Tanınmış iranlı rejissor azadlığa buraxıldı
İranın tanınmış kinorejissoru Məhəmməd Rasulof fevralın 12-də yeddi ay həbsdə qalandan sonra Tehrandakı bədnam Evin həbsxanasında azadlığa buraxılıb.

“AzPolitika.info” xəbər verir ki, 2020-ci ildə “Şər yoxdur” filmi Berlin film festivalının ali mükafatını almış Rasulof iyulda həbs olunub.

O, Abadan şəhərində ölümlərə səbəb olmuş bina uçqununa etirazlara hökumətin divan tutmasını tənqid etdiyinə görə həbsə atılıb.

Rasulof ölkənin digər incəsənət adamları və fəalları ilə birlikdə hakimiyyətə müraciətlə “Silahlarınızı yerə qoyun” çağırışı yer alan bəyanata imza atmışdı. Onun həbsi daha öncə kəsilmiş birillik həbs cəzası ilə əlaqələndirilmişdi.
 

Dünyapress TV

Xəbər lenti