Ardını oxu...
HUNLAR, bozkırın asi ve özgür evlatları. Dünyaya sığmayan, devlet kuran, toprağın adil Beyleri.
Mavi Türklerin, Gök Hunlar’ın
Kızıl Türklerin, Al Hunlar’ın
Ak Türklerin, Ak Hunlar’ın
Kara Türklerin, Kara Hunlar’ın ataları.
Gök Türkler Hunlar’ın bir boyudur. Renk sembolizmi açısında Mavi Türkler Gök Hunlar’a karşılık gelir. Alchon Hunları, Al Kağanlardır yani Al Hunlardır ve Alkhan olarak da bilinir. Kidaritler ya da Kidara Hunlar’ı, "Kızıl Huna” yani Kızıl Hunlar olarak bilinir. Kızıl Türkler.
Ak Hunlar, Ak Türkler, Ak Koyunlular şeklinde tarih sahnesinde boy göstermiştir. Kara Hunlar, Kara Hanlılar, Kara Kağan’lar olarak Hun soylu beylerdir.
Hun Kağanı Mete, ilk düzenli ordu sistemini,renk sembolizmini temel alarak oluşturmuştur. Atlı birliklerini dört yöne sevk ederken, Türk Kozmolojisindeki renkleri kullanmıştır. Ak Atları Batıya, Demir Kırı-Gök Atları Doğuya, Kızıl Atları Güneye, Kara Atları Kuzeye göndermiştir.
Nuray Bilgili.
Teref.az
 

    
Ardını oxu...
Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə paylaşım edib.

Mehriban Əliyeva “Instagram” hesabındakı paylaşımına ümummilli lider Heydər Əliyevdən sitat əlavə edib:

“Mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Ardını oxu...
Подтвержденный
10 мин.
 
 
 
Ardını oxu...
Xalq artisti Azərpaşa Nemətovun vəfatından iki aydan çox vaxt keçməsinə baxmayaraq, Akademik Milli Dram Teatrına direktor təyin edilməyib.

Qaynarinfo-ya sözügedən teatrdan daxil olan məlumata görə, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin bu vəzifəyə təyin olunması ilə bağlı Mədəniyyət Nazirliyinə təklif verilib.

Məlumatı dəqiqləşdirmək üçün İlham Rəhimli ilə əlaqə saxladıq. İlham Rəhimli Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi: “Bu barədə ilk dəfədir sizdən eşidirəm”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrın direktoru Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. Bir müddət əvvəl Mehriban Ələkbərzadə “Azdrama”ya bədi rəhbər təyin olunsa da, direktor təyinatı edilməyib.
 
Ardını oxu...
İki həftə sonra “Gizli işğal” filminin təqdimatı olacaq.

Filmi lentə alan “Marvel” studiyası daha çox insanın marağını cəlb etməsi üçün artıq hazırlıqlara başlayıb və tez-tez fraqmentlər təqdim etməklə insanların həvəsini alovlandırır.

Lent.az-ın məlumatına görə, filmdə baş rolda Semuel L. Cekson çəkilib.

Fantastik janrda çəkilmiş ekran işinin süjet xətti Yer kürəsini gizlicə zəbt etmiş yadplanetlilərlə mübarizə mövzusu üzərində qurulub.
Ardını oxu...
...Şuşanın say-seçmə bəylərindən birinin evində böyük məclis qurulmuşdu.
Gözəlliyi ilə göz oxşayan mülkə Qarabağın bəy-xanları, ziyalıları, tanınmış şəxsləri toplaşmışdı. Başdan-başa Qarabağın milli xörəkləri, ləzzətli təamları ilə bəzədilmiş süfrənin arxasında bəziləri şirin-şirin danışır, bəziləri nəyinsə mübahisəsini edirdi. Bir sözlə, otaq səs-küyə qərq olmuşdu. Elə bu dəm məclisə sükut çökür... Əbülhəsən Xan Azər İqbal Sultan (tələbələrindən biri də Məmmədhüseyn Şəhriyar olub) “Kürdü Şahnaz” oxuyurdu. İfa qurtarandan sonra məclisdə olanlardan biri – “Segah İslam” deyə çağırılan xanəndə İslam Abdullayevin ağlına bir fikir gəlir. Muğamın sirlərini təzəcə öyrətməyə başladığı şəyirdini “imtahana çəkmək” istəyir: “Hə, İsfəndiyar, indi də sən öz məharətini göstər. Eşitdiyin bu muğamı sən də oxu, görək necə bacarassan”. Oğlan da elə bil bir himə bənd idi. Məclisdəkilərin ona diqqət kəsilməsinə baxmayaraq, əlini qulağının dalına aparıb eşitdiyi “Kürdü Şahnaz”ı bir oktava da zildən oxumağa başlayır. Hamı təəccüblə bir-birinin üzünə baxır. Çünki azyaşlı oğlandan bu cür ifanı heç kim gözləmirdi. Qonaqlar İsfəndiyarın ifasına, səsinə, bacarığına heyran qalır. Elə məclisdəcə hamı bir qərara gəlir - Əbülhəsən Xan sənətdə Güney Azərbaycanlılarının xanıdır. Sən də bu gündən oldun biz Azərbaycanlıların Xanı. Beləliklə, 1915-ci ilin həmin günü 14 yaşlı İsfəndiyar Aslan oğlu Cavanşir dönür olur Xan Şuşinski. Və çox keçmir, o nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da bu ada layiq olduğunu, sözün əsl mənasında muğamın xanı olduğunu sübut edir...
Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi
İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Mənsub olduğu Cavanşirlər sülaləsi Qarabağ xanlarından sayılır. Pənahəli xan Cavanşir, oğlu İbrahim xan Cavanşir, Xurşidbanu Natəvanla eyni nəsildəndirlər. İsfəndiyarın atası Aslan ağa Qarabağ bəylərindən olub. Musiqini çox sevib, tar çalıb, evində məclislər qurub. Qarabağ xanəndələrini, şairlərini də bu məclislərə dəvət edib. İsfəndiyar da uşaqlıqdan belə bir mühitdə böyüyüb. Qrammofon valında İran musiqiçilərinə qulaq asıb. Muğam sədaları ilə böyüyən oğlanın ürəyində sənətə olan maraq və məhəbbət də gündən-günə artmağa başlayıb. Tanrının bəxş etdiyi fitri istedad isə öz yerində. İsfəndiyarın səsi o qədər güclü imiş ki, evdə oxuya bilmirmiş. Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi. Elə ona görə də Şuşanın dağlarına, Cıdır düzünə gedər, ağacların başına çıxıb orda ürəkli oxuyurdu. Oğlunun bu istedadını və həvəsini görən Aslan ağa axırda İsfəndiyarı Segah İslamın yanına aparmaq qərarına gəlir, xanəndədən uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı, İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır. Günlərin birində isə bəy evindəki məclisdə İsfəndiyarın ifası hamını heyran qoyur. Məclisdəcə hamı bir ağızdan deyir ki, bu gündən adın olsun Xan Şuşinski.
Elə o vaxtdan İsfəndiyar Aslan oğlu Cavanşir Xan Şuşinski adı ilə fəaliyyət göstərməyə başlayır. Səsinin sorağı Şuşadan çıxıb bütün Qarabağa yayılır. Müxtəlif yerlərdə çıxışlar edir. Az sonra Ağdamda ilk dəfə olaraq “Qarabağ” ansamblını yaradır. O ansamblla həmin bölgələrdə konsertlər verir. Xankəndində keçirilən ənənəvi təbliğat-təşviqat konsertində isə Xan Şuşinski Cabbar Qaryağdıoğlu ilə tanış olur. Konsertdə Cabbar Xanın səsinə heyran qalır və “belə bir istedad sahibi mütləq Bakıya gəlməlidir. “Sən dünya səviyyəsinə çıxmalısan”, - deyə tövsiyə edir. Bundan sonra Xan Bakıya gedib gəlməyə, orda da tanınmağa başlayır. Məşhur sənət adamları ilə tanış olur. Dahi Üzeyir Hacıbəyov 1926-cı ildə yazdığı “Qara göz” mahnısını oxumaq üçün ilk dəfə Xan Şuşinskiyə verir. Hətta onu dəfələrlə Opera və Balet Teatrında işləməyə də dəvət edir. Lakin Xan razı olmur. Deyir “mən sənətkaram, muğam ifaçısıyam, aktyor kimi səhnəyə çıxa bilmərəm”. O vaxtlar Xanı İtaliyaya təhsil almağa da göndərmək istəyiblər. Bu, Xanın öz ürəyindən də keçib. Ancaq atası razılıq verməyib ki, “sən getsən, gəlib görəssən ki, mən ölmüşəm”. Xan da atasını və kiçik bacı-qardaşlarını qoyub getmir. Çünki anası Bəyimxanım (İbrahim xanın qızı Ağabəyimin adından götürülüb) da artıq rəhmətə getmişdi (Ermənilər kəndlərini yandırdıqları üçün ürəyi partlayıb ölmüşdü).
57 yaşında ikinci izdivacdan ilk qızı dünyaya gəlir
Xanın tez ailə qurmasının səbəbi də məhz bununla bağlı idi. Ailə başsız qalandan sonra 18 yaşlı Xan Tovuz xanımla ailə qurur. 35 ildən artıq müddətdə bu xanımla evli olur. Ər-arvad arasında heç bir anlaşılmazlıq olmasa da, ailənin bircə problemi vardı. Övladları olmurdu. Ancaq övlad həsrətinə baxmayaraq, Xan yenə də öz həyat yoldaşından ayrılmır. İllər boyu ona sadiq qalır. Ta o vaxta qədər ki, yoldaşı xəstələnir və özü Xanın ikinci dəfə evlənməsini istəyir. Birinci həyat yoldaşının razılığı ilə Xan Şuşunski ikinci dəfə evlənir. Onda artıq 56 yaşı vardı. Yaşının çox olmağına rəğmən, xoşbəxtlikdən, bu izdivacdan sənətkarın 4 övladı olur. 57 yaşında ilk qızı dünyaya göz açır. Xanın sevinci yerə-göyə sığmır. Uşağa anası Bəyimxanımın adını qoyur. Onun şəninə “Ay qəşəng ceyran” mahnısını yazır.
Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva Lent.az-a danışır ki, övladı olduğuna görə atası özünü çox xoşbəxt hiss edirdi. Uşaqlarının hamısı ilə xoş rəftar edirdi. Bir dediklərini iki etmirdi: “Atam özü deyirdi ki, “Süsən, sünbül” mahnısını oxuyanda öz taleyinə ağlayırmış. O mahnıda belə sözlər var axı: “Ömrü başa yetirmişəm, balam hanı, yarım hanı...” Atam uzun illər övlada həsrət qalıb. Yaşlı vaxtında bizi başına yığıb deyirdi ki, “mən indi dünyanın ən xoşbəxt adamıyam. Varım da, dövlətim də bu uşaqlardı. Gör neçə il onlara həsrət qalmışam”. Mənə anasının, qardaşıma atası Aslanın, bacılarıma da bacılarının adlarını qoyub – Zümrüd, Səadət. 4-cü övladı olanda atamın 63 yaşı vardı. Amma buna baxmayaraq çox sağlam kişi idi. Anam Suğra xanımla atam arasında 30 yaş fərq olub. Böyük yaş fərqinə baxmayaraq, çox xoşbəxt olublar. Çünki bir-birlərini başa düşürdülər, hörmət edirdilər. Ümumiyyətlə, atamın çox gözəl xasiyyəti olub. Uşaqla uşaq, böyüklə böyük kimi idi. Heç kimin xətrinə dəymirdi. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Konsert televiziya vasitəsilə göstərilirdi. Atamı orda görən kimi televizora yaxınlaşıb barmağımla atamı göstərərək birinci dəfə “dədə” sözünü demişəm. O vaxtdan da mən, daha sonra isə bacı qardaşlarım atama “dədə” deyə müraciət edirdik”.
Mircəfər Bağırovun əmrilə Xan 24 saat ərzində Şuşadan Bakıya köçürülür
Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib. Həmin gün filarmoniyada iynə atsaydın, yerə düşməzdi. Nəinki zalda, foyedə, hətta filarmoniyanın bağında da adam əlindən tərpənmək olmurdu. Filarmoniyanın pəncərələrini açıq qoymuşdular ki, çöldəkilər səsi eşidə bilsinlər. Xanı bir dəfə görmək üçün ağaca çıxanlar da vardı. Asayişi qorumaq üçünsə yol boyu atlılar düzülmüşdü. Misli görünməyən bu cür konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən də qəbul olunur. Mircəfər Bağırovun əmrilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir. Bundan sonra Xan Şuşinski fəaliyyətini daha da genişləndirməyə başlayır. Müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir, dekadalara gedir: “1938-ci ildə Moskvaya dekadaya gedəndə atam Ağdamda olub. Ona çatdırmayıblar. Gəlib Mircəfər Bağırova deyiblər ki, Xan deyir mən getmirəm, burda toylarım var. Mircəfər çox qəzəblənib ki, qoy dekada qurtarsın, yanıma çağırtdırıb danışaram. Bundan xəbər tutan Üzeyir bəy, Mirzə İbrahimov, Səməd Vurğun Mircəfərin yanına gedib onun belə şey etməyəcəyini deyiblər. Xoşbəxtlikdən, Mircəfər Bağırov onlara inanıb. Bir dəfə da atam danışır ki, ölkədə Lermontovun yubileyi keçirilirmiş. Atama da deyiblər ki, Mircəfər Bağırovun tapşırığıdı – Lermontovun bir şeirini muğam üstündə ifa etməlisən. Atam bilmir neynəsin. Səhər Azərbaycan dilinə tərcümə olunmuş şeiri ona təqdim edirlər. Axşama kimi öyrənib tədbirdə ifa etməliydi. Amma nə qədər edibsə, şeiri əzbərləyə bilməyib, görüb ki, muğamla da uyğun gəlmir. Axırda çarəsiz qalıb şeiri balaca bir kağız parçasına yazaraq qavalın içinə qoyur. Konsertdə də kağıza baxa-baxa, heç nəyi bildirməməyə çalışaraq, xırdalıqlar edərək oxuyub. Bir sözlə işin içindən məharətlə çıxıb. Konsertdən sonra isə Mircəfər Bağırov özü də məəttəl qalıb ki, Xan bir gün ərzində şeiri necə tərcümə edib öyrənib”.
Nəriman Nərimanov Atatürkə həsr olunmuş mahnını Xana gizlində oxudardı
Bəyimxanım Verdiyeva maraqlı bir faktı da açıqlayır: “Atam o vaxt Müsavat hökumətinin əsgəri olub. Görüblər səsi qəşəngdi, ordudan uzaqlaşdırıblar ki, səsinə xələl gəlməsin. O zamanlar Nəriman Nərimanovla da tanış olub. Özü danışırdı ki, Nərimanov onun ifasında bir mahnını daha çox bəyənirdi. Bu da Mustafa Kamal Paşaya həsr olunmuş mahnı idi: “Yaşa, yaşa, yüz yaşa. Mustafa Kamal Paşa”. Nərimanov gizlində bu mahnını atama oxudub qulaq asırdı. Bunu heç kim bilmirdi”.
Ümumiyyətlə, Xan Şuşinskinin dost-tanışı, yaxın münasibətdə olduğu yoldaşları çox olub. Məsələn, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir onların qohumu idi. Tez-tez Şuşaya gələrdilər. Xanı da götürüb gedərdilər gəzməyə. Xan oxuyar, Cəlil də feyzyab olardı. Hüseyn Cavidlə yaxın münasibəti vardı. Onun qəzəllərini muğam üstündə oxuduğuna görə, bir il Xanın səsini əlindən alıblar - oxumağa qoymayıblar. 40-cı illərdə bəstələdiyi “Şuşanın dağları” mahnısına görə də başını çox ağrıdıblar. Niyə “başı dumanlı” yazdığına görə sorğu-suala tutublar. O da cümləni dəyişib yazıb: “Şuşanın dağları deyil dumanlı”. Səməd Vurğunla yaxın dost olub. Tez-tez birlikdə ova gediblər. Xan “Komsomol” poemasının bir hissəsini “Segah” üstündə oxuyub. Səməd Vurğun isə “Azərbaycan” şeirinin bir bəndində Qarabağı Xanın səsilə tərənnüm edib:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi
Bundan başqa Əliağa Vahid, Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəm və başqaları Xanı öz əsərlərində vəsf edib.
“Sən ki bu cür mərdlik etdin, evini yarmaq kişilikdən olmaz”
Bəyimxanım Verdiyeva atasının danışdığı maraqlı xatirələri yada salır. Məsələn, Qarabağda bir Abbasqulu ağa olub. Şura hökuməti qurulanda onun da var-yoxu əlindən alınmışdı. Ara-sıra tarzənliklə məşğul olurdu. Ona görə Xan bəzən onu da özü ilə birgə toylara, qastrollara aparırdı: “Qastrol səfərlərinin birində Abbasqulu ağa gülməli hərəkət edir. Həmin rayonun mərkəzində Leninin əlini irəli uzadan formada heykəli varmış. Bir də görürlər ki, bu Abbasqulu ağa heykəlin qabağında dayanıb nəsə danışır. Gedib ona qulaq asmağa başlayırlar. Abbasqulu ağa Leninin heykəlinə deyirmiş ki, “evimi, var-dövlətimi, heyvan sürümü aldın, indi nə istəyirsən məndən. Al, bu da sənin bir abbasın, əl çək məndən”. Bir dəfə də atam, yoldaşları və Abbasqulu ağayla birgə Şuşada “Əsli və Kərəm” tamaşasına baxmağa gedib. Tamaşanın Kərəmin keşişə yalvarma səhnəsi gəlib çatır. Kərəm keşişə neçə saat yalvarsa da, Əslini ona vermirlər. Axırı hövsələsi tükənən Abbasqulu ağa səhnəyə qalxır, tutur Kərəmin əlindən ki, hanı o Əsli? Əslini də səhnənin arxasından gətirərək deyir: “Səhərdən qalmışıq bir erməni keşişinin əlində. Bu yazıq Kərəm də elə hey yalvarır. A bala, Əslini verdim sənə, götür qızı get”. Sonra da üzünü camaata tutub deyir: “Ay camaat, tamaşa qurtardı. Evinizə gedə bilərsiz”. Təbii atamla olduğuna görə, bir söz deyib onun xətrinə dəyməmişdilər”.
Ötən əsrin 30-cu illərində Cabbar, Seyid və Xan Opera və Balet Teatrında konsert verirdi. Tarda onları Qurban Pirimov müşayiət edirdi. Cabbar Xanı yoxlamaq məqsədilə “Heyratı”nı oxuyanda ona keçid verir. Amma bir oktava yuxarıdan. Xan da ustalıqla bunun öhdəsindən gəlir. Onda Cabbar Qaryağdıoğlu əlini Xanın kürəyinə vuraraq “mən səni yoxlayırdım. Sən də məharətlə bunun öhdəsindən gəldin. Gələcəyin oxuyanı sənsən” deyir və qavalını ona verir.
Xan Şuşinski görkəmli tarzən Qurban Pirimovla yaxın dost olub. Qızı danışır ki, hər səhər filarmoniyaya gedəndə onu da özlərilə aparırdılar. O da filarmoniya bağında əylənən uşaqlara qoşulub doyunca oynayardı: “Bir də gördüm ki, uşaqlardan biri babasını çağırır. Bunu eşidən kimi qaçıb atamdan soruşdum ki, bəs mənim niyə babam yoxdur? Atam əvvəlcə tutuldu, sonra da Qurban Pirimovu göstərərək sevincək dilləndi ki, babana nə gəlib? Bəs bilmirsən ki, sənin baban Qurbandı? O gündən Qurban Pirimov oldu mənim babam. Qurban əmi bizə doğrudan da əsl baba nəvazişi göstərirdi. İlk dəfə maqnitofon alanda hamımızı evinə dəvət etmişdi. Yeyib-içdikdən sonra atamla babam dedilər: “Qızım, indi biz çalıb-oxuyacağıq, sən isə konferansyelik edəcəksən. De ki, çalır babam Qurban, oxuyur atam Xan, danışır Bəyimxanım...”. Onların dediyi kimi də etdim. Axırda mənə qəşəng servis hədiyyə etdilər.
Bir dəfə bizi ad günü məclisinə çağırmışdılar. Atam bir az nasaz olduğuna görə getmədi, evdə qaldı. Gələndən sonra dedi “bilirsiz nə olub? Evdə oturmuşdum. Birdən qapının zəngi çalındı. Gördüm üzü çopur kişidi. Dəvət etdim içəri. Gəldi oturdu. Çay gətirdim qoydum qabağına. Yemək təklif etdim, istəmədi. Dedim bir nərd oynayaq? Oynadıq. Sonra durdu ayağa. Dedi “gərək sənə deyim, yoxsa bu kişilikdən olmaz. Mən Bakıda birinci oğrubaşıyam. Fikrimiz vardı bu gecə sənin evini yaraq. Amma sən ki bu cür mərdlik etdin, kişi kimi qapını üzümə açdın, qabağıma çay qoydun, hal-əhval tutdun, evini yarmaq kişilikdən olmaz”. Biz bu hadisəni eşidəndə şoka düşdük. Atam bu cür insan olub. Sovetin xan, bəy adına qəti qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətə xidmət edib. Azərbaycan musiqi tarixində ilk dəfə o, 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və “Şərəf” ordeninə layiq görülüb. Qadın müğənnilə ilk dueti də atam oxuyub – Şövkət Ələkbərova ilə. Atamın səsi o qədər güclü olub ki, hətta öz səsi olduğuna inanmayıblar. Bülbül xatirəsində yazıb ki, dekadaların birində Rusiyanın bir qrup sənətçi, ziyalıları yaxınlaşıblar. Deyiblər ki, Xanın boğazına baxmaq istəyirik. Bülbül də səbəbilə maraqlanıb. Cavab veriblər ki, “insanda belə bir güclü səs ola biləcəyinə inanmırıq. Yəqin o, boğazına səsgücləndirici aparat qoyub”. Atamın səsilə bağlı belə şübhələrin olması təbii idi. Hətta son gününə qədər onun səsi yerində olub, öz təravətini itirməyib. Sadəcə, ömrünün axırlarında şəkər xəstəliyi tutdu. Dodağı tez-tez quruduğuna görə oxuya bilmirdi”.
“Yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi”
Qızı deyir ki, Xan rəhmətə gedəndə 78 yaşı vardı. Amma yanaqları hələ də qırmızı idi. Çünki çox sağlam idi. O yaşlarında belə cavan oğlan kimi at çapırdı. Ona görə də vəfatına inanmaq olmurdu. Bir müddət “Leçkomissiya”da müalicə də almışdı. Amma nədənsə gündən-günə arıqlayırdı. Vəfatından bir gün qabaq isə qızına zəng vurub yanına gəlməsini istəyir: “Səsi çox yaxşı gəlirdi deyə inanmazdım ki, nəsə olar. Sonradan anam dedi ki, mənlə danışmaqdan ötəri özünü nə qədər ələ alıb. Atam dedi, qızım təcili gəl Bakıya, səni görmək istəyirəm. Mən onda Gəncədə yaşayırdım. Ora gəlin köçmüşdüm. Həyat yoldaşım “Göy göl” Ansamblının yaradıcısı Fikrət Verdiyev orada yaşayır, fəaliyyət göstərirdi. Zəngdən 1 saat sonra mindik qatara. Səhər saat 6-da Bakıya çatmalıydım. 10-a 20 dəqiqə işləyəndə zəncir boyunbağım birdən-birə qırıldı düşdü yerə. Demə, elə həmin vaxt atam rəhmətə gedib. Gəlib çata bilmədim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Çox görmək istəyirdi məni. Nə sözü vardısa bilmirəm. Bacım danışır ki, təsadüfdən həmin vaxt efirdə “Göy göl” Ansamblının konserti göstərilirdi. Atam deyib ki, başımı qaldırın, heç olmasa Fikrəti görüm. Bir az baxıb, “nə qəşəng çalırlar”, - deyib, sonra da başını yavaşca yastığa qoyub. 10 dəqiqə sonra keçinib. 1979-cu il martın 18-də... Vidalaşma mərasimi filarmoniyada keçirilirdi. Səid Rüstəmov göz yaşları axıdırdı. Habil Əliyevin kamanı atamın mənə bəstələdiyi “Ay qəşəng ceyran” mahnısını çalaraq, elə bil mənim dilimlə həzin-həzin ağlayırdı. Küçələr insan axını ilə dolu idi. Fəxri Xiyabanda isə Nəriman Həsənzadə bədahətən bu şeiri dedi:
Bir heyrət bürüyüb məni bu yerdə
Dolmuş izdihamla Fəxri Xiyaban
Tabutu çiyində, səsi efirdə
Susan da Xan idi, oxuyan da Xan.
Hərdən fikirləşirəm, yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi. Buna əsla dözə bilməzdi, ürəyi partlardı”.
Olaylar.-2010.-15 sentyabr.-S.12
Ətayə Odər Əkbərsoy
 
 
 
Ardını oxu...
Rize tarihi üzerine yaptığı araştırmalarla bilinen ve birçok kitap yazan imam Recep Koyuncu, katıldığı programda uydurulan yalanları birer birer çürüttü.
Rizeli Araştırmacı-Yazar Recep Koyuncu 1925’te Güneysu’da çıkan isyanın gerçek yüzünü belgeleriyle ortaya döktü.
Meclis Kütüphanesi’nin kayıtlarında Rize’ye ait 226 sayfanın yer aldığı ve bunlardan 131’inin mahkeme kaydı olduğunu dile getiren Araştırmacı-Yazar Recep Koyuncu, Rize’de meydana gelen ‘Şapka olayı’ hakkında söylenenlerin çoğunun yanlış olduğunu ifade etti. Koyuncu “Şapka olayı 1925 yılına tekabül etmektedir. Henüz harf inkılabı gerçekleşmemişti ve biz Osmanlı alfabesindeki belgeleri Latin harflerine çevirerek incelemelerde bulunduk. Meclis kütüphanesinin kayıtlarına baktığımızda Rize’ye ait 226 sayfa kayıta ulaşıyoruz. Bu kayıtların 131 sayfası mahkeme kaydı. Ve biz ulaştığımız bilgileri bu mahkeme kayıtları ile birincil kaynaklardan elde etmiş oluyoruz. 131 sayfayı Latin harflerine çevirdiğimizde gördüğümüz en önemli şey; bu güne kadar bize anlatılan bilgilerin çoğunun yanlış olduğudur” dedi.
İSYANCILAR SAKAL-I ŞERİF YALANIYLA KANDIRDI!
Rize’nin Güneysu ilçesinde çıkan isyanın sadece 25 Kasım 1925’te kabul edilen ‘Şapka kanununa’ denk geldiğini dile getiren Koyuncu “Olayın çıkış noktası 25 Kasım 1925 o gün Ankara’da mecliste şapka kanunu kabul ediliyor. Yani şapka kanununa denk gelen bir isyandır. Bu günkü Güneysu ilçemiz eski Potomya’da karakol basılıyor. Karakolun içerisinde 7 tane asker olduğunu biz tespit edebildik. Fakat bu olayın öncesine gelecek olursak. 1 gün önce Potomya’dan kendi içerisindeki köylere ve civar köylere haber gönderiliyor. 25 Kasım günü Potomya Merkez Camisinde toplanılacak şeklinde. O kadar insan orada bu şekilde toplanıyor, bölgeye yakın olduğu için Çayeli Büyükköy’deki imamlara da ‘Burada Sakal-ı Şerif sergilenecek’ şeklinde bir mektup gidiyor ve insanlar orada o şekilde toplanıyorlar” ifadelerini kullandı.
İNSANLAR İSYANA KATILSIN DİYE TEHDİT EDİLDİ
Mahkeme tutanaklarında bir çok insanın tehdit ile toplandığını, silahla gelmenin zorunlu olduğunun söylendiğinin yer aldığını dile getiren Koyuncu “Mahkeme tutanağında Potomya deresindeki bazı insanlar tehdit edildiğini söylediğini görmekteyiz. Hatta silahla gelin gelmek zorundasınız şeklinde haberler gitmiştir. İnsanlar toplandığında görmüşler ki burada Sakal-ı Şerif, namaz kılma, dua etme gibi bir amaç yok. Karakol basılmış askerler esir alınmış silahları alınmış ve gelenlerin hepsi silahlı. Bu durumu gören insanların birçoğu oradan uzaklaşmıştır. Korktuğu için orada kalanlarda karşı gelenlerde var fakat bu olayda birde elebaşları var” şeklinde konuştu.
142 KİŞİ YARGILANDI 8’İ İDAN EDİLDİ
Toplamda 142 kişinin yargılandığını ve bunlardan 8’inin idam edildiğini sözlerine ekleyen koyuncu “Yargılamalar 4 gün sürmüştür. 11 Aralık 1925 yılında istiklal mahkemeleri Rize’ ye gelmiş 14 Aralıkta yargılamaların karar metni okunmuş çeşitli cezalar verilmiştir toplam 59 kişiye idam veya 10’ar yıl 5’er yıl hapis cezası verilmiştir. O gün mahkeme heyeti hemen Rize’den ayrılıp Giresun’a gitmiştir. O günün akşamında gece idamlar başlamıştır. Bu gün tedaşın olduğu yer kumsaldı ve orda bir elektrik santrali bulunmaktaydı idamların orada yapıldığı bilinmektedir. Yargılama ise merkezde yapılmıştır” dedi.
İDAM EDİLENLERDEN SADECE BİRİ İMAM
İsyan nedeniyle idam edilen 8 kişinin imam olduğu bilgisinin yanlış olduğunu dile getiren Koyuncu, idam edilenlerden sadece 1’inin imam olduğunu ifade etti ve “Halkımız hocaların idam edildiğini söylemektedir fakat yargılanan 142 kişi içerisinde toplamda 11 tane hoca var. Bu hocalardan 1 tanesi idam edilmiş diğeri ‘Ben taş ustasıyım’ demiş fakat dini bilgisinden dolayı hoca denilen bir kişidir. Tutanağı göz önüne alırsak sadece bir imam idam edilmiştir. Duruşmanın sonu bile beklenmeden beraat eden imamlar da bulunmaktadır” şeklinde konuştu.
‘ATMA HAMİDİYE ATMA’ YALANI
Tüm Türkiye’ye konu olan Hamidiye gemisinin Rize’yi bombalama olayının gerçek olmadığını, bir rivayet olduğunu dile getiren Koyuncu “Rizelilerin Türkiye genelindeki imajı ‘Atma Hamidiye atma vergi de vereceğuk şapka da takacağuk’ şeklindedir ve söz konusu durum duyumdan ve rivayetlerden ibarettir, gerçek değildir. Rize’nin genel durumuna da bakmak gerekmektedir. Bireysel olarak çok farklı suçlar vardır çünkü Cumhuriyetin ilk yıllarında ciddi anlamda bir fakirlik bulunmaktaydı. Ekonomik olarak var olan ciddi sıkıntıdan kaynaklı çeşitli suçlar vardı, fakat bu isyanı Rizeliye mâl edemeyiz. Toplamda 150 kişilik silahlı bir grup bulunmaktaydı ve yine mahkeme zabıtlarına göre sadece köylülerin oluşturduğu bir gruptur” dedi.
Hamidiye Gemisinin Rize’yi bombaladığı yalanın Rizelileri derinden üzdüğünü dile getiren Koyuncu “Rizelileri üzen ise Hamidiye gemisinin Rize’yi bombaladığı yalanıdır kırıcı ve üzücüdür. Hamidiye gemisi o dönemki en büyük savaş gemilerinden bir tanesi. Mantıken kocaman gemi bir şehri bombalar da bir eve mi denk getiremez, bir yere mi isabet ettiremez, bir ağaca mı isabet ettiremez. Fakat hamidiye gemisi kıyıya gelip korkutma amaçlı bir ses bombası atmış olabilir. Çok fazla bilinmeyen, yanlış bilinen şeyler var” ifadelerini kullandı.
MAHKEME HEYETİ ‘BU HABERİ RIHTIMDAKİ RUMLARA SÖYLESEYDİNİZ YÜKLÜ MİKTARDA KAĞIT PARA ALIRSINIZ’ DEMİŞ
İsyanın muhtar ile karakol komutanı arasındaki küçük bir sürtüşmeden çıktığının altını çizen Koyuncu “Bu olay kayıtlara detaylı bakıldığında fındık kabuğunu doldurmayan bir nedenden çıkmıştır. Muhtar ile komutan arasındaki küçük bir sorun böyle bir sonuca neden olmuştur. Karakolun basılma olayı bazı kişilerin yalan ihbarları yüzünden oluşmuştur. Fakat yine eski düzenin devam etmesini isteyen bir kesim de bulunmaktaydı. Mahkemede bazı insanlar demiştir ki ‘İsmet Paşa öldü Mustafa Kemal ağır yaralı Osmanlı devam edecek’ şeklinde bir haber yayılmıştır. Mahkeme heyeti başkanının bu haberi duyunca verdiği tepki ise ‘Bu haberi rıhtımdaki Rumlara söyleseydiniz yüklü miktar kağıt para alırsınız’ şeklindedir” dedi.
ŞAPKAYA BATILI KIYAFETİ DİYENLERİN ELİNDE BATILI SİLAHLARI VARDI
Bazı hocaların şapka için haram olduğunu hakkında fetva yayınladığını dile getiren Araştırmacı- Yazar Recep Koyuncu “Bazı hocalarla ise şapkanın dini boyutu tartışılmıştır. Kimileri gayrimüslim, batılı kıyafetidir demiştir, bazıları haramdır diye fetva yayınlamıştır. Ki bunu söyleyen bazı insanların elinde Fransız, Alman, Rus silahları bulunmaktaydı. Dönem valisi 3 gün süre vermiş ve isyanın bitirilmesini emretmiştir. Fakat biri bir gün ikincisi iki gün olan süre isyancılar tarafından reddedilmiş ve karakol boşaltılmamıştır” şeklinde konuştu.
ASILANLARIN 3 GÜN İDAM SEHBASINDAN İNDİRİLMEDİĞİ YALANI
Gece saatlerinde idam edilen 8 kişinin öğle saatlerinde, idam edildikleri kumsalda defnedildiğinin belgelerde yer aldığını dile getiren Koyuncu “Beraat eden insanların birçoğu da geçmişte suçları sabıkaları olan insanlardı. Geçmişteki hapis cezalarından da Kuva-i Milliye’ye katıldıkları için beraat etmişlerdi. Yargılama tutanağında sağlık müdürünün almış olduğu bir karara da yer verilmiştir. Bu karara göre gece yarısı 14 Aralık’ı 15 ine bağlayan gece infazlar gerçekleştirilecek. İbreti alem olsun diye gündüz 12 ye kadar asılı duracak. Bazı kaynaklar 3 gün asılı kalmıştır dese de resmi belgeler bu şekildedir. Sabah 12.00’da sağlık müdürü gelip ölmüştürler onayını verdikten sonra idam edildikleri kumsalda gömülmüşlerdir” dedi.
İDAMIN NEDENİ: ŞAPKA BAHANESİYLE HALKI KIŞKIRTMAK
İdam edilenlerin şapkayı bahane ederek Karakol bastığını dile getiren Koyuncu “İdamın temel nedeni şapka takmamak değildir. Şapkayı bahane edip halkı kışkırtmak ve vatana ihanet etmek üzeredir. Şapka kanunu yüzünden idam oluğu söylentisi gerçek değildir. Sadece devlet memurlarının şapka takması zorunludur halkta herhangi zorunluluk söz konusu değildir” şeklinde konuştu.
Biz herseyi araştırıyoruz kulaktan dolma yaşamayız
Sinan Turhan
Teref.az
Ardını oxu...
8 uşaqlı ailənin sonbeşiyi Borçalının ucqar dağ kəndindən Bakıya gəldi,
ADU-nun tarix fakültəsinə daxil oldu,
birinci kursdan sonra hərbi xidmətə getdi,
bir müddət sovet hökümətinin "ət maşını" Əfqanıstanda oldu,
qayıdıb təhsilini dövrünün sanballı təhsil ocağı olan Leninqrad Dövlət Universitetinin tarix fakültəsində davam etdirdi,
1990-cı ildə Bakı Dövlət Universitetinin müəllimi kimi işə başladı,
bir parça çörək və ailəsini dolandırmaq üçün hazırlıq kursunun birindən çıxıb o birisinə tələsdi, 8 saatlıq iş gününü 5 yerə böldü,
mühazirələrində, dərslərində bütün streotipləri dağıtdı,
tələbələrinin sevimlisinə, dostuna çevrildi,
hələ imkan tapıb islama qədərki tarix sahəsində dissertasiya yazdı,
Abşeronun ucqar bir kəndində 1 sot yarımlıq torpaqda yurd saldı,
hər tanınan, vəzifəyə yüksələn tələbəsilə fəxr etsə də heç nə üçün ağız açmadı,
bir dəfə görüşən adam "bizim müəllim" dedi,
3 ləyaqətli, milli düşüncəli övlad böyütdü,
minlərlə yeniyetməyə, tələbəyə milli düşüncə aşıladı,
türk tarixi deyiləndə birinci yada düşdü,
təhsil sistemimizdə ilk dəfə "Antropologiyanın əsasları" kitabını yazdı,
Azərbaycanın ilk ali savadlı antropoloqu kimi tarixə düşdü,
türkçü kimi tanınıb Azərbaycan insanını bütöv qucaqladı,
antropologiya elminə "oğuz tipi" anlayışını gətirdi,
millətçi və dövlətçi oldu,
tanımadığı minlərlə insanın tarixə baxışını dəyişdi,
inandığımız yüzlərlə tarixi yalanı puç elədi,
türk dövlətlərində sanballı tarixçı kimi ehtiram göstərildi,
Heç kimin qarşısında əyilmədi,
Jurnalistlərin "yeni faktlar arxivi" oldu,
BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri seçildi,
doktorluq elmi işini tamamlasa da qayğılar müdafiəsinə imkan vermədi,
sosial şəbəkələrdə populyar izlənən nadir elm adamlarından oldu,
sərhədsiz yaddaşa malik oldu,
Tələbə oğlanların qardaşı, tələbə qızların əmisi oldu,
xidmətlərinə görə heç nə ummadı,
hər gün tıxaclarda Abşeronun ucqar kəndindəki evindən işə gəlib-getməkdən heç usanmadı,
Borçalının dağ kəndindən gətirdiyi bir az qəribə, bir az köntöy, amma tam səmimi xarakterini heç dəyişmədi,
bir suala 10 dəfə cavab verməkdən yorulmadı,
yalnız bildiklərini yazıb çatdıra bilməməyinə görə şikayətləndi,
hələ cavan yaşından "tələbə mənim balamdır" dedi,
qəbul qaydalarında "mən erməninin uşağından imtahan götürmürəm ki, onu çaşdıram" deyib etiraz elədi,
imtahanlarını "mən uşağın biliyini yoxlayıram, bicliyini yox" prinsipi ilə götürdü,
illər keçsə də minlərlə tələbəsini adına, soyadına, dərs dediyi kursa qədər yadında saxladı,
internet resurslarında yüzlərlə elmi tədqiqat səviyyəli çıxışları qaldı,
döyüşdü, dalaşdı, küsdü, incidi yarım saat sonra bunlar sərhədsiz yaddaşından silindi,
Ocağı həmişə səs-küylü, qonaq-qaralı oldu,
mənim, arvadımın və qızımın müəllimi oldu,
Həm müəllim-tələbə, həm dost, həm qardaş olduq,
iradımı, bəzən də köntöy sözlərimi qəbul elədi,
o qədər işin-gücün, qayğıların içində nə yumorundan qaldı, nə koloritli söhbətlərindən,
gecə-gündüz çalışdı, vuruşdu,
ürəyi dözmədi,
58 il yaşadı,
görüşümüzdən 10 saat keçməmiş getdi,
sosial şəbəkələr onun ölüm xəbəri ilə dolub daşdı,
ailəsinin tanımadığı, yalnız özünün tanıdığı yüzlərlə adam vəfa borcunu ödəmək üçün gəldi, yazdı,
yüzlərlə elmi məqalə, onlarla elmi kitabı özü ilə apardı,
TV-lərin "ən maraqlı tarixçi" statusunu alsa da ölümündən bir kəlmə deyilmədi,
bu gündən artıq daha nə uzaq yollar gedəcək, nə dərsdən dərsə tələsəcək, nə qayğısı olacaq,
əbədiyyən dincələcək,
illərin yorğunluğu canından çıxacaq,
artıq özü bir tarix olacaq!
Rasim İsmayılov
Teref.az
Ardını oxu...
Azərbaycanlı yazıçı Günel Eminli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Günel Eminli ədəbi-mədəni köşələrlə yanaşı, bir neçə kitab müəllifi idi.
Ardını oxu...
 
Ardını oxu...
Türkiyəli müğənni Yıldız Tezcan vəfat edib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 78 yaşında dünyasını dəyişib.
Üç ay öncə iflic olan Tezcan orqan çatışmazlığı səbəbi ilə ölüb.
Ardını oxu...



Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdiAqiyə Naxçıvanlı: Üçüncü yol yoxdurBeynəlxalq birlik sülhə gəlmək üçün Ermənistana təzyiq etməlidirBu il Böyük qayıdış üçün bu qədər vəsait sərf olunacaq? - Nazir açıqladı“Kaxovka SES-dəki hadisədən sonra 80 yaşayış məntəqəsi təhlükə altındadır” - Baş nazir
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
MEMARLIQ
DÜNYA
MÜSAHİBƏ
İDMAN
SOSİAL
VİDEO
Axtar..
SON XƏBƏR
Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi (SİYAHI)Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, Azərbaycanda .. Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcəkMilli Qurtuluş Günü ərəfəsində – iyun ayının 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq. Kollektiv Gəncə Dövlət Filarmoniyasında.. İran vurulması mümkün olmayan hipersəs raket istehsal etdiyini açıqladıÖlkənin Müdafiə Nazirliyi sürətinin səsin sürətindən 15 dəfə çox olduğu iddia edilən "Fəttah” raketini təqdim edib. Qaynarinfo xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun son nailiyy.. Dövlət Xidməti 700 minlik geyim alır - 5 manatlıq şirkətlə müqaviləSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimatının satınalınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Tekstil .. Yəhudi alim qərb dünyasına çağırış etdi: Azərbaycana dəstək olunİsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, şərqşünaslıq elmləri üzrə professoru, doktor.. Azərbaycanda bəzi cərimələr artırılır - SİYAHIAzərbaycanda bəzi cərimələr artırılır. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çı.. Nazirliyin yeni binasının açılışı olduAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Son illərdə paytax.. "Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub" - Siyavuş Novruzov"Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub, bunun qarşısı alınmalıdır”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komi.. Xalid Rəhimov həbs olunduLənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Bu barədə "Report”un Cənub bürosu xəbər verir. Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol .. "Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir" - Sabir Rüstəmxanlı"Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım .. Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi (SİYAHI)Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, Azərbaycanda ..Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcəkMilli Qurtuluş Günü ərəfəsində – iyun ayının 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq. Kollektiv Gəncə Dövlət Filarmoniyasında..İran vurulması mümkün olmayan hipersəs raket istehsal etdiyini açıqladıÖlkənin Müdafiə Nazirliyi sürətinin səsin sürətindən 15 dəfə çox olduğu iddia edilən "Fəttah” raketini təqdim edib. Qaynarinfo xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun son nailiyy..Dövlət Xidməti 700 minlik geyim alır - 5 manatlıq şirkətlə müqaviləSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimatının satınalınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Tekstil ..Yəhudi alim qərb dünyasına çağırış etdi: Azərbaycana dəstək olunİsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, şərqşünaslıq elmləri üzrə professoru, doktor..Azərbaycanda bəzi cərimələr artırılır - SİYAHIAzərbaycanda bəzi cərimələr artırılır. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çı..Nazirliyin yeni binasının açılışı olduAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Son illərdə paytax.."Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub" - Siyavuş Novruzov"Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub, bunun qarşısı alınmalıdır”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komi..Xalid Rəhimov həbs olunduLənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Bu barədə "Report”un Cənub bürosu xəbər verir. Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol .."Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir" - Sabir Rüstəmxanlı"Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım ..
Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxsin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanda qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağayev Asəf Azad oğlu

Ələkbərov Malik Mürsəl oğlu

Əliyeva İlahə Mirsə-Əli qızı

Əliyeva Tamilla Aliyevna

Hacıyeva Aytən Tofiq qızı

Hümbətov Sirac Mərfət oğlu

İbrahimov İsmayıl Nadir oğlu

Məmmədov Sadiq Ərzuman oğlu

Zeynalov Nizami Əkbər oğlu.
 

Dünyapress TV

Xəbər lenti