Ardını oxu...
Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.
Bu barədə teatrdan məlumat verilib.
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.
Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.
1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.
1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib.
1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
6 yanvar 2016-cı ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur.
12 avqust 2022-ci ildə "Şərəf" ordenina layiq görülüb.
Tanrı ruhunu şad etsin!
 

Ardını oxu...
 
 

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.

 

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən e-huquq.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.


 

XalqXeber.Az
Ardını oxu...
Dünya şöhrətli aktyor Bred Pitt 105 yaşlı qonşusuna humanist jestilə insanların sevgi və rəğbətini qazanıb.

KONKRET.az xəbər verir ki, qonşuları bir müddət əvvəl evini 40 milyon dollara satışa çıxaran ünlü aktyorun insanlığından ağızdolusu danışıblar.

Məlum olub ki, bir müddət öncə aktyor 30 illik evini satışa çıxarıb. Keçmiş həyat yoldaşı Ancelina Coli və altı uşağı ilə 2016-cı ilə qədər bu evdə yaşayan Pitt bu illər ərzində evi demək olar ki, yenidən tikib.
Ardını oxu...
Ötən günlərdə evini 39 milyon dollara sata bilən Pittin orada yaşadığı müddətdə qonşularına qarşı son dərəcə səxavətli olduğu ortaya çıxıb. Keçmiş qonşulardan biri, aktrisa Kassandra Peterson Pittin 105 yaşlı qonşusuna milyon dollarlıq malikanədə illər boyu kirayə haqqı ödəmədən yaşamağa icazə verdiyini açıqlayıb.

Kassandra ünlü aktyorun həyat yoldaşını itirən yaşlı qonşusuna isti münasibətindən və qayğısından danışıb. Bildirib ki, Pitt ətrafdakı mülkləri satın almaqla öz malikanəsini tikmişdi: “Onlardan biri doxsan yaşlarında olan Con adlı kişiyə məxsus idi. Onun arvadı vəfat etmişdi və Bred Conun ölənə qədər heç nə ödəmədən orada yaşamasına icazə vermişdi”.
Ardını oxu...
Peterson qonşu olduqları müddətdə aktyor yoldaşının ona qarşı da həmişə mehriban və diqqətcil olduğunu deyib.

Qeyd edək ki, Pittin sözügedən malikanəsi qapalı bir icma daxilində yerləşirdi və 110 ildən çox zəngin bir tarixə malikdir. O, 1910-cu ildə neft baronu tərəfindən inşa edilib və rok əfsanəsi Jimmy Hendrixin 1967-ci ildə “May This Be Love” hitini qələmə aldığı yer kimi tanınır.
Ardını oxu...
Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə “Molla Nəsrəddin” jurnalı ilə satirik jurnalistikanın əsasını qoyub. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Onun 1920-ci ildə qələmə aldığı “Anamın kitabı’’ dram əsərini oxuyan oxucu XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətindəki Vətənə, xalqa, ana dilinə olan laqeydliyi açıq bir şəkildə görür. Bu laqeydliyin Azərbaycan ziyalılarında daha çox olması ziyalıların səhv yol tutduqlarının başlıca göstəricisi idi. Cəlil Məmmədquluzadə bu laqeydliyi tənqid etməkdən heç vaxt əsla çəkinməmişdir. Ədib “Anamın kitabı’’ dram əsərində xalqın nicat yolunu milli kimlikdə, vahid, azad Vətən ideyası ətrafında birləşməkdə görür.

“Anamın kitabı’’ əsəri üç qardaş olan: Rüstəm bəyin, Mirzə Məmmədəlinin və Səməd Vahidin geyimlərinin, danışıqlarının, həyata baxış tərzlərinin fərqlənməyi ilə bir ailənin daxilindəki uçurumu təsvir etməklə o dövrü oxucu gözündə canlandırır. Rusca ali təhsil almış və zehincə ruslaşmış Rüstəm bəy özünü “intelligent” sayır. O, geyim kimi pidjak, jilet və nişastalı yaxalı köynәk geyinir və çox zamanda eynәkdə və boğazında qalstuku olur. Onun digər qardaşı İranda oxumuş Mirzə Məmmədəli isə həm geyiminə, həm də danışdığı dil ilə qardaşlarından tamamilə fərqlənir. Onun başına uca İran börkü qoyur və əyninə isə uzun çuxa, gen şalvar, ağ corab geyinir. O, adəti üzrə başmaqlarını qapının ağzında çıxardıb yerdә diz üstә oturur və hәmişәdə әlindә tәsbeh vә gözündә eynәk olur. Onların ən kiçik qardaşları olan Səməd Vahid isə İstanbulda oxumuşdur. Onunda geyimi digər qardaşları kimi təhsil aldıqları yerin geyim tərzinə uyğundur. O, başına qırmızı fəs qoyur və әyninә pidcak, jilet, ağ yaxalı köynәk vә qalstuk geyinir.Gözlərində isə eynәk olur. Bu üç qardaşın geyimləri kimi zövqləri, dünyagörüşləri də bir-birinin tamamilə əksidir. Ataları mərhum Əbdüləzim oğlanlarından fərqli olaraq, vətənpərvər və milli ənənələrə bağlı bir kişi olmuşdur. Qardaşların milli ənənələrdən tamamilə uzaq düşmələri demək olar ki, onları biri-birinə tamamilə yadlaşdırdı. Onlar biri-birinə o qədər yadlaşdı ki, artıq bir ailədə, bir otaqda belə yaşaya bilməyəcək vəziyyətə çatdılar. Ədibin “Anamın kitabı’’ dram əsəri dörd mәclisdәn ibarətdir. Dramaturq bu üç qardaşın dostlarınında eynilə özləri kimi olduğunu təsvir edir. Əsərdə yaradılan Aslan bәy obrazı hәr cәhәtdәn Rüstәm bәyә oxşayır. Mirzә Bәxşәli obrazıda hәr cәhәtdәn Mirzә Mәhәmmәdәli ilə eynidir. Hüseyn Şahid də hәr cәhәtdәn Sәmәd Vahidә oxşayır. Müəllif bu obrazlarla cəmiyyətdəki uçurumun genişliyini oxucuya çatdırmışdır. Dramaturq əsərin əvvəlində Rüstәm bәyin, Mirzә Mәhәmmәdәlinin vә Sәmәd Vahidin ümumi kabinәsinin təsviri ilə üç hissəyə parçalanmış vətəni əlaqələndirir: “Bir tәrәfdә böyük yazı stolu, üstündә qırmızı mahutdan örtük, yanında neçә dәnә sandalya, kitab şkafı, stolun üstündә vә şkafın içindә kitablar. Stolun üstündә telefon, mürәkkәb qabı, qәlәmlәr, kağızlar vә qeyri yazı әşyası. Bu-Rüstәm bәyin yazı stolu. Bir tәrәfdә qoyulub kitab qәfәsәsi üstә kitablar, yanında bir dәnә sandalya. Bura Sәmәd Vahidin yeri. Bir tәrәfdә qoyulub sandıq, içindә vә üstündә yekә vә qara cildli köhnә müsәlman kitabları. Sandığın yanında döşәk. Bu da Mirzә Mәhәmmәdәlinin yeri”.

Dramaturq əsərin əvvəlindən sonuna kimi qardaşları məşğul, bir dəqiqə belə işlərindən ayrıla bilməyən insanlar kimi təsvir edir. Rüstәm bәy əsərin əvvəlindən başlayaraq, lüğəti üçün yeni söz axtarır. Hər üç qardaş heç bir məsələdə ortaq qərara gələ bilmədiyi kimi bacıları Gülbaharında evlənmək məsələsində bir qərara gələ bilmirlər. Rüstәm bәy Gülbaharı Aslan bәyә, Mirzə Mәhәmmәdәli Mirzә Bәxşәliyә, Səməd Vahid isə Hüseyn Şahidә verək deyir. Qardaşların bu işindəndə bir mәtlәb hasil olmur. Dramaturq əsərdə Gülbaharın sözləri ilə qardaşların nə dərəcə yola gedə bilmədiyini göstərir. “Sizin mәnim barәmdә çalışmağınız әbәsdir; çünki mәn bilirәm ki, mәn bir kәsi xoşlasam da, sәn razı olsan, Mәhәmmәdәli dadaşım razı olmayacaq; Mәhәmmәdәli dadaşım razı olsa, sәn izin vermәyәcәksәn; hәr ikiniz dә xoşlasanız, Sәmәd dadaşım bәyәnmәyәcәk. Bir yadınıza salın, görün indiyә kimi mәnim üstümdә siz üç qardaşın neçә dәfә dava-mәrәkәsinә qonşular yığışıb tamaşaya. Yox-yox, mәn heç kәsә getmәk istәmirәm. Kaş siz bir-biriniznәn yola gedin”.

Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında vətəni, doğma yurdu təmsil edən Qurban, Qәnbәr, Zəhra bәyim, Gülbahar kimi obrazlar yaratmışdır. Ədib əsərdə cәmiyyәti-xeyriyyәnin iclasında iştirak edən Gülbaharın sözləri ilə öz mövqeyini oxucuya çatdırır. “Vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mәn bir söz başa düşmәdim”.

Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında vətəninə, doğma yurduna layiqli olmayan üç qardaşın, yәni Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahidin mәnzilinin axtarılması, kitabxanalarının müayinә edilməsi, mәzmunlarının tәftiş vә tәhqiq edilməsi səhnəsində Rüstәm bәyin, Mirzә Mәhәmmәdәlinin vә Sәmәd Vahidin əsl simalarını açıb göstərmişdir. Ədib qardaşların soyadları ilə də onların əsl simasını ifşa edir. Rüstәm bәy özünü Rüstәm bәy Әbdülәzimof kimi, Mirzә Mәhәmmәdәli Mirzә Mәhәmmәdәli xәlәfi-mәrhum Ağa Әbdülәzim kimi, Səməd Vahid isə Әbdülәzimzadeyi Sәmәd Vahid kimi təqdim edir.

Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ dramında senzorun sözləri ilə müəllif mövqeyini ortaya qoyur. “Sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә Әdәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını–ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә–bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib, qәlәm ilә çalışmaqdasınız”.

Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ pyesində Rüstәm bәyin monoloqu ilə XX әsrin bir çox ziyalılarını ifşa edir. “Hәlә indiyә kimi xalq bir şeyi başa düşmürdü. İndiyә kimi xalq deyirdi: mәrhәba-Әbdülәzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm tәhsil edib, biri İstambulda, biri Nәcәfül-әşrәfdә. Üçü dә, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylәnәcәk ki, haman üç alimlәrin biri (Mirzә Mәhәmmәdәliyә işarә edir) xüsüf-küsuf duası yazır; biri (Sәmәd Vahidә baxır) mәfailün fәilatün; biri dә … (özünә baxır), vallah, mәn özüm dә heç başa düşmürәm ki, mәn nәçiyәm”.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi yüksək ideyasına və dərin məzmununa görə bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlaya bilmişdir. Əsərdə qardaşlarının kitablarını yandıran Gülbahar qardaşlarının bir-birinə bu qədər yadlaşmalarına üsyan edirdi. Əsərdə öz milli köklərindən ayrılanların faciəsinə toxunulmuşdur. Cəlil Məmmədquluzadə “Anamın kitabı’’ əsəri üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın isə dramıdır. Əsər Azərbaycanın milli birliyinə həsr olunub.
Həcər Atakişiyeva
gununsesi
Ardını oxu...
Bir müddətdir ki, məşhur türkiyəli sənətçilər Demet Özdemir və Oğuzhan Koçun evliliklərinin üzərində qara buludların dolaşdığı iddia edilir.

Müğənni-aktyor Oğuzhan Koç və aktrisa Demet Özdemirin evliliklərində problemlər yarandığı deyilir.

Demet Özdemirin Oğuzhan Koçla dava etdiyi və evdən çıxaraq bir həftə sonra geri qayıtdığı iddia edilib.

Hələ də aralarında soyuqluq hiss olunan cütlük sonunda peşəkar yardım almaq qərarına gəlib və bu təklif Demet Özdemir tərəfindən irəli sürülüb. Demet Özdemir həyat yoldaşı Oğuzhan Koça cütlük terapevtinə getməyi təklif edib. Oğuzhan Koç bu təklifi qəbul edib.

Evliliklərindəki problemləri həll edə bilməyən Oğuzhan Koç və Demet Özdemirin cütlük terapiyası almağa başladığı bildirilib. Onlar bir müddətdir ki, terapiyadan keçirlər.

Həmçinin nikah üzüyünü taxmayan Demet Özdemir yaxın ətrafına bunun boşanma ilə əlaqəsinin olmadığını deyib. “Onsuz da adətən üzük taxmıram. Bunun problemlər və ya boşanma ilə bir əlaqəsi yoxdur”, - deyə o qeyd edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
Ardını oxu...
53 yaşlı P Diddi 1997-ci ildə yazdığı “I'll Be Missing You” mahnısında Stinqin 1983-cü ildə yazdığı “Every Breath You Take” sinqlından icazəsiz istifadə edib və hazırda təzminat olaraq ona hər gün 5000 dollar ödəyir.

Bu günlərdə Stinqin 2018-ci ildə “The Breakfast Club”a müsahibəsi internetdə yayılıb. Britaniyalı ifaçı P Diddidən gündə 2 min dollar aldığını bildirib.

Bundan sonra reper nağd ödənişlərin dəqiq dəyərini açıqlamaq qərarına gəlib. Sənətçi tvitində “Qardaşım Stinqə sevgilərlə” yazıb.

Qeyd edək ki, müsahibədə 71 yaşlı musiqiçi reperlə artıq çox yaxşı dost olduğunu deyib.

Mənbə: gazeta.ru
Ardını oxu...
Xalq şairi Ramiz Rövşən Xalq artistləri Rasim Balayev, Alim Qasımov və mərhum Xalq şairi Zəlimxan Yaqubla maraqlı xatirəsindən danışıb.

“Sherg.az” xəbər verir ki, R.Rövşən bu mövzudan “Ötən günlər” verilişində qonaq olarkən söz açıb. O bildirib ki, əhvalat Türkiyədə olub:

“Nəsimi hər zaman Rasimlə olub. Bu rolla bağlı bir epizodu Alimin icazəsi ilə danışacam. Deməli, Türkiyədə idik. Rəhmətlik Zəlimxan Yaqub xanımına dəri gödəkcə almaq istəyirdi.

Çox adamdan, həmçinin Alimdən də soruşdu ki, sən dünyanı gəzmisən, burada da çox olmusan, bilərsən ki, yaxşı dəri gödəkcə harada olur?
Alim də qayıtdı ki, onu məndən yox, Rasimdən soruş, onu bir dəfə soyublar, dərinin qiymətini o, bilər”.
Ardını oxu...
“Ən gənc fəxri ad alan sənətkarlardan biriyəm. Bu mənim məsuliyyətimi daha da artırdı. Daha sonra paxıllıq edənlər, qısqanclıqlar meydana gəldi. Ulu öndər Heydər Əliyev mənə çox gənc yaşımda “əməkdar artist” fəxri adı ilə təltif etmişdi. Hətta ulu öndər biz sənətçilərlə görüşündə də bildirmişdi ki, “mənim qulağıma çatıb və deyirlər ki, çox gənc yaşda olan xanəndəyə fəxri ad vermisən”. O daha sonra əlavə etdi ki, “elə sənətçilər var ki, 40 ildir sənətdədir, amma Azərbaycanın heç bir ölkədə bayrağını dalğalandırmayıb. Amma Simarə Özbəkistana gedib, “Qran-pri” qazanaraq hətta Özbəkistanın xalq artistini də geridə qoydu”. Onun bu sözləri heç vaxt yadımdan çıxmaz. O qədər sevincli, fərəhli idi ki. Özbəkistanın Səmərqənd şəhərində 46 ölkə sənətçiləri arasında “Qran-pri” mükafatına layiq görüldüm və Azərbaycana qalibiyyət qazandırdım. Çox xoşbəxt sənətkaram ki, ilk xeyir-duamı sənətdə ulu öndər verib”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib.

“Hər zaman çalışmışam ki, milli musiqimizi, muğamlarımızı layiqincə təmsil edim. Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Sənətkar ailəsindən stimul almalıdır. Onu başa düşən həyat yoldaşı olarsa, sənətdə də uğurlar qazanar. Ailəmdən hər zaman arxayın olmuşam. Məni dəstəkləyən ailəm, həyat yoldaşım olub. Ailədən də mənə dəstək olan həmişə anam olub. Rayon yeri idi, ata, qardaş, əmi və dayılar razı deyildilər, amma anamın ən böyük arzusu idi ki, məni bu sənətdə görsün. Efirlərdə məni az-az görəndə deyirdi ki, gözüm səni axtarır. Narahat olurdu” deyə sənətkar bildirib.

Xanəndə tələbələrindən də danışıb.

“Tələbələrim çoxdur, hamısı da istedadlıdır. Bəzən görürəm ki, bu sənətə heç aidiyyatı olmayan insanlar da gəlmək istəyir. Onlara deyirəm ki, “ay bala, get başqa sənətin qulpundan yapış, bu sənət sənlik deyil”. Bəlkə də o başqa istedadlı bir insanın yerini tutur. Mən onlara çox məsləhətlər verirəm, hətta verilişlərə belə məsləhət görürəm ki, hansına çıxsınlar. Çünki mən özüm də hər verilişə getmirəm, seçim edirəm. Mən sənətdə ilk addımlarımı atanda çalışmamışam ki, ulduza çevrilim. İstəmişəm ki, həmişə öyrənim. Bu gün bir az məşhurluğa qaçmaq istəyənlər daha çoxdur. Hamıda ulduz xəstəliyi var” deyə sənətkar deyib.

“Hansı sənət adamları ilə dostsunuz?” sualına xanəndə belə cavab verib.

“Ən yaxın rəfiqəm anam olub. Ürək sözümü o bilib, onunla bölüşmüşəm. Mənə elə gəlir ki, elə qız anası ilə rəfiqəlik etməlidir. Desələr ki, anan gələcək, onu qarşımda görmək üçün gözümü qırpmadan o biri dünyaya getməyə hazır olaram. O ki, qaldı dostluğa.. Bütün sənətkarlarla, həmkarlarımla münasibətim yaxşıdır. Amma hamı ilə məsafə saxlayıram. Bəzən ürəyimin təmizliyindən hamını özüm kimi bilib, ürək sözümü deyirəm. Sonra peşman oluram” deyə sənətkar deyib.
 
Ardını oxu...
“Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. “Moşu” obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

““Bəxt üzüyü” filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, “Vallah bu Moşu olacaq, sifət Moşudur da”. Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. “Moşu”-nun pejamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, “Moşu mənəm”. “Bəxt üzüyü” filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi” deyə sənətkar bildirib.

Valeh Kərimov gənclik illərindəki sevgisindən də danışıb.

“Evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim ki, mənə evliliklə bağlı sual verməyin. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız” deyə sənətkar bildirib.

Valeh Kərimov xalq artisti Afaq Bəşirqızı ilə tanışlığından da danışıb.

“1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da “Komsomol” tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. “Lənkəran xanının vəziri” tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Artist dözə bilər? Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi” deyə sənətkar bildirib.
Ardını oxu...
Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2023”) Sərgisi öz işinə başlayıb. "Report" xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiyə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, pandemiya dövründə ən çox neqativ təsirlərə məruz qalmış sahələrdən olan turizm sektoru bərpa olunmaqdadır. Bu yaxınlarda pandemiya ilə bağlı tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar da sektorun dirçəlişinə müsbət təsir göstərəcək. Üç illik fasilədən sonra keçirilən “AİTF 2023” Sərgisi yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verir.

Orxan Məmmədov KOBİA-nın turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər, o cümlədən Agentliyin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi kənd qonaq evləri layihəsi barədə də məlumat verib. Əhatə dairəsi genişləndiriləcək layihənin yerli sakinləri sahibkarlıq fəaliyyətinə təşviq etdiyi və gəlirlərinin artmasına müsbət təsir göstərdiyi vurğulanıb.

Qeyd: Yerli və xarici şirkətlərin turizm xidmətlərinin təqdim olunduğu sərgi aprelin 6-dək davam edəcək. Sərgi çərçivəsində ikitərəfli görüşlər, fotosərgi, səyahət blogerləri ilə bağlı tədbir, “Turizm sahəsinin mütəxəssisi ol” mövzusunda panel müzakirə də keçiriləcək.

Dünyapress TV

Xəbər lenti