Ardını oxu...
Azərbaycanda iki yeni medal təsis edilib.

Cebhe.info xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişiklikdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub.

Medalların Əsasnamələrində onların təsviri və elementləri əks olunub. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası da qeyd olunub.
 
 
 
Ardını oxu...
“Tamamilə fəaliyyətsiz, varlığı ilə yoxluğu bilinməyən Şəfiqə Məmmədovaya “alternativ yoxdur” demək, insanın psixi durumunun qaydasında olmamasından xəbər verir”.

DİA.AZ bildirir ki, bunu rejissor Ayaz Salayevin “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Şəiqə Məmmədovdan başqa alternativ yoxdur” fikrinə münasibət bildirərkən tanınmış aktyor Azər Aydəmir Yenicag.az-a açıqlamasında deyib.

A.Aydəmir qarşı tərəflə bağlı sərt fikirlər səsləndirib:

“Ayaz Salayev özünün fikirləşdiyi “psevdo” dünyasında yaşayır. Həmin o dünyada Fellini ilə birgə çay içir, onlarla dərdləşir. Bu insanın hətta deyərdim ki, psixi problemləri var…”

Qeyd edək ki, Azər Aydəmir özü də Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

Daha ətraflı videonu təqdim edirik:


Ardını oxu...
 
 

 Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb.

Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov “Qafqazinfo”ya açıqlama verib.

O, məsələdən hiddətləndiyini qeyd edib:

“Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır,  sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin  hesabatına münasibət də bildirməlidilər. 
Ətraflı

Mənə dünən dedilər, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur. 

Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki? 

Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi? 

İclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub. Şəfiqə xanım da deyib ki, Şeyx gəlsə, aləmi qatar bir-birinə, kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur”.

O, əlavə edib ki, bu yalançı qurultaydı və dövlətin adından istifadədir:

“Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb.

Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə  pul ayırmaq lazımdır. O puldan səmərəli istiafadə edərək yaxşı filmlər çəkmək olar”.

“Qafqazinfo”

 

XalqXeber.Az
Ardını oxu...
Hollivud ulduzu Tom Kruz karyerası ərzində ən təhlükəli fəndi barədə danışıb. Onun sözlərinə görə, tamaşaçılar bunu “Missiya: Mümkünsüz - Ölümcül hesablaşma. Birinci hissə” (“Mission: Impossible – Dead Reckoning Part One”) filmində görə biləcəklər.

60 yaşlı amerikalı aktyor bunun üçün hündürlükdən motosikllə tullanışının necə həyata keçirildiyini göstərib.


“Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şeydir. Biz fəndi Norveçdə çəkəcəyik və bu, motosikletin uçurumdan tullanması olacaq”, - deyə aktyor videoda bildirib.

Kruzun fəndlər üzrə koordinatoru Ueyd İstvud aktyorun təhlükəli hərəkətə hazırlaşmaq üçün ilboyu mükəmməl təlim keçdiyini bildirib.

Qeyd edək ki, ulduz aktyor fəndlərin çoxunu özü həyata keçirməyə çalışır.

Ketrin Zeta-Cons Lionel Messinin heyranı olduğunu bildirib.

Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, məşhur Hollivud aktrisası belə danışıb:

“Dünya çempionatının finalı gördüyüm ən yaxşı oyun idi. Mən PSJ-yə azarkeşlik edirəm və fransız dilini sevirəm. Ürəyim onlara aiddir. Amma başa düşün, Messini sevirəm! Ərim də bunun əleyhinə deyil. Evdə hər yerə Leonun plakatlarını yapışdırmışam. Ərimin isə heç vecinə də deyil.

Nə mənə yazığın gəlsin, nə də başqasına, Argentina! İrəli!”
Ardını oxu...
Qeyd edək ki, Zeta-Cons 22 ildir ki, məşhur aktyor və prodüser Maykl Duqlasla evlidir. Cütlüyün iki övladı var.
 
Ardını oxu...
Rusiyalı rejissor və prodüser Timur Bekmambetov bədii filmlər və reklam çarxları istehsal edən məşhur “Bazelevs” kinostudiyasını satıb. Studiyanın yeni sahibləri baş prodüser Lalə Rüstəmova və kommersiya direktoru Timur Əsədov olub.

Bekmambetovun nümayəndəsi satışı təsdiqləyib.

Lalə Rüstəmovanın sözlərinə görə, sövdələşmə kommersiya xarakteri daşıyır və bazar şərtləri əsasında tamamlanıb.
Ardını oxu...
“Kinostudiyanın yaradıcısı Bekmambetov Rusiya biznesini tamamilə tərk edib, indi studiya onunla muzdlu rejissor və “Xoca Nəsrəddin” cizgi filminin ssenari müəllifi kimi işləyir”, – deyə L.Rüstəmova əlavə edib.

Onun sözlərinə görə, Rusiyadakı “Bazelevs” ilk növbədə daxili və MDB ölkələrinin kino bazarına diqqət yetirəcək.

“Biz “Xoca Nəsrəddin” layihəsi üzrə Azərbaycan, Özbəkistan və Qazaxıstanla bir neçə istehsal müqaviləsi imzalamışıq, Tacikistan və Qırğızıstanla danışıqlar aparılır”, – deyə kinostudiyanın həmtəsisçisi vurğulayıb.

Bununla belə, o, “Bazelevs”in həmçinin Türkiyə də daxil olmaqla xarici bazarlarda biznesini inkişaf etdirməyi planlaşdırdığını deyib.

“Biz artıq türk istehsalçıları ilə birgə bir neçə layihəyə başlamışıq. Biri animasiya, bir neçəsi bədii filmdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Lalə Rüstəmova əslən azərbaycanlıdır.

“Mən Moskvada doğulub böyümüşəm. Ancaq Azərbaycan – atamın doğulduğu yerdir. Bir neçə dəfə ora birlikdə getmişik”, – deyə Rüstəmova müsahibələrinin birində deyib. (Oxu.az)
Ardını oxu...
 
Ardını oxu...
Dekabrın 21-də qədim türk xalqalrı "Kara tun" - "Uzun gecə" bayramını qeyd edərdilər.
Təqvimin bu günündə il boyu ən uzun gecə olur.
Dini inanclara görə bu gecə ölülərlə dirilər arasındakı pərdə götürülür. Aruaki adlı mələk öz doğmalarını ziyarət edir. Bəzən qara ruhlar da gəlib ocağın içərisinə girə bilər.
Elə buna görə də Kara tun- əslində işıq ilə qaranlığın mübarizəsidir. Bu mübarizədən qalib çıxmaq, qaranlıqları aldatmaq üçün müxtəlif ayinlər və rituallar keçirilir ki, Günəş gecəyə qalib gəlsin.
Təqvimin 21 dekabr günü evi təmiz saxlamaq lazımdır. Təzə paltar geyinməli, köhnə işlərini yekunlaşdırmalısan. Gecəni isə evində oturub tonqal, və ya şam yandırmalısan. Bu ayini keçirməklə Günəşin qalib gəlməsinə imkan yaradırsan.
Ardını oxu...
Macar qardaşlarımız bu bayramı elliklə qeyd edirlər. Madyar qardaşlarımız deyirlər ki, Qara tun gecəsindən sonra göy üzünə çıxan günəş 3 gün eyni yerdə dayanır. Yalnız dekabrın 25-dən başlayaraq, qaranlığı azaldır. Yəni gümnlərimiz uzanmağa başlayır. Yəni Yeni ili Yeni Günəşlə, yeni istiliklə qəbul edirlər. Bu günə həm də Kun tuulqan!, Kün janqıran! - Gün doğdu, Gün yandırdı- deyirlər. Planetin bu hərəkətində günlərin hesabı belə aparılır: 3 gün günəş hərəkətsiz dayanır, buna Kün ölü- Ölü gün deyirlər. Sonrakı 1 gün aradakı boşluğa kün arası- gün arası deyirlər. Və bundan sonrakı 3 gün də Günəşin istiliyi çoxalmağa başlayır ki, buna da Kün toğdu- , yəni Gün doğdu deyirlər. Beləliklə türk mifolojisindəki 7 müqəddəs rəqəm alınır.
Əslində bizim yurd insanları da bu günü böyük çillənin gəlişi kimi qeyd edirlər. Və adına da Nardoğan, Nurdoğan deyirlər!
21 dekabrda Kara tun gedir, 22 dekabrda Nurtoğan gəlir!
Aida Eyvazova
Teref.az
 
Ardını oxu...
II hissə
Şah İsmayıl dağıdıcı deyil, qurucu idi.
Etibarlı mənbələrdən söz düşmüşkən.. Həsən bəy Rumlunun “Əhsən ət təvarix” əsərində belə bir məlumat vardır: “Bakı əyanlarından təxminən yetmiş nəfər əllərində Qurani-Məcid əl-aman fəryadı qaldırdı. İsgəndər şanlı Xaqan (Şah İsmayıl) onların təqsirindən keçdi.
Şəhər sakinləri dövlət xəzinəsinə qanbahası olaraq min tümən ödədilər. Əzəmətli qazilər Həzrəti Sultan Cüneydi (1429–1460) şəhidlik izzətinə çatdırmış Şirvanşah Mirzə Xəlilullahın (1417–1465) qəbrini açdılar və onun cəsədini çıxarıb yandırdılar”.
Beləliklə, qızılbaşların qəbirlərlə düşmənçilik etdiklərini Səfəvi tarixçisi də təsdiqləyir. Amma gəlin hökm verməyə tələsməyək. Çünki bu məsələnin davamı maraqlıdır. Belə ki, “1945–1947-ci illərdə Şirvanşahlar sarayındakı türbədə aparılmış arxeoloji tədqiqatlar zamanı açılmış qəbirlər həmin məlumatın doğru olmadığını göstərmişdir” (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix Azərbaycan tarixinin mənbəyi kimi”, səhifə 65).
Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşdular. Onları heç kim dağıtmamış və yandırmamışdır. Bəs görəsən məşhur Səfəvi tarixçisi Həsən bəy Rumlu belə bir yalan məlumatı öz kitabına nə üçün daxil etmişdir? Bununla bağlı yalnız müəyyən fərziyyələr irəli sürə bilərik:
- Ola bilsin ki, bu kimi məlumatları “Əhsən ət təvarix” kitabına Səfəvilərin düşmənləri sonrakı əsrlərdə salmışlar;
- Mümkündür ki, Həsən bəy Rumlu həmin məlumatları Səfəvilərin bədxahlarının sifarişilə yazılmış əsərlərdən götürmüşdür;
- Bəlkə də müəllif ağızdan-ağıza gəzən şayiələri də gələcəkdə onların doğruluğunu yoxlamaq ümidilə qələmə almışdır;
- Qanlı səhnələr əsərin dramatizmini artırıb onu oxucuların bir hissəsi üçün daha maraqlı və cəlbedici edə bilərdi;
- Orta əsr insanlarının bir qismi düşünə bilərdi ki, hökmdar öz düşmənlərini nə qədər çox öldürüb onlara ağır fiziki və mənəvi əzab versə, bir o qədər də zəhmli və əzəmətli görünər;
- Sözügedən yalanlar sonrakı padişahların müəyyən əməllərinə haqq qazandırmaq, onları guya ənənənin davamı kimi qələmə vermək məqsədilə uydurulmuşdur.
Amma istənilən fərziyyə məntiqi cəhətdən bir qədər əsaslandırılmış ehtimaldır. Nəzərə alınması vacib olan faktların sayı isə ikidir:
- Şah İsmayıl Səfəvini əsasən iki nəfərin qəbrinin təhqir olunmasında daha çox ittiham edirlər. Bunlardan biri Şirvanşah Xəlilullahın, digəri isə İmam Əzəm Əbu Hənifənin məzarıdır. Arxeologiya elmi həmin ittihamlardan birinin puç olduğunu artıq sübuta yetirmişdir. Qalır ikincisi..
- Səfəvi dövrünə dair əsas mənbələrdə – “Əhsən ət təvarix” və “Tarixi aləm arayi Şah Abbas” əsərlərində, Osmanlı sultanları II Bəyazidin və I Səlimin, eləcə də özbək xanları Şeybəkin və Ubeydullahın məktublarında İmam Əzəm Əbu Hənifənin məqbərəsinin dağıdılması barədə heç bir məlumat yoxdur.
Daha bir maraqlı detala diqqət yetirək: Bağdad şəhəri 1508-ci ildən 1535-ci ilədək Səfəvilər dövlətinin, 1535-ci ildən 1624-cü ilədək Osmanlı imperiyasının, 1624-cü ildən 1639-cu ilədək yenidən Səfəvilər dövlətinin, 1639-cu ildən 1917-ci ilədək isə Osmanlı imperiyasının tərkibində olmuşdur. Tarixçilərin yazdıqlarına görə, 1508-ci ildə Şah İsmayılın guya dağıtdığı türbəni osmanlılar 1535-ci ildə bərpa etmişdilər. Bununla əlaqədar bir məsələni də vurğulamaq lazımdır:
İmam Əzəm Əbu Hənifənin türbəsinə münasibət hər iki dövlət üçün həqiqətən də prinsipial məsələ olsaydı, Şah I Abbas 1624-cü ildə Bağdadı yenidən ələ keçirdikdən sonra yəqin ki, onu təkrarən uçurtdurardı. Lakin tarixdən məlumdur ki, o, bunu etməmişdi.
Həmçinin qızılbaşlar İmam Əzəm Əbu Hənifənin qəbrilə belə sərt rəftar etsəydilər, yəqin ki, Bağdad osmanlıların əlinə keçdikdən sonra – XVI əsrin birinci yarısında Osmanlı dövləti icazə verməsəydi belə, yerli hənəfilər qisas almaq üçün şiə alimlərinin İraqdakı bəzi türbə və məqbərələrini uçurmağa cəhd göstərərdilər. Onlar bunu etsəydilər, sözsüz ki, ən azı Səfəvi qaynaqlarında bu barədə məlumat olardı. Amma tarixi mənbələrdə belə bir informasiya yoxdur.
Qızılbaşların ən üstün keyfiyyətlərə malik rəhbəri Şah İsmayıl olmuşdur. Gözəl tarixçimiz, professor Anar İsgəndərovun sözləri ilə desək, “Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl qurucu, Şah İsmayıl hökmdar, Şah İsmayıl sərkərdə, Şah İsmayıl döyüşçü, Şah İsmayıl mürşid, Şah İsmayıl filosof, Şah İsmayıl şair idi..”
Çaldıranda gecə hücumuna icazə verməmiş, düşmənləri ilə həmişə mərdi-mərdanə döyüşmüş belə bir uca şəxsiyyət 741 il əvvəl vəfat etmiş böyük bir İslam aliminin məzarı ilə düşmənçilik aparardımı? Amma o da var ki, bir el məsəlində deyildiyi kimi, “od olmayan yerdən tüstü çıxmaz”.
Qızılbaş döyüşçüsü və diplomatı Oruc bəy Bayatın (1560–1604) məşhur əsərində maraqlı bir məlumata rast gəldik: “Anadolu problemini uğurla həll etdikdən sonra Şah I Təhmasib (1514–1576) İrana qayıtdı. Bəzi tarixçilərimiz bundan sonra baş vermiş məzəli bir əhvalatı da qələmə almışlar. Onu nəql etməyi lazım bilirik.
Beləliklə, Şah I Təhmasib Qoyunçayda Sultan I Süleymanı (1494–1566) dəf edən kimi geri dönüb Bağdad üsyançıları ilə mübarizə aparmaq üçün İraqa getdi. Orada öyrəndi ki, Sultan I Süleymanın başına tac qoymuş baş müfti bir neçə gün əvvəl vəfat etmişdir. Əmr etdi ki, onun qəbrini qazıb cəsədini oradan çıxarsınlar və yerinə it leşi qoysunlar. Açığı, mən başa düşə bilmirəm ki, bu cür hadisələrdən sonra onlar – Şah və sultan sülh münasibətlərini necə qoruyub saxlaya bildilər”.
Xatırladaq ki, Osmanlı imperiyasının əsas fiqhi məzhəbi hənəfilik olmuşdur. Bəzi hənəfi fəqihləri İmam Əzəm Əbu Hənifəyə hörmət əlaməti olaraq öz adlarına Hənəfi təxəllüsünü də əlavə edirdilər. Yeri gəlmişkən, Bağdad şəhəri bugün də hənəfi məzhəbinin əsas mərkəzlərindən biri sayılır.
Mümkündür ki, Oruc bəy Bayatın əsərində xatırlanan Bağdad müftisinin də ləqəbi Hənəfi olmuş, bu da öz növbəsində İmam Əzəm Əbu Hənifənin məqbərəsi haqqında məlum əfsanənin yaranmasına gətirib çıxarmışdır.
Zənnimizcə, böyük İslam alimi İmam Əzəm Əbu Hənifənin məqbərəsinin guya 1508-ci ildə dağıdılması barədə rəvayət illər sonra (böyük ehtimalla, 1528–1529-cu illərdə) eyni məkanda baş vermiş, əslində, məzhəbi deyil, siyasi xarakter daşımış bir hadisənin əsasında quraşdırılmışdır. Bununla yanaşı, istisna etmirik ki, heç ikinci hadisə də reallıqda olmamış, beləliklə, bir yalan digər yalanı doğurmuşdur.
P.S. Şah İsmayılın özbək xanı Şeybəkə yazdığı məktubdan: “Məktubunuzda məscidlərin və ziyarətgahların təmiri üçün bənnalar istəmişdiniz. Biz belə xeyirli işləri günəş tək uca hümmətinizə vacib və zəruri əməl saydığımız üçün, inşallah, İraqın (İraqi-Əcəmin) böyük şəhərlərinə yetişən kimi dünyada tayı-bərabəri olmayan ustaları seçib göndərəcəyik”.
Beləliklə, aydın olur ki, Şah İsmayılın dağıdıcı deyil, qurucu olduğunu onun rəqibləri də təsdiq etmişlər.
Müəllif: Araz Şəhrili
Rəsm : Farid Zakiyev
Teref.az
 

Ardını oxu...
“Hər zaman qalmaqallardan uzaq gəzmişəm. Bəzi hallarda istəmədən qalmaqalların mərkəzində olmuşam. Belə olub ki, kimsə bostanıma daş atıb, ona cavab vermişəm. Susa bilmərəm axı. Susanda da deyirlər ki, yəqin ki, günahkardır. Deyir abırlı mədəniyyətindən susdu, abırsız da elə bildi ki, o susdurub. Sənətlə gündəmə gəlmək lazımdır. Sənətiniz varsa, gəlin göstərin. Bu meydan, bu da şeytan. İnanın, bəzən elə şeylər eşidirəm ki. Bəzi qalmaqallar da qurma olur. Məsələn, biri həmkarına deyir ki, sən məni söy, mən də səni. Belə də onlar gündəmə gəlirlər. Bəs siz tamaşaçıların üzünə necə baxacaqsınız?”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, daha sonra əlavə edib.

“Dərd gələndə birdəfəlik gəlir deyib atalarımız. Ötən il atam dünyasını dəyişdi, daha sonra koronavirusa yoluxdum, bir az ailəmdə problemlər yaşandı. Stress keçirirdim, gücsüz idim. Belə olduğu halda da yeyirdim, kökəlirdim. Bu mənim özümdən asılı deyildi. Bir də gördüm ki, qabağını alıb, yığışdıra bilmirəm. 107 kilo idim, indi 30 kilodan çox atmışam. Amma bu hələ son deyil, hədəfim hələ qarşıdadır. Tamaşaçılar da deyir ki, Mətanət xanım, bu çəkiniz əladır, o illərə qayıtmısınız. Allah düşmənimə də mənim yaşadığım stressləri yaşatmasın” deyə sənətkar bildirib.

Müğənni hər zaman gənc həmkarlarına dəstək olduğunu bildirib.

“Sənətdə yeni addımlayan gənclərə hər zaman dəstək olmuşam. Onları hətta özümlə birlikdə qonaq olduğum verilişlərə də çıxarmışam. Heç kim deyə bilməz ki, Mətanət xanımdan kömək istədim, mənə kömək etmədi. Bir neçəsinə hətta mahnılarımı oxumasını da icazə vermişəm. Demişəm ki, götürün oxuyun. Mahnılar bizim övladlarımızdır. Bu gün Şövkət Ələkbərovanın, İlhamə Quliyevanın mahnılarını hamı oxuyur. Mən də arzu edərdim ki, dünyamı dəyişəndən sonra bütün müğənnilər mahnılarımı oxuyub, xatirəmi yaşatsınlar” deyə əməkdar artist bildirib.
 

Dünyapress TV

Xəbər lenti