Sovet vaxtı 70 il insanları belə düşünməyə vadar ediblər - plakat, şüar, vərəqə, qəzet, radio, məqalə, broşür, kitab, şer, poema, hekayə, povest, roman, dərsliklər, - əlifba kitabından başlamış, - təbliğat, təşviqat, ədəbiyyat, sənət, tətbiqi sənət, rənggarlıq, qrafika, musiqi, heykəltəraşlıq, mozaika, xalçaçılıq, təkəlduza qədər - bütün sənət növləri bi ideyaya işləyib. İnanmayan, razılaşmayana - həbs, işgəncə, güllələnmə, yaxşı halda Sibir, QULAQ, bəlkə sağ qaldın, ölümcül xəstə qayıtdın. Televiziya çıxandan, bədii filmlər istehsalı artandan sonra beyinlərin yuyulması daha geniş çapla və uğurla davam edib. Türk adı, etnonimi belə yasaq olunub, bir nadan mənimlə 3-4 gün öncə mübahisə edirdi ki, Azərbaycan respublikası yaranandan bizim adımız azərbaycanlı olub. Elə deyil, 1936-da, Stalin repressionlarının şıdırğı vaxtı dəyişiblər. Atam danışmışdı - 1936-cı ildə, Azərbaycanda pasportları dəyişəndə - içində "milliyyəti: türk" yazılan köhnələri yığıb əvəzinə yenisini, içində "milliyyəti: azərbaycanlı" yazılan təzələri verındə mən Moskvada tələbə idim. Pasportum köhnə qaldı. Moskva Vilayət Pedaqoji İnstitutu bitirib Bakıya qayıdanda, - ilini də demişdi, unutmuşam, 1937-39-cu illər, - pasportumu görən, məni tanımayan adamlar qorxa-qorxa baxırdı, provokatora oxşadırdılar. Pasportumu tez dəyişdim ki, NKVD bunu də söz edər. , - Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu qalın, çox ciddi, sanballı görünən elmi kitablar buraxıb, bizim türk yox, türkdilli (!) xalq olduğumuzu bizə öz alimlərimizin sözləriylə, kitablarıyla izah və subut edib - biz, türk olmayan yeri xalq, gəlmə türklərin dilini götürmüşük. Elmi nəzəriyyə kimi istisna eləmək olmaz, mümkündü, amma bir sual açıq qalır. Elə isə niyə dilimizdə - indiki Azərbaycan türk dilində əvvəlki dildən qalan, bir dənə də qeyri-türk sözü yoxdu? Ata evimdəki o kitablar yaxşı yadımdadır. Yaxşı ki atam ehtiyatla da olsa başqa mətləbləri, həqiqəti mənə anlatmışdı, yazmışam bu barədə, hələ yenə yazacağam. 70 il sovet, hələ ondan qabaqkı "Azərbaycan xanlıqlarının Rusiyaya biləşdirilməsi" dövrünü demirəm. Üstəgəl müstəqillik dövrünün balanslı rusiyayönlü siyasəti. Odur ki, insanları çox da qınamaq olmaz.. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türklərin 1918-də Naxçıvana kiçik hərbi hissə göndərərək babam Möhsün Sultanovu, ailəsini, o vaxt 8 yaşlı uşaq olan atamı şəhərə mühasirəyə alan Andranik qoşunundan xilas etməsi haqqında 2006-da böyük məqalə-xatirə yazmışam, "Реальный Азербайджан" həftəliyində, tapsam, bir daha burada paylaşacam. 30 illik müstəqilli dövrü ərzində əsas 2 dəfə - 1992-93-cü və 2019-20-ci illərdə Türkiyəyə müraciət etdik, iriçaplı köməyini aldıq, ikisində də böyük uğur qazandıq. Daha "Türk Yıldızları"nın Azərbaycana gəlişini, Bakı səmasında qanad çalmasını, İranın Xəzərdəki lotu hərəkətlərinin qarşısının almasını və bu kimi "xırda" dəstəyini demirəm. Mövzuyla bağlı biri atamın xatirələri əsasında yazılan iki məqaləmi şərh bölümünə yerləşdirirəm. Şəkil Dadaş Bayramovun divarından götürülüb. Cingiz Sultansoy Teref.az
Ukrayna prezidentinin bazar günü keçirilən Oskar mərasimində televiziya vasitəsilə iştirakına icazə verilməyib.
Xarici medianın məlumatına görə, Akademiya Mükafatlarının təşkilatçıları və direktorları Vladimir Zelenskinin builki mərasimdə çıxış etmək istəyini rədd ediblər. Qeyd edək ki, 2023-cü il Oskar Mükafatları 12 Mart Bazar günü keçiriləcək.
Keçən ay "Space tv"dən getdiyini açıqlayan tanınmış aparıcı və jurnalist Turan İbrahimov bir çox sahələrdə onu narahat edən məsələlərdən yazıb.
Publika.az xəbər verir ki, iradlarını sosial media hesablarında paylaşan məşhur çox sərt çıxış edib.
"Media sahəsindəki yaramazlara, ictimai-siyasi sektordakı riyakar əxlaqsızlara, özünü vətəndaş cəmiyyəti fəalı sayan beyinsizlərə, biznes dairələrindəki acgöz, namussuz əbləhlərə baxanda yaşadığım həyat tərziylə qürur duyurm. Təkəbbürə yozmayın. Ünvana deyilmiş söz sayın!", - Turan İbrahimov qeyd edib.
Fransız türkoloqu L.Bazin qədim türklərdə biri ATA QURD, digəri isə ATA BUĞA əsasında “ikili mənşəyi” əks etdirən iki fərqli adət-ənənənin olduğunu bildirib. Oğuza adını verən ata BUĞA-dır. Oğuz ömrü boyu canavarın himayəsinə və hidayətinə can atıb. Oğuz xan dastanında Ay Oğuzu dünyaya gətirən Tanrı kimi təqdim olunur. Bu bizi Oğuzun Kosmik Xan olması fikrinə aparır. Yəni Oğuzların Əcdadı Buğanın Ana Ayıdır. Qədim dövrlərdən bəri ilahi qəhrəmanların əlaməti buynuzlu tacdır. Orta əsr miniatürlərində Oğuz xan və oğulları buynuzlu təsvir edilmişdir. Kempbellin sözlərinə görə, Buğa "Müqəddəs Ay Buğası" kimi tanınır. Onun buynuzları Ayın alleqoriyasıdır və Tanrının simvoludur. Nuray Bilgili Teref.az
“Mən professional musiqi ilə uşaq yaşlarından məşğul oluram. Ona görə də bu gün böyük səhnələrdə çıxış edirəm. Biz Azərbaycanda yaşayırıq. Bəzən sual verirlər ki, “siz xaricdə yaşayırsınız?”. Bir çox ölkələr mənimlə müqavilə bağlamaq istəyib ki, sırf orada yaşayıb, fəaliyyət göstərim. Mən qəbul etməmişəm. Öz vətənimi o qədər çox sevirəm ki. Həyat yoldaşım da adət ən-ənələrimizi çox böyük məhəbbətlə qarşılayır, musiqimizi sevir. Bəlkə də şansım onda gətirdi ki, bu insan həm mənə, həm də vətənimə sevgisini göstərir”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fidan Hacıyeva bildirib.
“Həyatda insanın mütləq şəkildə məqsədi olmalıdır. Məqsədlə yaşayan insanam. Övladlarıma da bunu öyrədirəm. Nə qədər də səhnədə olsam, yenə də öyrənirəm. Nəsə edəndə də deyirəm ki, bundan yaxşısını da edə bilərəm. Hər dəfə yeni tamaşaya, səhnəyə hazırlaşanda hər şeyi unuduram. Unutmasam səhnəyə çıxa bilmərəm. Heç vaxt səhnəyə xəstə halımla çıxmamışam. Evdə də hər zaman məni başa düşürlər” deyə sənətkar bildirib.
Xalq artisti həyat yoldaşı ilə tanışlığından da danışıb.
“Həyat yoldaşım Bakıya yeni gəlmişdi. Biz Bakıda Milad bayramında tanış olduq. Məni dəvət etmişdilər ki, “Karmen” tamaşasından bir parça ifa edim. İfa etdikdən sonra o mənə yaxınlaşıb, mənimlə inglis dilində danışmağa başladı. İnglis dilində fərdi dərslər alırdım. Atam da deyirdi ki, sən niyə inglis dili öyrənirsən? Bu sənin nəyinə lazımdır? Demək ki, mənə bu dil lazım olacaqdı. Yoldaşımı tamaşaya dəvət etdim. Tamaşaya baxıb teatrı tərk edəndən sonra mənim üçün bir məktub yazıb, teatrın mühafizəsində qoydu. Bununla da bizim münasibətimiz yaxşılığa, daha dəqiq desək evliliyə doğru davam etdi” deyə sənətkar bildirib.
Xalq artisti Fidan Hacıyeva ona uğur gətirən “Karmen” tamaşasından da danışıb.
“Hər bir ifaçının həyatında bir obraz olur ki, ona həm yaxın olur, həm də məşhurluq gətirir. Mən Opera və Balet teatrına gələndə 19 yaşım var idi. Ən gənc opera solisti idim. 19 yaşında solist kimi fəaliyyətə başlamaq çox çətin idi. İlk obrazlarımdan biri elə “Karmen” tamaşasında baş obrazın rəfiqəsi Mersedesi oynamaq oldu. Amma arzulayırdım ki, Karmeni oynayım. Qismət elə gətirdi ki, konservatoriyada çox gözəl bir müəllimin sinfinə gəldim. Professor Hüseyn Əliyev də “Karmen” operasında Karmenin tərəf müqabili Xoseni oynamışdı. O bizim səhnənin ilk Karmeni Fatma Muxtarova ilə səhnə paylaşmışdı. O mənə Karmenin bütün sirlərini öyrətdi. Bu mənə çox böyük stimul oldu. Mən 2 ilə tamaşanın həm partiyasını, həm də Fransız dili öyrənməyə başladım. 21 yaşında ən gənc Karmen adını qazandım” deyə xalq artisti bildirib.
Uzun mövzudur, amma uzun yazılar oxunmadığı üçün kısa ve besit yazacam. 17 ildir Türkiye türkü ile evliyem. 16 il canım Türkiyede yaşadım. Yazdıqlarım esla subyektiv deyil. İzlediklerim, gördüklerim, müşahide etdiklerimdir. Meselen, men 100 km mesafeden keçmiş sovet insanını tanıyaram. Geyiminden tutun, baxışlarına, danışığına, oturuşuna, duruşuna, hadiselere reaksiyasına qeder her şeyi hemen anlayıram. Mece olsa men de o sistemde doğulub böyümüşem. Türkiyeye gelene qeder bir çox ölkede olmuşdum. Gelinimiz rusdu ve biz bir evde, sonra da qonşu yaşadıq uzun müddet. Gördüyüm, edebiyatını oxuduğum her xalqı kafamda bir yere oturda bilirdim. Edebiyat zaten xalqın tefekkürü haqqında insana sağlam ipucları verir. Yanıbaşımızda İran kimi dini qayda qanunlarla idare edilen (Yaşayan demedim ha. Ş.N) bir dövlet var. Farsın kimliyni de bilirik. Amma ve lakin men bu 17 ilde Türkiyedeki toplumu kafamda heç bir yere oturda bilmedim. Axı bunlar haradadırlar? Deyişik kültüre sahibdirler. Meselen, bir universitet müelliminin içinde böyük bir cahillik yatır. Danışdığı bir mövzuda 180 derece ters bir terefe de gede biler. Dünyada miras davalarında Türkiye 1-ci yerdedir. Ortada miras varsa gözleri heçbir şey görmez, qarğa quzğun kimi saldırırlar. Baxmayaraq, qanunlarda her şeyin adı var. Medeniyet yoxdur ki, önce edaletli şekilde öz aralarında, anlaşalar, o olmazsa mehkemeye gedeler, eger mehkeme edaletsiz olarsa sonra dalaşalar. Çox rahatlıqla bir birlerine, hamıya, oğula, anaya, ataya yalan danışa bilirler. Emim oğlunun bir sözü var: Türkler en yaxşı olmayan geleceyi satır. Qanunlarla işim yoxdur, onlar en gözel şekide tasarlanmış. Orada problem yoxdur. Mental olaraq xalqdan danışıram. Qadın Vallahi de, billahi de Türkiyede qadının adı yoxdur. Ele olmasaydı qadın ölümlerinde dünyada en üst sıralarda olmazdı. Qadına sayqı yoxdur. Qadına sayqı olsaydı bu qeder ana, qadın söyüşü işletmezdiler. Ve bunu hazmetmezdiler. Uşaq Türk uşaqları bir Avropalı, ne bilim yunan uşağı kimi deyil. Özgüveni düşük, mental olarak kültürler arasında sıkışmış, bir durumdadır. Qoluna saat taxılıb, vaxt qavramı öyredileceyine en oxumuş insanları bele uşaqlarına “azan oxunanda eve gel” deyir. Uşaqları istemsizce azana fokslayırlar. Ne Qerblidrler, ne Şerqlidirler. Heçbir görevi tam yerine getirmez bu coğrafiyanın insanı. Her işi acele, yarım yamalakdır. Yaparız, ederiz, hallederiz vs. en sevdikleri sözlerdir. 100 ildir daha özüne sağlam ev tikib oturmağı bacara bilmemişler. Şehersalma planları yox , bedevi kimi hara geldi ev tikmişler. Ağacları kesmişler, hele de kesirler. Musiqiden, spordan çox çox uzaqdırlar. Toplum olaraq doğuşdan sağlıqlı genlere sahibdirler. Sonra o beyinler öyle bir zehirlenir ki, elme, kitaba uzaq düşürler. Dünyanın en az oxuyan toplumları kateqoryasına girir Anadolu Türkleri. 86 milyon insanın içinden her 10 neferden biri mütleq bir istedadla doğulur. Istatikler deyir bunu, men deyil. Men dünyaya bu istedadları yetişdirib veren bir Türkiye göremedim. Adamlar teatrdan, senetden çox uzaqdırlar. 100 ilde dünya çapında bir Universitet qura bilmemişler. 100 ilde daha küçede, avtobusda ibadetin doğru olmadığını öyrenememişler. 100 ilde daha şık geyinmeyi öyrenememişler. 100 ilde daha yaxşı musiqi istehsal etmeyi, dinlemeyi öyrenememişler. Yemek genlerimizden, kültürümüzden gelen möhteşem bir varlığımızdır. Daha yeni yeni dünyaya açılır. CZN Burak ve Nüsret sayesinde. Daha yeni yeni Türk dizileri dünyada gösterilmeye başlanıb. O da rehmetlik Meral Okayın “Möhteşem Yüzyıl”ı sayesinde oldu. Meralın atasını yaxından tanıyıram. Çerkezler, atası emekli albaydır. Evine getmişem, söhbet etmişem. Aydın insandır. Yazıq Merala neler demedi bu bedevi sürüsü. Sonra baxdılar dizi yaxşı satıldı, hemen atladılar. Meral öldü getdi, bu sektörün qaymağını yene bunlar yeyir. Buranın insanı başqasının başarısını menimsemekde de çox ustadırlar. Aziz Sancarı Amerika yetişdirdi, Uğur Şahin ve Özlem Türeciyi Almanya yetişdirdi. Amma Türkiye ele davrandı ki, sanki bu adamları özü yetişdirib. Bu neye benzeyir, bilirsinizmi? Uşağı doğursan, sonra onu bir başqasına verirsen. Uşağı o aile böyüdür, meşhur edir, sonra yandan çıxırsan ki, bes bu uşağı men doğmuşam, haqqım var bunun üzerinde. Başqasının başarısına qonmaqda pergardırlar. Eger bele olmasaydı 8 ilde Aziz Sancar adına bir labaratuvar qurardılar. Bir bilim merkezi yaradardılar. Amma her şey sözde, emele gelince ortada bir şey yoxdur. Din…. Başlı başına bir problemdir. Ta 12-ci yüzyıldan beri yaşayan teriqetler var bu torpaqlarda. Dini baxımdan o qeder münbit torpaq ki, istediyin dini toxumu at, hemen cücerecekdir. Mesele Erdoğan deyil, Erdoğan bu toplumun dışa vuruş halıdır. Osmanlı bu torpaqların insanını esirlerle asimile etmiş, onu cahil, fakir, fikirsiz, tehsilsiz braxmış. Türkün adı, enenesi, geleneyi, göreneyi esirlele basdırımış, yox edilmiş. Bir toplum düşünün ki, milli bayramı yoxdur. Meselen, Novruz kimi milletin kimliyini ortaya qoyan, yaşadan bir bayram yoxdur. Bu ölkede sadece iki dini bayram var: Ramazan ve Qurban. Milli Bayram dedikleri Atatürkle gelen devrimi simgeler. Men o bayramlarda küllüyen bir coşqu görmedim. Sadece küçeye çıxıb, mekteplere gedib bayraq sallamaqdan, bir iki gösteri etmekden öteye getmir. 1 May bayramını biz daha eylenceli keöirirdik. Nece olur qadınlar isteyerek başlarını bağlayır, onlara verilen haq ve özgürlüklerin deyerini bilmirler? Bu nece geyimdir, kimi yansıdır? Niye, axı bunlar kime oxşayırlar? Bu qeder entiriqa, menfaat, dedi qodu, acımasızca qavğalar çemberinde nece yaşayırlar? Bu nedir? Axı türk bele deyil, olmamalıdır. Bedeviler Neyse uzun sözün qısası 1 ay oldu Hollandca kursunun 2-ci leveline başladım. 1-ci levelde 5-6 Ukraynalı, 2 polşalı, bir İranlı vs. insanlarla eyni sinifde idim. Her kes bir birine saygılı, hür ve huzurlu kursumuzu başa vurduq. Men minimum balla keçdiyim üçün bu sefer A2nin 5 aylıq kursuna davam etmeli oldum. Balaca bir sinifdir. Sinifde tam tamına 9 ereb var: 5 kişi, 4 qadın. 1-ci hefte 3 ayrı müellim girdi dersimize. Bunlar sinifin her terefine sepelenib oturublar. 1-ci gün müellim biraz kurallı idi deye dözülecek qeder danışırdılar. Düşünün çapraz, düz, perpendikulyar, paralel bağıra bağıra danışırlar. Müellime birine sual verende sual verilenin yerine hem xorla tekrarlayırlar, hem anlamayanlara erbce çeviriler, hem gülürler, hem zarafatlaşırlar, qelemleri yonub yere tökürler, sinifin ortasında buradan ora, oradan bura yer deyişdirirler vs. 1-ci günü bele yola verdik. Fevralın 6-da ikinci dersimiz vardı. Sabah zelzele xeberini almış, darmadağın mektebe getmişem. Bu sefer çox eylenceli bir müellime geldi, erebler bu sefer daha da coşdular. Sakinliyimi qoruyuram. Zaten telefonla xeberlere baxıram, ağlayıram ara ara. Sinif bildiyin Qarğa Bazarı kimi. Hamısı bir-birinin defterine, yazısına, cavabına müdaxile edir, bağırırlar vs. Sinifde xaos hüküm sürür. Dersin bitimine 10 deqiqe qala müellime mene de sual verdi. Cavab vermeye çalışıram, amma sesimi eşitdire bilmirem, öz sesimi bele eşide bilmirem. Eseblerim tarıma çekildi. Zaten 2 gündür Türk milletinin bu bedeviler terefinden nece asimile edildiyi gözümün önüne gelir. Acı acı bu medeniyetsizliyin milleti nece dejenere etdiyini düşünürem. Heyatımda ilk defe ereblerle qarşılaşıram. Bir terefden de zelzele xeberleri, sinir krizi keçirdim. Ellerimi var gücümle masadakı defter kitabıma çırpdım. SUSUN deye bağırdım. Ele biz qurbağa gölüne daş atıldı. Neye uğradıqlarına şaşırdılar, nitqleri qurudu bir an. Sadece Felestin ordusunda işlemiş esger üstüme xoruzlandı. Mene Problem nedir? Düşarı çıx, dedi. Tebii, qayaya rast geldiyini düşünmedi. Sen bas bayıra deye başına qışqırdım. Erebler peren peren düşdü
2010-2021-ci illərdə evli olan Ebru Gündeşlə Rza Zərrab arasında qalmaqal davam edir.
32gun.az Türkiyə KOV-nə istinadən bildirir ki, qızları Alaranın qəgyumluq məsələsi üçün üz-üzə gələn Gündeş Zərrab daha bir problem yaşayıblar.
Zərrabın vəkillərinə göstəriş verdiyi, iki hit mahnının daha Gündeş tərəfindən səhnədə və efirdə oxunmasının qarşısını almağa çalışdığı iddia edilib.
Bildirilib ki, Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri məhz qəyyumluq məsələsi ilə bağlıdır.
Qeyd edək ki, Türkiyədə mahnı müəllifi kimi də mışhurlaşan cənubi azərbaycanlı Rza Zərrab adını dəyişərək "Rıza Sərraf" etdirdikdən sonra Ebru Gündeş, İbrahim Tatlısəs və Sibel Can üçün arabesk musiqili mahnı sözləri yazıb. Zərrab Sibel Canın oxuduğu "Eski toprak" və İbrahim Tatlısəsin “Neden” mahnılarının bəstəkarıdır.
“CBC Sport” kanalında işçilər kütləvi şəkildə ixtisar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. Qeyd edilib ki, ilkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.
Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər. Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.
Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdənçıxarılmaların olacağı anonsu verilib.
Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı. Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməyi xeyli suallar yaradıb.
Məsələ ilə bağlı Volkan Üstlə əlaqə saxladıq. O, kütləvi ixtisarlarla bağlı xəbəri təsdiq edib: “Strukturda bəzi dəyişikliklər etdik”.
Kanal rəhbəri digər iddialara şərh vermək istəməyib.
Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.
Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 14-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.
67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.
Bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib.
44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə aparmaq çətindir.
“Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdıra bilsin”, - deyə Hemminq bildirib.
Xatırladaq ki, Hemminq bundan əvvəlki müraciətində ötən il “afaziya” diaqnozu qoyulan 67 yaşlı Uillisin xəstəliyinin irəlilədiyini və frontotemporal demensiya (FTD) diaqnozu qoyulduğunu elan etmişdi.
Uillis hələ ötən ilin martında xəstəliyi səbəbindən aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.
Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”), “Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına üç namizədlikdən ikisində laureat olub.