Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Mərkəzi Asiyaya səfərinin ilk mərhələsi çərçivəsində Qazaxıstana gəlib və burada prezident Kasım-Jomart Tokayevlə görüşüb. Makron onu “hər hansı bir gücün vassalı” olmaqdan imtina etdiyinə görə tərifləyib.
"AzPolitika.info" bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir.
Makron deyib: “Fransa ölkəniz üçün tutduğunuz yolu yüksək qiymətləndirir, hər hansı bir gücün vassalı olmaqdan imtina edir və müxtəlif ölkələrlə balanslı əlaqələr qurmağa çalışırsız”.
O, səfəri "tarixi" adlandırıb və iki ölkənin nadir metallar üzrə tərəfdaşlıq niyyəti bəyannaməsi də daxil olmaqla işgüzar sazişlər imzaladığını bildirib.
Rusiya Mərkəzi Asiyanın keçmiş Sovet ölkələrində Qərbin diplomatik fəallığının artması ilə bağlı narahatlığını bildirib.