Ardını oxu...
Xalq artisti Emin Ağalarov dələduzluqla üzləşib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram hesabında bildirib. İfaçı Emin Ağalarov Fondunun dəstəyi ilə investisiyalarla bağlı təlim kursunun görüntüsünü yayımlayaraq bunu yalan olduğunu bildirib.

Görüntüdə "Məqsədim hər bir Azərbaycanlıya öz adamım kimi kömək etməkdir" sözləri qeyd edilib.

Xalq artisti həmin görüntünün saxta olduğunu deyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan yazıçılarının 13-cü qurultayı necə keçirilib, Anar niyə sədr postun itirmək istəməyib? Çingiz Abdullayev jurnalistin iddialı sualına nədən əsəbi cavab verib? Ramiz Pövşən müsahibəsində niyə ikibaşlı fikir səsləndirib? "Bunlar Xalq yazıçısıdı, nə səbəbdən xalqın dərdini, ağrı-acısını dilə gətirmirlər?" və s. və. i.a.

Bütün bu suallar, bu yanaşma və münasibətlər səd heyif ki, bir baxış bucağının məhsuludur və şəxsən mənə görə, çox məhdud və subyektiv yanaşmadır. Niyəsini deyim.

Anar müəllimin ictimai rəy və rəftara, o cümlədən ictimai düşüncəyə kifayət qədər təsir edən fəaliyyəti olub. Bunu, istəsək də dana bilmərik. Güman ki, indiki cavanlar xatırlamaz, amma QOBUSTAN jurnalının yaranması və elə ilk nömrəsindən ictimai fikirdə zəlzələ effekti yaratması - tarixi faktdır. Bəlkə QOBUSTAN toplusu olmasaydı, ilk impulsu məhz həmin jurnaldan alan bir çox istedadlı yazıçılar, şair, publisistlər də olmazdı. Bəlkə demokratik düşüncə tərzimiz də indikindən əsaslı şəkildə fərqlənərdi. Bəlkə heç, söz və fikir azadlığı haqında, demokratik dəyərlər, insan hüquqları haqqında bugünkü kimi ağızdolusu danışa da bilməzdik.

Anarın "YAXŞI PADŞAHIN NAĞILI" adlı, siyasi-ictimai məzmun kəsb edə, ironok sarkazm üslubuda yazılmış, cəsarətli, mövcud rejimin çirkinliyini bəddi vasitələrlə açıb göstərən povesti olmasaydı, ölkəmizin aydınlığa çıxması, "vətəndaş -hakimiyyət" arasında mövcud olan (ya olmalı) münasibətlər sistemi indikindən qəliz və müşkül olardı. Cəmiyyət bir anlıq da olsa, xofdan qurtulub dərindən nəfəs ala bilməz, haqqın, ədalətin nəmənə olduğunu obyektiv dəyərləndirə bilməzdi... Nəzərə alaq ki, həmən əsər Sovetin at oynatdığı zamanda və mütləq avtoritarizmin hökm sürdüyü bir məmləkətdə yazılmışdı...

Hələ Anarın son 30 ildə qələmə aldığı, vətəndaş cəmiyyətinə təsir edən, onu pozitiv istiqamətə yönəldən, dəyişən, aktiv fəaliyyətə səsləyən neçə-neçə dram əsərlərini, bədi, sənədli filmlərini, analitik-publisistik məqalələrini demirəm...

Deyirlər ki, guya Anar susur, münasibət bildirmir, vətəndaş mövqeyi sərgiləmir...

Dostlar, bəzən dəyərli bir şəxsiyyətin susması, minlərlə, on minlərlə adamın "AZADLIQ!" "İSTEFA!" qışrmasından effektli olur. Təbii ki, bu subyektiv fikirimdi. Amma mənim üçün bu da həqiqətdi ki, Anarın bircə bədii əsərinin, eləcə də Ramiz Rövşənin bircə şeirinin gücü və sinergetik enerjisi keçirdiyiniz (mən də daxil), ən möhtəşəm mitinqlərdən az gücə malik deyil.

O ki qaldı Çingiz Abdullayevin Ana dilində pis danışması, ya kobud jurnalistə kobud cavab verməsi... bu da üfürülmüş şarı qlobusla dəyişik salmağa bənzəyir. Çingizin yazdıqları detektiv əsərlər bütün dünyada nəşr olunub 200 milyon tirajla yayılırsa və həmin kitablarda Ç.Abdullayevin Azərbaycan yazarı olduğu qeyd edilirsə, bu qınanmalı yox, fəxr edilməli hadisə, yaxud ölkəmizin nüfuzuna dividend gətirən fakt kimi dəyərləndirilməlidir. Dünyanın əksər kitab mağazalarında Azərbaycanlı yazıçının bestsellerinin satılması, bizləri sevindirməməlidirmi? 1-ci, əsasən də 2-ci Qarabağ müharibələrində milyonlarla tamaşaçısı olan rus TV-lərində Çingiz Abdullayevin çıxışları ən azı yüz minlərlə insanın gözünü açıb, onları düşünməyə - erməni xislətinin, erməni riyakarlığının nəmənə olduğunu, qismən də olsa, etirafa məcbur etmədimi? Beynəlxalq aləm erməni vandalizminin əsil simasını Çingiz Abdullayevin sərt çıxışlarından sonra, az da olsa, görüb də anlamadımı?..

İndi deyirsiniz bütün bunların üstündən çalın-çarpaz xətt çəkək? Nə var-nə var, Anar növbəti dəfə AYB-ın sədri seçilib?.. Nə var-nə var, Çingiz Abdullayev normal sual verməyi bacarmayan bir jurnalistə hirslənib kobud cavab verib?!

Bir də, ana dilini yaxşı bilməmək vətənini, xalqını sevməmək anlamı daşımır; o qədər doğma dili nükəmməl bilib vətəninə, xalqına xor baxanlar var ki...lap itivə tök!..

Sosial şəbəkələrdə adını düzgün yaza bilməyən burnufırtıqlı uşaqlar, həmçinin, adını düzgün yaza bildiyi üçün özünü əvəzolunmaz yazıçı-şair sayan bəzi müştəbehlər indi Anarı söyür, Çingizi Abdullayevi söyür, Ramiz Rövşəni, Rəşad Məcidi təhqir edir... Buna yol vermək olarmı? Buna imkan vermək olarmı?

Əlbəttə, yox və yox!

Eldəniz QULİYEV
 
 
 
Ardını oxu...
Britaniyalı aktyor Henri Kavill 2019-cu ildə yayıma başlayan “The Witcher” serialının üçüncü mövsümündən sonra layihəni tərk edəcək.

“Riviyalı Heralt kimi səyahətim həm bədheybətlərlə, həm də macəralarla dolu idi. Lakin təəssüf ki, 4-cü mövsümdə medalyonumu və qılınclarımı yerə qoyacağam”, - deyə aktyor “Netflix”ə verdiyi açıqlamada bildirib.

Məlumata görə, serialda Kavilli avstraliyalı məşhur Liam Hemsvort əvəz edəcək.

“Henri Kavill inanılmaz Heralt idi. Mən qürur duyuram ki, o, sükanı mənə təhvil verir və sərgüzəştlərinin növbəti fəslində Ağ Canavarın qılıncını əlimə götürməyə icazə verir”, - deyə Hemsvort vurğulayıb.

Qeyd edək ki, serialın üçüncü mövsümünün premyerası 2023-cü ilin yayında baş tutacaq.
 

Ardını oxu...
 

Rusiyalı məşhur yumor ustası Vladimir Vinokur SSRİ xalq artisti Müslüm Maqomayevin Bakıda zəlzələ zamanı onu necə xilas etməsindən danışıb.

 

Kult.az xəbər verir ki, Vinokur bu xatirəsini Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsertdən sonra bölüşüb.

“Mənim Bakıda konsertim var idi. Konsertdən sonra məni otelə götürdülər. Səhər ayılanda yatağımın balkona tərəf getdiyini gördüm. Həmin vaxt Müslüm zəng elədi və dedi ki, zəlzələdir, vanna otağına get. Bir müddət sonra yenidən Müslüm zəng elədi və dedi ki, daha çıxa bilərsən. Mən heç vaxt belə vəziyyətlərdə olmamışam. Ona görə də nə edəcəyimi bilmirdim. Amma Müslüm mənə həyatda qalmağıma kömək etdi”, - Vinokur bildirib.

 

XalqXeber.Az
Ardını oxu...
Tanınmış aktrisa Violeta Doneva Bolqarıstanın paytaxtında mənzilində qətlə yetirilib.

Bildirilir ki, 79 yaşlı aktrisadan bir neçə gün xəbər ala bilməyən yaxınları polisə şikayət ediblər. Bundan sonra onun Sofiya şəhərindəki evinə baxış keçirən hüquq mühafizəçiləri qadının meyitini tapıblar.

Onun bədənində zorakı ölüm əlamətləri aşkarlanıb.

Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.

Qeyd edək ki, Doneva əsasən “Sevgi” filmindəki rolundan sonra məşhurlaşıb. Bu film ona 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazandırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Tanınmış müğənni Adel karyerasında fasilə elan edib. 34 yaşlı britaniyalı məşhur buna səbəb kimi ingilis ədəbiyyatı üzrə təhsil almaq istəyini göstərib.

İfaçı bu addımı noyabra planlaşdırılan Las-Veqasdakı konsertindən sonraya saxladığını bildirib.

“Veqasdan sonra mən ingilis ədəbiyyatı üzrə dərəcə almaq istəyirəm. Müğənnilikdə uğur qazanmasaydım, düşünürəm ki, mütləq müəllim olardım. Özü də ingilis ədəbiyyatı müəllimi”, - deyə müğənni bildirib.

Adel təhsilini bitirdikdən sonra bu ixtisas üzrə işləməyəcəyini vurğulayıb.

“Mən universitetə ​​getməyəcəyəm, onlayn şəkildə və repetitorla təhsil alacam. Bu, mənim 2025-ci il üçün planımdır. Sadəcə ixtisaslı olmaq istəyirəm”, - deyə ifaçı əlavə edib.

Xatırladaq ki, Adel bu ilin yanvarında Las-Veqasda başlanmasına 24 saat qalmış konsertini nədənsə təxirə salmışdı. O, göz yaşları içində komanda üzvlərinin yarısının koronavirusa yoluxduğu üçün səhnəyə çıxa bilməyəcəyini demişdi.

Qeyd edək ki, şou üçün biletlərin qiyməti 30.000 dollara (51.000 manat) qədər olub.
Ardını oxu...

Mənbə: Daily Mail
 
 
 
Ardını oxu...
Niderlandda kilsələrdən birində kilsə zəngi kimi Aşıq Veysəlin “Uzun, İncə Yoldayam” mahnısını səsləndirilib.

KONKRET.az xəbər verir ki, 50 il əvvəl dünyasını dəyişən Türkiyənin əfsanəvi xalq şairi Aşıq Veysəl Niderlandın Rotterdam şəhərindəki Laursnskerk kilsəsi tərəfindən məhz bu əfsanəvi əsəri ilə anılıb.

Həmin anların videosu sosial şəbəkədə paylaşılaraq qısa zamanda gündəm olub.

 
Ardını oxu...
Beynəlxalq Qremmi mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub.

Teleqraf.com xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova Grammy balloted artist adını qazanıb.

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. İfaçı – pianoçu, Respublikanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur. “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq Apple Music, Spotify, Yandex Music, Vk Music, Boom, YouTube Music, Tidal, Deezer, Shazam kimi platformalarda yerləşdirilib.
 
 
 
Ardını oxu...
"Show" telekanalında yayımlanan "Gelsin hayat bildiği gibi" serialına yeni aktyor daxil olacaq.

"DogruXeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ahmet Arıman yer alacaq. Aktyor layihədə "Tayfun Hoca" obrazına həyat verəcək.

Qeyd edək ki, A.Arıman "Hababam sınıfı
Ardını oxu...
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.
Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.
“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.
 
 
 

Dünyapress TV

Xəbər lenti