Məşhur müğənni Alla Puqaçovanın səhhəti yaxşı deyil.
Kult.az xəbər verir ki, bu barədə “7days.ru” saytı məlumat yayıb.
Bildirilir ki, müğənni iyulun ortalarında İsraildən Latviyanın Yurmala şəhərinə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. Həmçinin, rəfiqəsi Layima Vaykule də onun festivalına qatılmayanda Puqaçovanın xəstə olduğundan şübhələnirdi. Ərinin və qızı Kristina Orbakaytenin təcili onun yanına gəlməsi də bu şübhələri daha da artırıb.
Nəşr qeyd edir ki, Maksim Qalkin turunu dayandırmaq məcburiyyətində qalıb və qızı isə Avropa tətilini yarımçıq qoyaraq uşaqları ilə birlikdə Yurmaladakı villaya gəlib.
Ehtimal olunur ki, Puqaçova İsraildən gələrkən uçuşu yaxşı keçməyib və ürəyindəki problemlər ağırlaşıb.