Ardını oxu...
Bu zamanadək Naxçıvanın bir neçə toxunulmazı vardı. Bunlardan biri də "Neftbaza"nın müdiri Bəhruz Əzimov idi. Əzimov öz əsrarəngiz qüdrətini "xan"la qurduğu qohumluq əlaqələrindən alırdı. "Vəliəhd xanzadə" həzrətləri Rza Talıbovun qaynatasıdır.
Teref.az yazır ki, bu barədə "Ovqat. com" saytının baş redaktoru Heydər Oğuz yazıb. Heydər bəy daha sonra davam edərək yazır ki, soruşa bilərsiniz ki, bu adam barədə niyə keçmiş zamanda danışıram? Yox, yox, səhv qənaətə gəldiniz. Bəhruz müəllim bu gün də ayaqdadır və biz Ulu Yaradandan ona uzun ömür, can sağlığı arzulayırıq. "Dı", "di", "dü", "du" şəkilçilərindən istifadə etməyimiz isə onun səlahiyyəti ilə əlaqədardır.
Bəli, bax, indi düz tapdınız. Prezident demişkən, Bəhruz müəllimin "statusu" obbalara gedib. Məlumatlara inansaq, Naxçıvanda aparılan maliyyə yoxlamaları nəticəsində "Neftbaza"da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb, beləcə, Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.
"Qara Pişiy"ə inansaq, bu müvəqqəti dondurulma yaxın günlərdə daimi hal ala bilər.
İstər "Cahan" Holdinqdə, istərsə də "Neftbaza"da aparılan yoxlamalar onu deməyə əsas verir ki, Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə ilk öncə Rza Talıbova bağlı qüvvələrdən başlanılıb. İddialara görə, "xanzadə" həzrətləri rəhbərlərindən olduğu Azərbaycan Respublikası Miqrasiya Xidmətinin müavini vəzifəsindən də "gedər-gəlməz" məzuniyyətinə göndərilib.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Bir neçə gün bundan əvvəl Xaləddin Rüstəmovun həbsdən azad olunması barədə məlumat yazmışdım. Yenə də trest müdirinin yaxınları əl-ayağa düşüb məndən o xəbəri saytdan silməyimi xahiş edirlər. Media qanunvericiliyinə nə qədər zidd olsa da, bir insanın taleyi mənim üçün bütün qanunlardan üstündür. Ona görə də həmin məlumatı siləcəyəm.
Teref.az yazır ki, bunu "Ovqat.com" saytının baş redaktoru jurnalist Heydər Oğuz yazıb. Daha sonra baş redaktor fikrini davam etdirərək yazır:
Məni narahat edən isə başqa məsələdir. Xaləddin Rüstəmovun qohumlarının bu əndişələrindən belə anlaşılır ki, onlar Naxçıvandakı «Gestapo» rejiminin ağır basqıları altındadır. Hələ də dərəbəylik rejimi ətrafda baş verənlərdən düzgün nəticə çıxara bilmir, öz istibdad rejimlərinin qaydalarını həyata keçirirlər. «Xan» həzrətləri qanunların nə demək olduğunu bilməyə bilər, amma onun hüquq məsələləri üzrə köməkçisi, xalq arasında «Gestapo Cəlil» kimi tanınan şəxs bu cür təzyiqlərlə bir çox insan hüquqları ilə yanaşı, söz azadlığı, məlumat almaq və yaymaq prinsiplərini kobud formada pozduğunun fərqinə varmalıdır. Əks halda yenə «xan» həzrətləri «mənim bu qanunsuzluqlardan xəbərim olmayıb» deyərək canını məsuliyyətdən qurtaracaq. Günah isə «Gestapo Cəlil»in üzərində qalacaq.
Azərbaycan hakimiyyətindən rica edirəm, Naxçıvan dərəbəyliyini insanların hüquqlarına və mətbuat azadlığına sayğı duymağın vacibliyinə inandırsın. Çünki yaxşı bilirəm ki, Naxçıvan dərəbəyliyi ancaq danlaqla işləməyə alışıb və ondan danlağı əskik etməmək lazımdır.
Xaləddin Rüstəmovun yaxınlarına isə demək istəyirəm ki, min cür xahiş-minnətlə tez-tez sildirdikləri yazılarım bəlkə onun qanunsuz həbsini yarıda dayandırdı. Bunun üçün onlardan və başqalarından "sağ ol" gözləmədim, gözləmirəm də, amma işimə mane də olmayın.
Bu, axırıncı xahiş olsun, bundan sonra bütün xahişlərə qapımı bağlı elan edirəm. Bacara bilirsinizsə, informasiyanın mənə qədər gəlib çıxmasına mane olun. İnformasiya mənə gələndən sonra onu mütləq dərc edəcəyəm. Çünki bu mənim jurnalist borcumdur. Məndən özünüz kimi vəzifə borcuna xilaf çıxan düzəltməyin.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
"Gəncə Şərab evi 1" -in 145 mindən çox vergi borcu var.
Belə ki, qanuni təmilçisi Mirməhəmməd Məmmədov Həmid oğludur, adına olan vergi borcu "VÖEN" daxilində 145454.52 (yüz qırx beş min dörd yüz əli dörd manat, əli iki qəpik) mövcuddur.

Böyük bir müəssisənin bu qədər vergi borcu yaranması çox müəmmalıdır.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİNİN- Gəncə Şəhər Ərazi vergilər 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məsuliyyətsizliyi bu qədər vergi borcunun yaranmasına, hüquqi baxımından çinayət xarakterli dövlət rüsumundan yayınma, külli miqdarda pulun mənimsənilməsi, Dövələt Xəzinadarlığına daxil olmaması çinayət deyilsə bəs nədir?

Bu halın nəyin ki, Gəncə Şərab evi 1" saylı Açıq Tipli Səhmdar Cəmiyyətin də yaranıb, o cümlədən Gəncə Şərab evi 2" saylı Açıq Tipli Səhmdar Cəmiyyətinin də 33 mindən çox vergi borcu var.

Adı çəkilən Gəncə şərab evi 2" ASC -nin Qanuni təmsilçisi - Saleh Babazadə Nadir oğludur.

Onun adına olan "VÖENİN" vergi borcu rəqəmsal olaraq 33608.57 (üç yüz otuz altı min səkkiz manat, əli yeddi qəpik) rəsmi borc yaranması, vergidən yayınması Gəncə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətinə ləkədən başqa bir şey deyil.

Yazıda qeyd olunan müəssisələrin hal-hazırda fəaliyyət göstərməsi, işçi sayının olması, "Şərab" istehsal etməsi mövcuddur.

Mövzuya qayıdacayıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...
Gəncə müxbiri Azər
hurriyet.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əlil ataya ayrıldığı həyat yoldaşını ailə tərkibinə əlavə etmək təklif olunur
Ağdamın Seyidli kəndindən məcburi köçkün, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b ünvanında məskunlaşan 2-ci dərəcəli əlil İbrahimov Elçin Əfqan oğlunun 3 nəfərlik ailə tərkibinə uyğun aldığı ünvanlı sosial yardımın verilməsi müddəti bu ilin martında başa çatıb. Aprelin 6-da eyni tərkibli ailəsinə daha bir il sosial yardım verilməsinə ərizə verən əlil ata 6 aydır sosial məmur “reviziyası”ndan, testindən, yoxlamasından keçə bilmir. Məskunlaşdığı evdə xəbərsiz “imtahan” götürən məmurlar, rəhbərliyə “donos” yazırlar ki, bəs, sən demə, məhkəmə qərarı ilə ayrıldığı həyat yoldaşı ata və iki yetkinlik yaşına çatmayan oğlu ilə bir evdə qalır. Son 6 ayda məcburi köçkün ailəsi bu yoxlama aparanları başa sala bilmir ki, məskunlaşdıqları ev ananın valideynlərinə məxsusdur, bəyəm ana öz evində yaşamalı deyil və bəyəm ana öz doğma övladları ilə düşmən olmalıdır? “Sosial yardım mətiqi” , deyəsən, düşmənçilik təbliğ edir. Eyni zamanda, bəs indiyədək niyə bu “düşmənçilik yoxlaması” əsas tutulmayıb, bir il ünvanlı sosial yardım verilməsi ailə tərkibi dəyişməz olan ataya verilib? !
Sosial yardım verilməsindən əsassız imtinadan şikayət edən əlil məcburi köçkün ataya bir neçə gün qabaq DOST xidmətindən zəng edib, yenidən müraciət etməyini bildiriblər. Dəyişməyən ailə tərkibi haqqında məlumat verən ailə başçısı boşanma haqqında məhkəmə qərarını da, əvvəllər olduğu kimi, əlavə edib. İki gün öncə evə yoxlamaya gələn sosial müfəttişlər atanı tapa bilməsələr də, ananı yenə “cinayət” başında – uşaqları ilə bir yerdə yaxalayıblar. Başlıca ittiham da odur ki, ana uşaqları ilə bir yerdə “oyun oynayır” ! (?) Oyunu pozmaq üçün ailə tərkibi haqqında yalan məlumat verməyi, ananın adını da ailə üzvlərinin siyahısına daxil etməyi təklif edən yoxlama komissiyası heç özlərini təqdim də etmirlər. Amma təklifləri heç bir sağlam məntiqə sığmır. Nədən ailə tərkibinin təsdiq edilməsi sənədlərə əsaslanır. Nigah ,doğum şəhadətnaməsi olmadan hansı ailə tərkibi haqqında məlumat düzgün sayıla bilər? Belə çıxır, ünvanlı sosial yardım müfəttişləri sosial yardıma ehtiyacı olan vətəndaşlara kələk gəlir? Daha bunun başqa adı yoxdur ki! ? Kələkbazlıq oyunu isə məsuliyyət yaradır.
İki gün öncənin yoxlamasının sonucu hələ bəlli deyil. Amma əlil məcburi köçkün ailəsi “yoxlama oyunbazlığı”ndan keçə bilməyib. Oyunbazlar yalan məlumat verməklə yenidən müraciət etməyi məsləhət biliblər. Hər yeni məlumatın sonu əsassız imtina olacaqsa, bu oyunbazlıq nəyə xidmət edir? Yalnız əsəb gərginliyinə, intihara çatdırmaya. Bir də hər yeni müraciətdə əlildən gedən pullara. Artıq bir il ərzində alacağı sosial yardımın , az qala , yarısı xərclənib.
Belə sosial xidmət siyasətindən kim udar , kim uduzar? Şair demiş, bu oyunda kim uduzdu, kim uddu. ..
Məğrur Bədəlsoy
P. S. Nə qədər yazırsan, məmurlar düzəlmir ki, düzəlmir. Bir məsləhət də biz verək. “Yoxlama oyunbazlığı”na son qoymaq üçün anaya bir ay müddətində balaları ilə görüşməyə məhkəmə qaydasında qadağa qoyulsun! Başqa məsləhət var ? Varsa verin, pulsuzdur, sosial yardım əvəzinə məsləhət yardımı ilə ailəni “sevindirək”.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Son vaxtlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. İddialara görə, muxtar respublikada fəaliyyət göstərən bir sıra şirkətlərdə yoxlamalar aparılır, ciddi nöqsanlar aşkara çıxarılır.

Naxçıvanda baş verən hadisələr barədə xəbər tutmaq, rəsmi informasiyanın verilib-verilmədiyini öyrənmək üçün muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini diqqətlə izləyirik. Son günlər yerli mediadakı bir məqam TNS-i əməkdaşlarının diqqətini xüsusilə cəlb edib.

Bildiyimiz kimi, əvvəllər Ali Məclisin sədri Vasif Talıbovun muxtar respublikada keçirilən rəsmi tədbirlərdəki çıxışları media vasitəsilə geniş ictimaiyyətə təqdim edilirdi. Vasif Talıbovun çıxışlarını təkcə muxtar respublikanın yerli mediası deyil, ölkəmizin kütləvi informasiya vasitələri, xüsusilə Azərbaycan Dövlət İnformasiya Agentliyi də yayımlayırdı. Həm muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini, həm də Azərbaycan mediasını izləyənlər görür ki, bir neçə vaxtdır, Vasif Talıbov keçirilən rəsmi tədbirlərdə çıxış etmir. Hər halda mediada belə təqdim olunur.

Məsələn, sentyabrın 26-da Sirab kəndində keçirilən açılış mərasimlərində, oktyabrın 5-də Naxçıvan şəhərində uşaq bağçasının açılışında, oktyabrın 18-də Şahbuz rayonunda keçirilən rəsmi tədbirlərdə Vasif Talıbovun çıxışını media təqdim etməyib. Bəs Vasif Talıbov tədbirlərdə niyə çıxış etmir? İctimaiyyət qarşısındakı çıxışlarının yayımlanmasında maraqlı olan, bu məsələyə xüsusi həssaslıqla yanaşan Vasif Talıbov birdən-birə niyə tədbirlərdə nitq söyləməyi dayandırıb? Açığı bu suallar bizi çox düşündürürdü.

Bir az araşdırma apardıqdan sonra məlum oldu ki, əslində Vasif Talıbov əvvəlki kimi keçirilən tədbirlərdə çıxış edir. Sadəcə olaraq, onun çıxışları muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində, “Nuhçıxan” İnformasiya Agentliyində, eləcə də ölkə KİV-lərində yayımlanmır. Yəni Ali Məclisin mətbuat xidməti yaydığı xəbərlərdə Vasif Talıbovun çıxışlarını təqdim etmir. Amma... Bax elə məsələnin maraqlı tərəfi də burdadır. Sən demə, Vasif Talıbovun çıxışları yerli mediada yayımlanırmış. Yalnız Naxçıvan televiziyasında. Hətta bu çıxışlar Naxçıvan televiziyasının YouTube kanalında belə yerləşdirilmir. Yəni yalnız daxili auditoriyaya hesablanıb. Bu zaman isə başqa suallar ortaya çıxır. Vasif Talıbovun iştirakı ilə keçirilən tədbirlərdə, onun çıxışlarında cəmiyyətə hansı mesajlar ötürülür ki, onların Azərbaycan miqyasında təqdim edilməsi “məsləhət deyil”? Yaxud Vasif Talıbov niyə öz çıxışlarının yalnız Naxçıvan sakinləri tərəfindən eşidilməsini istəyir? Bunlar həm maraqlı, həm də ciddi suallardır. 30 ilə yaxındır ki, muxtar respublikaya rəhbərlik edən Vasif Talıbovun bu qərarı sıradan bir qərar kimi qəbul edilə bilməz. Əgər Vasif Talıbov belə bir qərar qəbul edibsə, bunun çox ciddi səbəbləri vardır.

Son günlər Ali Məclis sədrinin Naxçıvan televiziyasında yayımlanan tədbirlərini, çıxışlarını izlədikdən sonra bu suallara müəyyən qədər cavab tapdıq. Ancaq indi təqdim edəcəyimiz faktlar da məsələnin mahiyyətini tam açmır.

Deməli, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrindəki hərbi hissələrdə olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. Həmin tədbir də Naxçıvan televiziyasında geniş işıqlandırılıb. Vasif Talıbovun hərbi hissələrə gedişindən hazırlanan reportajda həm onun, həm də əsgər və zabitlərin çıxışları Naxçıvan ictimaiyyətinə təqdim edilib. Kapitan Elgiz Yusifli Vasif Talıbovun qarşısında çıxış edərək deyib: “Çox hörmətli cənab Ali Məclisin sədri! Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrində eyni səviyyədə görülür. Şəxsi heyət sizin qayğınızla daha da qürurlanır. Sizin qayğınızla torpaqlarımız ayıq-sayıq müdafiə olunur”.

Goranboy rayonundan olan əsgər Nicat Həmidli çıxışında Vasif Talıbovu daha da göylərə qaldıraraq deyib: “Fəxr edirəm ki, bu gün Naxçıvanda, ulu torpaqlarımızda sizin müdrik idarəçiliyiniz altında xidmət aparırıq. Əsgər yoldaşlarım adından sizi əmin edirəm ki, düşmənin istənilən təxribatının qarşısnı almağa hər zaman hazırıq”.

Maraqlıdır ki, bu çıxışların heç birində Azərbaycan Respublikasının Prezidenti, bu hərbçilərin Ali Baş Komandanı İlham Əliyevin adı çəkilməyib. Aydın məsələdir ki, Naxçıvanda aparılan ordu quruculuğu da, görülən digər işlər də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, nəzarəti altında həyata keçirilir. Bəs o zaman hərbçilər görülən işlərə görə, niyə Prezident İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq edir? Bu hərbçilərə belə danışmağı kim öyrədib? O əsgər bilmirmi ki, Ali Baş Komandanın rəhbərliyi altında xidmət aparır? Bilirsə, niyə Vasif Talıbovun müdrik idarəçiliyindən danışır? Biz bilirik ki, həmin hərbçilərin çıxışları dəfələrlə yoxlanılıb, onları tədbirdən əvvəl dəfələrlə dinləyiblər. Heç şübhə yoxdur ki, bu çıxışlarda nədən danışalacağı ilə bağlı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev məlumatlı olub. Bəs birbaşa Ali Baş Komandanın təyin etdiyi Kərəm Mustafayev hərbçilərinə niyə İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq etməyi tapşırıb? İndi burdan soruşuruq: Siz kimə xidmət edirsiniz, cənab general?

Əgər bu çıxışlar televiziya vasitəsilə yayımlanmasa idi, bunu anlamaq olardı. Ancaq açıq-açığına ölkə rəhbərinin adını çəkməməklə hörmətsizlik etmək, özünü qabardıb muxtar respublika əhalisinə nəsə mesaj ötürmək başqa mətləblərdən xəbər verir.

Hörmətli oxucularımız yəqin ki, Vasif Talıbovun çıxışlarının niyə Azərbaycan KİV-lərində təqdim edilmədiyinin, ölkə ictimaiyyətindən gizlədildiyinin fərqinə vardı. Deməli, o, daxili auditoriyaya hesablanmış çıxışlar edir, mövqeləri zəiflədiyindən ölkə rəhbərliyini qıcıqlandırmamaq üçün bu çıxışların Azərbaycan miqyasında təqdim olunmasına imkan vermir. Beləliklə,Vasif Talıbov daxili auditoriyaya, Naxçıvan sakinlərinə deyir ki, siz heç kimə əhəmiyyət verməyin, buranın yiyəsi-sahibi də, rəhbəri də mən özüməm. Vasif Talıbovun bu yanaşması isə qəbuledilməzdir. Görək, onun bu hərəkətlərinə siyasi hakimiyyət nə qədər dözəcək?

Ovqat.com-un qısa əlavəsi:

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu il iyul ayının 1-də maraqlı bir Sərəncam imzalamışdı. Sərəncama əsasən, ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə, Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişan ilə təltif edilmişdı. Maraqlıdır ki, Azərbaycanın rəsmi hərbi nişanları arasında belə bir mükafat mövcud deyil. Sadəcə, Ali Məclis sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təsis edilib ki, bu mükafatın adında da «qızıl» sözü yoxdur. Belə görünür, Ali Məclisin sədri Vasif Talıbov Kərəm Mustafayevin «Naxçıvana xidməti»ni elə feyzyab olub ki, hətta onun fəaliyyətini qanunvericilikdə mövcud olmayan nişanla mükafatlandırıb. //Ovqat.com//
 
Ardını oxu...
"Turanbank" ASC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

Teref.az 32gun.az-a istinadən xəbər verir ki, şirkətin borcu 300 min manatda çoxdur. (306561.67 AZN)

Nizamnamə kapitalı 80005244 AZN olan "Turanbank" ASC-nin qanuni təmsilçisi Fəzail Musayev Misgər oğludur.

Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank"ın əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Hər dərmanda 5 manat artım var. Hələ mən ucuz olan şeylərdən danışıram. Dərmanlar keçmiş illərə baxanda görürsən ki, bahalaşıb. Bahalaşıbsa, pensiyaya baxan adam necə almalıdır? Yuxarı təbəqədə olan, yəni imkanı olan gedir lazımlı dərmanı alır, amma aşağı təbəqədə olan insanlar üçün hamısı əlçatmazdır"- bu sözləri 40 il tibb sahəsində çalışmış Gülarə Babayeva deyir.

DİA.AZ bildirir ki, 2022-ci il, iyulun 26-da Tarif Şurasının sədri Mikayıl Cabbarovun imzaladığı "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" qərarından sonra bir sıra dərman preparatlarının qiymətləri artıb.

Ekspertlər bahalaşmanın 10-15% ətrafında qeydə alındığını bildirir.

DİA.AZ bildirir ki, azərbaycanda dərman bazarı əsasən bir qrup oliqarx deputatın nəzarəti altındadır.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
DogruXeber.az: - “İkinci Qarabağ Müharibəsi iştirakçısıyam. Yaşadığım kənddə əkinə yararlı torpaq sahəsi istəyirəm ki, əkin-biçinlə məşğul olub, dolanım. Tək istəyim odur ki, heç kimə möhtac olmadan çörək pulu qazana bilim. Amma köməklik edilmir, bələdiyyə mənə əkinə yararsız torpaq təklif edir”.

Bunu Meydan TV-yə Ağdaş rayonu, Ərəbşəki kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Qismət oğlu Qurbanov bildirib. Onun sözlərinə görə, ona torpaq sahəsi ayrılması üçün yerli icra nümayəndəsinə tapşırıq verilib. Amma bələdiyyə ona əkin üçün yararsız torpaq sahəsi təklif edib.

“Hansı ki, həmin ərazi mal-qara üçün nəzərdə tutulmuş örüş sahəsidir. Kəndimizlə örüş sahəsi arasında 15-20 kilometr məsafə var. Bu məsafəni hər gün necə gedib-gəlim? Kənddə əkinə yararlı sahəsi olanlar çoxdur, bələdiyyənin ehtiyat fondundan onlara yer ayrılıb”, – N.Qurbanov bildirib.

Ərəbşəki kındinin də daxil olduğu Eymur bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, Ərəbşəki kəndində 5 müharibə iştirakçısı var. Onların hər birinə bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi təklif edilib. Lakin N.Qurbanov göstərilən torpaq sahəsindən imtina edib.

“İki müharibə veteranı hazırda həmin sahədə əkin-biçinlə məşğul olub. Qurbanova da 1 hektar torpaq təklif edilib, lakin həmin ərazini istəmir. Başqa ərazidə də torpaq yoxdur. Nurlan ailəsi ilə birgə qalır, həyatyanı sahələri, pay torpaqları var. İstədiyi vaxt təklif edilən ərazidə torpaq götürə bilər. Təklif edilən sahə əkin üçün yararlıdır”, – bələdiyyədən qeyd ediblər.
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Feniks-AA” MMC (VÖEN- 2000094981) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Feniks-AA” MMC “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə Bakı Şəhər İcra Hakimiyyəti “Feniks-AA” MMC-yə 580 min 300 manat ayıracaq.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
Qeyd edək ki, “Feniks-AA” MMC bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl İlqar İsbatovun özü ilə bağlı ilginc faktları təqdim etmişdik:

Qarabağın inşasında İlqar İsbatov TAMAHKARLIĞININ İSBATI... - İLGİNC FAKTLAR

Buradan aydın olanı odur ki, İsbatovun özü bir yandan, oğlu da bir yandan büdcəmizə daraşıblar...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarova müraciət
Cənab nazir !

Rəhbərlik etdiyiniz İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bağlı Sizə müraciət edirəm.

Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov tərəfindən Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və inzibati məhkəmələrin fəaliyyətinin inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş məqalə yazmışdır.

Məqalədə qeyd olunur ki, 2020-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış işlərin ümumən 6.9 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 43.5 faizi inzibati orqanların xeyrinə, 56.5 faizi isə ƏLEYHİNƏ nəticələnmişdir.

2019-cu ildə isə baxılmış işlərin ümumən 7.2 faizi Dövlət Vergi Xidməti və onun tabeliyindəki qurumlara qarşı işlər olmuş, həmin işlərdən 40.2 faizi inzibati orqanların xeyrinə, 59.8 faizi isə ƏLEYHİNƏ yekunlaşmışdır.

Cənab nazir !

Yuxarıda göstərilən rəqəmlər hansısa həvəskar araşdırmaçının, jurnalistin yazısından deyil, birbaşa Ali Məhkəmənin İnzibati Kollegiyasının sədrinin məqaləsindən götürülüb, yəni rəqəmlərin dəqiqliyi şübhə doğurmur.

Belə olan halda vəziyyət niyə bu dərəcədə kritikdir ?

Yəni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ona - quruma qarşı sahibkarlar, şirkətlər tərəfindən qaldırılmış məhkəmə işlərinin az qala 60 faizini uduzur. Əgər bu rəqəm 5-10 faiz olsaydı, bunu haradasa başa düşmək olardı. Amma söhbət 60 faizdən gedir.

Cənab nazir !

Təsəvvür edirsiniz, tabeçiliyində kifayət qədər təcrübəli, peşəkar mütəxəssislər olan, dövlətin marağını qorumalı olan Dövlət Vergi Xidməti məhkəmə çəkişməsində yüksək faizlə qarşı tərəfə uduzur.

Bunun səbəbi nədir ?

60 faiz rəqəminin arxasında nələr var ?
Nəzərinizə çatdırmaq istəyirik ki, 60 faiz uduzmağın arxasında çox ciddi mətləblər, hətta cinayət xarakterli əməllər var.

Axı, qurumun əsasnaməsində göstərildiyi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə DÖVLƏT nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bəs qurumun əməkdaşlarının məhkəmədə böyük hesabla uduzmasının səbəbi nədir ?

Bəlkə qeyri-peşəkarlıq, savadsızlıq, bəlkə təcrübəsizlik ?

Yəni dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsi bu qədər aşağıdırmı ki, məhkəmələrdə qarşı tərəfə 60 faiz uduzurlar.

Bəlkə tamamilə başqa səbəb var ?

Axı, dövlət müfəttişləri, ekspertlər və mütəxəssislər yoxlamaya dövlətin adından gedir və DÖVLƏTİN MARAĞININ təmsilçisidir.

Bəlkə, Vergi Xidmətinin əməkdaşları yoxlamaya dövlətin marağını qorumaq üçün deyil, vergi ödəyicisinə KONSALTINQ xidməti göstərməyə, vergidən külli miqdarda yayınmanı ört-basdır etmək üçün gedirlər ?

Bəlkə bilmədiyimiz başqa səbəblər var.

Bəlkə məhkəmələrimiz o qədər "müstəqildir" ki, dövlət büdcəsinin deyil, sahibkarların marağını himayə edir.

Cənab nazir !

Bəlkə, Vergi Xidmətinin əli ilə dövlət öncədən məhkəmələrdə MƏQSƏDYÖNLÜ şəkildə uduzdurulur. Və nəticədə milyonlarla vergi dövlət büdcəsindən yayındırılır.

Çünki məhkəməyə gedən işlər 300- 500 manatlıq işlər deyil, söhbət külli miqdarda, konkret desək. 3-5 milyon manat vergidən yayınmadan gedir.

Bir sözlə, Dövlət Vergi Xidməti məhkəmə çəkişmələrində vergi ödəyicilərinə, sahibkarlara 60 faizlə uduzur.

Əslində uduzan dövlətdir, dövlətin büdcəisidir.

Qazanan kim(lər)dir ?

Əlbəttə, qazanan Vergi Xidmətinin əməkdaşları, məhkəmə hakimləri və şirkət sahibləri. Uduzan isə dövlətimizdir.
Cənab Nazir !

Əgər Dövlət Vergi Xidməti əməkdaşlarının Bakıda, Sumqayıtda və digər yerlərdə fəaliyyət göstərən metal əritmə sexlərində, ümumiyyətlə, qara və əlvan metal qəbulu və emalı şirkətlərində apardığı yoxlama sənədləri ilə tanış olsanız, real vəziyyəti öz gözlərinizlə görərsiniz. Və yazdıqlarımızın həqiqət olduğuna əmin olarsınız.

Nəzərə almaq lazımdır ki, təkcə Sumqayıt şəhərində 30-a yaxın qara və əlvan metalların emalı şirkəti var.

Dövlətimizin marağını nəzərə alaraq mövzu ətrafında əməkdaşlarımızın apardığı araşdırmalar cəmiyyətə və müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Hörmətlə,

NUH ( nuh.az ) informasiya agentliyinin baş redaktoru Kamran Məhərrəmli
 

Dünyapress TV

Xəbər lenti