Bülent Ersoy gəlinlik geyindi
Tez-tec imic dəyişikliyi və dəbdəbəli geyimləri ilə gündəmdən düşməyən türk musiqi sənətinin divası Bülent Ersoy uzun fasilədən sonra yenidən kazino səhnəsinə çıxıb. Maslak Yeni Kazinoda heyranları ilə görüşən sənətkar ağ libası ilə gəlinə bənzədilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bülent Ersoy Gülşah Saracoğlunun kolleksiyasından “Ağ zanbaq” adlı libasla səhnəyə çıxıb.

Keçən dəfəki konsertində yer tapa bilməyən tmaşaçıları üçün oturacaq sayının 25 faiz artırıldığı bildirilir.

Bülent Ersoy səhnəyə çıxarkən “gəlıin kimiyəm, Maşallah” deyərək ifasına başlayıb.
Konsert başa çatsa da, diva sevənlərinin tələbi ilə 3 dəfə yenidən səhnəyə qayıdıb və əlavə mahnılar oxuyub.
2.webp
 

Dünyapress TV

Xəbər lenti