Ardını oxu...
NATO-nun bir çox ölkəsində İsrail əleyhinə etirazlar keçirilir, amma Təl-Əviv bu ölkələrlə bağlı belə tövsiyələr verməsə də, öz vətəndaşlarına Şimali Qafqaza səyahətdən çəkinməyi tövsiyə etməsinin səbəbi Moskvanı təəccübləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Açığı, biz bunu İsrail əhalisini çaşdıran bir növ anti-Rusiya hərəkəti kimi qiymətləndiririk. Mənim sübutlarım var, baxın, NATO ölkələrində anti-İsrail mitinqləri, etirazları keçilir, bu, təkcə Fələstinə dəstək deyil, açıq-aşkar anti-İsrail şüarları, plakatları, çıxışları yer alır, bunların hamısı olduqca aqressiv xarakterdədir, hədələyici bəyanatlar verilir, çox sayda insan iştirak edir. Amma mən rəsmi olaraq İsraildən öz vətəndaşlarına bu ölkələrə getməməyi tövsiyə etdiyini görməmişəm”, – Rusiya rəsmisi bildirib.

Zaxarova İsrailin Şimali Qafqazla bağlı xəbərdarlığını “qəbuledilməz” adlandırıb:
“Nəzərə alsaq ki, ölkəmizdə çoxlu yəhudi, İsrail vətəndaşlığı olan insanlar yaşayır, bunu qəbuledilməz hesab edirik. Niyə İsrail Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar bu ölkələrə səfər edənlərə xəbərdarlıqlar etmir? Hesab edirəm ki, bu cür hərəkətlər və bəyanatlar sadəcə ölkəmizə qarşı yönəlib. Onların reallıqla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, ötən günlərdə Dağıstanda (Mahaçqala) yəhudilər və İsrail əleyhinə nümayiş keçirilib. Bu, iki ölkə arasında gərginliyə səbəb olub
 
Ardını oxu...
Rusiyalı komediya ustaları Vladimir Kuznetsov və “Vovan&Lexus” kimi tanınan Aleksey Stolyarov İtaliyanın Baş naziri Giorgia Meloniyə telefon zəngi edərək zarafat ediblər.

Gununsesi.info xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, rusiyalı komediya aktyorlarından biri telefonda özünü Afrika lideri kimi təqdim edərək Melonini Fransa Prezidenti Emmanuel Makronla münasibətlər və Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar haqda danışdırmağa çalışıb.

İtaliya Prezident Administrasiyası da yazılı açıqlama ilə hadisəni təsdiqləyib.

Açıqlamada hadisənin Meloninin 19-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyalarına qatılmağa hazırlaşarkən və Afrika liderləri ilə əlaqələri gücləndirməyə çalışdığı sentyabrın 18-də baş verdiyi qeyd edilib.

Bildirilib ki, rusiyalı komediyaçılar daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançesə və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenə də oxşar zarafatyana zənglər ediblər.
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Mərkəzi Asiyaya səfərinin ilk mərhələsi çərçivəsində Qazaxıstana gəlib və burada prezident Kasım-Jomart Tokayevlə görüşüb. Makron onu “hər hansı bir gücün vassalı” olmaqdan imtina etdiyinə görə tərifləyib.

"AzPolitika.info" bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir.

Makron deyib: “Fransa ölkəniz üçün tutduğunuz yolu yüksək qiymətləndirir, hər hansı bir gücün vassalı olmaqdan imtina edir və müxtəlif ölkələrlə balanslı əlaqələr qurmağa çalışırsız”.

O, səfəri "tarixi" adlandırıb və iki ölkənin nadir metallar üzrə tərəfdaşlıq niyyəti bəyannaməsi də daxil olmaqla işgüzar sazişlər imzaladığını bildirib.

Rusiya Mərkəzi Asiyanın keçmiş Sovet ölkələrində Qərbin diplomatik fəallığının artması ilə bağlı narahatlığını bildirib.
 

Ardını oxu...
DİA.AZ: - "İran Fələstin üçün İsrailə müdaxilə etməyəcək". DİA.AZ bildirir ki, bu barədə İran KİV-ləri xəbər verib.
İran dini lideri Xamneyiyə bağlı “Keyhan”qəzeti İranın Fələstin üçün İsraillə savaşa girməyəcəyini yazıb.
“İslam İnqilabının prinsipi xalqların oyanması və güclənməsinə əsaslanır və əlbəttə ki, azad olmaq iradəsi olan, lakin əvəzində müharibəyə getməyən hər bir məzlum milləti dəstəkləyir və gücləndirir. Və məhz bu strategiya Amerikanın Qərbi Asiya regionunda İrana qarşı müxtəlif ssenarilərini neytrallaşdırıb”, - qəzet “İran niyə Fələstin məsələsinə görə İsrailə hərbi müdaxilə etmir”, - deyə soruşanlara belə cavab verib.
Xamneyi ilə yaxın əlaqəsi olan jurnalistlərdən Həsən Mafi də “X” səhifəsində yaydığı paylaşımında İranın mövqeyinə belə aydınlıq gətirib:
"İran bunu etməyib, etməyəcək də. İranın yüzlərlə nüvə bombası ilə radikal soyqırım qurumuna qarşı tam hüquqlu müharibə aparacağını və bununla da 85 milyondan çox insanın həyatını riskə atacağını düşünən hər kəs yanılır”.

Ardını oxu...
Ardını oxu...
Artıq bir həftəyə yaxındır ki, Qafqazda yeni ictimai-siyasi fenomen inkişaf edir. Fələstinə dəstək şüarları altında yəhudilərə və İsrailə qarşı yönəlmiş “kortəbii” kütləvi iğtişaşlar başlayıb.

Əvvəlcə Xasavyurt (Dağıstan) şəhərindəki mehmanxanada qonaqlara qarşı basqın təşkil olundu - onlar yəhudi qaçqınlarını axtarırdılar. Tapa bilmədilər.

Sonra Nalçikdə (Kabardin-Balkar) tikintisi başa çatmamış yəhudi dini milli-mədəni mərkəzi yandırıldı. Etiraz əlaməti olaraq görünür...

Oktyabrın 29-da axşam saatlarında isə izdiham Mahaçqalada (yenə Dağıstan) beynəlxalq hava limanına axışdı. Təl-Əvivdən gələn təyyarə etirazlarla qarşılandı. Yeri gəlmişkən, Təl-Əvivdən gələn təyyarə Rusiya aviaşirkətinə məxsus idi. Amma gələn sərnişinlərin pasportlarını şəxsən yoxlamaq istəyən etirazçı gənclər heç bir yəhudi tapmadılar, sonra polislə toqquşmaya başladılar...

Bütün bunlar ruslar tərəfindən kortəbii hərəkətlər və ya təxribat – Ukraynadan gələn təxribar kimi təqdim olunur. Konkret olaraq İlya Ponomarev kimilərinin “Telegram” kanalını misal göstərirlər.

Burada məncə başqa bir şey var. Milli və ya dini zəmində belə iğtişaşlar 1980-ci illərin sonlarında DTK-nın imzası ilə həyata keçirilirdi. Məsələn, Ermənistan-Azərbaycan, Abxaziya-Gürcüstan münaqişələrini göstərmək olar. Bölgə eynidir...

Məncə, indi bu işi FSB həyata keçirir. Ancaq təkcə müsəlmanları Ukrayna və yəhudi Zelenski ilə müharibəyə səfərbər etmək üçün deyil (mən artıq onun Bankova ilə bağlı ünvanının poqromistlərə bu gün “Telegram”da sızdırıldığı haqda “zarafat”ı oxumuşam).

Bunlar kortəbii hərəkətlər, etirazlar deyil. Bu, müharibədən və Putinin gedişindən sonra hakimiyyət uğrunda döyüş meydanında FSB-nin formalaşmasıdır. Rusiyadakı yəhudilər liberallar və qərblilərlə sinonimdir. Ona görə də Rusiya Federasiyasındakı İslam ümməti rus yəhudilərinin hakimiyyətə gəlməsinə imkan verməyəcəklər. Tezliklə bu etirazlar Qafqazdan Moskvaya qədər yayılacaq.

HƏMAS Moskvada əziz qonaqlar və müttəfiqlər kimi qarşılandı. HƏMAS-ın düşməni İsrail quru əməliyyatına başladı. Qafqazda sadə insan nə etməlidir? “Vur və Fələstini xilas et!”. Bu, mənim tərəfimdən hərəkətə çağırış deyil, sadəcə Rusiya imperiyasındakı qırğınlara işarədir.

Moskva təşəbbüsü aşağıdan götürəcək. Sadə insanlar televizorda hər şeyi öz gözləri ilə gördülər! Və sonra Moskva hava limanını ələ keçirdikləri üçün onlara terror maddəsi ilə iyirmi il verilir. Onda rus kafirlərini zindana salmağa imkan verməyən “Şamil işi” və şəriət qanunlarını xatırlayacaqlar. Bununla da bumeranq imperiyaya qarşı olacaq.

Müəllif: Vladimir Qorbaç – Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun politoloqu.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 
Ardını oxu...
Mərkəzi Bank “Azərbaycan Respublikası Mərkəzi Bankının DDOS hücumundan mühafizə sisteminin satın alınması” tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, tenderin qalibi “Caspel” MMC olub.

Qalib şirkətə 188 800 manat ödəniləcək.
Ardını oxu...
Dağıstandakı hava limanında baş verən məlum hadisələr Rusiyadakı yəhudilər arasında böyük təşviş yaradıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyadakı Yəhudi İcmasını təmsilı edən Baş Ravvinliyin mətbuat katibi Ovadya İsakov Dağıstanda yaşayan yəhudi ailələrini sözügedən bölgəni, hətta Rusiyanı tərk etməyə dair rəsmi çağırış edib. Belə ki, Mahaçqaladakı hadisələrin Şimali Qafqaza, hətta bütünlükdə Rusiyaya yayılması perspektivi kifayət qədər yüksək qiymətləndirilir.

Artıq məlum olduğu kimi,İsrail XİN Rusiyaya müraciət edərək, israillilərin və yəhudilərin təhlükəsizliyinin təmin edilməsini istəyib. Lakin Kremlin kifayət qədər ləng reaksiyası və davranışları, bundan öncə isə Rusiya rəhbərliyinin açıq şəkildə HƏMAS-ıdəstəkləməsi Rusiya cəmiyyətində, xüsusilə də Şimali Qafqazda elə bir situasiya yaradıb ki, yəhudilərə qarşı kütləvi zorakılıqların, hətta qətllərin baş verməsini istisna etmək olmaz.

Maraqlıdır ki, Dağıstanda baş verənlərə ilk olaraq Kreml deyil, yerli rəhbərliklər səviyyəsində reaksiyalar verilib və çağırışlar edilib. Belə ki, Dağıstan Respublikası başçısı Sergey Melikov, Qaraçay-Çərkəz Respublikası başçısı Raşid Temrezov və Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov oktyabrın 29-da Şimali Qafqaz xalqlarını təxribata uymamağa çağırıblar. Lakin aydın görünür ki, bu çağırışlara məhəl qoyan yoxdur. Belə ki, Dağıstanın Milli siyasət naziri Enrik Müslümov və Gənclər naziri Kamil Saidov Mahaçqala aeroportuna gələrək, kütləni sakitləşdirməyə çalışsa da, onlara fikir verən olmayıb və buraya toplaşanlar aeroporta daxil olaraq, linç etmək üçün İsraildən gələn təyyarədəki sərnişinləri axtarıblar.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) mütəxəssisləri hesab edirlər ki, bu baş verənlər Şimali Qafqazın Vladimir Putinin nəzarətindən çıxmasının ilkin əlamətləri hesab edilə bilər. Onların son hesabatında qeyd olunur ki, Kremlin xüsusilə də Ukraynadakı işğalçılıq müharibəsi fonunda cəmiyyətdə yaratdığı nifrət, iqrçilik, milli və dini dözümsüzlük ab-havası onun zöünə qarşı çevrilməkdədir.

Belə ki, Mahaçqalada baş verənlər və bunların bütünlükdə Şimali Qafqaza və Rusiyaya yayılması perspektivi Putinin Rusiya barəsində formalaşdırmağa çalışdığı “dini tolerant dövlət” mənzərəsinin üzərindən çarpaz xətlər çəkir. Hələ bir neçə gün əvvəl, oktyabrın 25-də Vladimir Putin Rusiyadakı yəhudilər və müsəlmanlar da daxil olmaqla, bütün dini təşkilatların rəhbərləri ilə görüşündə Rusiyanı “Dini harmoniyanın mayakı” adlandırmışdı. Bundan cəmi 3 gün sonra isə vəziyyət o yerə çatdı ki, Dağıstandakjı yəhudi ailələrinə müraciət edən Rusiya Baş Ravvinliyi “Rusiya xilas deyi”, - deyə bildirdi və oradakı yəhudiləri ölkəni tərk etməyə çağırdı.

Rusiya “Teleqram” kanalları yazırlar ki, Şimali Qafqazdakı iğtişaşlar asanlıqla Moskvaya sıçraya və bu, özünü sadəcə müsəlmanlarla yəhudilər arasında yox, Rusiyadakı qatı millətçilərin digər dini və milli azlıqlara, Qafqazdan, Orta Asiyadan gələnlərə qarşı hücumlarında da göstərə bilər.

Çünki Ukraynaya qarşı işğalçılıq savaşı, bu savaşın fonunda Moskvada və digər iri şəhərlərdə Orta Asiya və Qafqazdan olan miqrantların tutulub zorla müharibəyə göndərilməsi, siyasi ideologiya və təbliğat kanallarının milli və dini ayrıseçikilik zəminində nifrət, zorakılıq ritorikasını artırması, eləcə də son olaraq HƏMAS-ın hücumunu dolaysı ilə dəstəkləməsi cəmiyyəti olduqca aqressivləşdirib. Bu aqressivlik isə Kremlin özünün başında çatlaya bilər...

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Bu gün İranın Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Məhəmməd Baqeri Qəzza zolağının altındakı tunellərdən danışıb:

"32gun.az" xəbər verir ki, general tunellərin bir ucunun hasarların və "sionist" qüvvələrin arxasına, digər ucunun Qəzza zolağına çıxdığını deyib.

“Qəzzanın şimal hissəsində fələstinli döyüşçülər xəbər verir ki, onlar 400 kilometrdən çox uzunluğu olan tunel tikiblər. Oradan bəzən avtomobillər və motosikletlər keçir. Tunellərin bir ucu hasarların və "sionist" qüvvələrin arxasında, digər ucu isə Qəzza zolağına gedib çıxır”.
 
Ardını oxu...
Fələstinin HƏMAS hərəkatı əcnəbi vətəndaşların Qəzza zolağından Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsindən çıxışını təmin etmək üçün bir neçə tələb irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalında bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı danışıqlar davam edir:

"Misir Amerika və digər xarici vətəndaşların “Rəfah” keçid məntəqəsindən çıxmasına icazə verməyə hazırdır və İsrail də buna qarşı deyil. HƏMAS onların getməsinə mane olur və bir sıra tələblər irəli sürür", - deyə ABŞ prezidentinin köməkçisi bildirib.

O, bu tələbləri səsləndirə bilməyəcəyini və bunun davam edən danışıqlar mövzusu olduğunu izah edib.

Qeyd olunub ki, ən azı 400 ABŞ vətəndaşı Qəzza zolağından çıxa bilmədikləri üçün Dövlət Departamentinə müraciət edib.
 
Ardını oxu...
İsrail Qəzza zolağını su ilə təmin edən üç boru kəmərindən ikincisini açıb.

Məlumata görə, İsrailin münaqişədən əvvəl sektora tədarük etdiyi gündəlik su həcmi təxminən 49 milyon litr idisə, hazırda 28,5 milyon litr təşkil edir.

Bu barədə Fələstin ərazilərində İsrail hökumətinin fəaliyyəti üzrə koordinator məlumat verib.

Koordinatorun sözlərinə görə, hazırda Qəzza əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün kifayət qədər su və qida mövcuddur.
 

Dünyapress TV

Xəbər lenti