“Natəvan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi”.
Bunu onkoloji xəstəlikdən vəfat edən telejurnalist Natəvam Babayevanın ANS televiziyasında iş yoldaşı olmuş, rəfiqəsi Qənirə Ataşova sosial şəbəkədə yazıb:”Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi.
Beləcə, Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi.Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı.
Bu barədə Mübariz Məsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm.
Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natavanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq”.