Moskvada məşhur rejissorun meyiti bir ildən çox yaşadığı evdə qalıb
Məşhur teatr rejissoru, Vaxtanqov teatrının baş rejissoru Ruben Simonovun (1939-1968) dul arvadı Svetlana Cimbinovanın meyiti bir ildən çox müddətdə Moskvadakı mənzilində qalıb.

APA xəbər verir ki, bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb.

Cimbinovanın mənzilinin qapısı avqustun 6-da açılıb. Onun mumiyalanmış meyiti otaqlardan birində döşəmədə tapılıb.

Cimbinovanın meyiti ekspertizaya göndərilib. Mütəxəssislər artıq meyitin bir ildən çox evdə qaldığını müəyyən edib. Əlavə olunub ki, bütün bu müddət ərzində heç kim məşhur rejissorun yoxa çıxdığını hiss etməyib.
 

Dünyapress TV

Xəbər lenti