Ardını oxu...
Yazıçı-publisist, tarixi romanlar yazarı Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan "Cığır" romanı özbək dilində çap edilib.

Olaylar.az xəbər verir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.

Qeyd edək ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu" romanları işıq üzü görüb və populyarlıq qazanıb.
 
Ardını oxu...
BU YAŞDA AZƏRBAYCANDA ŞİRKƏTİN OLMAMASI - ANSÇİLƏR UNİKAL EDİR!
Bir neçə gün bundan əvvəl 28 May küçəsində yerləşən VMF KAFE-də bir maraqlı jurnalistlə söhbətim düşdü. Maraqlı adam idi və dayanmadan mənə suallar verirdi... Masaya sifariş olunan Zaqatala fındığı tamı ilə Kofe Late gəldi. Bu, sakitliyin yaranmasına imkan yaratdı. Lakin bir qurtum bu maraqlı içkidən alandan sonra o, yenə mənə müraciət etdi
- Çox dadlı kofedir... Bəs "ANS-in dövranı bir dəfəlik sona çatdı?"
soruşdu və xoşuna gəldiyi kofedən bir qurtum da alaraq düz mənim gözlərimə baxmağa davam edirdi.
- Təəssüf və eyni zamanda sevinc hissi ilə demək istəyirəm ki, bəli, həmin dövran sona çatdı! ANS-in və onun təkbaşına Azərbaycan uğrunda bütöv dünya ilə əliyalın vuruşma dövranı sona çatdı.
Çırpılmış südün köpüklərini bığından silərək və baxışlarındakı marağı təəccüb və həmin an kədərlə əvəzləyərək həmsöhbətim davam edirdi...
- Anlamadım... Deməli, ANS artıq heç vaxt olmayacaq?
Fürsətdən istifadə edərək barista Telmanın badam südündən mənim üçün də hazırladığı eyni tamlı latedən bir qurtum alaraq həmkarıma cavab verdim:
- Yox, ANS olub, var və olacaq. Bu gün də ANS PRESS informasiya agentliyi və ANS ÇM radiosu fəaliyyət göstərir, "Bakifilm" kinostudiyası "Birlikdə" bədii filminin son hasilat işlərini həyata keçirir və "Balans Studiyası" "Bizim Cəbiş müəllim" filminin təmizləməsi ilə ciddi məşğuldur. Söhbət dövrandan gedir - o dəliqanlı və başdanxarab dövrandan. O illər Azərbaycan Respublikasının illik büdcəsi cəmi 500 milyon dollar idi. Ölkə tam informasiya blokadasında idi və xaricə Azərbaycanın səsini yalnız ANS çatdırırdı. O illər biz Yaponiyanın NHK, Avropanın ORT, RTR, ZDF, ARD, TF-1, RAI-1, BBC, ABŞ-ın ABC News, CNN və NBC kimi media şirkətləri ilə əməkdaşlıq edirdik. Hər ay əməkdaşlıq etdiyimiz beynəlxalq media qurumlarının da sayı artırdı, Müstəqil Azərbaycanı tanımağa başlayan ölkələrin və xalqların da sayı. Azərbaycandan məlumatları öz xəbər lentlərinə qoymaq xatirinə mən Əfqanıstan, Çeçenistan, Bosniya və digər qaynar nöqtələrdən videoreportajlar hazırlayırdım. O zaman Azərbaycanın özü də "Dəli yığıncağı"na bənzəyirdi. Hər il dəyişən hakimiyyət, hər cibində 10 min dollar olanın şəxsi ordusu, ərzaq qıtlığı, reketçilik və daim torpaqların itkisi ilə müşahidə olunan ölkənin müxtəlif ərazilərində alovlanan qardaş qırğınları. Bir sıra itlər yiyəsini tanımır və kimin əli kimin cibindədir suallarına hətta cib sahibləri də cavab verə bilmirdi... Lakin ANS işləyirdi! ANS ideologiya yaradırdı, ANS mədəni-maarif verilişləri ilə Azərbaycanın etnik azlıqlarını birləşdirirdi. Yəhudi Albert Aqarunov, Rus Yura Çorni, Kürd Ruslan Həsənov kimi qəhrəmanlar yaradaraq Azərbaycanı multikultural ölkə kimi təqdim edirdi dünyaya. Ölkədə fəaliyyət göstərən xarici kanalların bağlanması uğrunda vuruşurdu və onları açıq yayımdan çıxarmağa müvəffəq olurdu. ANS düşmən mövqedə olan ölkələrin TV kanalları ilə savaşır, onların ağızlarını yumurdu, əhalimizi onların təsirinə düşməyə imkan vermirdi. ANS yeni nəsil Azərbaycan jurnalistləri hazırlayırdı. ANS "Döyüş Alnınıza Yazılıb 2/216" ideologiyası ilə gələcək nəsli Qarabağ uğrunda döyüşə hazırlaşdırırdı. ANS işləyirdi!
Bu gün artıq o dövran yoxdur, bu gün Dövlət var, qanun var, qayda var, Ordu var! Bu gün vətəndaş özünü kifayət qədər mühafizə edilmiş hiss edir. Bu gün biz torpaqları itirmirik, geri alırıq. Bu gün ölkə büdcəmiz 20 milyard ABŞ dollarına yaxındır və hər gün Azərbaycana yalnız təbii sərvətlərin satışından 30 milyon ABŞ dollarından çox pul gəlir. Şükür Allaha!
Odur ki, o dövran qurtardı və ANS öz missiyasını tamamilə yerinə yetirdi və bu gün də fəaliyyətdədir.
Mənə zəng gəldi və mən sürücümün "probka"da mənə əl etdiyini gördüm və dərhal kofeyə görə pul ödəyərək və həmsöhbətimlə sağollaşaraq VMF Kafeni tərk etdim.
Ofisə gedərkən bütün yol boyu həmsöhbətimin məni sonadək anlamadığı gözlərini xatırlayırdım. Mən onu anlayıram - o zamanı və ANS-in hansı şəraitdə Vətənini qorumağını və bütün dünyaya dünyəvi, sivil və multikultural ölkə kimi göstərdiyi dövrünü görməyən anlamaz. Bu mənim, Seyfullanın və bizim əməkdaşlarımızın yolu idi və biz onu açıq alınla keçdik və bu günümüzə Şərəflə qədəm basdıq.
Odur ki, əziz ANS-çilər, hamınızı təbrik edir və bağrıma basıram. Fəxr edirəm ki, Sizinlə bir səngərdə çiyin-çiyinə döyüşmüşük! Sizinlə Azərbaycanın tarixini, videoxülasəsini yaratmışıq! Hər birinizin qarşısında baş əyirəm! Allah Sizi qorusun! Mən fəxr edirəm ki, mənim rəhbərliyim altında oddan-alovdan keçməyimizə baxmayaraq, mən bir dənə də olsun əməkdaşımı itirmədim! Hamısı sağ-salamat ailələrindədir!
Bu ağır, amma gözəl döyüş idi! Çətin, amma kişi dövrü idi ! Və biz, ANSçilər bu döyüşdən, bu dövrandan itkisiz və qələbə ilə çıxdıq!!!! Allah Azərbaycanımızı qorusun!Vahid Mustafa Yev
23-cü ilin aynasından baxan 32 yaşınızı təbrik edirəm!
Vahid Mustafa Yev
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycan muğamlarından olan "Nəva Dəstgahı”nın təqdimatı keçiriləcək. Mərasim Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Xalq artisti Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi konsertdə çıxış edəcəklər.

Bəs, "Nəva Dəsgahı” niyə Azərbaycan muğam sənətinin tədris proqramına salınmır?

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Nəva Dəsgahı”nın tədris proqramına salınması problem olaraq qalır:

"Bu muğamı əvvəlcə proqrama salmaq lazımdır. Bu məsələ sanki dalana dirənib. Komissiya olmalıdır, muğam oxunmalı və həmin komissiya tərəfindən təsdiq edilməlidir. Onu mən 1994-cü ildə oxumuşam. Sonra Əbülfəz Oğuz,. Alim Qasımov və Fərqanə Qasımova oxuyublar. Əsl "Nəva"nı bilən az xanəndə var, bir mən bilirəm demək olar. Mənim oxuduğum "Nəva"nı konsertdə iştirak edəcək şəxslər - Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi oxuya bilməzlər. Biz həmin muğamı nota köçürmüşük. Konsertdə güman ki, mənim 1994-cü və Fərqanə Qasımovanın 2017-ci ildə ifa etdiyimiz "Nəva"nı oxuyacaqlar. Bu, bizim deyil, İranın "Nəva”sıdır. Bu muğamı dərslik proqramına salmaq mümkündür”.

Qəzənfər Abbasov deyib ki, buna mane olan insanlar var:

"Xanəndəlik proqramında bu ifa yoxdur. Ona görə ki, məndən başqa bu muğamı oxuyan yoxdur. Kim də oxuyursa, yalançı "Nəva"dır. Kim istəsə, oxuyub proqrama sala bilərəm. Bu məsələ qaldırılmalıdır ki, aidiyyatı qurumlar "Nəva”nı proqrama salsınlar”.
 
Ardını oxu...Xaricdə yaşayan və işləyən insanlar üçün ən böyük məlumat mənbəyi olan “InterNations” dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib.

Reytinq tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb.

Yaşamaq üçün ilk üç ən yaxşı şəhər İspaniya şəhərləridir: Malaqa, Alikante, Valensiya. Ümumilikdə İspaniyanın ilk üç şəhəri ilə yanaşı, siyahıda Madrid və Barselona da yer alıb. Reytinq göstərir ki, İspaniya məskunlaşmaq üçün ən yaxşı həyat keyfiyyətinə malik ölkədir.

Siyahını İtaliyanın Milan şəhəri yekunlaşdırır.

Yaşamaq üçün ən yaxşı 49 şəhərin siyahısını təqdim edirik:

1. Malaqa (İspaniya)

2. Alikante (İspaniya)

3. Valensiya (İspaniya)

4. Ras-əl-Hayma (Birləşmiş Ərəb Əmirlikləri)

5. Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri)

6. Madrid (İspaniya)

7. Mexiko (Meksika)

8. Kuala Lumpur (Malayziya)

9. Banqkok (Tayland)

10. Maskat (Oman)

11. Dubay (Birləşmiş Ərəb Əmirlikləri)

12. Lissabon (Portuqaliya)

13. Barselona (İspaniya)

14. Amsterdam (Niderland)

15. Nayrobi (Keniya)

16. Sürix (İsveçrə)

17. Afina (Yunanıstan)

18. Stokholm (İsveç)

19. Lüksemburq (Lüksemburq)

20. Haaqa (Niderland)

21. Ər-Riad (Səudiyyə Ərəbistanı)

22. Praqa (Çexiya)

23. Tallinn (Estoniya)

24. Doha (Qətər)

25. Budapeşt (Macarıstan)

26. Tokio (Yaponiya)

27. Sidney (Avstraliya)

28. Sinqapur (Sinqapur)

29. Lozanna (İsveçrə)

30. Cenevrə (İsveçrə)

31. Brüssel (Belçika)

32. Varşava (Polşa)

33. Kopenhagen (Danimarka)

34. Honkonq (Honkonq)

35. Toronto (Kanada)

36. Vyana (Avstriya)

37. Frankfurt (Almaniya)

38. Münhen (Almaniya)

39. Nyu-York (ABŞ)

40. Seul (Cənubi Koreya)

41. Paris (Fransa)

42. London (Böyük Britaniya)

43. İstanbul (Türkiyə)

44. Dublin (İrlandiya)

45. Berlin (Almaniya)

46. Hamburq (Almaniya)

47. Vankuver (Kanada)

48. Roma (İtaliya)

49. Milan (İtaliya)
Mənbə: avtosfer.az
Ardını oxu...
“Gizlin deyil ki, elə aktyor var ki, səhnədə tamaşa zamanı sözün yadından çıxar, dayanıb üzünə baxar. Heç kömək də etməz ki, təki sən pis vəziyyətdə qalasan. Belə hallar təbii ki, olur. Çünki teatr canlı sənətdir. Nurəddin Mehdixanlı, Füzuli Hüseynov bu barədə mənə çox köməklik ediblər. Onlarla tərəf müqabili olmuşam deyə rahatlıqla adlarını çəkirəm”

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra mərhum həmkarı Fuad Poladovu xatırlayıb.

“Fuad Poladov işinə qarşı çox məsuliyyətli idi. Adətən məşq vaxtı zarafatlar edirdik, deyib-gülürdük. Amma Fuad səhnədə olanda hamı özünü yığışdırırdı. Nə zarafat edən olurdu, nə də ki, artıq söz deyən. Fuadın şəxsiyyəti o qədər böyük idi ki, mən onunla nə qədər yaxın idimsə, özümə dost bilirdimsə belə özümü səhnədə yığışdırırdım ki, Fuadla məşq edirəm. Çox nadir hallarda elə sənətkarlar olur. Səhnədə də eynən belə idi. Fors-major hallarda səni situatsiyadan çıxarardı” deyə aktrisa bildirib.

Aktrisa efirlərə nadir hallarda çıxmağının səbəblərindən də danışıb.

“Bəzən bir neçə verilişə gedirsən, eyni sualları sənə ünvanlayırlar. Eyni suallara da cavabım eyni olur da. 1 ayın içində fikrini dəyişmirsən ki?! Təkrarçılığı sevmirəm” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Bakıda türkiyəli müğənni Hüsamettin Tarkan Tevetoğlunun (Tarkan) konserti başlayıb.
APA xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan konsertə maraq böyük olub.
Müğənni səhnədə ilk olaraq "Yolla" mahnısını ifa edib.
Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.

 
Ardını oxu...
“Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda “Hini olmayan toyuqlar var, harada yumurtlayım” deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam “Gül kimi şou”da deyib.

O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:
“Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.

Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur”.

 
 
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının yaradılması kino ictimaiyyəti arasında müzakirələrə səbəb olub.

Bəzi kino nümayəndələri hesab edirlər ki, kinonun inkişaf etməsi üçün əsas şərtlərdən biri bədii məhsula liberal münasibətdir.

Onların fikrincə, kino azad olmalı və ona senzura tətbiq edilməməlidir.

Kinoşünas Aygün Aslanlı hesab edir ki, Mədəniyyət Nazirliyi bu yolla kinoya senzura və nəzarəti artırmaq istəyir:

“Bir ay öncə Bakıda keçirilən “DokuBaku” festivalında bir neçə filmə sensura qoyulmuşdu. Biz buna etiraz etmişdik. Mədəniyyət nazirinə məktub yazıb, açıqlama istəmişdik. Bizə heç bir rəsmi, yazılı cavab vermədilər. Mədəniyyət Nazirliyi Ekspert Şurası yaratmaqla senzuranı rəsmiləşdirdi”.

Həmin tədbirdə iştirak edən Xalq artisti, aktyor, Azərbaycan Kinematorqafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev isə Şuranın yaradılmasının tərəfdarıdır:

“Mənə belə gəlir ki, tədbir zamanı qoyulan məsələlər kollegial şəkildə müzakirə olunsa, ümumi işimizə hərtərəfli xeyri ola bilər. Hiss edirik ki, Mədəniyyət Nazirliyi bu işlə ciddi məşğul olur. Toplantıya Vaqif Mustafayev, Fəxrəddin Manafov, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Həmidə Ömərova, mən və başqa kino xadimləri dəvət olunmuşdu. Bizi çağırmışdılar, amma bilmədik ki, Ekspert Şurasının üzvüyük, ya yox. Açığı, kino çox pis vəziyyətdədir. Müəyyən səbəblərə görə belə vəziyyətə gəlib. Kinonu bu vəziyyətdən çıxarmaq lazımdır. Düzələcəyinə ümid edirik”.

Kino tənqidçi Sevda Sultanovanı düşündürən məsələ isə Şuranın tərkibi və nəzarət mexanizmi ilə əlaqədardır:

“Burada əsas məsələlərdən biri Ekspert Şurasının tərkibidir. Şuranın tərkibi açıqlanmayıb. Əgər tutaq ki, Şurada Vado Karovin təmsil olunacaqsa, onun hansısa filmin, kontentin məzmununu qiymətləndirməsi üçün hansı intellektual imkanları, zövqü var? Azərbaycan dilini bilmir, rəhbəri olduğu “Space” kanalının əksər verilişlərində adi ekran mədəniyyəti, estetik zövq yoxdur”.

“Mühafizəkar düşüncənin, subyektivliyin filmlərin şikəst edilməsinə gətirib gətirməməsi də başqa problemdir. Kinotənqidçi olduğuma görə, məni daha çox kinonun vəziyyəti maraqlandırır. Digər tərəfdən filmlərin məzmununu kino peşəkarları qiymətləndirməlidir”, – Sevda Sultanova deyib.

Rejissor Elvin Adıgözəl isə Meydan TV-yə deyir ki, Azərbaycanda kino sənayesi, kino qanunu, “prokat” sistemi olmadığı halda nəzarət şurasına da ehtiyac yoxdur:

“Tədbirdə qeyd edilib ki, dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərə nəzarət olunacaq. Ölkədə dövlət büdcəsindən maliyyələşən çoxmu film çəkilib? Harada “prokat” gedir ki, nəzarət də olsun? Müstəqil kino çəkənlər filmi zatən xaricdə göstərir. Kommersiya filmindən əldə olunan gəlir də biabırçılıqdır. Şuranın yaradılması, kino sənayesi, “kino prokatı”, yenilənmiş kino qanunu olmayan ölkədə heç bir məna kəsb etməyən nəzarət şurasıdır, məqsədsiz senzuradır”.

Mədəniyyət naziri Adil Kərimli Ekspert Şurasının yaradılması zərurətindən danışıb.

Kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac olduğunu deyib. Hələ ki Şuranın tərkibi açıqlanmayıb.

Həmçinin kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlara nəzarətin hansı meyarlar əsasında aparılacağına dair məlumat verilməyib.
 
 


 
Ardını oxu...
Türkiyənin məşhur “Kurtlar vadisi” serialında Cerrahpaşalı Hüseyn obrazını canlandıran Engin Duru infarkt keçirib.

Bu barədə ölüm və xəstəlik xəbərlərinə görə “Fəlakət tellalı” ləqəbi ilə məşhurlaşan vokal sənətçisi və şou-biznes müxbiri Onur Akay məlumat verib.

Onur Akay Engin Durunun həyat mübarizəsi verdiyini bildirib.

“İnfarkt keçirən Engin Duru xəstəxanaya yerləşdirilib. 60 yaşlı oyunçumuz təəssüf ki, intubasiya olunub və həyat uğrunda mübarizə aparır. Ona tez bir zamanda şəfa diləyirəm və sizdə də dualarınızı əsirgəməməyi xahiş edirəm”, - deyə o vurğulayıb.
Engin Duru 1963-cü ildə Eskişehirdə anadan olub. “Kaygısızlar” və “Karışık pizza” kimi layihələrdə rol alıb. Həmçinin son illərdə karyerasını “Kurtlar vadisi”, “Türkler çıldırmış olmalı” və “Abuzer Kadayıf” filmləri ilə davam etdirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
 
 
Ardını oxu...
Azərbaycanda televiziyaların reytinqi həm də İPTV və OTT platformalarda ölçülür. Alternativ bir datadır.
Burada əsas parametr izlənmə saatıdır.
Oktyabr ayı üçün bu platformalarda TV-lərin izlənmə göstəricilərini təqdim edirəm.
Ölçmə 30 min abunəçi bazası əsasında aparılıb.
Osman Gunduz
Teref. Xocanın Blogu
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti