Türkiyədə dağıdıcı zəlzələdən sonra dağıntılar altından müxtəlif yaşlarda uşaqlar xilas edilib.
Ailəsini itirən və zəlzələdən sağ çıxan uşaqları himayə etmək üçün Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi şərtləri açıqlayıb.
Cebhe.info xəbər verir ki, bir neçə məşhur bununla bağlı müvafiq quruma müraciət etdiyini açıqlayıb.
Müğənni Petek Dinçöz sosial şəbəkə hesabında həyat yoldaşı Nida Büyükbayraktarla zəlzələ nəticəsində ailəsini itirən uşaqlardan birini himayə etməyə qərar verdiklərini yazıb. O, bunun üçün müraciət etdiklərini də qeyd edib.
Bundan başqa, modelyer Burcu Sedef və aktrisa Handa Erçelin bacısı, sosial media fenomeni Qamze Erçel həyat yoldaşı Caner Yıldırımla övladlığa uşaq götürmək üçün müraciət etdiklərini və cavab gözlədiklərini bildiriblər.