Ardını oxu...
Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” Televiziya Mükafatları təxirə salınıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Hollivudda aktyor və yazıçıların tətili səbəbindən mərasim 15 yanvar 2024-cü il tarixində keçiriləcək.

Bildirilib ki, Fox kanalı mərasimi Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a qədər yayımlayacaq.

Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.
 
Ardını oxu...
"Xəzər TV" bu il böyük transferlərlə yeni televiziya mövsümünü başlamaq niyyətindədir.

Artıq ATV-nin keçmiş aparıcısı Vüsalə Əlizadənin "Xəzər"ə keçdiyi təsdiqlənib. Onun hansı proqramla efirə çıxacağı hələ məlum deyil.

Qeyd edək ki, "7 canlı"nın eks aparıcısı sezonu yekunlaşdırmadan "Xəzər"ə aparılıb. Bununla da hazırda "Xəzər TV"nin efiri demək olar ki, keçmiş ATV simalarından ibarətdir: Mətanət Əliverdiyeva, Aytən Səfərova, Afaq Gəncəli, Lalə Azərtaş, İlkin Həsəni, İslam Mehrəliyev və digərləri. Hətta ATV ilə əməkdaşlıq edən bir çox aktyorlar da "Xəzər"lə son illər ərzində ekskluzivlik barədə müqavilə imzalayıblar.

Amma görünür, "Xəzər" bununla dayanmaq niyyətində deyil. Növbəti transferlərdən biri də bu dəfə ARB-dən gözlənilir. Bu günlərdə Zaur Kamalın Murad Dadaşov ilə restoranlardan birindən bir neçə dəqiqəlik fərqlə çıxdığının şahidləri var. Onların qapalı məkanda nə danışdıqları məlum deyil. Lakin bəzi mənbələrə görə, "Xəzər"in transfer siyasəti vaxtilə özünün uzaqlaşdırdığı əməkdaşları qaytarmağa yönəlib. Adının hallanmasını istəməyən mənbələr "Xəzər"in hazırkı çətin maliyyə durumunu düzəltməsi üçün kanal rəhbərliyi Xoşqədəm Hidayətqızı və Zümrüd Bədəlovanı da qaytarmağa cəhd göstərir. //7news.az//
 

Ardını oxu...
 
Türkiyənin əfsanəvi seriallarından “Kurtlar Vadisi”ndə “Polat Alemdar”obrazına həyat verən Necati Şaşmazın son halı görənlərin təəccübünə səbəb olub.
Məşhur aktyorun saçlarının ağarması diqqət çəkib.
Bir fanatı Necati Şaşmazla çəkdiyi “selfie”ni sosial şəbəkələrdə paylaşıb, ardınca isə həmin foto trendə çevrilib.
Onun papaqla gəlməsi də xeyli marağa səbəb olub. Necati Şaşmaz ötən ay həccə getməsindən sonra günlərini dini kitablar oxuyaraq keçirdiyini bildirib.
Qeyd edək ki, izləyicilər uzun zamandır “Kurtlar Vadisi Kaos” serialının yayımlanmağa başlamasını gözləsə də, film şirkəti ilə telekanallar arasında danışıqlar növbəti dəfə uğursuz yekunlaşıb.
Ardını oxu...
“ “Kişi sözü” filmindəki obrazıma bu gün də baxa bilmirəm. Həm filmdə ilk debütümdür, həm də səsləndirməni özüm etmişəm. O qədər gənc və təcrübəsiz idim ki, bilmirdim necə səsləndirəcəyəm. Çünki film çəkilib, üstündən neçə ay keçib, yenidən o hissləri yaşamaq mənim üçün çox çətin idi. Gənc və səriştəsiz idim. O filmdə özümü bəyənmirəm. O dövrdə həm foto, həm də kino probalar olurdu. Bu obraza hələ həmin gün 7-8 xanım gəlmişdi. İnanmırdım ki, məni seçəcəklər. Universitetin 2-ci kursunda oxuyurdum. Dərd də etmirdim ki, məni filmdə çəkəcəklər yoxsa yox?!”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.

“Teatrda özümü doğrultduğum kimi filmlərdə özümü doğrulda bilmədim. 1980-ci illərin sonu mənim gənclik illərimə düşdü. O vaxt 1-2 filmdə çəkildim. 1990-ci illər kinostudiyanın durğunluq illərinə düşdü. Bu illər daha çox dalğa kimi gəlib-getdi. Bu gün daha çox seriallar çəkilir. Bir də filmlərimizdə qadın obrazları çox azdır. Əvvəldən də kinomuzda qadın obrazları az olub. 1990-ci ildə “Şahid qız” filmində baş rolda çəkiləndə kinostudiyada deyirdilər ki, nəhayət ki, sırf bir qadının üzərində film çəkildi” deyə sənətkar bildirib.

Aktrisa gənclərə hər zaman dəstək olduğunu bildirib.

“Gənclərə hər zaman məsləhətlərimi, tövsiyyələrimi verirəm. Məndən məsləhət almaq istəyən, məni dinləmək istəyənlər çoxdur. Zəng edirlər, mesaj yazıb məsləhət alırlar, yaxud da çəkildiyim serialda gənclər tez-tez yaxınlaşırlar. Yaxud da bilirəm ki, bu insan həqiqətən də öyrənmək istəyir, özüm yaxınlaşıb məsləhətlərimi verirəm. Bu belə olmalıdır” deyə sənətkar bildirib.
     
Ardını oxu...
Məşhur teatr rejissoru, Vaxtanqov teatrının baş rejissoru Ruben Simonovun (1939-1968) dul arvadı Svetlana Cimbinovanın meyiti bir ildən çox müddətdə Moskvadakı mənzilində qalıb.

APA xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.

Cimbinovanın mənzilinin qapısı avqustun 6-da açılıb. Onun mumiyalanmış meyiti otaqlardan birində döşəmədə tapılıb.

Cimbinovanın meyiti ekspertizaya göndərilib. Mütəxəssislər artıq meyitin bir ildən çox evdə qaldığını müəyyən edib. Əlavə olunub ki, bütün bu müddət ərzində heç kim məşhur rejissorun yoxa çıxdığını hiss etməyib.
 

 

Ardını oxu...
 
Sonuncu dəfə "Yürek çıkmazı" serialında rol alan aktrisa İrem Helvacıoğlunun yeni layihəsi bəlli olub.
Türkiyə mətbuatı xəbər verir ki, aktrisa "Bir ihtimal daha var" adlı serialda rol alacaq. 
Qeyd edək ki, 8 bölümlük serial "Netflix"də yayımlanacaq.
Ardını oxu...
Türkiyədəki mənbələr bunun İbrahim Tatlısəsin əmlakının tam siyahısı olmadığını qeyd edirlər. Çünki onun daşıma şirkəti, çox sayda TIR-ı, Şimali Kipr və Azərbaycanda da bir neçə obyektinin olduğu bildirilir.
Türk estradasının imperatoru sayılan müğənni İbrahim Tatlısəs Türkiyədə mövcud olan əmlakının siyahısını açıqlayıb.
"O bir imperator" adlanan fanat səhifəsi İbrahim Tatlısəsin mülklərini belə sıralayıb:
⬝ Seyrantəpədə 1.5 hektar ərazidə yerləşən kababxana
⬝ Televiziya binası
⬝ Tatlıses Şirkətlər Qrupunun binası
⬝ Tatlıses geyim atelyesi və mağazası
⬝ Demirciköy Alarko məhəlləsində villa
⬝ Seyrantəpə OYAK Kompleksində 3 mənzil
⬝ Şanlıurfada mənzil
⬝ Şanlıurfada 3 hektar torpaq
⬝ İzmir Narlıdere Folkart Evlərində mənzil
⬝ Hadımköy Günışığı Konaklarında villa
⬝ 1 qayıq
⬝ 2 kater
⬝ 2 ədəd Mercedes markalı avtomobil
⬝ 3 cip
⬝ 1 limuzin
⬝ 20 şirkət avtomobili
⬝ Bodrum, Bitezdə 48 mənzilli və villalı Tatlıses Paradise yaşayış binası
⬝ Bodrum Bitezdə 6,5 hektar ərazidə dəniz sahilində 26 otaqlı Golo Beach Hotel
⬝ Bodrum Bitezdə 6.5 hektar torpaq
⬝ Kuşadasında 8 sot ərazidə 6 mərtəbəli, 157 otaq və 314 çarpayılıq Tatlıses Hotel
⬝ İstanbulda 5 kababxana
⬝ Peyk kanalı və D-Smart-da yayımlanan televiziya kanalı
⬝ Bir çox şəhərlərdə yayımlanan milli Tempo telekanalı
Türkiyədəki mənbələr bunun İbrahim Tatlısəsin əmlakının tam siyahısı olmadığını qeyd edirlər. Çünki onun daşıma şirkəti, çox sayda TIR-ı, Şimali Kipr və Azərbaycanda da bir neçə obyektinin olduğu bildirilir. O, əmlaklarının bir hissəsini keçmiş həyat yoldaşları və övladlarına bağışlayıb.
Sputnik.
Ardını oxu...
“Sənət adamı yerində dayanmamalıdır. Hər zaman inkişafda olmalıdır, irəliyə doğru getməlidir. Hər bir insan öz yerində olanda gözəldir. Bizim sahəmiz hər zaman göz önündədir. Zorla nəyisə etmək mümkün deyil. Son illər bu sənətə çox axın var. Xüsusilə də muğam sahəsinə. Ağlı kəsən də, kəsməyən də uşağının əlindən tutub, bu sənətə gətirir. Ustadım Arif Babayev elələrinə deyirdi ki, ay bala, səndən yaxşı dərzi, müəllim, tibb bacısı olar. İnsan sevdiyi peşədə uğur qazana bilər. Hamıya layiq olduğu yerdə uğur qazanmağı arzulayıram”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. Sənətkar son illərin səhnə dəbini bəyənmədiyini bildirib.

“Son zamanlar yəqin ki, dünya trendidir saqqal saxlamaq. Efirə gözlərində eynək, saqqalla çıxırlar. Çıx sənət göstər də. Məmmədhüseyn Şəhriyar deyib ki, kişi gərək başına papaq qoyanda, papaq gərək ona yaraşsın. Vizual görkəmlə yox, sənətinizlə gündəmə gəlin. Sənətçi səhnədəyə dayanıb oxuyana qədər tamaşaçılar onun vizual görkəminə baxırlar. O oxuyandan sonra görkəmi ikinci plana keçir, səsi, sənəti görünür. Hər bir səhnəyə çıxan insan özünə çəki-düzən verməlidir” deyə sənətkar bildirib.

Gülüstan Əliyeva həmkarı, xalq artisti Mənsum İbrahimovdan da danışıb.

“Mənsum İbrahimov mənim səhnədə ilk Məcnunum olub. Əlbəttə ki, ilk dəfə üçün həyəcanlı idim. Görüş səhnəsində əllərimdən yapışdı, dedi ki, qorxma, hər şey yaxşıdır. O dövrdən artıq 28 il keçib. Bizim dostluğumuz, səhnə bölüşməyimiz davam edir” deyə əməkdar artist deyib.

Əməkdar artist mərhum həyat yoldaşından da danışıb.

“Elə günlər, anlar var ki, onlar bir ömrə bədəldir, bərabərdir. Nə qədər xoşbəxt görünsən də, hər şey yerindəymiş kimi görünsə də, o boşluq heç vaxt dolmur. Onu heç kim doldura bilmir. O ki, qalsın ki, o şəhid, qəhrəman ola. Heç mənim həyat yoldaşım olmasa belə, bu cür insanlar heç vaxt unudulmur, yerləri dolmur, yadımızdan çıxmır. Bu mənim alın yazımdır” deyə sənətkar bildirib.
 
Ardını oxu...
Amerikalı aktyor Mark Marqolis 84 yaşında vəfat edib.

Teref.Az xəbər verir ki, bu barədə "Variety" onun oğlu Morqan Marqolisə istinadla məlumat yayıb.

Onun ölümün səbəbi dəqiqləşdirilməyib.

Marqolis daha çox "Breaking Bad and Better Call Saul" serialında "Hektor Salamanka" rolunu oynaması ilə tanınır.

O, həmçinin "Californication", "Ace Ventura: Pet Detective", "Pi", "The Fountain" və bir çox başqa filmlərdə və seriallarda rol alıb.
Ardını oxu...
Gundem.az
 

Ardını oxu...
     

 Tamaşaçılarımız avqustun 3-dən 10-dək Azərbaycanın klassik filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər.

Kult.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.

O qeyd edib ki, bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir:

“Belə ki, Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın bir həftə ərzində “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.

“Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”, - Z.Darabzadə bildirib.

Dünyapress TV

Xəbər lenti