Ardını oxu...
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan lideri Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün Azərbaycanda yaşayan xalqların və etnik qrupların bəzi nümayəndələri, xarici təsirlər altında öz milli kimliklərini qabardır və ölkəmizdə ayrı-seçkilik salmağa çalışırlar. Qədim həqiqətlərdən xəbəri olmayan bu bir qrup insan, Avropa alimlərinin ortaya atdığı "dil qrupu" nəzəriyyəsini əsas götürərək, yad xalqları özlərinə qardaş hesab etməyə başlamışlar. Bəs həqiqət necədir? Necə ola bilər ki, bir məkanda min illər qardaş kimi yaşamış xalqlar birdən birə bir-birinə yad, qonşunun özgə xalqına isə dil oxşarlığına görə doğma olsunlar? Mən, ilk dəfə olaraq bütün bu sualların cavabını bu məqalədə verəcəyəm və ölkəmizlə bağlı heç kimin bilmədiyi sirləri açacağam.
Hər şeydən əvvəl ondan başlamaq istəyirəm ki, bütün qədim həqiqətlər kitablarda yazılıb. Lakin bu yazını qədim müdriklər müəyyən səbəbdən rəmzlərlə yazıblar. Bu səbəb isə bilavasitə insanların yaradılışı ilə bağlıdır. Qədim dünyanın ən ciddi mənbəyi Tövrat kitabı hesab olunur ki, yazılara görə Allah dünyanı yaradanda bu kitaba baxıb yaradırmış. Tövrat isə açıq yazır ki, əvvəl bir xalq və onun vahid bir dili olmuşdur. Şərqdən gələn bu xalq Xaldeyada, başı göylərə çatan Babil qülləsini tikdi. Allah, ikinci belə bir qüllənin tikilişinin qarşısını almaq üçün, onların vahid dilindən 70 müxtəlif dil yaradıb, onları dünyaya səpələdi (məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Deməli, qədim dillər xüsusi məqsədlə və məntiqlə, Babil qülləsi tikildikdən sonra bir dildən yaradılmışdır. Babil sözü - "Allahın qapısı" mənasını verir ki, sufi müdriklərinə görə, məhz Şərqdən gələnlər İlahdan göydə nəhəng Allah yaratmış və onun qapısını da Xaldeyada tikmişlər. Xaldeyada yaradılmış bu Allahın və onun qapısının sirr kimi qalması üçün Allah vahid dildən 70 müxtəlif dil yaratmışdır.
Sadəcə bu həqiqətlər kifayət edir ki, insanların danışdığı dillərə görə xalqlara bölünməsinin cəfəngiyat olması birdəfəlik anlaşılsın. Lakin dünya alimləri nədənsə ciddi mənbədəki bu faktı qəbul etmirlər və bunun səbəbini də mən bu məqalədə açacağam.
Ardını oxu...
Mənbələrdə Şərqdən gəlmişlər dedikdə, Qafqaz Albaniyasından gəlmiş insanlar nəzərdə tutulur. Lakin məşhur sufi Şihabəddin Yəhya Sühravərdi Şərq rəmzi altında göyləri, göydəki dünyanı nəzərdə tutur (məqalə: "Dünyanın ilk dili - Türk dilidir!", sayt: https://gilarbek.blogspot.com/2018/04/dunyann-ilk-dili-turk-dilidir.html?m=1). Göydən gəlmiş xalq isə mətnlərdə - şahlığı göydən endirilmiş kutilər adlanır. Deməli, sufilərə görə vahid dilindən 70 dil yaradılan ilk xalq - kutilərdir.
Tövrata görə cəmi iki növ insan - göy və yer insanı yaradılmışdır ki, Şərqdən gələn kutilər, mənbələrdə ölümsüz göy insanları mənasında Assurlar adlanırlar. Bu ilk varlıqlar Misir mənbələrində Asar, yəni Osiris Allahları mənalarındadırlar. Sufi məntiqində kuti sözü də, Allah mənasını verən Qad, Xuda rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, ilk insanlar dedikdə mənbələr - Allahlar nəslini nəzərdə tutur ki, bunlar da Osiris Allahları nəslidir. Əflatuna görə, adi yer insanlarını da bu göy insanları yaratmışlar. Məşhur sufi Mühiddin ibn Ərəbi yer insanlarını - “təbiət və şəhvətin idarə etdiyi, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Mən, "Истина о небесных и земных людях" adlı məqalədə bu haqda geniş məlumat vermişəm (sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Deməli, qədim mətnlərə görə cəmi iki növ insan yaradılmışdır ki, bütün yazılanlar ilk insanların, yəni assurların vahid səfa dilində yazılmışdır və yalnız onlara aiddir. Şərqdən, yəni Albaniyadan gəlmiş vahid səfa dilli bu İlahi varlıqlar yazılarda "İhvani səfa", yəni sufi dilli Aqvan-Alban qardaşlığı adlanırlar.
Sufizmdə Assur/Asar/Aşşur/Azər rəmzləri eyni mənalıdır və qədim Misir yazılarında onlar, qeyd etdiyim kimi Osiris Allahları adlanırlar. Əhdi-ətiqə görə, bu azərilərin varisləri xaldeylər sayılır ki, mənbələrdə xaldey rəmzi altında Xelat əhli, yəni Azərbaycanın Xelat Atabəglər Ailəsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, vahid səfa dilindən yaradılmış 70 müxtəlif dillərdə danışan xalqlar - bir elin, yəni Azərbaycan Atabəglər Ailəsinin xalqlarıdır. Sufi müdriklərinə görə, adi insanların qədim mənbələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, mənbələrdə söhbət Azərbaycan Atabəglər Ailəsinin xalqlarından gedir.
Bütün bu həqiqətlərin fonunda ortaya belə bir sual çıxır: qədim həqiqətlər mənbələrdə açıq yazıldığı halda, niyə bu gün insanlar danışdığı dilə görə xalqlara, millətlərə bölünürlər? Bunun cavabı isə son dövrün alimləri ilə bağlıdır.
Ardını oxu...
Masonluqla bağlı yazılarımda mən göstərişəm ki, mənbələrə görə Avropanı son 3 əsrə qədər "Quş dili" bilən Qulyardlar, yəni "Gel oğulları" adlanan Gilar bəgləri idarə etmişlər (məqalə: "Древние масоны – прямые потомки богов", sayt: https://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1). Lakin son əsrlərdə hakimiyyətə göy insanları ilə qarışığı olan yer insanları gəlməyə başladı. Onlar, qədim dünyanın sahiblərinin məhz Azərbaycan Atabəglər Ailəsinin olmasını anladılar və bunu qəbul edə bilməyib, dilləri qruplara bölərək həqiqətləri gizlətdilər. Qədim sirləri bilməyən müasir alimlər də əvvəlki alimləri ağıllı sayıb, onların məntiqi ilə ağıllarına gələnləri yazdılar.
Bütün bunlar o deməkdir ki, danışdığı dilə görə xalq olmur. Mənbələrə görə hələ Aşinanın vaxtında Türk dilində danışan iki qrupun biri əsla Türk hesab olunmurdu. Qədim dilləri Allah xüsusi sufi məntiqi ilə yaratmış və məhz Xelatdan, yəni Xaldeyadan insanları dünyaya səpələmişdir. Mən, "Правители мира и их единый "язык птиц" adlı məqalədə bu haqda geniş izah vermişəm (sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Mətnlərdə Altay dedikdə də sufilər El-Teo, yəni Allahlar eli olan Azərbaycanı nəzərdə tuturlar.
Ardını oxu...
Qədim Misir yazılarında Azərbaycan Atabəglər Ailəsi - "Vahid əsilli xalqların Böyük İttifaqı" kimi qeyd olunur və Ruten adlanır. Ruten rəmzi digər mətnlərdə Allah mənasını verən Neter, Turan və Tanrı kimi qeyd olunur. Ruten eli iki torpaqdan - yuxarıdakı, yəni göydəki və aşağıdakı, yəni yerdəki torpaqlardan ibarət olmuşdur. Mən, "Великая тайна иудаизма и иудеев Хазарии" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Bu o deməkdir ki, ən qədim mənbələrdə Allah mənasını verən Ruten/Neter/Tanrı və Turan rəmzləri altında - öz kosmik "bədəni" ilə iki dünyanı birləşdirən, qədim Misirin Atum və ya Osiris adlanan Allahı nəzərdə tutulur. Öz "bədəni" ilə iki dünyanı birləşdirən Ruten (Turan) Allahının yerdəki eli isə elə Babil qülləsinin yaradıldığı Xaldeya-Xelat elidir. Başqa sözlə, Azərbaycanın avtoxton xalqları - vahid əsilli, yəni eyni kökdən olan xalqlardır və onlar qədim Misir Allahları nəslinin varisləridir. Kitabi Dədə Qorqudda bu Atabəglər Ailəsi - iki elin, yəni yerdəki Taş Oğuz elinin və göydəki İç Oğuz elinin bəgləri adlanır. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bu haqda geniş yazmışam (sayt
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).
Ardını oxu...
Buddizmdə Azərbaycan Atabəglər Ailəsi - ekstatik durumda tam kamilliyə çatmış 33 Buddanın törəmələri hesab olunur və onlar Trayastrimşa adlanırlar. İslamda, Azərbaycan Atabəglər Ailəsinin əcdadları olan bu 33 müqəddəs - "Sadat silsiləsi", "Əli silsiləsi", "Qızıl silsilə", rus əfsanələrində isə 33 bahadır adlanır (məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html).
Ardını oxu...
Bütün bunlar o deməkdir ki, bu gün Azərbaycan adlanan ölkə ən qədim mənbələrdəki Azər, yəni Osiris Allahları nəslinin ölkəsidir. Onun əhalisi isə bütün bəşəriyyəti yaratmış Amon Allahı və Onun 32 silahdaşının törəmələridir. Bu törəmələr bu gün Qafqaz, Asiya və Rusiya xalqlarının əksəriyyətini təşkil edir. Onlar ayrılıqda müxtəlif dillərdə danışsalar da, ümumi dil kimi İlahla, yəni ilkin materiya ilə bağlı olan Allahlar və padişahlar dilində - Türk dilində danışırdılar. Çünki bu dil bəglərin ekstatik durumdakı tərikə yolunun İlahı dərkinin dilidir. Tövrat bu dili - ilk insanların vahid səfa dili, Quran isə Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlandırır.

Firudin Gilar Bəg
TEREF
21.08.2024
 
Ardını oxu...
Bu gün mərhum xanəndə Aygün Bəylərin doğum günüdür.

Bu münasibətlə Mir Şahin Ağayevin Aygün Bəylər haqqında məqaləsini təqdim edirik.

Tut ağacı üçün elegiya...

…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.

… Amma istisnalar var!

Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm.

Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı birlikdə daşıyan İNSAN var.

Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir…birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…
birlikdə…
birlikdə…
birlikdə…
Ömür-ölüm tandemi ilə bir yerdə “Salam!”laşır, bir yerdə “Sağ ol!”laşırıq.
Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır…hasilləşir!

… Aygün Bəylər özündə iki aləm daşıyırdı...

Bəylər vəfat edəndən sonra onun adını özünə soyad götürmüşdü…

Aygün ömür, Bəylər ölüm hissəsi kimi Tək Vücudda yaşayırdı.

Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi.

Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…

Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu.

Müsahibə verəndə ölümlə-xərçənglə verirdi…

Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi!??! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı ya başqa bir səbəbdən - hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.

Aygün Bəylər mənim məsuliyyətlə: “Dahi!” - deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!

Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut Ağacı!” deyə bütün insanlığa, canlıllğa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı…

“Neçə körpə budağını mən əzmişəm…!?!” Bu, hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…

Qəribədir…
Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə, şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…!? Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…

Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm!?


Ardını oxu...
Musiqi məktəbləri ilə bağlı əldə etdiyim məlumatların doğruluğuna əmin olmasaydım və bu sahədə atılan neqativ addımların həqiqi hədəflərini təxmin edə bilməsəydim, bu kiçik məqaləni də qələmə almazdım.
Hədəf - gələcəkdə Azərbaycanda “intellektual şəxsiyyət problem” yaratmaq, yeni nəslin nümayəndələrinin fiziki və mənəvi harmoniyasını pozmaq, şikəst nəsil formalaşdırmaq və onların zərərli vərdişlərə daha tez aludə olmasını təmin etməkdir.
Heç şübhəsiz, musiqinin insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolunu təhlil etsək, musiqi olmadan (və yaxud ölkədə musiqi məktəblərinin mövqeyini ciddi dərəcədə azaltsaq) hansı təhlükələrlə üz-üzə qalacağımızı təxmin etmək elə də çətin deyil. Mən pis vərdişləri təbliğ edən musiqilərdən yox, musiqi məktəblərindən danışıram.
Azərbaycanda musiqi məktəbləri Mədəniyyət Nazirliyinə tabedir. Yəni, musiqi məktəbləri də başda olmaqla, Nazirlik musiqinin, incəsənətin və mədəniyyətin keşiyində durmalıdır. Torpaqlarımızın keşiyində duran əsgər-zabitin funksiyası nədirsə, Mədəniyyət Nazirliyi də mədəniyyət sahəsində eyni funksiyanı yerinə yetirməlidir. Yeri gəlsə, “şəhid” olmalıdır.
Amma mənzərə fərqlidir. Əbülfəs Qarayevdən sonra nazir vəzifəsinə gətirilən Anar Kərimov bu sahədəki problemləri daha da dərinləşdirdi, mədəniyyət və incəsənət sahəsində aqressiv qudurğanlıq hökm sürməyə başladı. Hazırki nazir Adil Kərimli mövcud problemləri görməli və musiqi məktəblərinin əhəmiyyətinin azaldılması istiqamətində atılan addımları tormozlamağı bacarmalıdır. Bəlkə də görür, amma əyləc öz əlində deyil.
Bu, birmənalıdır - musiqi məktəblərinin əhəmiyyətinin azaldılması Azərbaycan xalqının genefonduna, milli təfəkkürünə, fiziki və mənəvi varlığına qarşı həyata keçirilən planların bir tərkib hissəsi kimi çıxış edir.
Bunlar hansı planlardır?
- Narkomaniyanın və narkotik maddələrin dövriyyəsi
- Paralel olaraq, cinayətkarlığın səviyyəsinin ilbəil artması (narkotik, dələduzluq, oğurluq, silahlanma, kriminal aləmə meyllilik, dini radikallaşma və s.)
- Təhsil sisteminin ictimai əhəmiyyətinin itirilməsi, inamsızlıq, təhsilin ideoloji-milli çərçivədən çıxması, gələcəkdə heç bir perspektiv vəd etməməsi
Bütün bu amillər Azərbaycan xalqının genefondunu məhv etmək üçün düşünülmüş və ciddi cəhdlə həyata keçirilən, oturuşmuş planlardır. Məhz belə bir məqamda uşaqların musiqidən kənar tutmaq üçün atılan addımlar və musiqi məktəblərinin əhəmiyyətini azaltmaq eyni dərəcədə cinayət tərkibi sayıla bilməzmi?! Bilər! Çünki musiqi uşaqları zərərli vərdişlərdən çəkindirir və şəxsiyyətin formalaşmasını təmin edir. Şəxsiyyət ola yerdə oğurluq, dələduzluq, kənar təsirlərin altına düşmək riski, narkomanlıq minimuma enir.
Azərbaycanda uşaqlar arasında da cinayətkarlığın səviyyəsinin ilbəil artması heç kəsə sirr deyil. Statistikaya görə, 2021-ci illə müqayisədə 2022-ci ildə uşaqlar arasında cinayətlərin sayı 24,1% artaraq 433-ə çatıb. 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Eləcə də, ölkədə cinayətkarlığın səviyyəsi və hüquqpozmalara görə axtarışda olan şəxslərin sayı artmaqdadır. Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 min 106 nəfər müxtəlif hüquqpozmalara görə axtarışda olub. Əvvəlki illə müqayisdə axtarışda olan şəxslərin sayı 14% və ya 988 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə, 2 min 311 nəfər dələduzluğa görə axtarışda olub. Onların sayı 2020-ci ildə 428 nəfər olub. Son bir ildə isə onların sayı 38,5% artıb. 2010-cu illə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 3,2 dəfə, oğurluqla bağlı cinayətlərin sayı 80%, dələduzluqla bağlı cinayətlərin sayı isə 4,7 dəfə artıb. 2010-2023-cü illərdə qadınlar tərəfindən törədilən dələduzluq halları 3,8 dəfə, uşaqlar (14-17 yaş) tərəfindən törədilən dələduzluq halları isə 4,4 dəfə artıb.
Musiqi məktəbərindəki problemlər və onların detalları barədə kifayət qədər yazmaq olar. Amma o məsələlərə toxunmuram. Məqələni yazmaqda məqsədim musiqi məktəblərinə olan total münasibətin yarada biləcəyi riskləri göstərməkdir. Öncə münasibət dəyişməlidir, daha sonra nəinki mövcud problemləri həll etmək, həm də musiqi məktəblərinin sayını artırmaq lazımdır. Azərbaycan yalnız Bakıdan ibarət deyil, elə regionlarımız var ki, orada musiqi məktəbi yoxdur. Uzağa getməyək, lap elə Bakının bir sıra kənar qəsəbə və kəndləri də musiqi məktəblərindən məhrum edilib.
Samir Feyruzov
TEREF
 
Ardını oxu...
Sovetlər zamanında və ondan daha əvvəl Azərbaycan ərazisində yaşayan müxtəlif Türk mənşəli tayfaların soykökünün unutdurulması yolunda heç bir elmi əsası olmayan bir çox nəzəriyələr uydurulmuşdur. Haqqında belə nəzəriyələr uydurulan tayfalardan biri də Kolanı adlı Türk obasıdır.

Sovetlər dövründə ortaya atılan fərziyyələrdən biridə Kolanıların Kürd kökənli bir tayfa olmasıdır. Hətta o zamandan bəri cəmiyyətimizdə gəzən şaiyələrdən biri də Kolanıların adının XVI əsrdə yazılan "Şərəfnamə "adlı əsərdə Kürd aşirətləri(tayfa) arasında yer almasıdır. Digər iddia isə ondan ibarətdir ki,məhz bu səbəbdən sonrakı və o cümlədən müasir dövrdə yaşamış bəzi tədqiqatçlar Şərəfnaməyə əsaslanaraq Kolanıları Kürd hesab etmələridi. Şərəfnamənin özünə gəldikdə isə həmin əsər 1597-ci ildə Bitlis hökmdarı olan Şərəfxan Bitlisi tərəfindən Fars dilində yazılmşdır.Beş hissədən ibarət olan həmin əsər sonrakı dövrlərdə öyrənilərək müxtəlif tədqiqatçılar tərəfindən Türk, Fars, Rus, Fransız və s dillərə tərcümə edilmişdir.1971-ci ildə həmin əsər Türkiyəli Kürd kökənli yazar olan Mehmet Emin Bozarslan tərəfindən iki cildə Ərəbcədən Türkçəyə çevrilmişdir. Sovetlər zamanında isə Şərəfnamə əsəri Kürdüoloq alim olan E.Vasilevna tərəfindən birinci cild 1967-ci il, ikinci cild isə 1974-cü illərdə olmaqla Fars dilindən Ruscaya tərcümə olunmuşdur. Diqqət çəkən odur ki,bəzi şəxslər indiyənə kimidə Kolanıların Şərəfnamədə Kürd olaraq göstərilməsini sübut etmək məqsədi ilə müxtəlif nəzəriyyələr ortaya atmaqdadılar. Belə ki,2008 ci ildə milliyətcə əslən Ermənistan yezidi Kürdü olan Lətif Məmməd Buruki adlı (Burukilər Kürdlərin yezidi məzhəbinə aid bir tayfanın adıdır) şəxsin Rusiya Kürdlərinə aid müxtəlif saytlarda (Kurdipedia.Orq;Kurdistan.ru və s) “O Kurdskix plemenax Zakavkaziya” adlı məqaləsi dərc olunmuşdur.Hətta həmin məqaləni Azərbaycana bağlı bəzi internet saytlarda də görmək mümkündür. Rus vikipediyasında gəldikdə isə Kolanılar haqqında məlumat verilərkən həmin məqalə əsas mənbə olaraq göstərilir.Məqalənin özünə gəldikdə burada Kolanı sözünün etimalogiyası Kürdcədən Kolnedar yəni məğlubedilməz və ya həmin dildəki hündür dağ zirvəsi mənasını verən Kel sözündən yarandığı qeyd olunmuşdur. Həmin məqalədə həmçinin Kolanı sözünün mənşəyinin Farsca böyük anlamını verən Kelan kəlməsi ilə də bağlamağa cəhdlər olmuşdur. Müəlif həmin məqalədə Şərəfnamə kitabına istinad edərək Aran Qarabağda İyirmi Dörtlər adı ilə məlum olan Kürd tayfasının yaşadığını yazmışdır.Sonra o, öz məqaləsində XIX əsr Rus tədqiqatçısı olan İ.Şopenin ,,Istoriçeskiyi pamyatniki armyanskoy oblastiv epoxu prisiodineniya k Rossiyskoy imperii” adlı əsərinə istinad edərək Şopen tərəfindən Kürd olaraq göstərilən Kolanı,Karaçor,Püsyan və s, tayfaların Şərəfnamədəki həmin 24-lər adı ilə tanınan Kürd tayfalarının nəsillərindən olması fərziyəsini ortaya atmışdır.

Öncə onu qeyd etmək lazımdır ki,1593-ci il Osmanlı müfəssəl dəftərində 24-lər haqqında məlumat verilərkən həmin ittifaqa daxil olan tayfaların adları göstərilmiş və həmin siyahıda Kolanıların adı çəkilməmişdir (1593 yılı Osmanlı Vilayet Tahrir Defterinde Anılan Gence-Qarabağ Sancakları Ulus ve Oymakları Kırzıoğlu M. Fahrettin).İkincisi isə İ.Şopen öz monaqrafiyasında yanlış olaraq Kürd kimi göstərdiyi Kolanı,Karaçor,Püsyan və s tayfalarının Şərəfnamədə göstərilən həmin 24-lərin nəsillərindən olmasını azmamışdır. Ümumiyyətlə İ.Şopen öz monaqrafiyasının Kürdlər bölümündə onlar haqda danışarkən Şərəfnaməyə istinad belə etməmişdir. Şərəfxan Bitlisinin özünə gəldikdə isə müəllif sadəcə Qarabağda 24-lər adı ilə tanınan Kürd birliyinin olmasını yazır,lakin həmin tayfaların adı onun tərəfindən Şərəfnamədə çəkilmir.(bax.Şerefname I cild 1971,İstanbul,Mehmet Amin Bozarslan çevirisi; Шараф-наме. Т.1.М.Наука. 1967, перевод.Е.И.Васильева).İ.Şopen tərəfindən Kürd olaraq göstərilən həmin tayfayalara gəldikdə isə bunlardan yalnız Bozlu tayfası Kürd kökənlidir. (Oqtay Hüseynli, Şahmar İbrahimli. Azərbaycan tarixində etnik proseslərə dair (Yalan və Həqiqət). “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”11-ci elmi-əməli konfransının MATERİALLARI 2012-ci il). Göründüyü kimi,Burukinin 2008-ci ildə çıxan məqaləsinə diqqətlə baxıldığı zaman bir yerdə də olsun Kolanıların adının Şərəfnamədə çəkilməsi qeyd olunmamışdır.Əgər Kolanıların adı Şərəfxan Bitlisi tərəfindən Kürd aşirətləri arasında çəkilsəydi əlbətdə nəinki Məmməd Lətif Buruki hətta ona qədər olan kimlərsədə Kolanıların Kürd olması nəzəriyyəsini ilk növbədə Şərəfnamədən istinad edərək yazardılar. Şərəfnamənin özünə gəldikdə isə burada bir yerdə də olsun Kürd hökmdarlıqları və onlara bağlı olan aşirətləri arasında Kolan,Kolanlı və ya Kolanı adlı bir tayfanın adı çəkilməmişdir. Son zamanlar hətta Şərəfnamədəki Kürd aşirətlərinin qısa siyahsıda internetdə öz əksini tapmaqdadır və həmin siyahsıya baxıldığı zaman burada da Kolanı adına təsadüf olunmur. (bax. Şerefnamede Kürt Aşiretleri I.II bölümler. BİTLİSNAME.COM).Yuxarıda adı çəkilən 24-lərin özlərinə gəldikdə isə hələ osmanlı dövründə Şərəfnamənin yazılaraq tamamlanmasından dörd il əvvəl 1593-cü ildə tərtib edilmiş Gəncə-Qrabağ müfəssəl dəftərində onların etnik baxımdan Kürd deyil tam əksinə Türk kökənli oymaqlardan ibarət olması qeyd edilmişdir(1593 yılı Osmanlı Vilayet Tahrir Defterinde Anılan Gence-Qarabağ Sancakları Ulus ve Oymakları Kırzıoğlu M. Fahrettin).

İ. Şopenin özünə gəldikdə isə Kolanıları Kürd tayfalarından biri kimi göstərməsi yalanı 1845-1916 cı illərdə arası dərc olunmuş «Kavkazskiy kalendar » adlı təqvim jurnalında üzə çıxır.Tiflisdə dərc olunan Həmin jurnalda Qafqaza aid mühüm etnoqrafik və tarixi materiallar öz əksini tapmışdır. Belə ki, həmin jurnalın 1856-57-58 ci illərə aid çaplarında İravan, Naxçıvan, Qarabağ və o cümlədən Şirvan bölgəsində yaşayan Kolanı obasına aid bütün yaşayış məsgənlərinin əhalisi milliyyətcə Tatar(yəni Türk) həmin əhalinin danışdığı dil isə Tatar dili(Türk dili) olaraq göstərilmişdir.

Kolanlı tayfasınının adının haradan yaranması məsələsinə gəldikdə isə burada müxtəlif fikir və mülahizələr mövcüddur.Bəzi tədqiqatçılar bu adın Türkcə yabanı ata verilən addan Kulandan, bəziləri əski Türkcə ordu anlamını verən Kol sözündən və s yarandığını yazmışlar. Fikirimizcə Kolanı kəlməsinin mənşəyi əski zamanlardan bəri Türk tayfalarında keçi yunundan toxunan atın yəhərini və ya üzəngisini ata bağlamaq üçün nəzərdə tutan olduqca möhkəm kəmərə və ya adi bel kəmərinə,qurşağa verilən adla bağlı olmuşdur.Belə kəmər Anadolu və Kırım Türkcəsində Kolan,Altay Türkcəsində Kolon,Yakut Saxa Türkcəsində Xolun,Cağatayca Kolan adlanır.Oğuz Türklərinin bir qolu olan Kolanıların əcdadlarının bu adla tanınmasının əsil səbəbi isə ola bilsin ki, hələ Səlcuqlu Xaqanlığı zamanında bu tayfanın üzvlərinin Kolan toxumaqları ilə ad qazanmalarıdır. Kolanlı dedikdə əski Türkcədə həmçinin atında kolan olan bir növ süvari,atlı insan kimidə başa düşülə bilər. Hətta əski Türk mifologiyasında doqquz Kolanlı at anlayışı da olmuşdur.

Kolanıların əcdadları həmçinin Hun tayfa birliyinə daxil olan qəbilələrdən biridə hesab oluna bilərlər. V əsrin əvvəllərində indiki Çinin şimal və qərb bölgələrində əsası Xelyon Bobo (Kolan Baba?) tərəfindən qoyulan Hun Xelyon dövləti mövcud olmuşdur.Ola bilsin ki,Xelyon kəlməsi isə əski Çin mənbələrində Kolan sözünü təhrif edilmiş forması olmuşdur.Çinin Uyğurustan bölgəsindəki Kilan dağ silsiləsi və Kelan çay adlarıın bu Hun tayfasının adı ilə bağlı olması ehtimal olunur.

XX əsrin əvvələrinə kimi də,Azərbaycanda Kolanı tayfası haqqında bəhs edərkən bir çox hallarda onların adı Kolanlı olaraq qeyd olunmuşdur.Hətta M.S.Ordubadinin 1905-06-cı illərdən Türk erməniqarşıdurmasına həsr olunmuş Qanlı İllər əsərində Cavanşir qəzasında baş vermiş siyasi olaylardandanışarkən həmin tayfadan Kolan və ya Kolanlı olaraq bəhs etmişdir.Sovetlər zamanından isə bu tayfanın adının yazlışında sanki məqsədyönlü şəkildə L hərfini ortadan qaldıraraq Fars dilində böyük anlamını verən Kelani kəlməsinə bənzətmək üçün Kolanı şəkilinə salmağa başlamışlar.O zamanlardan bəri Azərbaycanlıları Türk kökünün unutdurulmasının bir tərkib hissəsi olaraq, Qurd Hacı kürd Hacıya,Nizami Gəncəvinin Qurd rəisəsi anası kürd anaya,Fikrət Əmirovun Qurd Ovşarı adlı simfonik muğamı kürd Ovşarına çevrilmişdir.Onu da vurğulamaq lazımdır ki,Sovetlər zamanında milli kimliyin unutdurulması üçün müxtəlif adların təhrif olunaraq dəyişdirilməsi siyasəti Azərbaycanlılardan başqa Qafqazın digər Türk xalqlarına da qarşı aparılmışdır.Misal olaraq indiki Rusiya Fedarasiyası tərkibindəki Dağıstan Respublikasında əsasən Kumuk Türklərinin yaşadığı Kayakənd adlı yaşayış məsgəni vardır.Diqqət çəkən həmin yaşayış məskəninə yaxın ərazıdə heç bir qaya parçasına rast gəlinməməsi və ya həmin qəsəbənin dağlıq bölgədə yerləşmədiyi halda ona Kayakənd adının verilməsidir.Əslində ötən əsrin otuzuncu illərinə kimi həmin qəsəbənin əsil adı Kayakənd deyil Kayıkənd olaraq məlum idi.Həmin kəndin əsası bir zamanlar bu ərazilərə XIV əsrdə gəlmiş Kayı Türk tayfası tərəfindən qoyulduğu üçün Kayıkənd olaraq adlandırılmışdır.Şimal Qafqaz dağ silsiləsində Elbrus adlı dağ zirvəsinin olması hamıya əlumdur. Məhşur Osmanlı Türk səyahətçisi olan Övliyyə Çələbi öz səyahtənaməsində bu dağdan bəhs edərkən dağı Elbars Tau olaraq adlandırmışdır(burada El Türk dillərində oba anlamında,Bars vəhşi dağ pişiyinə verilən ad,Tau isə dağ deməkdir).Sovetlər zamanında isə bu dağın adı məqsədyönlü şəkildə indiki İranın paytaxtı Tehran şəhərindən Şimalda yerləşən Elbrus dağ silsiləsinin adına uyğun olaraq Elbrus şəkilinə salınmışdır.Belə addım atmaqda əsas səbəb isə Qaraçay-Balkar Türklərinin əcdadları olan Alan Türklərinin İran Fars mənşəli bir xalq olaraq göstərmək olmuşdur.

Kolanıların Türk kökənli bir tayfa olmasını sübut edən amillərdən biridə dini inanclar mövzusudur.Azərbaycan Türklərinin bir çox obaları kimi Kolanılar arasında da çox yayılmış inanclar arasında Seyidlərə,Seyid cədinə,ocağına olan inamıda qeyd etmək olar.İslam dininin Türk xalqları arasında yayılmasından bəri insanlar arasında yaranan inamlardan biri də eyidlərin(Seyid Ərəbcədən cənab demək) İslam dininin yaradıcısı olan Məhhəməd peyğəmbərin nəsilinin davamçılarıolmasıdır. Maraqlıdır ki,Seyid inancının İslamın yaradıcısı olan Ərəblər arasında deyil daha çox Azərbaycan və Şərqi Andolunun Ələvi Türk əhalisi arasında mövcud olmasıdır. Fikirimizcə cəmiyyətimizdə Seyidlərə olan ehtiram əslində qədim Türklərdə İslamdan öncəki Qam Şamanizimlə sıx bağlıdır. Belə ki,Seyidlərin apardığı dini ayinlərə baxdığımız zaman həmin ayinlərlə əski Qam Şaman ayinləri arasında oxşarlığı görmək mümkündür.İslam dininin Azərbaycan Türklərinin əcdadları arasında yayıldığı zamandan bəri əski Türk Tanrıxançılıq inamı tədricən yeni dinin bir növ tələblərinə uyğunlaşdırılmış, bu səbəblə cəmiyyətdəki insanlar arasında Qam Şamanlar və onların nəsilləri tədricən Məhəmməd Peyğəmbərin nəsilinin davamçıları kimi qəbul edilməyə başlamışdır. Seyidlərlə bağlı olan əski Türk inanclardan biridə Seyid ocağının qoruyucusunun ilan olması anlayışıdır. İlana əski Türk mifik təsəvüründə yaşılığın hamisi,həm də gorun qəbrin qoruyucusu kimi baxılırdı. Hətta Azərbaycanda indiyinə kimi İlan Ocağı deyilən inancın olması əslində bu əski Türk inamının ənənəsidir. Bəzi tədqiqatçılar əsasən Qarabağ bölgəsində Kolanı tayfası ilə bağlı bəzi yaşayış məsgənlərin sonunda vənd kəlməsinin olmasını əsas gətirərək onların Kürd-İran kökənli olduqlarını yazırlar. İlk onu söyləmək olar ki,bir çox yerli tətqiqatçılar Cənubi Qafqaz ərazisində vənd adlı yer adlarının olmasını Bulqar Türklərinin Vənəndə adlı qolu ilə bağlı olduğunu sübut etmişlər. Bundan əlavə Qarabağ ərazisində Kolanılara aid bir çox yaşayış məskənlərində vənd sonluğunun mənşəyi Türkmənlərinin bir qolu olan Vəndi tirəsi ilə də bağlı ola bilər.XV-ci əsrdə Ağqoyunlu sərkərdəsi Yusifoğlu Vəndi(S.Köprülü. TürkmenAile, Aşiret, Oymakları, Boyları,Kollar) adı ilə bağlı olan həmin tayfanın üzvləri indiyənə kimidə əsasən İraq Türkmənləri arasında yaşamakdadırlar.Digər tərəfdən Qarabağın Kolanılara aid Papravənd, Sırxavənd, Hacı Qərvənd və s yaşayış məsgənlərinin sonunda vənd kəlməsinin Farsca bir söz olaraq qəbul olunması belə Kolanıların Kürd İran mənşəli olamsının sübutu kimi qəbul edilə bilməz.Qeyd olunmalıdır ki,artıq Səlcuqlu dövləti zamanından bəri Türk insanı üzərində Fars mədəniyyətinin təsirlərini görməyə başlamışdır. Sultanı Alp Arslan tərəfindən fars kökənli Nizam Əl-Mülkün vəzir olaraq təyin olunmasından sonra Səlcuqlu sarayında Fars bürokratik idarəçiliyi artmağa başlamışdır. Əsasən, meydan deyil, idealoji savaşçı olan Farslar bundan məharətlə istifadə etməyi bacarmış və öz mənəvi idealoji dəyərlərini Türk insanı arasında təbliğ etməyə başlamışlar. Hətta Səlcuqlu sulatnlarının bəzən öz övladlarını Keykubad,Keyxosrov kimi Fars qəhrəmanlarının adı ilə adlandırması bu idealoji təbliğatın təsiri ilə bağlı olmuşdur.İndiyənə kimi dəAzərbaycan Türkləri arasında Bəhman (Vohu Mana), Bəhram (Varahram,Veretrenqa), Firudun(Traeton) və s kimi əski Vedda Zorastr tanrı adlarının olması faktı Farsların Türk insanına qarşı min ildən bəri apardığı idealoji savaşın nəticələridir. Əlbəttə, səlcuqlu sultanlarının öz saraylarında idarəçilikdə Farslara önəm verməsi heç də bəzi tədqiqatçıların yazdığı kimi Səlcuklu Türklərində dövlətçilik anlayışının olmamasından gəlmirdi.Tam əksinə Səlcuqlular olduqca nizan imtizamlı dərin dövlətçilik anlayışına malik bir xalq olmuşdular. Sadəcə əski Türk Atalar misalına görə at belindən fəth edilən məmləkət at belindən idarə oluna bilməz. Bu səbəbdən də Xilafət kimi geniş bir ərazini ələ keçirən Səlcuqlu Sultanları Xilafətdə Ərəp əhalisini tam nəzarətdə saxlamaq məqsədi ilə Farsları önə çəkməyə başlamışlar. Sözsüz ki,uzun müddət Türklərin siyasi hakimiyyəti altında qalan Farslarda öz növbəsində Türk mədəniyyətinin təsirinə məruz qalmışlar.Farslar arasında Novruz bayramının qeyd olunması və ya Tanrıya Xuday olaraq müraciət olunması Türk mədəni izlərinin təsirindən yaranmışdır.

Şərəfxan Bitlisi öz Şərəfnamə əsərinin Xizan hökmdarları bölümündə Kürdlərin özəliklərindən biri kimi bəzi isimləri misal olaraq Şəmsəddini Şamo, Cimşidi Cimo, Abdalı Abdo şəklinə salaraq öz tələfüzlərinə uyğunlaşdırmaqlarından bəhs edir.1728-ci il Osmanlı mənbələrində Naxçıvanın Kolanı kəndinin əhalisi haqqında məlumat verilərkən həmin kəndə yaşayan əhalinin şəxs adları da bu mənbədə öz əksini tapmışdır.Həmin adlar Hüseyin, Qulu, Məmməd, Eyvaz, Murad, Dəmirdaş, Arslan(Ər Aslan), Dəmirdaş və s kimi Ərəb və Türk mənşəli adlardan ibarətdir.Göründüyü kimi,XVIII əsr mənbəsində Kolanı kəndi əhalisi arasında Şamo, Cimo, Abdo, Gülo, Maho, Bilo və s kimi şəxs adılarına təsadüf olunmur. Kolanı kəndində şəxs adlarından birinin Məmməd olması isə maraq doğurur. Əgər yuxarıda yazıldığı kimi Kürd insanı Şəmsəddin ismini öz tələfüzünə uyğunlaşdıraraq Şamo şəklinə salırsa, Muhammed adını isə Məmməd şəklinə salaraq öz tələfüzlərinə uyğunlaşdırmaq Türk insanının özəliklərindən biri hesab olunur.Kürdlərin özlərinə gəldikdə əski zamanlardan bəri bəzən şəxs isimlərinin verilməsində Türk adlarından istifadə edilməsi adəti mənbələrdə də öz əksini tapmaqdadır. Şərəfnaməyə baxıldığı zaman isə bir çox Kürd hökmdarlarının və onların yaxınlarının yalnız Türklərə xas olan Börü,Tuğ Təkin, Bayandır, Sarıhan, Karahan, Sarım, Pir Budaq, Canpolad, Murad, Abdal, Şəkərbəy və s kimi adların daşıdıqlarını görmək mümkündür.

Kolanı tayfası daxilində Goran adlı bir qolun tirənin olmasını söyləyən bəzi tədqiqatçılar bu səbəbdən onların bir Kürd kökənli tayfa olması versiyasını önə çəkməkdədilər. Şərəfnamə əsərində müəlif İranın Kürd tayfaları haqqında məlumat verərkən Siyah Mansur,Çeqni və s kimi Kürd aşirətlərinin(tayfalarının) Erdalan və Gorani (Gurani) bölgələrindən gələrək İranın hökmdarlarına sığınmaqlarından yazır. Bu səbəbdən son dövr tədqiqatçıları bəzən İran Kürdlərinə Gorani adınıda vermişlər.Goranilərin bir qismi hal hazırda İran dillərinə yaxın Zaza-Gorani ləhcəsində danışmaqdadılar. Lakin indiyənə kimidə Əhli –Hak adı ilə məlum olan Qaraqoyunlu Türkmənləri bəzən özlərinə Göran və ya Goranda adlandırmaqdadılar(Y.Kalafat.Balkanlardan Uluğ Türküstana. Türk Halk İnancları II; GORDLEVSKY, Vladimir A., (2010). “Karakoyunlu-Maku Hanlığı’na bir geziden (1916) derlenmiş bilgiler” (çev. Namıq Musalı) Alevilik Bektaşilik Araştırmaları Dergisi- Köln, sayı 4, s.83-124).

Gorani dilinin özünə gəldikdə isə bəzi tədqiqatçılar isə onu İran dillinin bir qolu hesab etsələrdə, lakin həmin dili Kürd dilinin ləhşəsi kimi qəbul etmirlər(Edmonds, Cecil John, (2003). Kürtler, Türkler ve Araplar, 1919-1925, (çev. Serdar Şengül, Serap Rüken Şengül) Avesta yay. İstanbul).Goran kəlməsinin etimalogiyasına gəldikdə isə bu söz böyük ehtimalla əski Türk dillərindəki idarəçilik sistemini bildirən Gu r(Gurultay) sözündən yaranmışdır. İstər dillərini unutaraq Kürdcə danışan,istərsədə Türklüklərini qoruyan Goranların yaşlıları son zamanlara kimi onların əcdadlarının bir zaman Sultan Cəlaləddinin ordusu ilə birlikdə Anadolu bölgəsinə köç edən Xorasan Türkmənləri olduqlarını rəvayət edərdilər. Hətta indiyənə kimi də Anadoluda yaşayan Goran Türkmənləri Sultan Cəllalədinin dəfn olunduğu yerə böyük ehtiramla yanaşmaqdadılar. Kürdlərin bir hissəsinin isə Gorani və ya Gurani adı ilə tanımasına gəldikdə isə ola bilsin ki müxtəlif zaman içində onların bir qisminin Goran Türklərinə aid bölgəyə köç edərək yaşadıqları səbəbindən bu adla tanınmağa başlamışlar. Misal olaraq Azərbaycanda Laçın rayonu ərazisində Minkənd adlı Kürd icması yaşamaqdadır.Minkənd kəlməsi sözsüz ki,Türk mənşəli sözdür. Sadəcə olaraq 19-cu əsrdə Karaçor Türklərinə aid Minkənd yaşayışməsgəninə köçən Kürd icması sonradan bu adla tanınmağa başlamışdır.

Kolanıları Kürdlərə bağlamaq cəhdi daha çox erməni milliyətindən olan şəxslər tərəfindən edilmişdir. Bu işdə İngilis agenti olan İosif Emin, Çar agenti Xan Aqov, Fransız sosializmin aşiqi tarixçi Abqar İonisyan, əfsanəvi erməni tarixi romanlarının müəlifi Eduard Avakyan və s kimi şəxslər xüsusi səy göstərmişdilər. Sözsüz ki, BOP-un(böyük ortadoğu projesi) sovet analoqu olan qırmızı kürdüstan lahiyəsidə bu məsələdə mühüm rol oynamışdır. Kolanıların adının Şərəfnamədə Kürd aşirətləri arasında çəkilməsi uydurmasına gəldikdə isə sanki bu Zelençuk yazılarını xatırladır. XIX əsrin sonlarında arxeoloq D.Strukov tərəfindən Böyük Zelençuk çayının sağ sahilində tapılan daş löhvə üzərində həkk olunmuş həmin yazı Fars mənşəli Osetinlərə aid ən qədim yazı nümunəsi hesab olunur. İndiyənə kimi də Alanları İran kökənli bir xalq olaraq göstərmək istəyən tədqiqatçılar ilk növbədə məhz həmin yazılara istinad etməkdədilər. Lakin ötən əsrin 40-cı illərindən indiyənə kimi Zelençuk vadisinə təşkil olunan Arxeoloji ekspedisiya tərəfindən bir yerdə də olsun həmin yazının tapılmaması olduqca qəribədir.

Məcid İsgəndəroğlu,
AMEA Arxeologiya və Antropologiya institutu elmi işçi
 
 
 
Ardını oxu...
"Tarixi faktlar sübut edir ki, ingilislərin 100 il idarə edə bilmədiyi Hindistanı, əsas da onun şimal hissəsini 1300 ildən çox türklər idarə edib.Avropanın 60 il idarə edə bilmədiyi ərəb ölkələri də təqribən 1000 il türk milləti tərəfindən idarə olunmuşdur.İran (Persia) adlanan ərazini də 1000 ildən çox türklər və biz idarə etmişik.Qürur duyulası tariximiz var. Hələ Assurları, Misiri məğlub edən, Ərəb Xilafətini ələ keçirən, dünyanın 3 qitəsində yüzillərlə söz sahibi olan türkləri demirəm. Roma papasını diz çökdürən Atillanın (Hun) İmperiyasını, Çini lərzəyə gətirmiş, Böyük Çin Səddini tikməyə səbəb olmuş Asiya Hun İmperiyasını, 300 il Rusiyada ağalıq edən, 3 Xaç Yürüşünü darmadağın edən, Şərqi Roma İmperiyasını çökdürən, Vyana qapılarına qədər gedib çıxan türkləri, Çingizxanın Monqol İmperiyasını, 600 il ən güclü və uzunömürlü dövlətlərdən olmuş Osmanlı İmperiyasını da bunun üstünə gələk. Belə olanda baxırsan ki, 2500 il Asiyanın, 1500 il Avropanın böyük bir qisminin, 400 il Afrikanın şimal hissəsinin taleyini həll edən türk millətinin tarixini silsən yerdə heç nə qalmaz.".
Aydın Qasımlı, türkoloq, filologiya elmləri namizədi, dosent.
Sitat onun "Türklər" kitabındandır.
TEREF
 
Ardını oxu...
Fransız aktyor Alen Delon ölümündən əvvəl 35 itinin külünün olduğu kilsədə dəfn edilməsi haqda qərar vermişdi.

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi BFM telekanalı məlumat yayıb.

Dəfn mərasimi aktyorun təxminən 50 il yaşadığı evin yaxınlığında, Luara departamentinin Duşi şəhərində həftə ortasına təyin edilib.

Qeyd edək ki, Alen Delon ötən bazar günü 88 yaşında vəfat edib.
Ardını oxu... 

Məşhur aktyor Aras Bulut İynemlinin villası yanaraq kül olub.

Aktyorun Sarıyerdəki böyük evi qəfildən alovlanıb. Əvvəl 4 mərtəbəli villanın həyətində birmərtəbəli taxta konstruksiyadan ibarət yardımçı tikilidə yanğın baş verib.

Alov qısa müddətdə böyüyərək villaya sıçrayarıb. Əraziyə yanğınsöndürənlər çağırılıb. Onlar alovu söndürüblər. Yanğının baş verdiyi villanın məşhur aktyor Aras Bulut İynemliyə məxsus olduğu öyrənilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.//BAKU.WS 

Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Məşhur aktyor Burak Özçivit yeni filmdə rol alacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni şirkətlə müqavilə imzalayan aktyor “Mahmool Makfool” adlı ekran işində çəkiləcək. Filmin Dubaylı prodüseri Vesam Kattan, türkiyəli prodüseri isə Tayfur Aydındır.

Sujet xəttində 3 dubaylı qadının Burak Özçivitlə tanış olmaq üçün Türkiyəyə gəlməsindən bəhs ediləcək.

Layihədə Levent Can, Melih Özkaya, Hazal Filiz Küçükköse kimi aktyorlar da yer alacaqlar.

Filmin rejissoru Karim Abouzeiddir.

Ardını oxu...
  

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Musavat.com xəbər verir ki, Alen Delon 8 noyabr 1935-ci ildə Parisin So adlanan məhəlləsində anadan olub. Onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində baş verdi - o, milyonlarla qadının kumiri idi və dövrün əsas seks simvollarından biri hesab olunurdu.

O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Dünyapress TV

Xəbər lenti