ruhlardan təmizləyir və onların növbəti bir ilə qədər sağlam qalmasını təmin edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Anadolu
 
Ardını oxu...
Amerikalı aktyor Cek Nikolsonun evindən çıxmadığı məlum olub.

"Medicina" xəbər verir ki, 85 yaşlı məşhurun dostları onu 2 ildir görmür.

Demensiya - əqli zəifləmədən əziyyət çəkən aktyorun kimi xatırladığı da məlum deyil.

12 Oskar mükafatçısı Nikolson 5 ildir filmlərə çəkilmir.
Ardını oxu...
Tarixi mənbələr Osmanlı sultanı ilə Teymuri hökmdarı arasındakı ziddiyyətin başlıca səbəbi olaraq Qara Yusifi göstərsələr də, bu ixtilafın arxasında başqa amillər də dayanırdı. Teymurun Yusif və Əhməd Cəlairini bəhanə edərək Osmanlı dövlətinə təzyiq göstərməsinin altında yatan başlıca səbəb onun özünü xəlifə elan etmək istəyi idi. Quranda "inna caalnake hakifətən fil arz" (biz sizi yer üzünə xəlifə qıldıq) ayəsini rəhbər tutan Teymur həcc yollarını nəzarətə götürmək və Hicaza qədər uzanan böyük bir coğrafiyanı özünə tabe etməklə bu şərəfə nail olmaq istəyirdi. Üstəlik, həmin vaxt Sultan Bəyazid özünü xəlifə adlandırmağa başlamışdı.
Beləliklə, Yusifi hədəf alan Əmir Teymur bunu öz məqsədinə çatmaq - xəlifə olmaq üçün vasitə hesab edirdi. Ancaq daha önəmli olan odur ki, Teymurun nəzərində Osmanlının müsəlmanlığı da şübhəli idi. Onun çıxışlarında İldırım Bəyazidi "Rum kayseri" adlandırması da buradan qaynaqlanırdı.
Əkbər Nəcəf, Qara Yusif səh 56 - 57
Teref.az
 
Ardını oxu...
İtaliyalı aktrisa Lollobrigida 96 yaşında vəfat edib.

Paralel.az xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmıb.

Lollobrigida 1946-cı ildə filmlərdə rol oynamağa başlayıb. O, “Paris Notrdam kilsəsi”, “Gecə gözəlləri, “Ərli dul qadın” filmlərindəki rolları ilə yadda qalıb. Kinoda ilk böyük uğuru isə ona Kristian-Jakın rejissorluq etdiyi “Fanfan-zanbaq” (1952) filmindəki Adeline'ni baş rolu gətirib.

Lollobricida “İtaliya Respublikasına xidmətlərinə görə” ordenin böyük zabiti, “Fəxri Legion” ordeninin kavaleri olub.

O, yuqoslaviyalı həkim Milko Skofiçlə evlənib. Bu evlilikdən bir oğlu dünyaya gəlib.
Ardını oxu...
Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsinin biletləri satışa çıxarılıb.

Bu barədə Qlobal.az-a oxucular məlumat verib.

Oxucunun elektron poçtumuza göndərdiyi məktubda deyilir:

"Xatirə gecəsinə bilet satılması məni çox sarsıtdı. Axı bu nə deməkdir? Xatirə gecəsi də pullumu olar? Özü də Zəlimxan Yaqub kimi bir dühanın xatirə gecəsi. Bu necə təşkilatçılıqdır? Bu necə tədbir keçirməkdir? Kimlərdir bu tədbiri keçirən? Mədəniyyət nazirliyi hara baxır? Axı tədbir məhz onların tabeliyində olan məkanda keçirilir. Yoxsa elə nazirliyin xeyir-duası iləmi keçirilir? Gərək burda da qazanc güdülsün? Yəni artıq xatirə gecələrini də biznes maraqları üzərindən qururlar? Kimsə deyə bilər ki, yalandır, bilet satışı yoxdur. O zaman xahiş edirəm, bilet satışıyla məşğul olan saytlara baxın ( https://iticket.az/events/concerts/memorial-night-of-peoples-poet-zalimkhan-yaqub/84345 ) Dediyim ki, hər necə olur olsun o tədbirə qatılmaq istədim, həm də ona görə ki görüm tədbiri necə təşkil ediblər. Bir nəfər dedi ki, guya bilet söhbətini yığışdırıblar. Sevindim və Muğam mərkəzinə zəng etdim (yanvarın 13-də). Dedilər biletlədir, biletin qiyməti də 10 manatdır. Mənə məsləhət gördülər ki, iticket.az saytından onlayn və ya şəhərdəki kassalardan əldə bilərəm. Ancaq sonra məlum oldu ki artıq bilet qalmayıb. Yəni təşkilatçılar biletləri müxtəlif yollarla satıb qurtardıqdan sonra indi deyirlər ki biz tədbirə bilet satmırıq".

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi Beynəlxalq Muğam Mərkəzi və "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Təşkilatçılar məsələyə aydınlıq gətirməyiblər.
Ardını oxu...
 
Ardını oxu...
“Şəfiqə Məmmədova bu günlərdə özünü yenidən sədr seçmək istəyir. Şəfiqə xanımla biz tələbə yoldaşı olmuşuq, çox yüksək səviyyədə münasibətlərimiz var. Amma söhbət milli kinomuzdan, kinomuzun taleyindən gedir. Şəfiqə Məmmədova 12 ildir Kinematoqrafçılar İttifaqında sədrdir. Bu qurultayla seçilir, sakitcə 4-5 insanı çay süfrəsinə dəvət edib, sədr seçmirlər. 5 ildən bir qurultay seçilməlidir. Ən azından dövlət rəsmilərinin də, mədəniyyətə xidmət edən şəxslərin də xəbərləri olmalıdır ki, kim sədr seçilib?! Bunlar ittifaqın üzvlərindən xəbərsiz 12 ildir gözlədiyimiz qurultayı etmədən sədr seçiblər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.

“Ay Şəfiqə, sən artıq yaşlı qadınsan, bu gün sabah 80 yaşın olacaq. Sənin kinoya aidiyyatın yoxdur. Get Teatr Xadimləri İttifaqına. Gör əgər ora səni buraxsalar! 12 ildir ki, orada boş-boşuna oturmusan. Sənin nə marağın var ki, qır-saqqız kimi qalmısan orada?! Kinonu yaradanlar, kinonun əziyyətini çəkənlər qalıb kənarda, biri orada ittifaq açıb, biri də burada. Nəyə lazımdır axı bunlar?! 5-6 sənət adamı qalıb, onlar da bir-birinə daş atır. Şəfiqə orada 7 ildir ki, qeyri-qanuni oturub. Başa düşmürəm ki, dükandır, mağazadır ya nədir?! İdarə heyətinə sədr seçmək səlahiyyəti qurultayda verilir. Bu ittifaq dövləti aldatmaqla məşğuldur. Yalançı bir təşkilatdır, dövlət onlara pul verir, bunlar da özləri üçün şellənirlər, kef edirlər. Orada pul az deyil. Pul ittifaqın üzvləri üçündür. İttifaq hansısa sənətkara pul ayıranda başa düşmürlər ki, bu dövlətin puludur, sən havayı pul ayırmırsan, dövlətin pulunu ayırırsan. Minnət qoyurlar. Təklif edərdim ki, hər iki ittifaq birləşsin. Mən layiqli sədr kimi xalq artisti Vaqif Mustafayevi, Ayaz Salayevi, Cəmil Quliyevi görürəm. O kinonu sevir, filmləri bir çox ölkələrdə nümayiş olunur. Sədr aktyor, aktrisa olmalı deyil. Kino üçün canı yanan hər zaman rejissor olub. Rejissor çəkib ortalığa çıxarmasaydı onlar bu gün başımıza bu oyunu açmazdılar” deyə sənətkar bildirib.

Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Şəfiqə Məmmədovanın özünü yenidən sədr seçməsi kino işçiləri arasında böyük narazılıqla qarşılanıb.
Ardını oxu...
Xan Xoyski Cümhuriyyət qurulduqdan sonra da mövqeyindən əl çəkmədi

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etməsi azərbaycanlıların bir millət kimi formalaşma mərhələsinin məntiqi yekunudur. Bu cümhuriyyətin adı, atributlarındakı ideoloji simvolları və dəyərləri, əsrlər keçsə də, onun bayrağının kölgəsində yaşayanları bir və möhkəm saxlayacaqdır. Yalnız və yalnız cümhuriyyət dəyərləri illərdir arzusunda olduğumuz, xəyalını qurduğumuz azad, firavan və bütöv Azərbaycana gedən yolun xəritəsi sayıla bilər.

Lakin istiqlalının üzərindən 105 il keçməsinə rəğmən hələ də AXC ilə bağlı bəzi həqiqətlər ölkə ictimaiyyətinə məlum deyil. Obyektiv və subyektiv səbəblərdən doğan bu naməlumluq bir çox spekulyasiyaların yaranmasına, ittihamların, iddiaların səslənməsinə səbəb olur. “Pressklub.az” saytında tariximizin bu şərəfli çağına yenidən və fərqli mənbələrin vasitəsilə işıq salmaq üçün “Cümhuriyyət həqiqətləri” layihəsinə başlayırıq. Niyyətimiz mövcud şəraitdə mümkün qədər obyektiv mənbələrə istinad etməklə doğru-dürüst məlumatları oxucu ilə bölüşməkdir.

Layihə çərçivəsində ilk yazımız 20-ci əsrin əvvəlində Azərbaycanda ilk inqilab planları, bu məsələdə ilk təşəbbüsün, ideyanın kim tərəfindən irəli sürülməsi barədədir.

***

Ardını oxu...
Nicat İsmayılov
XX əsrin əvvəllərindən etibarən Çar Rusiyasının süqutunun sürətlənməsi ilə birlikdə Qafqazda siyasi hərc-mərcliyin, etnik münaqişələrin şiddətlənməsi azərbaycanlıların öz hüquq və təhlükəsizliklərini qorumasını zərurətə çevirmişdi. Bunun yolu isə siyasi təşkilatlanmaq və vahid dövlət yaratmaq idi. Beləliklə, bütün Qafqaz xalqları kimi, azərbaycanlılar da bu istiqamətdə çalışmağa, mübarizə aparmağa və siyasi-diplomatik addımlar atmağa başladılar.

Qafqazda bir türk dövləti yaratmaq ideyası bir çox ziyalıların düşüncələrində və yazılarında mövcud idi. Lakin bu istiqamətdə ilk real siyasi cəhdi AXC-nin ilk hökumət başçısı Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyski edib.

Ardını oxu...
Əmiraslan xan Xoyski
Sözügedən hadisə Birinci Dünya Müharibəsində Osmanlı və Rusiya arasında gedən ən qanlı döyüşlər dövrünə təsadüf edir. 1915-ci ilin fevralında Əmiraslan xan gizli yolla cəbhə xəttini keçərək, Ərzuruma gəlir. Burada Almaniya konsulu və Ərzurum valisi ilə görüşür. O, özünü Difai Partiyasının İcraiyyə Komitəsinin sədri kimi təqdim edir. Ərzurum valisi İhsan bəyə Qafqaz müsəlmanlarını Rusiya əleyhinə inqilaba qaldırmaq üçün planları olduğunu bildirir. Bunları təqdim və müzakirə etmək üçün Hərbiyyə naziri (Müdafiə naziri) Ənvər Paşa ilə görüş təşkil etməsini rica edir.

Osmanlı Daxiliyyə Nəzarəti (Daxili işlər Nazirliyi) Əmiraslan xan haqqında tədqiqat aparır. “Difai” üzvü olması səbəbilə onun kimliyi barədə məlumat verməsi üçün Əhməd bəy Ağaoğluna müraciət edilir. Ağaoğlu Xoyskilərin etibarlı nəsil olduğunu və Əmiraslan xana etimad edilə biləcəyini bildirir.

Nəticədə Əmiraslan xan Xoyski Ənvər paşa tərəfindən qəbul edilir. Danışıqlarda o, Ənvər paşaya Qafqazda bir çox millətlərin daxil olduğu “İsveçrə tipli” müstəqil dövlət qurulmasını təklif edir. Xoyskinin bu səfərdə əsas məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek və Dağıstanı əhatə edəcək bir dövlətin qurulması işinə Osmanlı dövlətinin razılığını və yardımını almaq idi. Ənvər paşaya təqdim edilən layihədə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsindən deyil, burada müstəqil bir dövlətin yaradılmasından söhbət gedirdi. Bunun müqabilində Xoyski Qafqazda yüz minlərlə müsəlmanın Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bildirib, Dağıstan və Cənubi Qafqaz müsəlmanlarını çara qarşı üsyana qaldırmağa söz verirdi.

Cəmi bir ay öncə Sarıqamış fəlakətini yaşamış olmasaydı, Ənvər paşa bu layihəyə etibar etməzdi. Çünki Ağaoğlu öz raportunda “Difai”nin artıq fəaliyyət göstərmədiyini bildirmişdi. Demək, Xoyskinin Qafqazda müsəlmanları birləşdirəcək bir təşkilatı mövcud deyildi. Əhməd bəy onu da demişdi ki, Xoyski ailəsi Gəncədə məşhurdur. Deməli, Əmiraslan Xan bir üsyan hazırlayacaqdısa, mütləq bunun mərkəzi Gəncə olmalı idi. Gəncə isə o dövrdə hərbi rejimlə idarə edilirdi.

Bütün bunlara rəğmən, Paşa bu planı məqbul saydı. Ənvər Paşanın hədəfi Qafqazda Rusiya və Osmanlı dövləti arasında bufer rolunu oynayacaq və İstanbuldan idarə olunacaq bir dövlətin yaradılması idi. Osmanlı hakim dairələrinin yekun mövqeyinə görə, Türkiyənin himayəsində olacaq bu “İslam dövləti” Osmanlı şahzadəsinin idarəsində olmalı idi.

Paşa planı məqbul saymışdı, amma ordu cəbhədə ardıcıl məğlubiyyətlərə uğrayırdı. Xoyski Türkiyədə olduğu dövrdə Osmanlının xeyli zəiflədiyinin fərqinə varmışdı. Ona görə də Əmiraslan Xan “ikili oyun” apardı. Osmanlı və Almaniya ilə paralel danışıqlar aparıb, hər iki tərəfə də eyni təklifləri verdi.

Tədricən Osmanlıdan ümidi kəsən Xoyski 1915-ci ilin sentyabrında İstanbula gedərək, Almaniyanın səfiri baron von Vangenheym ilə də müsəlmanların Rusiyaya qarşı ayağa qaldırılması və Qafqazın gələcək statusu ilə bağlı danışıqlar apardı. Danışıqların sonunda Xoyski von Vangenheymdən Qafqazın müstəqil olacağına dair təminat ala bildi. Amma bu təminat Qafqaz müsəlmanlarının Rusiyaya qarşı üsyanı uğurla nəticələndiyi və Almaniya-Osmanlı bloku müharibədən qalib çıxdığı təqdirdə keçərli olacaqdı. Bu isə heç vaxt baş tutmadı. Cəbhədə Almaniya və Osmanlının ardıcıl məğlubiyyətləri nəticəsində Əmiraslan xan Xoyskinin “İsveçrə modelli Qafqaz dövləti” planı iflasa uğradı.

Bəs bütün səyləri ilə Əmiraslan xan Xoyski istiqlal hərəkatına start verən ilk siyasi xadim sayıla bilərmi?

Əlbəttə, xeyr. Çünki onun “Qafqaz dövləti” təklifi İttihad və Tərəqqi hökuməti tərəfindən yalnız bir şərtlə məqbul sayılmışdı: “Dövlət Osmanlı şahzadəsinin iradəsinə tabe olacaq”dı.

Bu isə istiqlal yox, ilhaq idi. Əmiraslan xan Xoyski cümhuriyyətin qurulmasından sonra belə ilhaqçı mövqeyindən imtina etmədi…

İstifadə olunmuş mənbələr:

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Arşiv Belgeleri.

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Basınında

“Birinci Dünya Müharibəsi İllərində Osmanlı İmperiyasının Azərbaycan Siyasəti”
 

Ardını oxu...
“İndikilərdə səbr, hövsələ yoxdur. Elə hey istəyirlər ki, hər şeyi birdən əldə etsinlər. Heç bir iş əziyyətsiz ərsəyə gəlmir. Əziyyətsiz gələnləri də xalq sevmir. Mən istəyirəm ki, bu sənətdə olan insanlar həqiqətən də xalqın sevimlisi olsunlar. Ən zəhmət çəkilən yer teatrdır. Ona bir xəyanət etdinsə özü səni atacaq. Çox olub ki, gediblər, yenidən qayıtmaq istəyiblər, alınmayıb. Öz sevdiyi insanı lap 3 dəfə də qaytarır. İstəməyəndə qaytarmır”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.

Xalq artisti teatrlarda yaş senzindən də danışıb

“Aktyor ola bilsin ki, teatrda dünyasını dəyişsin. Andrey Mironov ən sevdiyim aktyor olub. Səhnəyə çıxıb, insanlar onu alqışlayıb və pərdə bağlanan kimi həyatını tapşırıb. Ağasadıq Gəraybəyli oynadığım “Natəvan” tamaşasında 90 yaşında səhnəyə çıxıb. Mən teatra gələndə orada ancaq qocaman aktyorlar idi. Mən belə şeyin çox pis əleyhinəyəm. Aktyor son nəfəsinə qədər səhnədə olmalıdır. O insanların gözü qabağında yaşlanmalıdır” deyə sənətkar bildirib.

Firəngiz Mütəllimova görkəmli aktyor Həsən Turabovun ona etdiyi yaxşılıqlardan da danışıb.

“O vaxt qeydiyyatım Şuşa şəhərinə idi. Qeydiyyatı Bakıya olan tələbələri rayona göndərirdilər. Rəhmətlik Tofiq Kazımov diplom tamaşamıza baxıb, bizi teatra seçmişdi. Mən teatrda qalmalı idim. Bir gün çamadanını yığıb, rəhmətlik Həsən Turabova dedim ki, mən getməliyəm. Çünki Bakıya qeydiyyatım yox idi. Dedi ki, bir şey fikirləşərəm. Yalandan dedi ki, Firəngizi Türkmənistana filmə çəkməyə çağırıblar, ölkədən çıxa bilmir. Ev yiyəsinin xəbəri olmadan məni orada yaşamamaq şərtilə bir evə qeydiyyata saldılar. İki ayın içində mənə ev verdirdi. Halbuki o evdən ötrü mən çox əziyyətlər çəkirdim. Həsən Turabovun çox istədiyi aktyor və aktrisalar var idi. O sənətkarlardan biri də mən idim. Hətta o “Qaçaq Nəbi” filmini çəkəndə məni Hərəc roluna dəvət etmişdi. Məni, Fəxrəddin Manafovu və s. Atın üstündə əsirdim. Deyirdilər ki, belə Həcər olar?! Halbuki Həsən müəllim deyirdi ki, lap yaxşıdır. Ona heç kim bir söz deyə bilməzdi. Qaçaq Nəbi obrazını Fəxrəddin, Həcəri mən oynayacaqdım. Sonra elə oldu ki, rəhmətlik Mömünat xanımla özü çəkildi. Mən də tam başqa rolda çəkildim. Amma o filmdə baş rolda oynayan sənətçilərlə eyni qonorarı aldım” deyə sənətkar bildirib.

“Hansı dünya ulduzu ilə tərəf müqabili olmaq istərdiniz?” sualına isə aktrisa bildirib.
“Tom Kruzla tərəf müqabili olmaq istərdim. Gənc yaşlarımdan onu çox sevmişəm, bu mənim çoxdankı arzumdur. Lap bir epizod da olsa çəkilərəm. Demərəm ki, kiçik roldur, istəmirəm. Ondan həmişə bir doğmalıq hiss etmişəm. Nə vaxtsa bu arzum reallaşsa təbii ki, sevinərəm” deyə aktrisa bildirib.

Dünyapress TV

Xəbər lenti