"Tarixi faktlar sübut edir ki, ingilislərin 100 il idarə edə bilmədiyi Hindistanı, əsas da onun şimal hissəsini 1300 ildən çox türklər idarə edib.Avropanın 60 il idarə edə bilmədiyi ərəb ölkələri də təqribən 1000 il türk milləti tərəfindən idarə olunmuşdur.İran (Persia) adlanan ərazini də 1000 ildən çox türklər və biz idarə etmişik.Qürur duyulası tariximiz var. Hələ Assurları, Misiri məğlub edən, Ərəb Xilafətini ələ keçirən, dünyanın 3 qitəsində yüzillərlə söz sahibi olan türkləri demirəm. Roma papasını diz çökdürən Atillanın (Hun) İmperiyasını, Çini lərzəyə gətirmiş, Böyük Çin Səddini tikməyə səbəb olmuş Asiya Hun İmperiyasını, 300 il Rusiyada ağalıq edən, 3 Xaç Yürüşünü darmadağın edən, Şərqi Roma İmperiyasını çökdürən, Vyana qapılarına qədər gedib çıxan türkləri, Çingizxanın Monqol İmperiyasını, 600 il ən güclü və uzunömürlü dövlətlərdən olmuş Osmanlı İmperiyasını da bunun üstünə gələk. Belə olanda baxırsan ki, 2500 il Asiyanın, 1500 il Avropanın böyük bir qisminin, 400 il Afrikanın şimal hissəsinin taleyini həll edən türk millətinin tarixini silsən yerdə heç nə qalmaz.". Aydın Qasımlı, türkoloq, filologiya elmləri namizədi, dosent. Sitat onun "Türklər" kitabındandır. TEREF