Ardını oxu...
Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri sahibkarlıq subyektlərinə eləcə də şənlik evlərində reydlər keçirərək ət məhsulları üzərində möhür axtarırlar.
Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları haqqında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərarı niyə icra edilmir?
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi heyvan kəsimi məntəqələrində real vəziyyətlə bağlı monitorinqlər niyə aparmır? Aparılrsa niyə içtimaiətə məlumat verilmir?
DİA.AZ bildirir ki, bu haqda Dünynınsəsi.Az saytına Goranboy rayonundan eləcə də Gəncəbasar sahibkarlarından çoxlu sayda şikayətlər daxil olmaqda davam edir.

Sahibkarlar bildirirlər ki, bu gün elə bir vəziyyət yaranıb ki, ət kəsimi məntəqələrinin heyvan aparıb kəsdirməyin anacaq quruca adı var.Ancaq bu vəziyyətdən sui-istifadə edib pul qazanan vəzifəli şəxslər var.Hər gün onların nümayəndələri satış məntəqələrinə gəlib ət və ət məhsullarına möhür vurub haqqını almaqla işlərini görmüş hesab edirlər.

Amma realda ölkə ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçirilməlidir. Bunu çıxışlarında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dəfələrlə səsləndirib. Amma bu günə kimi Gəncə və ətraf rayonları əhatə edən ət kəsimi məntəqlərinin adlı siyahısı açıqlanmayıb. Halbuki, Gəncə şəhərinin, həm də rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdirilməlidir ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyət göstərməlidir.
Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə bir dəfə də olsun ki,monitorinq aparılmayıb.Aparılıbsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Əgər verilməyibsə,səbəb nədir? Hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Belə olan halda həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək.

Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur.Əslində isə belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.

Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirlməlidir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülməlidir(kağız üzərində yox, əməli olaraq).Çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunmalıdır. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilə bilər.

Bəs görəsən yuxarıda qeyd etdiyimiz qaydalara zidd olaraq ət kəsiminə Gəncə Regional Bölməsi niyə göz yumur? Sözügedən regional bölmənin nəzarətinə aid rayon və kəndlərdə qəssablar ət kəsimini keçmişdəki qaydalarla-baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə aparırlar. Ətlərin daşınmasında heç bir sanitar-gigiyenik qaydalar gözlənilmir. Xüsusi geyim formalarından demək olar ki, istifadə olunmur. Başları açıq, üzləri tüklü, əlləri kirli qəssablar əhalinin sağlamlığını göz görə-görə təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi isə öz aləmindədir. İnfeksiyanın tüğyan etdiyi bu dönəmdə əhalinin sağlamlığının hər an təhlükədə olması onların heç vecinə də deyil. Redaksiya olaraq apardığımız müşahidələr zamanı o da məlum oldu ki,Regional bölmənin haqq-hesab yığanları qəssab dükanlarına gəlib kəsilmiş ətə möhür vurmaqla işlərini bitimiş hesab edirlər. Necə deyərlər onları vətəndaşların sağlamlığı deyil, rahatlıqla qazandıqları paralar düşündürür.
Məlumat üçün bildirək ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır. Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılmalı, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı azaldıqdan sonra onların əti istifadə üçün qənaətbəxş ət hesab oluna bilər. Amma yenə də suallar biri-birini əvəz edir. Bu qaydalara kim və necə nəzarət edir? Müvafiq qurumlar niyə öz xalqının sağlamlığına düşməncəsinə yanaşır?
Bu gün ət və ət məhsulları obyektlərə ət necə daşınmalıdır?
Ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satışına dair tələblərdə qeyd edilib ki, daşınma üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmama, yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.Amma bu gün piştaxtalarda satılan ət və ət məhsulları qəssablar öz evlərində kəsib gətirirsə onda hansı ekoloji təmiz məhsuldan söhbət gedə bilər?

Qeyd edək ki,məlum faktlarla bağlı Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində mütamadi olaraq monitorinqlər aparmalıdır. Bu monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərinə də böyük töhfə verə bilər. Ancaq görünən odur ki, biznesmen Qoşqar Təhməzlinin rəhbərlik etdiyi agentlik və onun yerlərdəki vəzifəli şəxsləri istehsal sahələrinə elə öz şəxsi biznes mənbəyi kimi baxır. Burada həm də bir amil ön plana çıxr. Regional bölmələrə rəhbərlik edən şəxslər nə dərəcədə peşəkar və ixtisaslı kadrlardır.
Redaksiyamıza şikayət edən Goranboy rayonun Dəliməmmədli şəhər sahibkarlı mətbuat vasitəsi ilə AQTA rəhbərliyindən xahiş və tələb edirlər ki, öz yaşadıqları ərazidə olan ət kəsimi məntəqəsinin yenidən fəaliyyətinə aidiyyatı üzrə göstəriş versin.Əks təqdirdə əhali üçün alınan və satılmalı olan ət və ət məhsullarının qiyməti bahalaşacaq.

Redaksiya olaraq inanırıq ki,Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi bölgələrdə yaşayan əhalinin sağlamlığını fikirləşib təmiz ekoloji ət və ət məhsulları ilə təmin edəcəkdir.
Ardını oxu...
Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bir tədbir keçirib.
Tədbirdə rəsmi şəxslər slayd əsasında çıxış - təqdimat edib.
Tədbirdən çəkilmiş fotodan göründüyü kimi 2 səhifəlik slaydda xeyli sayda səhv tapmaq olar.

Maraqlıdır, Azərbaycan müəllimini şaftalı, asfalt sözünü düz yaza bilmədiyinə görə ictimai formada hədəf seçən, kvadratın perimetrini hesablaya bilmədiyi üçün vətənə xəyanətdən daha ağır günah işləməkdə ittiham edən hörmətli islahatçı nazirimiz Emin Əmrullayevin bu fakta münasibəti necədir?..
Fərid Şahbazlı
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
“44 günlük Vətən Müharibəsində Türkiyənin Azərbaycana verdiyi əvəzsiz dəstək hamımızı qürurlandırmış, köksümüzü qabartmışdı. Könül istərdi ki, Qarabağda infrastruktur layihələrinin icrasına cəlb olunmuş qardaş ölkə şirkətləri işçilərə münasibətdə və əmək qanunvericliyinə riayət etməkdə də nümunə olsunlar. Çox təəssüf ki, son vaxtlar “KALYON RSY İNŞAAT ADİ ORTAKLIĞI TİCARİ İŞLETMESİ” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALIndakı haqsızlıqlarla bağlı mənə müxtəlif vasitələrlə (email, telefon, FB) xeyli müraciət daxil olub. İşçilər (onların arasında qazilərimiz də var) əmək qanunvericiliyini kobud şəkildə pozan şirkətdən kütləvi şəkildə və fərdi qaydada Dövlət Əmək müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət etsələr də, hələki ortada real nəticə yoxdur. Hər iki qurum narazılıqları araşdırmaq və ədalətli qərar qəbul etmək əvəzinə baş verənləri ört-basdır etmək, cəmiyyətdən gizli saxlamaq yolunu tutub”.

AzToday.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, “Kalyon” şirkəti azərbaycanlı və türkiyəli işçilər arasında fərq qoyur:

“İşçilərin “Kalyon” şirkətindən olan narazılıqlarını ümumiləşdirərək təqdim edir və bu biabırçılıqlara son qoymaq üçün müvafiq dövlət qurumlarından təcili tədbirlər görməyi tələb edirəm:

1. Bəzi işçilər əmək müqaviləsiz işlədilir.
2. Bəzi işçilərin həftəlik iş vaxtı norması qanunvericiliklə müəyyən olunmuş normadan artıq müəyyən olunur.
3. İşçilər hər iş günü iş vaxtından artıq işlədilir və buna görə onlara əlavə ödəniş edilmir.
4. Azərbaycanlı işçilər türkiyəli işçilərdən bir neçə dəfə aşağı əmək haqqı alırlar.
Azərbaycanlı işçilərin maaşı, adətən 800-900 manat arası müəyyənləşdirilir, türkiyəli işçilər isə 5000-6000 manat arası əmək haqqı alırlar. Yüksək əmək haqqı rəhbərlikdə çalışanlara və ağır texnika işlədənlərə verilir ki, onların arasında azərbaycanlılar, demək olar ki, yoxdur. Ağır texnika ilə işləməyi bacaran azərbaycanlıları bu işə qəbul etmirlər. Bu, artıq işçilər arasında ayrı-seçkilik edilməsidir.
5. İşçilərin əmək haqları gecikdirilir.
6. Nahar fasiləsində işçilərə verilən yeməklər çox keyfiyyətsizdir. Bəzi məlumatlara görə, yeməklərin təchizatı “AZAL”ın nəzarətində olan catering şirkəti tərəfindən həyata keçirilir.
7. İşçilərin gecələdikləri və istirahət edikləri yerlər (kamplar) ən adi normalara cavab vermir, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraiti təmin olunmur.

Sonda onu da qeyd edim ki, azərbaycanlı işçilərə münasibətdə əmək qanunvericliyinin pozulması halları “Kalyon”un icra etdiyi Horadiz-Ağbənd yollarının tikintisi zamanı baş verib və hazırda da davam edir.

P.S. Bu problemlərlə əlaqədar əlavə məlumatları olanlardan şəxsi qutuya və ya şərh bölməsində rəylərini yaza bilərlər. Qarşı tərəf olaraq “Kalyon” şirkətinin açıqlamasını dərc etməyə hazırıq”.
 
Ardını oxu...
DogruXeber.az: - Qəribə ölkədə yaşayırıq. Ölkəni qəribə edənsə yazılmamış qanunları, qəribə qaydalarıdır. Özü də yazılmamış qanunlar həmişə dövlət qurumlarında, dövlət idarələrində yaranır və özləri üçün keçərli olur. Sıravi vətəndaşlara gəldikdə isə qanunlar olur şah (əslində hamı üçün olmağı gərəkdiyi kimi).

Kiçik ya böyük (fərqi yoxdur) vəzifəli şəxslərə gəldikdə isə, "bu filankəsin adamıdır", "onun day-dayı filankəsdir", "o filankəsin sağ əlidir" ifadələri artıq hər kəs üçün "doğmalaşıb" .

"Sağ əl" demişkən, elə bir vaxtlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimovun da keçmiş Abşeron rayon İcra başçısı İradə Gülməmmədovanın "sağ əli" olduğunu deyirdilər.

Lakin, maraqlıdır ki, İradə Gülməmmədova vəzifədən getdikdən sonra da Fuad İbrahimov vəzifəsində həmişəki iş prinsipləri ilə davam etdi və hələ də etməkdədir.

Belə çıxır ki, Fuad İbrahimov ya "protez əl" imiş, ya da "day-dayı" güclü imiş. Yoxsa, bu ilin fevral ayında sözügedən qurumda yoxlamalar aparan, qanunsuzluqlar və korrupsiya faktları aşkar edən Azərbaycan Respublikası baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ondan aşağı 10 nəfəri götürüb də, ona niyə dəyməsin?

Ardını oxu...

Əslində, gəzən söz-söhbətlərə görə əvvəl onun da adı həbs edilənlər arasında olub, amma, nə hikmətsə, 1 gün sonra bu məlumat təkzib edilib. İşçilər korrupsiya əməllərinə görə həbs edilir, rəis "süddən çıxmış ağ qaşıq"mış kimi bu gün öz keyfi-damağında, "kreslosu"ndan ikiəlli möhkəm yapışıb, oturub.

Özü də "yazığın bəxtinə heç əli-ayağı düzgün işçi çıxmır". Aldığımız məlumatlara görə Abşeron rayonunun Hökməli, Qobu və digər qəsəbələrində hələ də "köhnə qaydalar" işləyir ki, bununla bağlı da qarşıdakı günlərdə "DogruXeber.az" informasiya portalımızda ətraflı məlumat dərc ediləcək.
Hazırda, redaksiyamıza daxil olan vətəndaş müraciəti barəsində redaksiyamız tərəfindən bəzi dəqiqləşdirmələr aparılır.

"DogruXeber.az" hər zaman bütün məsələlərə obyektiv və qərəzsiz yanaşır. Buna görə də daxil olan məlumat tərəfimizdən araşdırılıb, dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim ediləcək.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Milli Məclisin (MM) payız sessiyasının oktyabrın 21-də keçiriləcək plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib.

MM-dən verilən məlumata görə, bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

21. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

22. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

23. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

24. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

26. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

27. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

28. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

29. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

30. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

31. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

32. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

34. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

35. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

37. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

38. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

39. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

40. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

41. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

42. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

43. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

44. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

45. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

46. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

47. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

49. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

50. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
Ardını oxu...
“Qurtuluş 93 Yaşayış Kompleksi” MMC məhkəməlik olub.

TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozan şirkət barəsində protokol tərtib edilib.

Şirkət “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə ittiham olunur.

İddia təsdiqini taparsa, şirkət rəhbərliyini beş min manat məbləğində cərimə gözləyir. İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova “Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.
 
Ardını oxu...
Səfər Mehdiyev bir maşın latundan (23 ton) 20 min, bir maşın misdən ( 23 ton) 40 min manat qazanırdı…

Təxminən 4 il əvvəl, daha dəqiq desək 26 yanvar 2019-cu il tarixdə, yəni Səfər Mehdiyevin qılıncının dalı da kəsən vaxtda NUH.az saytında “Bu da DGK-da rüşvət və korrupsiya, cənab sədr ! Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz sənədləşdirib” başlıqlı araşdırma yazısı dərc etmişdik.

Bu yazı həm də DGK sədri Səfər Mehdiyevin bir müddət əvvəl “Ölkədə inhisarçılığın 1 faizini göstərsəniz, mən istefa verərəm” açıqlamasına konkret, faktlara əsaslanan cavab idi. Səfər Mehdiyev özünü elə aparırdı ki, guya gömrük sisemində rüşvətin kökünü kəsib.

NUH.az-ın bu araşdırma yazısı Səfər Mehdiyev üçün “soyuq duş” oldu.

Yazıda söhbət Səfər Mehdiyevin ölkədən ixrac edilən əlvan metalların KODUNU dəyişərək dövlətə ziyan vurduğu…özünün isə qazandığı yüz milyonlardan gedirdi.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən latun, bürünc, misdən olan KÜLÇƏ, yəni xammala 10 faiz gömrük rüsumu tətbiq olunur, HAZIR MƏHSUL olan MİS KATOD isə rüsumdan azaddır.

NUH.az-ın 2019-cu ildəki araşdırmasından bəlli olurdu ki, Səfər Mehdiyevin göstərişi ilə Bakı Gömrül İdarəsi xammalı hazır məhsul kodu ilə sənədləşdirir və dövlətə külli miqdarda ziyan dəyir.

Həmən araşdırma yazısında ATEF şirkətinə məxsus əlvan metal oaln xammalın kodu dəyişdirilərək rüsumsuz-hazır məhsul kimi sənədləşdirilməsi qeyd olunmuşdu. Və əlvan metal yüklü 3 maşın xammalın Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda saxlanıldığı qeyd olunmuşdu.

NUH.az-ın əməkdaşı qarşı tərəfin fikrini öyrənmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxlayanda , o, “Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab verməmişdi.

Məqalənin dərcindən cəmi bircə gün sonra DGK gurultulu bəyanat verərək, NUH.az-ı həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etməkdə, hətta MƏDƏNİYYƏTSİZLİKDƏ suçlamışdı.

Səfər Mehdiyevin “ailə kantoru” hətta bizi savadsızlıqda ittiham etmişdi.

Belə ki, DGK-nın bəyanatından məlum olurdu ki, “Sınıq Körpü” gömrük postunun adı 2 ay öncə dyişib və NUH.az-ın bundan xəbəri olmayıb.

Biz o zaman Səfər Mehdiyevə yazdıq ki, söhbət gömrük postunun adından getmir, gömrük postunun adı Sınıq Körpü, Qozlu körpü, hətta Daşarx da (Naxçıvanda post ) ola bilər. Bunun məsələnin mahiyyətinə dəxli yoxdur. Söhbət cinayət əməlindən, məhsulun kodunu dəyişərək dövlət büdcəsinə vurulan milyonlarla ziyandan gedir.

Sözün qısası, 4 il əvvəl yazdıqlarımız gec də olsa təsdiqini tapdı və Səfər Mehdiyev əməllərinə görə, Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı.

Bəs görəsən, Səfr Mehdiyevin dövlət büdcəsinə vurduğu 100 milyonlarla ziyanı kim ödəyəcək..?

NUH.az yeni araşdırma yazısında Səfər Mehdiyevin DGK-da qurduğu rüşvət və korrupsiya mexanizminə aydınlıq gətirməyə çalışacaq.

Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Səfər Mehdiyev gömrük sistemində elə bir harınlamış, yırtıcı rüşvət-korrupsiya-inhisarçı sistem yaratmışdıki, bunun zərbəsini iş adamları, biznesmenlər çəkmişdi və üstəlik dövlət büdcəsinə yüz milyonlarla ziyan dəymişdi.

Səfər Mehdiyev hələ DGK sədrinin 1-ci müavini olarkən sahibkarla qənim kəsilmişdi, onlara külli miqdarda maddi ziyan vurmuşdu.

2018-ci ildə Prezident İlham Əliyev cənabları Səfər Mehdiyevə etimad göstərib DGK-ya sədr təyin edəndə o, gömrük sistemində ciddi müsbət dəyişikliklər aparacağına söz vermişdi. Amma…

Əmması odur ki, Səfər Mehdiyev DGK sədri oalndan sonra daha azğın şəkildə iş adamlarını istismar etməyə, dövlət büdcəsini dağıtmağa başladı.

Biz bu yazıda Səfər Mehdiyevin təkcə bir sahədən - əlvan metal ixracından qazandığı milyonlardan bəhs edəcəyik.

Yuxarıda qeyd etdiyimiz kimi Səfər Mehdiyev xammal və hazır məhsul olan əlvan metalların kodunu dəyişməklə milyonlara sahib olub və dövlət büdcəsinə ziyan vurub.

Sadə bir misalla məsələyə nəzər salaq.

Nazirlər Kabinetinin qərarına əsasən hər bir ixrac olunan 23 tonluq LATUN yük maşınına 20.000 manat gömrük rüsumu, hər bir 23 tonluq MİS yükünə 40.000 manat dövlətə gömrük rüsumu ödənilməli olduğu halda, Səfər Mehdiyevin göstərişi ilə DGK əməkdaşları xammalı hazır məhsul kodu ilə sənədləşdirərək dövlətə heç 1 MANAT da gömrük rüsumu ödənilməyib, pullar Səfər Mehdiyevin və onun şəriklərinin cibinə axıb.

Beləcə, Səfər Mehdiyev təkcə kod əməliyyatı ilə 85.000.000, yəni 85 MİLYON MANAT pulu mənimsəyib.

Azərbaycandan saxta kodla Türkiyəyə ixrac olunan xammal ( yalançı hazır məhsul) Türkiyə dövlətinə ayrı kodla daxil olub. Yəni qardaş Türkiyə dövləti üçün də ciddi problem yaranıb.

Ümid edirik ki, hüqu-mühafizə orqanların araşdırmaları ciddi və obyektiv olacaq, dövlətə dəyən yüz milyonlarla ziyan dövlət büdcəsinə qaytarılacaq. Və maxinasiyalarda iştirak edən şirkətlərin adları cəmiyyətə bəlli olacaqdır.

NUH.az-a daxil olan məlumata görə, DGK-nın yeni sədr əvəzi Şahin Bağırov, 1-ci müavin və eyni zamanda Bakı Gömrük İdarəsinin sədr əvəzi İsmayıl Hüseynov metal biznesi ilə məşğul olan fırıldaqçı şirkətlərin əməllərinin qarşısını alacaqlar.

Yeri gəlmişkən, Səfər Mehdiyev bir vaxtlar İsa Hüseynovun bütün səlahiyyətlərini əlindən alaraq onu gözardı etmişdi.

Sahibkarlar ümid edir ki, DGK-nın yeni rəhbərliyi Şahin Bağırov, İsmayıl Hüseynov və Bəhruz Quliyev Prezidentin etimadını doğruldacaqlar və Səfər Mehdiyevdən qalma problemləri qısa zamanda aradan qaldıracaqlar.

Növbəti yazıda DGK ilə bağlı başqa problemləri araşdıracağıq. //nuh.az//
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, sakinlərə yarımçıq bina təhvil verdiyi üçün etirazlara səbəb olan "Vesta Construction” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, tikinti şirkətin bu günə qədər olan borcu 230 min manata yaxındır. (2242291.50 AZN)

Nizamnamə kapitalı 5 AZN olan "Vesta construction” MMC-nin qanuni təmsilçisi Zeynal Fərhad oğlu Zeynalovdur. Sözügedən şirkət 19.10.2012 tarixində dövlət qeydiyyatına alınıb.

Lakin iddiaya görə, “Vesta Construction” şirkətinin əsas sahini Ceyhun Musarza oğlu Quliyev adlı şəxsdir. Həmçinin bildirilir ki, Ceyhun Quliyev SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun yaxın qohumudur.

Əldə etdiyimiz digər məlumata görə, sözü gedən şirkətin sahibinin öllkədən çıxışı məhdudlaşdırılır.

Saytımıza verilən digər məlumata görə, "Vesta construction” MMC rəhbərliyi onların şirkətindən mənzil alan və narazı qalan sakinlərin etirazına “Arxamızda Nizami Rayon İcra Hakimiyyəti dayanır” deyə cavab versələr də bu gün həmin arxa-dayaqsız qalıblar.

Belə ki, Nizami rayonu icra hakimiyyəti ilə şirkət arasında mübahisə düşüb. İddiaya görə, mübahisəyə səbəb satışdan əldə olunan gəlirdir.

Məlumat üçün bildirək ki, şirkətin üzün müddətdir dövlətə borcu var. 350 minlik borcdan 120 min ödəyən şirkət dövlətdən möhlət alıb.

Xatırladaq ki, "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən bina ilə bağlı etirazlar var idi. Belə ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırq.
Ardını oxu...
 
Ardını oxu...
İnşaat sektorunda əsas oyunçulardan hesab edilən “Akelik Group” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “İnter DBK” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

“İnter DBK” MMC 5 iyul 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 479 420 AZN olan şirkətin qanuni təmsilçisi Bailar Pirievdir.

Bailar Piriev və şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Akelik Group” MMC-yə gəlincə, 20 may 2011-ci ildə qeydiyyata alınan şirkət əvvəl “ALKE İnşaat Sənaye və Ticarət” ASC kimi fəaliyyət göstərib. ASC-nin sabiq əməkdaşı Şahin Cəfərovun yerli mediada dərc olunan müraciətində bildirib ki, “ALKE İnşaat Sənaye və Ticarət” ASC ilə Türkiyənin “ALKE İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti eyni təsisatdır.

6 sentyabr 2018-ci il tarixində “ALKE İnşaat Sanaye və Ticaret” ASC-nin təsisçiləri şirkətin adını “Akelik Group” ASC-yə dəyişdirib. Babayev Süleyman Qalibiyyət oğlu ASC-nin direktoru seçilib.

Bir il sonra “ALKE İnşaat Sanaye və Ticaret” ASC təşkilati hüquqi formasını dəyişərək “Akelik Group” MMC-yə çevrilib. Nizamnamə kapitalı 33 014 681 AZN olan MMC-nin qanuni təmsilçisi Babayev Rasim Qalibiyyət oğludur.

MMC Azərbaycanda və xaricdə iri layihələrin icrasını həyata keçirib. 2018-ci ildə yerli mediada “ALKE İnşaat Sənaye və Ticarət” ASC-nin Qırğıstanda Oş-Batken-İsfana avtomobil yolunun tikintisini həyata keçirdiyini və fəahlələrin maaşlarını vermədiyi barədə material dərc edilib. Həmin materialdan məlum olur ki, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi ilə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisi ilə bağlı “ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq müqavilə bağlanıb.

2018-ci ilin sentyabrında isə “Azərsu” ASC-nin inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün qurumla şirkət arasında 44 milyonluq müqavilə imzalanıb.

Bundan başqa, “Akelik Group” MMC Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin və Ağdaş şəhərindəki kanalizasiya kollektorunun tikintisini həyata keçirib. Bunun üçün “Azərsu” şirkətə ümumilikdə 51 milyon manat ödəyib.

Araşdırmalarımız zamanı o da bəlli olub ki, şirkətin hazırda 6 811 181.27 AZN vergi borcu var.

MMC-nin milyonluq layihələri həyata keçirməsi, sahibi Süleyman Babayev və qanuni təmsilçisi Rasim Babayev haqqında açıq mənbələrdə heç bir məlumatın olmaması şirkətin hansısa məmurun himayəsində olması barədə şübhələrə yol açır.
 
Ardını oxu...
 

 Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, mənzil 61 ünvanında yaşayan Niftalıyeva Zərnişan Rövşən qızı ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Niftəliyev Zaur Nadir oğlu ilə 13 may 2014-cü ildə rəsmi nikaha girərək ailə qurmuşam. Onunla birgə nikahımızdan 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlu adlı iki övladımız olmuşdur.

Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və qarşı tərəf məni aldadaraq azyaşlı övladlarımın onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda bir ildən çoxdur övladlarımı görə bilmirəm, bir ana kimi çox çarəsizəm, məni eşidən yoxdur.

Mən, azyaşlı övladlarımla görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsəm də, cavabdeh bizim görüşümüzə mane olur, öz övladlarımla görüşməyim üçün mənə şərait yaratmır.

Nigah pozulandan bu vaxta qədər uşaqlarla görüşməmişəm. Bu isə, azyaşlı övladlarımın psixoloji vəziyyətinə çox pis mənfi təsir göstərir.

Belə ki, azyaşlı övladlarım atası tərəfindən mənimlə mütəmadi və sistemli görüşə buraxılmadıqlarına görə vaxtlı-vaxtında ana qayğısı görmədiyi və normal mühitdə yaşamadıqları üçün narahat ola və ya xəstələnə bilərlər.

Uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə Cəbrayıl rayon Məhkəməsinə müraciət etdim, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının rəy verilməsi barədə qərardad qəbul etdi.

Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası rəy verərkən bir çox qanuna zidd hərəkətlərə yol vermişdir, belə ki, ana ilə övladları olan 6 və 4 yaşlı uşaqlarla heç bir ünsiyyət yaratmadan saxta və qaranlıq yollarla rəy vermişdir ki, guya ana ilə hər iki uşaq imtina etdiyi üçün ünsiyyətdə olmağı uşaqların mənafeyinə uyğun hesab etmir.

Hörmətli İcra Başçısı Kamal müəllim nəzərinizə çatdırmaq istəyirəm ki, vəzifəsinə uyğun olmayan Orxan Məmmədov birinci müavin olmaq abu havası ilə yaşamaqla biz vətəndaşların hüquqların ayaq altda atıb tapdalayır. Hansı ki, hər dəfə məhkəmə vaxtı keçmiş qaynatam Nadir atam Rövşənə dediyi sözləri Orxan Məmmədov adlı vəzifəsinə uyğun olmayan məmur saxta rəydə qeyd etməklə məhkəməyə göndərmişdir, atam bir çox alternativ yerlərdən maraqlanan zaman bizə məlum oldu ki, bizə gəlib söbət aparanın rəyini Orxan Məmmədov saxta yollarla dəyişərək saxta bir rəy yazaraq məhkəməyə göndərmişdir, bu etdiyi əməlləri inşAllah gələcəkdə öz qarşısına çıxacaq onda mənim nə çəkdiyimi o çəkəndə bugünkü səf əməlləri qarşısına çıxacaqdır.

Ay bu vəzifələrə layiq olmayan məmur Cəbrayıl rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi Orxan Məmmədov və digərləri Siz nə zaman vəzifənizi yerinə yetirib, ana ilə uşaqlar arasında ünsiyyət yaratdız ki, uşaqlarda imtina etdi. Bu səbəbdəndə bu saxta rəy ləğv edilməli və yeni düzgün real digər qadın vəzifəli şəxslər tərəfindən rəy verilməsinə ehtiyac vardır. Bu saxta rəyləri yazan məmurlarda ciddi cəzalandırılmalıdır.

Bu barədə hal-hazırda Sabunçu rayon Məhkəməsində və Cəbrayıl rayon Məhkəməsində qarşı tərəfə qarşı iddia tələbim üzrə iş gedir. Ancaq heç bir müsbət qərar qəbul edilməyib.

Xahiş edirəm ki, Sabunçu rayon Məhkəməsi tərəfindən Azyaşlı övladlarım 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlunun özümə qaytarılmasına, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının saxta rəyinin ləğv edilməsinə, bu saxta rəyi yazan məmurun ciddi cəzalandırılmasına, yeni rəy verilməsi üçün qadın mütəxəsislər cəlb edərək yeni rəy verilməsinə köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti