Ardını oxu...
Tanınmış aktyor Hikmət Rəhimovla Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov arasında qalmaqal yaşanıb.

TEREF.AZ pravda.az-a istinadla xəbər verir ki, aktyor iştirak etdiyi “Həyat, deyəsən, gözəldir” adlı filmin Türkiyədə keçirilən nümayişinə dəvət olunmadığı üçün şöbə müdirini tənqid atəşinə tutub:

“Türkiyənin Bursa şəhərində festivalda "Həyat, deyəsən, gözəldir" filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyəti olmayan adamları yığıb apardı. Təkrar edirəm, 2-3 nəfərdən başqa oradakıların kinoya qətiyyən aidiyyəti yoxdur. "Kruq məsələsi" bu qədər. İnanın ki, dəvət etsəydilər də, getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir. Haqqım çatırdımı orada olmağa? Bəli, çatırdı”.

Aktyor R.Həsənovun vəzifəsindən sui-istifadə etdiyini iddia edib:

“Sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi dedim. Sənlə üz-üzə oturub danışdıq və sənə bu cameənin hansı vəziyyətdə olduğunu dedim və vecinə almadın. Şahidin adaşın və müavinin orda idi. Sənlə son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, ... məmuru oynayırdın mənə. Yadındadır, sənlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm, üzrlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlaşdıq, sual etdim "xəstəliyin keçdi"? Və sənə son olaraq bunu dedim: “Bu bizim son görüşümüzdür”.

H.Rəhimov şöbə müdirinə təhdid xarakterli ultimatum da yollayıb:

“Sənin bu cameə ilə necə məzələndiyini, nələr etdiyini bilirəm, hamısından xəbərim var. Sadəcə, sənin evində çörək yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda oxumaq deyil. Təki bu işlərdə başın ağrımasın, amma sən səndən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə. Bakı balaca şəhərdir bir gün rəngli corab geyinib ansız qapını döyəcəm.

Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim dedim qəpik-quruş ver bunu çəkim, yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyətləri yoxdur.

Səndən nə mükafat, nə də fəxri ad istədim. Amma sənin gözlərində bir yolaverdi və laqeydlik vardı. Bax, o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadı, bu kainatdır, bu Tanrının ədalətidir. Sona qalan qalib olur, foto adam…”
Ardını oxu...
“Mədəniyyət nazirliyində rüşvət almaq deyəsən adətə çevrilib”.

TEREF.AZ yazır ki, bu fikirləri manset.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Mədəniyyət Nazirliyində hüquq muhafizə orqanlarının keçirdiyi əməliyyat və həbslər barədə danışarkən deyib:
“Bundan qabaq da həbslər olmuşdu, ikinci hadisədir. 44 günlük müharibədən sonra mən düşünürdüm ki, bu hallar azalar. Amma hər gün eşidirik ki, müxtəlif nazirliklərdə və qurumlarda əməliuyyat keçirilir, rüşvət alan şəxslər həbs olunur. Sanki bunu adi adət formasına çeviriblər. Çox ciddi addımlar atılmalıdır. Hesablama Palatası artıq öz hesabatlarını bir az şəffaf aparmalıdır ki, hər şey göz qabağında olsun. Sərt hesablamalar getməlidir, sərt yoxlamalar aparılmalıdır. Dövlət büdcəsindən mənimsəmə adi hala çevrilib. Bu, əslində çox ciddi məsələdir. Bu, dövlətin təhlükəsizliyi ilə əlaqədar bir məsələdir, adi məsələ deyil. İstənilən şəxs gəlsin 1-2 il işləsin, çıxsın getsin. Sonra da tuturlar, salırlar içəri, həbs edirlər. Sonra orada bir az-1 il, il yarım, 2 il yatandan sonra azadlığa çıxırlar. Sonra da taladıqları buldan kifayət qədər vəsaitləri qalır.Ümumiyyətlə bu hallar yaxşı hallar deyil, dövlətin təhlükəsizliyinə şiddətlə mane olan hadisədir. Dövlət başçısı nə qədər bu məsələ ilə əlaqədar tövsiyələr və tapşırıqlar verib. Daxili işlər orqanları, Dövlət Təhlükəsizliyi Xidməti, digər yoxlayıcı orqanlar nə qədər yoxlamalar aparır, həbslər həyata keçirilir. Çox ciddi planlar həyata keçirilir. Amma görünən odur ki, rüşvətxor məmurlar bu tədbirlərdən nəticə çıxarmır”.

Millət vəkili əlavə edib ki, adıçəkilən nazirlikdə əvvəllər də korrupsiya faktları olub:

“Bu, nazirlikdə ilk hal deyil. Hələ Azərbaycanda müstəqillik dövründə də, Polad Bülbüloğlu nazir olan vaxt nə qədər qədim miniatür məhsulları var idi və hamısı xaricə satıldı. Ümumiyyətlə Mədəniyyət naziri çox unikal bir vəzifədir. Bu nazirlikdə elə adamlar işləməlidir ki, onlar gərək kifayət qədər təcrübəyə malik olsunlar, Azərbaycanın mədəniyyətini anlasınlar, mədəniyyət qoruyub saxlamağa nail olsunlar. Amma bu nədir? Hər gün həbs, həbs, həbs...O vaxtı çıxardılar xaricdə satdılar, kimlərə payladılar və s. Onun da heç üstü açılmadı, cinayət işi açılmadı, heç nə olmadı. İndi də belə hadisələr davam edir”.
 
 

Ardını oxu...
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və
müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub.
İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona
görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu
mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm
dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni
zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini
bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir
varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin
iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz
yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu,
yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən
bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.
17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə
üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli
bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis
noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın
dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub.
Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər
sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi
Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli
bayrağımız da daim zirvələrdə dalğalanacaq.
Nəhayət ki, 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma
Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə,
Qubadlıda, Laçında dalğalanır.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa
Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var
millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Ardını oxu...
Türkiyənin 76 yaşlı məşhur muğənnisi Ajda Pekkanın çanaq sümüyü sınıb.
Tribuna.Az xəbər verir ki, bu barədə müğənninin meneceri onun İnstaqram səhifəsində məlumat paylaşıb. Xəstəxanakıq olan müğənninin bütün konsertləri ləğv edilib.
Müğənninin menecerinin sözlərinə görə, o, A.Pekkan evində yıxılıb:
” Ajda Pekkan səhər saatlarında evində yıxılması nəticəsində çanaq sümüyü çatlayıb. Əməliyyata alınıb. Noyabr ayında nəzərdə tutulan konsertləri ləğv edilib”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Mədəniyyət naziri Anar Kərimov xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz imiş.

Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov feysbukda yazıb.

Hətta tədbirlərin birində nazir Anar Kərimov Vasif Adıgözəlova oğlu Yalçın Adıgözəlov vasitəsilə salam göndərib:

"Olmuş hadisədir. Görün, ölkənin mədəniyyət sahəsinə necə biliksiz və səriştəsiz bir adam rəhbərlik edir.

Musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb. Qeyd edim ki, Yalçın Adıgözəlov 2006-cı ilə dünyasını dəyişən Xalq artisti Vasif Adıgözəlovun oğludur. Nazir Yalçından atası Vasif müəllimə çoxu salamlar çatdırmağı da xahiş edib.

Təsəvvür edin, ölkənin Mədəniyyət naziri A.Kərimov elə bilir ki, V.Adıgözəlov sağdır və ona oğlu vasitəsilə salam da göndərir.

Nazir A.Kərimovun yerində olmadığını isbatlayan o qədər ciddi dəlillər var ki... Bütün rayon idarələri korrupsiya yuvasına çevrilib.

Nazir rayon məktəblərində işləyə bilməyən ən savadsız musiqi müəllimlərini qanunsuz köçürmələr və qeyri-şəffaf üsullarla Bakıdakı musiqi məktəblərinə gətirib. İclasda bu məsələyə etiraz edənlər də olub, amma nazir yumruğunu stola vuraraq deyib ki, "bu, mənim əmrimdir, həmin adamları tam dərs yükü ilə təmin edin!".

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət nazirliyində əməliyyat keçirib. DTX-nin keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyevin saxlanıldığı deyilir.
 
 
 
Ardını oxu...
Xalq artisti Emin Ağalarov dələduzluqla üzləşib.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə şəxsi instaqram hesabında bildirib. İfaçı Emin Ağalarov Fondunun dəstəyi ilə investisiyalarla bağlı təlim kursunun görüntüsünü yayımlayaraq bunu yalan olduğunu bildirib.

Görüntüdə "Məqsədim hər bir Azərbaycanlıya öz adamım kimi kömək etməkdir" sözləri qeyd edilib.

Xalq artisti həmin görüntünün saxta olduğunu deyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan yazıçılarının 13-cü qurultayı necə keçirilib, Anar niyə sədr postun itirmək istəməyib? Çingiz Abdullayev jurnalistin iddialı sualına nədən əsəbi cavab verib? Ramiz Pövşən müsahibəsində niyə ikibaşlı fikir səsləndirib? "Bunlar Xalq yazıçısıdı, nə səbəbdən xalqın dərdini, ağrı-acısını dilə gətirmirlər?" və s. və. i.a.

Bütün bu suallar, bu yanaşma və münasibətlər səd heyif ki, bir baxış bucağının məhsuludur və şəxsən mənə görə, çox məhdud və subyektiv yanaşmadır. Niyəsini deyim.

Anar müəllimin ictimai rəy və rəftara, o cümlədən ictimai düşüncəyə kifayət qədər təsir edən fəaliyyəti olub. Bunu, istəsək də dana bilmərik. Güman ki, indiki cavanlar xatırlamaz, amma QOBUSTAN jurnalının yaranması və elə ilk nömrəsindən ictimai fikirdə zəlzələ effekti yaratması - tarixi faktdır. Bəlkə QOBUSTAN toplusu olmasaydı, ilk impulsu məhz həmin jurnaldan alan bir çox istedadlı yazıçılar, şair, publisistlər də olmazdı. Bəlkə demokratik düşüncə tərzimiz də indikindən əsaslı şəkildə fərqlənərdi. Bəlkə heç, söz və fikir azadlığı haqında, demokratik dəyərlər, insan hüquqları haqqında bugünkü kimi ağızdolusu danışa da bilməzdik.

Anarın "YAXŞI PADŞAHIN NAĞILI" adlı, siyasi-ictimai məzmun kəsb edə, ironok sarkazm üslubuda yazılmış, cəsarətli, mövcud rejimin çirkinliyini bəddi vasitələrlə açıb göstərən povesti olmasaydı, ölkəmizin aydınlığa çıxması, "vətəndaş -hakimiyyət" arasında mövcud olan (ya olmalı) münasibətlər sistemi indikindən qəliz və müşkül olardı. Cəmiyyət bir anlıq da olsa, xofdan qurtulub dərindən nəfəs ala bilməz, haqqın, ədalətin nəmənə olduğunu obyektiv dəyərləndirə bilməzdi... Nəzərə alaq ki, həmən əsər Sovetin at oynatdığı zamanda və mütləq avtoritarizmin hökm sürdüyü bir məmləkətdə yazılmışdı...

Hələ Anarın son 30 ildə qələmə aldığı, vətəndaş cəmiyyətinə təsir edən, onu pozitiv istiqamətə yönəldən, dəyişən, aktiv fəaliyyətə səsləyən neçə-neçə dram əsərlərini, bədi, sənədli filmlərini, analitik-publisistik məqalələrini demirəm...

Deyirlər ki, guya Anar susur, münasibət bildirmir, vətəndaş mövqeyi sərgiləmir...

Dostlar, bəzən dəyərli bir şəxsiyyətin susması, minlərlə, on minlərlə adamın "AZADLIQ!" "İSTEFA!" qışrmasından effektli olur. Təbii ki, bu subyektiv fikirimdi. Amma mənim üçün bu da həqiqətdi ki, Anarın bircə bədii əsərinin, eləcə də Ramiz Rövşənin bircə şeirinin gücü və sinergetik enerjisi keçirdiyiniz (mən də daxil), ən möhtəşəm mitinqlərdən az gücə malik deyil.

O ki qaldı Çingiz Abdullayevin Ana dilində pis danışması, ya kobud jurnalistə kobud cavab verməsi... bu da üfürülmüş şarı qlobusla dəyişik salmağa bənzəyir. Çingizin yazdıqları detektiv əsərlər bütün dünyada nəşr olunub 200 milyon tirajla yayılırsa və həmin kitablarda Ç.Abdullayevin Azərbaycan yazarı olduğu qeyd edilirsə, bu qınanmalı yox, fəxr edilməli hadisə, yaxud ölkəmizin nüfuzuna dividend gətirən fakt kimi dəyərləndirilməlidir. Dünyanın əksər kitab mağazalarında Azərbaycanlı yazıçının bestsellerinin satılması, bizləri sevindirməməlidirmi? 1-ci, əsasən də 2-ci Qarabağ müharibələrində milyonlarla tamaşaçısı olan rus TV-lərində Çingiz Abdullayevin çıxışları ən azı yüz minlərlə insanın gözünü açıb, onları düşünməyə - erməni xislətinin, erməni riyakarlığının nəmənə olduğunu, qismən də olsa, etirafa məcbur etmədimi? Beynəlxalq aləm erməni vandalizminin əsil simasını Çingiz Abdullayevin sərt çıxışlarından sonra, az da olsa, görüb də anlamadımı?..

İndi deyirsiniz bütün bunların üstündən çalın-çarpaz xətt çəkək? Nə var-nə var, Anar növbəti dəfə AYB-ın sədri seçilib?.. Nə var-nə var, Çingiz Abdullayev normal sual verməyi bacarmayan bir jurnalistə hirslənib kobud cavab verib?!

Bir də, ana dilini yaxşı bilməmək vətənini, xalqını sevməmək anlamı daşımır; o qədər doğma dili nükəmməl bilib vətəninə, xalqına xor baxanlar var ki...lap itivə tök!..

Sosial şəbəkələrdə adını düzgün yaza bilməyən burnufırtıqlı uşaqlar, həmçinin, adını düzgün yaza bildiyi üçün özünü əvəzolunmaz yazıçı-şair sayan bəzi müştəbehlər indi Anarı söyür, Çingizi Abdullayevi söyür, Ramiz Rövşəni, Rəşad Məcidi təhqir edir... Buna yol vermək olarmı? Buna imkan vermək olarmı?

Əlbəttə, yox və yox!

Eldəniz QULİYEV
 
 
 
Ardını oxu...
Britaniyalı aktyor Henri Kavill 2019-cu ildə yayıma başlayan “The Witcher” serialının üçüncü mövsümündən sonra layihəni tərk edəcək.

“Riviyalı Heralt kimi səyahətim həm bədheybətlərlə, həm də macəralarla dolu idi. Lakin təəssüf ki, 4-cü mövsümdə medalyonumu və qılınclarımı yerə qoyacağam”, - deyə aktyor “Netflix”ə verdiyi açıqlamada bildirib.

Məlumata görə, serialda Kavilli avstraliyalı məşhur Liam Hemsvort əvəz edəcək.

“Henri Kavill inanılmaz Heralt idi. Mən qürur duyuram ki, o, sükanı mənə təhvil verir və sərgüzəştlərinin növbəti fəslində Ağ Canavarın qılıncını əlimə götürməyə icazə verir”, - deyə Hemsvort vurğulayıb.

Qeyd edək ki, serialın üçüncü mövsümünün premyerası 2023-cü ilin yayında baş tutacaq.
 

Ardını oxu...
 

Rusiyalı məşhur yumor ustası Vladimir Vinokur SSRİ xalq artisti Müslüm Maqomayevin Bakıda zəlzələ zamanı onu necə xilas etməsindən danışıb.

 

Kult.az xəbər verir ki, Vinokur bu xatirəsini Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsertdən sonra bölüşüb.

“Mənim Bakıda konsertim var idi. Konsertdən sonra məni otelə götürdülər. Səhər ayılanda yatağımın balkona tərəf getdiyini gördüm. Həmin vaxt Müslüm zəng elədi və dedi ki, zəlzələdir, vanna otağına get. Bir müddət sonra yenidən Müslüm zəng elədi və dedi ki, daha çıxa bilərsən. Mən heç vaxt belə vəziyyətlərdə olmamışam. Ona görə də nə edəcəyimi bilmirdim. Amma Müslüm mənə həyatda qalmağıma kömək etdi”, - Vinokur bildirib.

 

XalqXeber.Az
Ardını oxu...
Tanınmış aktrisa Violeta Doneva Bolqarıstanın paytaxtında mənzilində qətlə yetirilib.

Bildirilir ki, 79 yaşlı aktrisadan bir neçə gün xəbər ala bilməyən yaxınları polisə şikayət ediblər. Bundan sonra onun Sofiya şəhərindəki evinə baxış keçirən hüquq mühafizəçiləri qadının meyitini tapıblar.

Onun bədənində zorakı ölüm əlamətləri aşkarlanıb.

Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.

Qeyd edək ki, Doneva əsasən “Sevgi” filmindəki rolundan sonra məşhurlaşıb. Bu film ona 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazandırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti