Ardını oxu...
Şair, publisist Qəşəm Nəcəfzadə Birinci vitse-prezident Mehriban Əliyevanın ona Bakıda mənzil hədiyyə etməsinə münasibət bildirib.

DİA.AZ bildirir ki, Q.Nəcəfzadə Pravda.az-a açıqlamasında Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

“Bu, çox böyük qayğı, diqqətdir. Həmişə ziyalılarımıza, mədəniyyət xadimlərimizə qayğı göstərirlər. Mənə göstərilən də həmin o qayğılardan biridir”, - o deyib.

Q.Nəcəfzadə oğlu Kəramət Böyükçölün onu təbrik edib-etməməsinə isə belə cavab verib: “Əlbəttə, Kəramət niyə təbrik etməsin ki? O da çox sevinir…”

O, “Qəşəm Nəcəfzadənin hökumətə münasibəti loyal olsa da, oğlu Kəramət Böyükçöl müxalifdir” deyənlərə, bəzilərinin bunu “şou” adlandırmasına da münasibət bildirib: “Vallah, bu barədə heç bir münasibət bildirmirəm. Nə deyim? Camaat durub elə şeylər deyir ki. Belə olmaz. Bu, ev məsələsidir, könül məsələsidir. Kəramət də çox sevinir, mən də. Evimiz-eşiyimiz ailəmizindir. Burada pis nə var ki?”
Ardını oxu...
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən yaxın zamanda fəaliyyətə başlaması üçün Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.

DİA.AZ bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Bildirilib ki, quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin(ARKA) əsas məqsədi bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

Ardını oxu...
Azərbaycanda son zaman çəkilən serialların sitahısını istənilən qədər uzatmaq olar, mahiyyəti bir şey olmasa da.

Bir neçə il bundan əvvəl, yerli seriallar çəkək, deyə xarici serialların yayımı qadağan edildi. Və bundan sonra arxa-arxaya çəkilən serial bənzətmələrinin içindən, bir neçəsini çıxmaq şərtilə qalanlarının nə demək istədiyini başa düşmək belə mümkün olmadı. Təəssüf ki, bu gün efiri başına alan bu seriallarda nə süjet xətti, nə normal danışıq üslubu, nə də ki, ötürmək istədiyi mesaj var. O seriallardan bir örnək - “Bir qadın” adı verilən “seriala” baxanda nə görürük? Hamı bir-birinə qışqırır, ailədə nə böyük bilinir, nə kiçik. Heç kim bir-biri ilə normal ünsiyyətə girmir.

Evin anası, yaşlı-başlı xanım özvladları ilə danışanda ən yaxşı halda “Yaxşı edirəm, azz. Əcəb edirəm.

Nə istəyirəm onu da edirəm...”, “O restoranı sənin gözüvə soxaram...” kimi ifadələrlə danışır. Ümumiyyətlə, ana balaya, gəlin qaynanaya, qardaş bacıya, oğul anaya ağzına və ağlına gələni deyir. Əvvəldən axıra gərgin musiqi fonunda çığır-bağır, vəssalam.

Çoxumuz bu mövzulardan söz düşən kimi “Azərbaycan televiziyalarını izləmirik”-deyib yaxasını kənara çəkir. Amam yalandır, bu seriallarla kifayət qədər beyni, əxlaqı zəhərlənən kütlə yaranıb artıq.

Audiovizual Şurasından qurumun Aparat rəhbəri Fazil Novruzov məsələyə müansibət bildirib. Dia.az-ın məlumatına görə, Bizim.Media-nın bu gün efirdə yayımlanan serialların vəziyyəti ilə bağlı ünvanladığı suala Novruzov cavab olaraq bildirib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir:

“Yəni, audiovizual yayımçılar hər hansı bir mövzuda proqram (o cümlədən, serial, film və s.) hazırlayarkən və ya sifariş edərkən redaksiya müstəqilliyi prinsiplərinə uyğun olaraq onun mövzusunu, üslubunu və digər xüsusiyyətlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Qeyd olunan proqramlarda (o cümlədən, serial, film və s.) sanksiya nəzərdə tutulmuş qanun pozuntusu faktı halı aşkarlandıqda Şura tərəfindən qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində müvafiq tədbirlər görülür”.

Bəs, bu məsələ ilə bağlı ekspertlər nə düşünür?

Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu bizə açıqlamasında bir sıra məqamlara toxunub:

“Təəssüf ki, bizim serial yaradanların əksəriyyəti onun mahiyyəti, yaradılma səbəbi ilə bağlı məlumatsızdırlar. Vaxtilə serialların yaradılmasında psixoloq və sosioloqların çox ciddi rolu olub. Əvvəllər filmlər uzağı 3 serialı olurdu. Sonradan seriallar meydana çıxdı. Mütəxəssislər-sosioloq, psixoloqlar düşündülər ki, əhalinin arasında elə adət-ənənələr, vərdişlər var ki, onu dəyişməyə ehtiyac var.

Yəni, elə mənfi şeylər var ki, onu ortadan çıxarmaq, ya da müsbət nələrisə yaratmaq lazımdır. Və bu teleseriallar ona görə çoxserialı olur ki, əhali arasında ideyaları gündə bir qədər və damcı-damcı yayır. İnsanlarda neqativ mentalitet, davranış, hər hansı hadisəyə münasibət dəyişir. Bu amil teleserialın yaranmasının əsas fəlsəfəsidir. Amma bizdəkilər elə bilir ki, caamatın başını qatmaq üçün serialları uzatmaq lazımdır”.

Ekspert qeyd edib ki, serial çəkənlərimiz bu işin fəlsəfəsini yaxşı bilmədiklərindən bir az Türkiyədən, bir az Venesuela, Kolumbiya və Amerikadan köçürür, guya maraqlı nəsə edir, gərginlik yaradırlar və s.

Əslində onların etdiklərinin teleseriala dəxli olmadığını deyən Əhməd Qəşəmoğlu serialın dərman kimi təsirindən bəhs edib:

“Serial dərman kimi bir şeydir. Dediyim kimi, serallar insanların psixologiyasında xüsusi olaraq davranışların dəyişdirilməsi üçün nəzərdə tutulub. Seriallardan əhali arasında düşməncəsinə də istifadə etmək olar, ya da əksinə. Hər bir xalq dərindən düşünməlidir və elə seriallar yaratmalıdır ki, əhalinin xarakterində olan mənfi halları dəyişdirsin. Seriallar o qədər bədiiləşmiş şəkildə olmalıdır ki, insanların xarakterinə təsir edə bilsin”.

Teleserialı yalnız kino işçiləri yarada bilməz...

Müsahibimiz deyir ki, “Mən yaxşı rejissoram, gözəl serial çəkəcəyəm” düşüncəsi yanlışdır.
Onun sözlərinə görə, rejissor serial yaradanda psixoloq, sosioloq, sosial işçi ilə, ən azından məsləhətləşməli, birlikdə iş aparmalıdır:

“Teleserialı yalnız kino işçiləri yarada bilməz. Bizdə isə belə deyil. Ona görə serial yaradanlar özləri də axıra kimi nə etməli olduqlarını bilmirlər. Bu xaotiklik də ona görə yaranır. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır”.

Şuranın qarışmaması doğru deyil...

Sosioloq bildirib ki, Şuranın yaradıcılıq işlərinə qarışmamaqla bağlı səsləndirdiyi fikir doğru deyil:

“Mənim adımdan bunu səsləndirə də bilərsiniz ki, sosioloq qurumun səhv etdiyini deyir. Yaradıcılığa qarışmıram nə deməkdir? Bu əhalinin mənəviyyatına təsir edən bir vasitədir. Elə bil ki, kimsə havanın ekologiyasını çirkləndirsin, əlaqədar nazirlik də desin ki, yox mən bu işə qarışmıram. Bu iş ümumxalq işidir və ciddi əhəmiyyət daşıyır.

Ona görə də Mədəniyyət Nazirliyinin də, Şuranın da, humanitar siyasətlə məşğul olan idarələrin də bu işlə maraqlanmaq, doğru olmayana qarışmaq borcudur. Bu diqqət mərkəzində olan məsələ olmalıdır.

Kimin kefi necə istədi, mən yaradıcıyam, rejissoram belə bir şey yaratmışam, belə olmaz. Yaradırsan, get nəsə maraqlı bir şey yarat. Mənə təsir edən bir şey var ki, son vaxtlar Orta Asiya ölkələri, elə qonşularımız özləri də bizdən daha yaxşı seriallar yaradırlar. Təəssüf ki, bizə bu işlər başlı-başına buraxılıb”.
Ardını oxu...
İranın tanınmış kinorejissoru Məhəmməd Rasulof fevralın 12-də yeddi ay həbsdə qalandan sonra Tehrandakı bədnam Evin həbsxanasında azadlığa buraxılıb.

“AzPolitika.info” xəbər verir ki, 2020-ci ildə “Şər yoxdur” filmi Berlin film festivalının ali mükafatını almış Rasulof iyulda həbs olunub.

O, Abadan şəhərində ölümlərə səbəb olmuş bina uçqununa etirazlara hökumətin divan tutmasını tənqid etdiyinə görə həbsə atılıb.

Rasulof ölkənin digər incəsənət adamları və fəalları ilə birlikdə hakimiyyətə müraciətlə “Silahlarınızı yerə qoyun” çağırışı yer alan bəyanata imza atmışdı. Onun həbsi daha öncə kəsilmiş birillik həbs cəzası ilə əlaqələndirilmişdi.
 

Ardını oxu...
“Səhhətimdə heç bir problem yoxdur! Yayılan xəbərlər şayədir, yalandır. Bu yalnış xəbərlər sevənlərimi də, sənət yoldaşlarımı da üzüb. Hamısı zəng edib, soruşur. Bu günlərdə tezlikə, yeniliklərlə efirlərə qayıdacam”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib.

Sənətkar bu sözləri ilə də haqqında yayılan bütün xəbərləri yalanlayıb.

Qeyd edək ki, BakuPost.az saytı xalq artistinin insult keçirdiyini yayıb.
Ardını oxu...
Türkiyədə dağıdıcı zəlzələdən sonra dağıntılar altından müxtəlif yaşlarda uşaqlar xilas edilib.

Ailəsini itirən və zəlzələdən sağ çıxan uşaqları himayə etmək üçün Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi şərtləri açıqlayıb.

Cebhe.info xəbər verir ki, bir neçə məşhur bununla bağlı müvafiq quruma müraciət etdiyini açıqlayıb.

Müğənni Petek Dinçöz sosial şəbəkə hesabında həyat yoldaşı Nida Büyükbayraktarla zəlzələ nəticəsində ailəsini itirən uşaqlardan birini himayə etməyə qərar verdiklərini yazıb. O, bunun üçün müraciət etdiklərini də qeyd edib.

Bundan başqa, modelyer Burcu Sedef və aktrisa Handa Erçelin bacısı, sosial media fenomeni Qamze Erçel həyat yoldaşı Caner Yıldırımla övladlığa uşaq götürmək üçün müraciət etdiklərini və cavab gözlədiklərini bildiriblər.
Ardını oxu...
“Xanəndə gərək bütöv olsun. Həvəsin olmağı hər şey demək deyil. Dərs dediyim illərdə elə tələbələr olurdu ki, mənim dərslərimdə oturmaq istəyirdilər. İcazəsini alırdıq, oturub dinləyirdilər. Yalvar-xahişlə dərsimdə oturub, sonra gedib deyirdilər ki, mən Arifin tələbəsiyəm. Bax, buna dözə bilmirdim. Tələbə gərək 4-5 il həmin müəllimdən dərs alsın. Müəllimlik sənəti yaxşı sənətdir. Həm özün öyrənirsən, həm də öyrədirsən”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib.

“Bir qızım həkim, digəri müəllimdir. Oğlum hüququ, iqtisadiyyatı bitirib. Onlar mənə çox yaxşı baxırlar. Amma həyat yoldaşım onlardan da yaxşı baxır. O evdə ki, qadın kişiyə yaxşı baxır, o kişi çox yaşayacaq. Amma yoldaşımı çox tərifləyə bilmərəm (gülür). Bir an olsun belə məni tək qoymur, gözümün qabağından getmir. 55 ildir ki, birlikdəyik. Gərək birinin sözü digərinin boğazından keçsin” deyə sənətkar bildirib.

Sənətkar Məcnun obrazından da danışıb.

“Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Flora Kərimova ilə “Leyli və Məcnun” tamaşasında oynamışam. Amma məni hər zaman Rübabənin Leylisi düşündürüb. Şamla söhbəti səhnəsində həqiqətən də ağlayırdı. İnsan axı ağlayanda səs kallayır. Onun səsinə bu təsir etmirdi. 30 il Məcnun oldum, sonra öz istəyimlə səhnədən ayrıldım. Hər şeyi dadında buraxmaq lazımdır. Mən indi heç oxumuram. İstəyirəm ki, tamaşaçılar məni əvvəl necə görüblərsə, onların yaddaşında da elə qalım” deyə sənətkar qalıb.
 
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bir ildir ki, heç bir izahat vermədən mərhuç bəstəkar, xalq artisti Əlimusa Mirzəyevin adına olan torpaq sahəsinə arayış vermir...

Poliqon.info xəbər verir ki, belə bir iddia ilə vəkil Yusif Allahverdiyev çıxış edib.

Vəkil qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin 25 yanvar 2003-ci il tarixli fərmanına əsasən "Şöhrət” ordeni ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 31 yanvar tarixli, 2686 saylı Sərəncamına əsasən "Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının keçmiş üzvü, Respublikanın xalq artisti, professor, mərhum bəstəkar Mirzəyev Əlimusa Abdulla oğluna məxsus torpaq sahəsinə arayış verilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən süründürməçiliklə, laqeyd şəkildə yanaşıldığından 2022-ci ilin fevral ayından bugünədək öz həllini tapmamışdır.

Vəkil bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5576 nömrəli bağ sahəsinin görkəmli bəstəkar mərhum Mirzəyev Əlimusa Abdulla oğluna məxsus olmasına dair arayışın verilməsi tələbi ilə vəkil Y. Allahverdiyev tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan qurum tamamilə əsassız şəkildə müraciətin icrasından yayınmaqdadır.

Qeyd olunan arayışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, cavabdeh tərəf öz qanunsuz hərəkətlərini bügünədək davam etdirməklə məhkəmə tərəfindən tələb olunan iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, mənfi və ya müsbət olmasında asılı olmayaraq tələb olunan mütəxəssis rəyinin təqdim edilməsini həyata keçirmir.

"Belə başa düşülür ki, Azərbaycan Respublikasının mədəniyyətinə olan qatqısı
Ardını oxu... və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Mirzəyev Əlimusa Abdulla oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin diqqətindən kənardadır və yaxud da qurumun başqa bir marağı var”, deyə vəkil Yusif Allahverdiyev bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 29 yanvar 2022-ci il tarixində Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
 
 
 
Ardını oxu...
“Mən bilmirdim ki, Şəfiqə bu qədər xəstədir! Bu kinoçuların ittifaqıdır, Şəfiqənin yox! Şəfiqəni bizə Fatma Abdullazadə kimi insanlar gətirib sırıyıb, çıxıb getdilər. Əslində bu ittifaqın kökündə Eldar Quliyev faktoru var idi, amma onun xəbəri də olmadan Şəfiqəni gətirib ora dürtdülər. Bizim ittifaqın rəsmi nizamnaməsi var. Bu nizamnamə rəsmi sənəddir. Bu sənəd Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, Prezident aparatına təqdim olunur. Onlar da Maliyyə Nazirliyinə təqdim edib, büdcədən bu təşkilat üçün pul ayırırlar. Jurnalistlər bu qadından həmin nizamnaməni ala bilmirlər, deyir ki, nizamnaməmiz yoxdur”.

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. Xalq artisti bildirib ki, Şəfiqə Məmmədova ittifaqın nizamnaməsini hamıdan gizlədir.

“Əgər nizamnamə yoxdursa, dövlət hansı əsasla sənə yer verib, büdcədən pul ayırıb, sənə möhür verə bilər?! Mən bütün jurnalistlərdən, müxbirlərdən xahiş edirəm ki, bu vəzifə xəstəsi olan, kəmsavad, əlifbanı axıra qədər bilməyən xanımdan nizamnaməni tələb etsinlər. O kinoya yad bir insandır. Bu yaşlı, qoca xanım çıxartsın nizamnaməni-rəsmi sənədi göstərsin. O nizamnamədə yazılıb ki, 5 ildən bir ittifaqda hesabatlar dinlənilməlidir, konfrans olmalıdır və sədr seçilməlidir. Bu qadın hələ də nizamnaməni ortaya qoya bilmir. Kinoya çəkilib, pulunu alıb çəkilmisən də. Sənin kinoya nə aidiyyatın var? Sən axı kino yaradıcısı deyilsən! Prezident büdcədən əlavə bütün ittifaqlara, həmçinin də kino ittifaqına yadım edir. Şəfiqə o yardımdan 5 manat da xəstə kino işçilərinə vermir. Elə bil ittifaq onun xüsusi sexidir. Çünki bu adam acdır, görməmişdir. Xalqın bütün təbəqələri bu dəqiqə Türkiyəyə kömək edir, yığdığı puldan 5-10 manat sən də xərclə də Şəfiqə! İmkanın yoxdur?! Niyə etməməlisən ki?! Bu insan mağar düşüncəsi ilə yaşayan qadındır” deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, bu söz-söhbətdən sonra Şəfiqə Məmmədova ilə heç cür əlaqə yarada bilmir.

“Hamıdan qaçır gizlənir, heç kəsə cavab vermir. O kimdir axı mənə batsın?! Mənə Allahdan başqa heç kim bata bilməz. Telefon götürmür, heç kimlə görüşmür. Mən onu bu dünyadan o dünyaya, o dünyadan bu dünyaya sürüyürəm. Bir cavab qaytarmır. Nə istəyir bu xanım bizdən?! Bilirsiniz ki, Kinematoqrafçılar İttifaqı “Azərtac”-ın keçmiş binasında, Nizami kinoteatrının yanında yerləşir. “Azərtac”-ın orada hökümət telefonu qalıbmış, hansısa yollarla o telefonu ələ keçirdib, otağında şkafa qoyub gizlədir. Qorxur ki, kino adamları gəlib həmin telefonla kiməsə dərdini, sərini deyər. Bu qadın xəstədir də, müalicə olunmalıdır. Mən respublikanın baş psixiatrına müraciət edirəm ki, onunla görüşüb, bizi bu Şəfiqə adlı bəladan, zəlzələdən, pandemiyadan, xəstəlikdən xilas etsin. Niyə əlaqədar orqanlar, dövlət strukturları indiyə qədər orada yoxlama aparmır?! Niyə qeyri-qanuni fəaliyyət göstərən bu idarə hələ də dövlət büdcəsindən maliyyələşir?! Hansı kinoya xidmət edir bu?!” deyə sənətkar bildirib.

Sənətkar Türkiyədəki zəlzələdən də danışıb.

“Bu böyük və dəhşətli bir faciədir. Allah elə bil ki, növbəti dəfə türk dünyasını silkələyib, ayağa qaldırır. Türk oğlu yatmamalıdır, daim at belində olmalıdır. Bunlar hamısı sınaqlardır. İnşallah Türkiyə bu dəfə də sınaqdan üzüağ çıxacaq. Türk belə şeylərdən nə sınan, nə qorxan, nə də çəkinən deyil” deyə o bildirib.
Ardını oxu...
Mədəniyyət Nazirliyinə tabe olan bölgə teatrlarında yanvar ayının maaşları hələki verilməyib.

DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya teatrların özlərindən şikayət daxil olub. Bildirilib ki, fevral ayının ilk ongünlüyü olmasına baxmayarq hələ də ötən ayın maaşlarını almayıblar. Nazirliyə tabe olan qurumlarda əməkhaqqının gecikdirilməsinə səbəb rəhbərlikdəki kadr dəyişkliyi ilə əlaqələndirilir.

Mədəniyyət Nazirliyinin sözçüsü Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında gecikdirilən maaşların artıq verilməyə başlanıldığını deyib. Nazirlik rəsmisi əməkhaqqının gecikmə səbəbi barədə məlumat verməyib.

Qeyd edək ki, Mədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. O bu vəzifəyə ötən ilin dekabr ayında təyin olunub.

Dünyapress TV

Xəbər lenti