Ardını oxu...
Qubanın Qənidərə kənd sakinləri antisanitar vəziyyətə görə kəndin təmiz havasından məhrum olublar.

Kəndin göz oxşayan mənzərəsini hər addımda yığılan zibil qalaqları korlayır. Kənd xəstəlik mənbəyinə çevrilib.

Qənidərə kəndi rayon mərkəzindən 40 km aralıda yerləşir. Zibil tökülən ərazinin sahəsi get-gedə genişlənir. 100-dən çox sakinin yaşadığı kənddə uzun zamandır eyni mənzərədir.

Ardını oxu...
Sakinlər yaranmış anormal vəziyyətə görə dəfələrlə bələdiyyə sədrinə müraciət etsələr də, dəyişən heçnə yoxdur.

Məlumata görə, kəndin bələdiyyə sədri qonşu kənddə yaşayır. Buna baxmayaraq kəndin problemləri ilə maraqlanmır.

Kənd sakinləri deyir: Bu kənd biyabırçı gündədir. Bələdiyyə baxmırsa, bu işə kim baxacaq? Müraciət edirik, deyirlər fəhlə yoxdur. Haradadır bunun fəhlələri?

Bələdiyyə sədri Arif Ömərov məsələ ilə bağlı belediyye.netin sorğusunu cavabladı. Sədr tezliklə zibilliyin təmizlənəcəyinə söz verdi. //belediyye.net//
 
Ardını oxu...
Azərbaycanda qəribə bir hadisə baş verir. TEREF.AZ bildirir ki, bu barədə Dunyaninsesi.Az saytı məlumat yayıb. Sayt xəbərində iddia edir ki, Yevlaxda keçmiş məmurlardan biri yenidən qovulduğu vəzifəsinə qayıdacağını iddia edərək əməlli-başlı sabotaj aparmaqdadır.

Sayt yazır:

"Yevlaxın ən təhlükəli sabiq məmuru hesab edilən sabiq Mədəniyyət müdiri Rafiq Məmmədovun revanşist cəhdləri davam edir.

Köhnə komandanın üzvləri ilə gizli görüşlər keçirir, onların damağına şəkər əzir,bir çoxlarına yalançı və yağlı vədlər verir ki.guya qovulduğu vəzifəsinə qayıdır.
Yevlaxdakı musiqi məktəblərini, kitabxanaları və başqa müəssisələri bir-birinə vurur, təxribatçı əməllər törədir və ƏN TƏHLÜKƏLİSİ Yevlax və Bərdədəki informasiyaları xaricdəki “söyüş maşınlarına” ötürür.

Hüquq-mühafizə orqanları və Mədəniyyət naziri bu adamla bağlı təcili araşdırmalar aparmalıdır…"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanda ən çox nöqsanlara və ictimai narazılığa bank sektorunda rast gəlinir desək, yəqin ki, yanılmarıq. Doğrudur, əhalinin böyük əksəriyyəti bankların müştərisi olduğundan, bu sahədəki narazılıqların sayının hədsiz çoxalması da anlaşılandır. Digər tərəfdən bank sektorunun bərbad vəziyyətdə olması faiz nisbəti ilə bu sahədən gələn şikayətlərin artmasını labüd edir. Haqqında ən çox şikayət səsləndirilən, bununla belə müştəri məmnuniyyətini nəzərə almayan banklardan biri də Kapital Bankdır. İnsanlar daha çox karta müdaxilələrin olması, təhlükəsizliyin yaxşı təmin edilməməsi, müştəri məmnuniyyətinin nəzərə alınmaması, operatorların ünvanlanan sualları vaxtında və lazımı səviyyədə cavablandırmaması və sair bu kimi problemlərdən şikayət edirlər.

TEREF.AZ bildirir ki, KONKRET.az-ın redaksiyasına Kapital Bankın yarıtmaz fəaliyyəti barədə bu cür şikayətlər vaxtaşırı daxil olur.

Bu dəfə isə adıçəkilən Bankın fəaliyyətindən tanınmış teleaparıcı Turan İbrahimov öz sosial şəbəkə hesabında fikir paylaşmaqla şikayət edib. Teleaparıcı bildirib ki, uzun müddətdir müştərisi olduğu Kapital Bank və onun Birbank tətbiqi onun maliyyəsini qoruya bilmir, edilən müraciətləri və səsləndirilən haqlı iradları isə cavablandırmır. Əksinə süründürməçiliyə yol verməklə müştəri məmnuniyyətini heçə sayır. Bütün bu səbəbləri əsas gətirən teleaparıcı Kapital Bankla əməkdaşlıqdan və onun Birbank tətbiqindən imtina etdiyini açıqlayıb.

Maraqlı və diqqət çəkən məqam ondan ibarətdir ki, Turan İbrahimovun paylaşımına rəy yazan insanların demək olar ki, hamısı teleaparıcı ilə həmfikir olduqlarını bildiriblər və Kapital Bankın fəaliyyətindən narazılıqlarını dilə gətiriblər. Bəziləri sözügedən bankın öz müştərisinin kartından boş yerə pul çıxdığını, lakin 3d kodu göndərmədiyini, digərləri köçürmələr zamanı çox faiz tutduğunu və operatorların gec cavab verdiyini vurğulayıblar.

Bir sözlə yazılan rəylərdən insanların böyük əksəriyyətinin Kapital Bankın qurduğu sistemdən və tətbiqlərindən narazı olduğu açıq-aşkar görünür. Müştəri məmnuniyyətinin heçə sayılması isə adıçəkilən Bankın ən böyük nöqsanı kimi təqdim edilir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda 25 bank fəaliyyət göstərir və müştərilərin seçim imkanı var:

“Hansısa bank müştərinin tələbatını lazımı səviyyədə ödəyə bilmirsə və narazılıq yaradırsa, bu zaman digər bankın fəaliyyətindən yararlanmaq mümkündür. Çünki bu sektorda seçim azaddır. Burada hər bir müştərinin fərdi yanaşması mümkündür. Bir bankın fəaliyyətindən hər kəs razı qala bilməz. Hər bir halda müştərinin haqqı və müqavilə şərti pozularsa, bu zaman mütləq məhkəməyə müraciət edə bilər”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qubanın şəhər mərkəzindən 40 km aralıda yerləşən Qənidərə kəndinin yol problemi var.

Qənidərə kəndində 100-dən çox sakin yaşayır. Sakinlər yolun bərbad olmasına görə yaşayış şəraitlərinin pisləşdiyini, təmir üzünə həsrət qalan kənd yollarında vəziyyətin ilbəil çətinləşdiyini deyirlər.

Ardını oxu...

Çay daşanda uşaqlar dərsdən qalırlar

Kənddə tam orta məktəb olmadığından şagirdlər 20 km məsafə qət edərək qonşu kəndə gedirlər.

Kənd sakini Seyfəddin Babayev deyir: Güclü yağışlar yağanda Kiçik Şabrançay daşır. Çay daşdığı ərəfədə uşaqlar dərsdən qalırlar. Heç olmasa çayın üstünə bir körpü salsınlar, çay daşanda vəziyyətimiz daha da iflic olmasın. Çayqışlaq kəndində tikildiyi kimi burada da körpü tikilsəydi, uşaqlar rahat keçib gedərdilər. O ki qaldı yollara. Kəndin yolları göz qabağındadır. Yollar palçıq içindədir. Bu yollara baxsalar daha yaxşı olar.

Təkcə yaşlılar deyil, məktəblilər də bu şəraitdən təngə gəliblər. Qarşıdan gələn qış aylarının yağıntılı günlərində palçığa bata-bata, uzun yolu qət edərək təhsil ocağına çatmaq istəyi şagirdlərin gözünə durub.

Ardını oxu...

Bələdiyyədən bizə xeyir yoxdur

Kənd sakini Cəbrayıl Mahmudov deyir: Bələdiyyədən bizə xeyir yoxdur. Ancaq öz cibini doldurur. Heç bir iş görmürlər. Torpaq satmaq olanda qaçıb gəlirlər. Yoxsa ortalıqda yoxdurlar. Kəndin yollarına axırıncı dəfə sovetin dövründə asfalt vurulub. Ondan sonra baxan yoxdur. Palçıqdan tərpənmək mümkün deyil. Uşaqlar məktəbə necə getsinlər?

Ardını oxu...

Məktəbə çatmaq üçün 5 saat yol gedirlər

Qənidərə kəndindən olan məktəblilər tam orta təhsillərini tamamlamaq üçün hər gün dərəli-təpəli, palçıqlı yollarla soyuğa, istiyə baxmadan Kələnov kəndinə 5 saat piyada yol gedirlər. Yollarının vəziyyəti isə ortadadır.

Övladlarına görə narahat olan valideynlər azyaşlılar üçün nəqliyyat vasitəsinin ayrılmasını istəyirlər. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məsələ ilə bağlı Belediyye.netə bildiriblər ki, məsələdən xəbərləri var, müsbət həll üçün danışıqlar aparılır.

DİA.AZ mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Görəsən Azərbaycan xalqının yazıçısı olan və “Xalq Yazıçısı” adını daşıyan Çingiz Abdullayev Azərbaycan dilində normal danışa bilmədiyinə görə heç utanıb ölmürmü?! Axı o dilini bilmədiyi xalqın yazıçısıdır…
TEREF.AZ yazır ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyir. Daha sonra Ağasif Şakiroğlu fikrini davam etdirərək deyir ki, maraqlıdır, görəsən Azərbaycan Yazıçılar Birliyinin qərərgahının yarısını əvvəllər "26”-"Twenty six” gecə clubuna, daha sonra isə "13 CLUB" adlı gecə klubuna yüksək məbləğdə pul qarşılığında icarəyə vermiş və şəxsən icarə müqaviləsi bağlamış Çingiz Abdullayev yazıçı adına heç utanıb ölmürmü?!
Adama sual edərlər: Sən yazıçısan ya gecə klubu işlədən?
Hesab edirəm ki, ayıb nə olan şeydi ilk öncə özünüz dərk edin, bəlkə də kəşf edin ilk əvvəl özünüzdə - sonra bu hissi başqalarında axtarın hörmətli Çingiz Abdullayev!
Sözün hər mənasında Sizə və Sizə maraq qarşısında “vəkillik” edənlərə AYIB OLSUN!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Prezident İlham Əliyevin dünən imzaladığı Fərmana əsasən, bir neçə qanunvericilik aktından "Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini” kəlmələri çıxarılıb.

Bəs bu, nəyə işarə ola bilər?

Ovqat.com-un fikrincə, bu sualın ağlabatan yalnız bir cavabı var: Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bir struktur kimi ləğv olunacaq, onun yerinə Azərbaycan DTX-nın Naxçıvan MR Baş İdarəsi yaranacaq.

Bir sözlə, Naxçıvan DTX-sı bundan sonra "xan" həzrətlərinin nəzarətindən çıxıb paytaxtın nəzarətinə keçəcək.

Növbəti sual: nəzərdə tutulan bu struktur dəyişikliyinin əhəmiyyəti nədir?

Zənnimizcə, sözügedən struktur islahatının əhəmiyyəti odur ki, bundan sonra Naxçıvan "xanı"nın özü də Bakının gözündən uzaq qalmayacaq, hər istədiyini edə bilməyəcək. Naxçıvan DTX-sı əmri "xan"dan yox, Bakıdan alacaq, hesabatı da eyni qaydada paytaxta verəcək.

Yaxın günlərdə bənzər struktur islahatlarının Naxçıvan əlahiddə ordusunda, MR DİN-də, Prokurorluğunda və s. dövlət qurumlarında aparılacağı da istisna edilmir.

Bir sözlə, Vasif Talıbov həzrətlərinin "Mən Naxçıvanın "xanı"yam, mən nə desəm, o olur" erası bitmək üzrədir.

Prezidentin dünən imzaladığı Fərmanlar

1-ci Fərman

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2007-ci il 22 may tarixli 578 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 578 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 460; 2017, № 3, maddə 353) 1.4-cü və 1.5-ci bəndlərindən “(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti)” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 10.0-cı bəndindən “, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və onun müavini” sözləri çıxarılsın.


3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 28-ci hissəsindən və 55-2.5-ci bəndindən “, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2022-ci il

İkinci Fərman

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.10.2022 [14:09]

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592; 2020, № 2, maddə 109, № 5, maddə 556, № 6, maddə 700; 2021, № 3, maddə 229; 2022, № 1, maddə 24, № 3, maddə 223) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilsin.



2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Bakı şəhəri, 27 oktyabr 2022-ci il
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi istehsal olunan malların keyfiyyət göstəricilərinin qorunması və təhlükəsizliyinin təmin edilməsi baxımından markalanmanın əhəmiyyəti kifayət qədər böyükdür.Əgər hansısa bir firma müəyyən bir məhsulu və ya xidməti hazırlayıb müştərilərinə təqdim edirsə, mütləq formada bunun üçün bir marka formalaşdırmalı, rəsmini hazırlamalı, məhsul və ya mal haqqında obyektiv məlumat bazası yaratmalı və müştərilərə markalanma vasitəsilə bütün bunları çatdırmalıdır. Markalanma problemləri və məsələləri Azərbaycanda qanunvericilik səviyyəsində ciddi şəkildə tənzimlənir və bununla bağlı ölkəmizdə müvafiq Qanun qüvvədədir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununda göstərilir ki, ölkə ərazisində istehsal olunan, həmçinin ixrac edilən malların, məhsulların hər birinin üzərində istehsal və ya ticarət markası olmalıdır.

Bəs istehlakçılar Azərbaycana idxal olunan məşhur dünya markaları barədə nə dərəcədə məlumatlıdırlar? Bununla bağlı vətəndaş İlkin Məmmədkərimovun maraq doğuran müraciətini diqqətinizə çatdırırıq.

Sizə şikayətim Unilever brendi ilə bağlıdır. Deməli mən illərdir əksər Unilever markalarının Azərbaycanda satılmaması, satılan markaların isə çox məhdud çeşiddə satılması üstəlik bütün supermarketlərdə əlçatan olmaması ilə bağlı Unilever ABŞ, Unilever Böyük Britaniya, Unilever Hindistan, Unilever Türkiyə ofislərinə şikayət edirdim. Mənimlə bir neçə il bundan əvvəl Unilever Türkiyə ofisindən zəng etdilər onlara bütün problemləri bildirdim lakin bir müddət sonra heçnə dəyişilmir bütün problemlər davam edirdi. Mən təkrar Unilever Türkiyə ofisinə şikayət etdim və mənimlə 2020-ci ilin yanvar ayında Unilever Bakı ofisindən əlaqə saxladılar onlarada bütün problemləri dedim mənə bütün problemlərin həll olunacağı vədi verilsədə bir müddət sonra yenədə heçnə dəyişmədi. Onuda deyim ki, Unilever kimi qlobal brendlərin bütün ölkələrdə müştərilər üçün əlaqə mərkəzi varki müştərilər istədikləri vaxt müraciətlərini edə bilir. Azərbaycan kimi 10 milyon əhalisi olan ölkədə isə Unilever-in əlaqə mərkəzi yoxdur. Problemin həll olunmadığını görüb Unilever-in Xətaidə, Ağ Şəhərdə yerləşən ofisinə getdim problemi xanıma izah etdim. Xanım bütün bu problemləri cavabdeh şəxslərə çatdıracağını söylədi. Bir müddət sonra yenə heç bir dəyişiklik olmadığını görüb Unilever Türkiyə Tüketici Hattına zəng etdim Azərbaycandan zəng etdiyimi bildirdim və bütün problemləri izah etdikdən sonra xanım operator mənə Emre Yusufoğlu adlı şəxsin E-mail adresini verdi və mənə bütün problemləri Emre beyin E-mailinə göndərməyimi bildirdi. Mən də bütün problemləri Emre beyin E-mail adresinə göndərdim. Bir neçə saat sonra cavab E-maili gəldi və Emre bəy mənimlə Unilever-in Azərbaycan və Gürcüstan üzrə direktoru Araz Tehmasebinin əlaqə saxlayacağını bildirdi. Araz bəy mənimlə əlaqə saxladı bütün problemləri ona da bildirdim. Mənə bütün problemlərin həll olunacağını və hansı supermarketdə markalarımızın tapa bilmirsinizsə həmin supermarketlərin adını ona göndərməyimi istədi, Mən də göndərdim. Bir müddət sonra bütün problemlər davam edirdi. Mən narahat etməyim deyə Araz bəyə zəng etmədim. Whatsapp vasitəsi ilə heç bir şeyin dəyişmədiyini bütün problemlərin davam etdiyini bildirdim. Mesajımı oxuyub nömrəmi həm Whatsapp, həm də Telegram-dan blok ettdi. Bunun nə demək olduğunu öyrənmək üçün zəng etdiyimdə, cavab vermədi. Bütün bu olanlardan sonra Emre bəyə baş verənlərlə bağlı E-mail yazdım və bu nə tərbiyəsizlikdir deyə sual verdim. Emre bəy mənə göndərdiyi cavab E-mailində baş verənlərə görə məndən üzr istədiyini bütün bu olanları lazımi şəxslərə çatdırdığın bildirdi. Özümü rəsmən axmaq yerinə qoyulmuş kimi hiss edirdim. Bilirsiz mənim illərdir P&G, Henkel, GSK, RB və s. qlobal brendlərin Azərbaycan ofisi və Azərbaycandakı rəsmiləri ilə əlaqəm var və sağ olsunlar indiyədək hansı sualım olubsa sevə-sevə cavablayıblar və bütün müraciətlərə həssas yanaşıblar. Yəni mən indiyədək belə bir rəzillik görməmişdim. Mən Araz bəyin şəxsi E-mailini öryəndim ona mənimlə əlaqə saxladığını, problemi həll etmək vədi verdiyini, nömrəmi blok etdiyini zəng etdikdə cavab vermədiyini, bunun nə demək olduğunu sual verdim və bildirdim ki, verəcək cavabınız yoxdur çünki. Mənə Aydın Əhmədov adlı şəxs E-mail göndərib problemin nədən ibarət olduğunu soruşdu. Aydın bəyə cavab E-mailimdə bütün problemləri izah etdim heç bir açıqlama vermədi. Verəcək cavabları yoxdur çünkü. Bütün ölkələrdə Unilever-in əksər markaları bütün çeşidləri ilə hər yerdə əlçatan olduğu halda Azərbaycanda əsas markaları satılmır, satılanlar da çox məhdud çeşiddə olur və hər yerdə əlçatan deyil. Birdə Unilever bəzi markalarının istehsalçı ölkəsini və tərkibini dəyişib. İllərdir Almaniya istehsalı gələn “Dove” duş geli indi Birləşmiş Ərəb Əmirlikləri gəlir. Onsuz da heç kimə sirr deyil ki, Unilever kimi brendlər Avropa ölkələrində və ABŞ-da daha keyfiyyətli məhsullar istehsal edir, Azərbaycan kimi ölkələrdə isə fərqli tərkib və aşağı keyfiyyətdə markalar istehsal edirlər. Unilever-in fırıldaqları bununlada bitmir. Məndə olan məlumata görə Unilever markalarını supermarketlərə vitrin pulu, hər bir marka üçün ayrıca barkod açmamaq üçündür. Çünki hər bir marka üçün barkod açmaq 5 min manatdır. Üstəlik idxalçıya əlavə pul verməmək üçün markalarını Sədərək və Binə ticarət mərkəzlərinə özü satır.

Mən də bir neçə ay öncə Unilever brendinin Azərbaycandakı özbaşınalığından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həm də Azad İstehlakçılar Birliyinə 24.08.2022-ci ildə şikayət etmişdim. İndiyədək mənə yalnız İqtisadiyyat Nazirliyindən icracı zəng edib Unilever-in ünvanını və əlaqə nömrəsini soruşub, mən də Unilever-in Bakı ofisinin ünvanını və brendin işçisi Aydın Əhmədov adlı şəxsin E-mailini vermişdim. Bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyindən icracı zəng edib bildirdi ki, şikayətinizlə əlaqədar Unilever-ə sorğu göndərmişik cavab versinlər sizə cavab verəcəyik və indiyədək cavab verilmir. Bir neçə gün bundan əvvəl şikayətimi sosial şəbəkələrdəki müştəri qruplarında da paylaşmışdım. Paylaşımımın yorum hissəsinə brendin işçisi Aydın Əhmədovun bu qədər problemə aydınlıq gətirməsi üçün tag etdim. Adam nəinki problemə aydınlıq gətirmək, üstəlik öz rəzillikləri azmış kimi şikayətə ironiyalı cavab verir, üstəlik bu məsələnin sonuna qədər gedəcəyimi,problemim həll olunanadək şikayət etməkdə davam edəcəyimi bildirdikdə, tərbiyəsizcəsinə “Çox gözləyərsən əlinindən gələni ardına qoyma” deyərək cavab verir. Bu heç təəccüblü deyil, çünki bilirsiz Unilever əməkdaşlarına xas olan davranışdır. İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə Unilever kimi şirkətlər nəinki bu dərəcədə misli görünməmiş özbaşınalıq, müştəriyə qarşı adi bir kobudluq belə edə bilməzlər. İqtisadiyyat Nazirliyi bu ölkədə heç nədən çəkinməyən qanunlara tüpürən bu brendə qarşı nə vaxt tədbir görüb İstehlakçı Hüquqlarımı qoruyacaq? Mən də müştərilərin şikayətinə önəm verməyən, problemi həll etməyən və müştəriyə gəlir mənbəyi kimi baxan Unilever-in markalarından hər kəsi imtina etməyə çağırıram. Unilever kimi brendlər qanunvericilikdəki boşluqlardan məharətlə istifadə edirlər. Sağolun.

Aktualinfo.org
Ardını oxu...
Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əliyev Müşfiq Mikayıl oğlu təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir dərsə, imtahana buraxılmadığını deyir.

Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən tələbə bildirib ki, Fizika Elektroenergetika fakültəsində İstilik Energetik Qurğular ixtisasi üzrə təhsil alır. Onun sözlərinə görə, illik təhsilhaqqı 1200 manadır: “Özüm şəhid övladıyam. Atam Əliyev Mikayıl Atababa oğlu 1992-ci il fevralın 26-da şəhid olub. 31 yaşım var, hərbçiyəm. Ailəliyəm, bir övladım var. Çox çətinliklə ailəmi dolandırıram. Təhsilhaqqımı ödəyə bilməməyimə səbəb isə banklara xeyli borcumun olmasıdır. Sadəcə birinci kursumun ödənişini etmişəm, daha sonra edə bilmədim. Övladım hidrosefaliyyadan əziyyət çəkir. Qızım həm də eşitmə əngəllidir. Nə eşidə bilir, nə də danışa. Qazancımı onun müalicəsinə sərf etdiyim üçün təhsilhaqqımı ödəyə bilməmişəm”.

Müşfiq Əliyevin sözlərinə görə, 2020-ci ildə dərslərdə və imtahanlarda iştirak edə bilməyib: “Vətən müharibəsi başladı və mən həmin vaxt ön cəbhədə olmasam da, xidmətdə idim. Dərslərdə axrıncı dəfə aprel ayında iştirak etmişəm. Ödənişi etmədiyim üçün imtahana buraxılmadım və dedilər ki, dərslərə də buraxılmayacağam”.

Tələbə əlavə edib ki, şəhid övladı kimi dövlət tərəfindən ona ev də verilməyib: “Baxmayaraq ki, atamın ölümündən 30 il keçib və bununla bağlı lazım olan sənədlərlə dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciətlər etmişəm”.

Müşfiq Əliyevin dərslərə və imtahanlara buraxılmaması ilə bağlı Sumqayıt Dövlət Universitetinə müraciət etdik. Universitetdən sorğumuza verilən açıqlamada deyildi ki, tələbə ilə görüşərək ona məsələ ilə əlaqədar ətraflı məlumat verilib.

Tələbə M.Əliyev də saytımıza təsdiqlədi ki, bizə müraciətindən sonra universitetə dəvət olunub. Ona bildirilib ki, problemi ilə bağlı kömək etməyə çalışacaqlar, vəziyyətlə bağlı rektora da məlumat veriləcək: “Lakin hələ də heç bir tədbir görülməyib”.

Şəhid övladına ev verilməsi məsələsinə gəlincə, bununla əlaqədar Sosial Xidmətlər Agentliyinə üz tutduq. Qurumun səlahiyyətli şəxsi Müşfiq Əliyevin əlaqə nömrəsini alaraq onunla danışılacağını bildirdi. M.Əliyevin saytımıza bildirdiyinə görə, artıq onunla əlaqə saxlanılıb və hazırda agentliyin balansında ikiotaqlı mənzilin olmadığı, yalnız olduğu halda problemə baxıla biləcəyi qeyd edilib.
Ardını oxu...
«Naxçıvanda Rafael Əliyevdir, Bağdadda kor xəlifə».
Ovqat.com-a Naxçıvandan göndərilən şikayət məktubunda belə deyilir.
Bir hərbçi tərəfindən qələmə alınan məktubda bildirildiyinə görə, Naxçıvan MR Maliyyə naziri Rafael Əliyev özünü elə sərhədsiz səlahiyyət sahibi hesab edir ki, hətta Azərbaycan prezidenti İlham Əliyevin Fərman və Səlahiyyətlərinə belə məhəl qoymur. Məktubu olduğu kimi dərc edirik:
«Salam Heydər bəy. İlk öncə Naxçıvanda haqsızlığa qarşı baş qaldırmanızı yüksək qiymətləndirir və şəxsim adından sizlərə öz təşəkkürümü bildirirəm.
Heydər bəy, bildiyiniz kimi, Naxçıvanda aparılan Bakı yoxlamaları bəzi təşkilatlarda qismən də olsa silkələnmələrə yol acmışdı. Əlbəttə, sizin də bu işdə özünüzəməxsus xidmətləriniz var. Odur ki, Ovqat.com-a bütün naxçıvanlılar adından təşəkkürümü bildirirəm.
Amma Naxçıvan Maliyyə naziri Rəfael Əliyev hələ də hərbi qulluqçuların haqqını yeyir, onların müavinətlərini illərdir mənimsəyir. Bu adama nədənsə Naxçıvanda «dur» deyən tapılmır.
Rafael Əliyevin zülmünə məruz qalanlar içərisində ən çox incidilənlər isə xidmət edən hərbi qulluqçulardır. Bu adam illərdir, hərbi qulluqçuların istifadə etmədiyi məzuniyyət əvəzi pul kompensasiyasını vermir və hüquqa məhəl qoymur, Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçuların pul təminatı haqqında imzaladağı Sərəncam və Fərmanlarını icra etmir. Bir sözlə "Naxçıvanda Rafael Əliyevdir, Bağdatda kor xəlifə".
Heydər bəy, bizim bu qanuni vəsatimizin mənimsənilməsini işıqlandırmanızı sizdən artıq dərəcədə xahiş edirik».
Məktubda daha sonra Naxçıvan Muxtar Respublikasında Ovqat.com-a tətbiq edilmiş qanunsuz «sanksiyalardan» da bəhs olunur.
«Sonda onu da qeyd edim ki, sizin Ovqat.com sayıtınız Naxçıvanda işləmir, bunun da səbəbkarı Naxçıvan Rabitə naziri Vüsal Sevdimalıyevdir...»
Məktubda Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyində baş alıb gedən qanunsuzluqlar barədə ciddi ittihamlar irəli sürülüb. Məlumatları dəqiqləşdirib, dərc etməyə çalışacağıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti