Rusiya klubları və milli komandası böyük ehtimalla, 2025/2026 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Teleqraf “Football Meets Data” statistik platformasına istinadən xəbər verir ki, Rusiyanın kənarlaşdırılmasından bir neçə ölkənin komandası faydalanacaq.
Kipr və Macarıstan çempionları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən II-yə, Danimarka kubokunun sahibi Avropa Liqasının I təsnifat mərhələsindən II-yə keçəcək.
Bosniya və Herseqovina, Lixtenşteyn, İrlandiya, Şimali İrlandiya, İslandiya, Lüksemburq və Litva kubokunun sahibləri Konfrans Liqasının I təsnifat mərhələsindən II-yə adlayacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüzdən sonra Rusiya millisi və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.