Məşhur türkiyəli aktyorun Ancelina Coli ilə oynayacağı filmdən alacağı maaş məlum oldu
Məşhur türkiyəli aktyor Haluk Bilginer rejissoru Pablo Larrain olan “Mariya” filmində Ancelina Coli ilə rol alacaq.

Haluk Bilginerin bu filmdən alacağı maaşın məbləği məlum olub.

Ssenarisini Stiven Naytın yazdığı “Mariya” filmi 1970-ci illərdə Mariya Kallasın Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edəcək.

Haluk Bilginerin Hollivud ulduzu Ancelina Colinin yeni filmində rol alacağı xəbəri ilə yanaşı filmdən əldə edəcəyi məbləğ də gündəm olub.

Belə ki, Haluk Bilginerin bu rola görə 800 min dollar (22 milyon Türkiyə lirəsi) alacağı bildirilib. Bundan əlavə, uğurlu aktyor filmin satışından da faiz payı qazanacaq.

Həmçinin çəkilişlərinə başlanılan “Mariya” filminin çəkiliş meydançasından ilk kadrları sosial şəbəkədə paylaşılıb. Filmin çəkilişləri səkkiz həftə davam edəcək və Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175177_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175179_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175180_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175180_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175181_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697175182_6.jpg
Mənbə: Haber Global

Dünyapress TV

Xəbər lenti