Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, 3 rayonun - Astara, Samux və Qusar rayonlarının rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bununla bağlı DİA.AZ-a hökumətdəki mənbədən yeni informasiyalar daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, sözügedən rayonların rəhbərlərinin adları dəyişdiriləcək RİH başçıları sırasında ilk yerdədir, amma siyahı onlarla məhdudlaşmır.
Mənbənin dia.az-a söylədikləri: "Təkcə icra başçıları yox, 40-a yaxın mühüm post tutan vəzifə sahiblərinə gələn il "əlvida" deyiləcək. Onların sırasında bir nazir də var. Proses tədrici xarakter daşıyacaq və ola bilsin ki, bəzilərilə bağlı sərt cəzalar verilsin.
Doğrudur, son zamanlar büdcədən pul oğurlayanlara qarşı hüququn sərt üzü nümayiş olunmur, yəni bəzi hallarda onlar dəyən zərəri ödəmələri səbəbindən hətta azadlığa da buraxılırlar. Amma onların sırasında elələri var ki, barələrində həbs qərarı mütləq şəkildə veriləcək".
Xatırladaq ki, bir neçə ay əvvəl "Yeni Müsavat" qəzetində Kənd Təsərrüfatı Naziri İnam Kərimovun görəvdən alınacağı iddia olundu. Qeyd edək ki, sonradan bu informasiyalar mətbuatdan sirli şəkildə qeybə çəkildi. Bunu xatırladan mötəbər mənbə dia.az-a açıqlamasında iddia edir ki, əslində İnam Kərimov o dönəmdə "vurulacaqdı":
"inam Kərimov o zaman təkcə mətbuatı yox, barəsindəki şübhələri də "təmizləyə" bildi. İnsi isə vəziyyət tamam fərqlidir. Ona əslində vaxt verilmişdi. Və görünür ki, İnam Kərimov verilən vaxtdan səmərəli istifadə edə bilməyib".
Əlavə bilgilərimiz olacaq bizi izləməkdə davam edin...