Amerikanın əfsanəvi prezidenti Duayt Eyzenhauer Vaşinqtondakı monumental abidəsinin müəllifi Bakıdan gedən sənətkardır.
APA xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru, DİM-in İdarə Heyətinin üzvü Fariz İsmayılzadə sosial şəbəkədə paylaşım edib.
O yazıb ki, bu abidə 2021-ci ildə Bakıdan, Azərbaycandan gələn Sergey Eylanbekov tərəfindən ucaldılıb. Sergey Eylanbekovun əsərlərinə dünyanın müxtəlif yerlərində ictimai yerlərdə və şəxsi kolleksiyalarda rast gəlmək olar.