Serj Tankyan və Artak Beqlaryanın iştirakı ilə BBC-nin “Kontekst” proqramında ermənipərəst müzakirədən sonra Azərbaycan eyni platforma vasitəsilə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.
Bu missiyanı öz üzərinə Caliber.az-ın müəllifi Orxan Amaşov götürüb.
Aparıcısı Kristian Frezerin olduğu verilişidə həmyerlimiz ölkəmizin mövqeyini bacarıqla müdafiə edib. Qeyd edək ki, BBC-nin sözügedən verilişinin “Qarabağdakı humanitar böhran”a həsr olunan buraxılışı Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Proqramda bölgədə baş verənlər birtərəfli işıqlandırılmaqla yanaşı, ölkəmizə qarşı yalan və böhtan dolu ittihamlar səsləndirilib.