Xanəndə həmkarlarını tənqid etdi:
Azərbaycan muğamlarından olan "Nəva Dəstgahı”nın təqdimatı keçiriləcək. Mərasim Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Xalq artisti Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi konsertdə çıxış edəcəklər.

Bəs, "Nəva Dəsgahı” niyə Azərbaycan muğam sənətinin tədris proqramına salınmır?

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Nəva Dəsgahı”nın tədris proqramına salınması problem olaraq qalır:

"Bu muğamı əvvəlcə proqrama salmaq lazımdır. Bu məsələ sanki dalana dirənib. Komissiya olmalıdır, muğam oxunmalı və həmin komissiya tərəfindən təsdiq edilməlidir. Onu mən 1994-cü ildə oxumuşam. Sonra Əbülfəz Oğuz,. Alim Qasımov və Fərqanə Qasımova oxuyublar. Əsl "Nəva"nı bilən az xanəndə var, bir mən bilirəm demək olar. Mənim oxuduğum "Nəva"nı konsertdə iştirak edəcək şəxslər - Aygün Bayramova, Gülyaz Məmmədova və Fəraməz Gərmrudi oxuya bilməzlər. Biz həmin muğamı nota köçürmüşük. Konsertdə güman ki, mənim 1994-cü və Fərqanə Qasımovanın 2017-ci ildə ifa etdiyimiz "Nəva"nı oxuyacaqlar. Bu, bizim deyil, İranın "Nəva”sıdır. Bu muğamı dərslik proqramına salmaq mümkündür”.

Qəzənfər Abbasov deyib ki, buna mane olan insanlar var:

"Xanəndəlik proqramında bu ifa yoxdur. Ona görə ki, məndən başqa bu muğamı oxuyan yoxdur. Kim də oxuyursa, yalançı "Nəva"dır. Kim istəsə, oxuyub proqrama sala bilərəm. Bu məsələ qaldırılmalıdır ki, aidiyyatı qurumlar "Nəva”nı proqrama salsınlar”.
 

Dünyapress TV

Xəbər lenti