Son çağlar Azərbaycanın ilk xalq artistinin erməni kökənli Ovanes Abelyan olduğu vurğulanır. Bu, yanlış bilgidir. Viki-ensiklopediya ilk xalq artistimizin ünlü tar ifaçısı Qurban Primovun olduğunu doğrulayır. Sözügedən fəxri adın 1928-ci ildə təsis edildiyi, ilk mükafatçısının Qurban Primov olduğu qaynaqlardan bəlli edir. Ovanes Abelyan və Hacağa Abbasov isə 1932-ci ildə “xalq artisti” adına layiq görülüblər. Onu da vurğulayaq ki, Abelyan 1925-ci ildə Ermənistan SSR-in xalq artisti adını alıb. Onu da vurğulayaq ki, Qurban Primov 1880-ci ilin oktyabrında Ağdamın Abdal (Abdal Gülablı) kəndində doğulub, 1965-ci ilin avqustunda 85 yaşına 2 ay qalmış dünyasını dəyişib; Fəxri Xiyabanda uyuyur. Ruhu şad olsun! Məğrur Bədəlsoy Teref.az