Ardını oxu...
Əhməd Qəşəmoğlu: “Günah alimlərimizdə deyil, akademiya bu sahəyə vəsait ayırmayıb”
“Son illərdə akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil: “Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.

Bu, çox ilginc bir açıqlamadır. Təsəvvür belə etmək mümkün deyil ki, Azərbaycan AMEA-sı müstəqillik dövründə heç bir elm mərkəzi ilə əlaqə qura bilməyib! Hətta 10-15 illik fəaliyyət tarixçəsi, 3-5 üzvü olan bir çox QHT-lər Avropanın, Asiyanın müvafiq mərkəzləri ilə əlaqə qurub, amma AMEA kimi bir qurum dünya ilə hansısa ciddi əlaqələr qurmağa nazil ola bilməyib. Elm adamları bunun səbəbini nədə görür? Qeyri-peşəkar menecerlikdə, yoxsa Azərbaycan elm adamlarının dünyaya çıxarmağa bir əsəri olmamasında?

Qeyd edək ki, İ.Həbibbəyli doktorantura təhsili ilə bağlı problemlərə də toxunub. O qeyd edib ki, bu gün ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir. Yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil. Onun sözlərinə görə, doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır: “Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertantlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.

TEREF.AZ yazır ki, mövzu ilə bağlı sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a dedi ki, hazırda bu məsələ olduqca aktualdır: “Çox şadam ki, İsa müəllim Elmlər Akademiyasının prezidentliyinə başladığı vaxtda ilk addımda bu məsələlərə diqqət yönəldib. Bu, olduqca aktual bir məsələdir. Ölkə üçün də, elə akademiya üçün də olduqca vacibdir. Beynəlxalq əlaqələr ölkənin tərəqqisində də mühüm rol oynayan bir məsələdir. Deyim ki, İsa müəllimin bu barədə danışmağı bir elə qanunauyğundur. Çünki İsa Həbibbəyli həmişə beynəlxalq əlaqələri qurmağa can atan adamdır. Öz səlahiyyəti daxilində bunu edib. Naxçıvan Universitetinin rektoru olanda da universitetin beynəlxalq əlaqələrini yaradırdı. Türkiyədən, İrandan, başqa ölkələrlə də əlaqələr yaradıb. Eləcə də Ədəbiyyat İnstitutunun direktoru olaraq, AMEA-nın direktoru olaraq da bu istiqamətdə həmişə fəaliyyət göstərib. Orta Asiya respublikaları ilə çox sıx əlaqə yaradıb. Ədəbiyyat İnstitutunda xüsusi şöbə də yaradıb. Ona görə düşünürəm ki, bu istiqamətdə yaxınlarda akademiyanın çox ciddi fəaliyyəti olacaq. O ki qaldı əlaqələrin olmamağının əsas səbəbinə, bu, təşkilatçılıqla bağlıdır. Əsas səbəb menecment məsələlərinə diqqətin zəifliyindədir və bu istiqamətdə işlər getməli idi və bu getməyib. Bu, faktdır. Akademiya alimlərinin əsərlərinə gələndə isə olduqca ciddi əsərlər yaranır, dünya üçün əhəmiyyətli olan əsərlər yaranır. Mənim riyaziyyat, fizika, kimya sahələrində görülən işlər barədə məlumatım var. Özünüreklam kimi olmasın, konkret olaraq elə mənim təqdim etdiyim "Ahəngyol" yeni bir elmi nəzəriyyədir, yeni bir elmi sistemdir. Azərbaycanın məşhur alimi Rafiq Əliyev seminarda bunu çox yüksək qiymətləndirdi və Lütfi Zadəyə göndərdi. Gözləmədiyimiz halda o da çox yüksək qiymətləndirdi. O, bu elm sahəsini 2011-ci ildə Kaliforniya Universitetində dünyanın ən nüfuzlu bir elmi jurnalında təqdim etdi. Bundan sonra dünyanın bir çox aparıcı jurnalları “Ahəngyol” barədə xeyli məqalələr verdi. Amma deyəndə ki, dünyanın başqa elm sahələrində də işləməliyəm, dəvətlər var, buna vəsait lazımdır. Dedilər ki, bu sahəyə pul ayrılmır. Halbuki həmin vaxt Polşa alimləri Krakovda beynəlxalq bir tədbir keçirmək istəyirdi. Onun üçün də mənə heç olmasa min, min beş yüz dollar lazım idi. O vaxt da o pul məndə yox idi, istədim də, akademiya vermədi. Dedilər, bizim bu sahə üçün pulumuz yoxdur, imkanımız yoxdur. Dəfələrlə Çindən, Yaponiyadan dəvət almışam. Çünki “Ahəngyol” harmoniya, ahənglə bağlı bir elm sahəsidir və o da elm adamlarının həmişə diqqət mərkəzində olub. Amma ora elmi ezamiyyətə getməyə akademiyada pul tapılmadı. Deməli, bu işlərin təşkilati, maliyyə, iqtisadi tərəfinə diqqət verilməyib. Mən tək deyiləm. Akademiyada tanıdığım xeyli adamların belə ciddi, beynəlxalq səviyyədə diqqət mərkəzində olan əsərləri var. Amma akademiya indiyə kimi buna pul ayırmayıb ki, bu sahədə alimlərə bir dəstək olsun. Ən azı bu alimlərin yazılarının, kitablarının xaricdə çap olunmasına kömək olsun. Bax, akademiyada bu istiqamətdə zəiflik olub. Yəni günah alimlərimizdə deyil, əksinə, bu şərait yaransaydı, alimlər stimullaşdırılsaydı, kitabları xaricdə çıxsaydı, başqaları da onlara qoşulacaqdı. Gənclər də maraqlanacaqdı. Ümid edirəm ki, İsa müəllim bu məsələyə hökmən diqqət verəcək və yaxın vaxtlarda bu sahədə nəticələrin olmağına inanıram".

Professor akademiya ətrafında gedən söz-söhbətlər barədə də fikir bildirib: “Bir də baxırsan ki, elmdən heç xəbəri olmayan adam gülməli səviyyədə durub deyir ki, akademiya bizim nəyimizə lazımdır, orada heç bir iş görülmür. Sənin nədən xəbərin var axı, sən elm adamı deyilsən, gəl bir maraqlan, bir gör nə necədir? Yaxud elə AMEA-ya prezident seçkisində aləm qarışdı bir-birinə. Niyə İsa Həbibbəyli bura seçildi? Əvvəla, indi akademiyada əsas cəmləşən institutların hamısı ictimai təmayüllü institutlardır. Bu akademiya bir il bundan qabaqkı akademiya deyil ki, içərisində fizika ilə, riyaziyyatla, texniki elmlər və başqa sahələrlə məşğul olan institutlar olsun. Burada ancaq 10-11 institut birləşib. Akademiyada da bu sahədə ən çox təcrübəsi olan, elmlə ciddi məşğul olan adam İsa Həbibbəylidir. Yaxşı, onda İsa Həbibbəyli kimi bu sahədə fəaliyyəti gözəçarpan, nəticəsi olan adam kim tanıyırsa, desin. Akademiyanın prezidenti həm də iş görən adam olmalıdır. Təkcə elmi kitab, məqalənin olması azdır. Bu vəzifədə iş görən adamlar olmalıdır”.

Afaq MİRAYİQ,
 
Ardını oxu...
TEREF.AZ yazır ki, noyabrın 2-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Bakı şəhəri, Suraxani rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivi 13, 14, 14A, 15, 16, 17, 18 ünvanlarında 2232 nəfər sakinin yaşadığı 7 çoxmərtəbəli yaşayış binasını əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançaları, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə çoxsaylı söhbətgah və oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2000-ə qədər müxtəlif cinsli ağaclar və 19000 ədəd kollar əkilib, 2600 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 1400 ədəd adi daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.
Yaşıl səddlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə səddlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.
“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
 
Ardını oxu...
“Cənab prezident, türk gəncliyi sizin mesajınızı alıbdır.
Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan prezidenti öz prezidentimizdir.
Biz hər zaman güneyli gənclər olaraq, Azərbaycanın cəbhəsindəyik.
Vətənimizin o tayı, bu tayı yoxdur. Biz böyük Azərbaycanıq”, - posterlərdə yazılır.
Mollaların yuxusuna haram qatan görüntülərdir.
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Mədəniyyət Nazirliyi son iki ildə artıq ikinci dəfə ittiham və eyni zamanda da istehza, lağ-lağı obyektinə çevrilib. Birinci dəfə 2020-ci ildə nazirlikdə “DTX əməliyyatı” keçiriləndə və Əbülfəs Qarayev vəzifədən çıxarılanda, ikinci dəfə isə cəmi iki il sonra, yəni bugünlərdə DTX növbəti dəfə bu nazirliyə “baş çəkəndə”.

Nazir müavinin və nazirliyin Təchizat və əmlak şöbəsinin müdirinin həbs olunması onu deməyə əsas verir ki, əməliyyat yenə maliyyə cinayətləri, yeyintilərlə bağlıdır. Eyni cinayətlərin təkrarlanması az qala belə təəssürat yaradır ki, bura sanki nazirlik yox, mafiya yuvasıdır – cəza olsa da, bu, heç kimi cinayətdən çəkindirmir.

Ola bilsin ki, korrupsiya cinayətləri sarıdan bundan betər vəziyyətdə olan qurumlar da var, ancaq görünür, bu nazirlik hansısa xüsusi “özəlliyi” ilə seçilir...

Mədəniyyət naziri Anar Kərimov nisbətən gənc nazirlərdəndir və cəmi iki ilə yaxındır ki, bu vəzifəni daşıyır. Adətən, belədə “nə yatdı ki, nə yuxu görsün” deyirlər. Amma belə görünür ki, bu nazir ümumiyyətlə, yatmayıb və “böyük sədaqət” nümayiş etdirərək, özündən əvvəlki nazirin “adət və ənənələrini” can-başla davam etdirib. Nəticədə, necə deyərlər, beş illik planı cəmi iki ilə doldura bilib...

Ümumiyyətlə, bu necə nazirlik, necə təşkilatdır, və orada hansı mühit var ki, adam ora ayaq basar-basmaz rüşvətxora, korrupsionerə çevrilir?

Axı, məntiqlə Əbülfəs Qarayevin vaxtında keçirilən “DTX əməliyyatı”nın xofu, əks-sədası ən azından bir müddət bu təşkilatın divarlarına hopmalı, havasına çökməli idi. Görünür, sözügedən nazirlikdə o qədər sərbəstlik, cəzasızlıq, ya da səhlənkarlıq və özbaşınalıq mühiti, “aurası” kök salıb ki, heç kim heç nədən nə qorxmayıb, nə çəkinməyib. Ya da hər şey sistemli şəkildə qurulub


Ən aşağı vəzifədə oturandan ən başda yer tutana qədər korrupsiya, rüşvət mexanizmi var gücü ilə işləyib. Yeni nazir də bu mexanizmə toxunmayıb. Axı, Azərbaycan reallıqları çərçivəsində kim deyə bilər ki, şöbə müdiri, hətta nazir müavini rüşvət alır, korrupsiya ilə məşğul olur, amma nazirin bundan xəbəri yoxdur? Kim buna inanar? Ən yeni Azərbaycan tarixində belə “fərsiz-fərasətsiz” nazir heç zaman olmayıb və ola da bilməzdi!...

Görünür, necə ki, Əbülfəs Qarayevin az qala bütün böyür-başı, müavini, şöbə müdirləri və s. həbs olundu, lakin özü “sudan quru çıxdı”, A.Kərimovla da bağlı eyni mənzərənin şahidi olacağıq. O vaxt idarə rəisləri, nazir müavini və hətta nazirliklə “işləyən” şirkət rəhbərləri öz ifadələrində birbaşa Qarayevin adını çəkərək, bütün göstərişlərin onun tərəfindən verildiyini, rüşvətin, “otkatlar”ın da ona çatdığını bildirdilər.

Doğrudur, Qarayevi heç kim tutmadı, heç istintaqa şahid qismində də olsa cəlb etmədi, ancaq ən azından xalq, cəmiyyət bildi ki, bu nazirlikdəki korrupsionerin, rüşvətxorun yekəsi elə nazirin özü imiş. Bəs, indi kim inanar ki, eyni nazirlikdə, eyni əməllər törədilir və nazirin bundan xəbəri yoxdur?

“Ssenarilər müsabiqəsi var və seçilən uğurlu ssenarinin əsasında da filmin çəkilişi olacaq. Biz çox filmlər çəkmək istərdik, amma bizdə olan məhdud resurslara görə Qarabağ haqqında bir vacib filmin çəkilməsini nəzərdə tuturuq...” Bunu A.Kərimov bu ilin fevralında demişdi və nazirliyin Qarabağa dair bir neçə film çəkməyə gücünün çatmadığına, maliyyə çatışmazlığından əziyyət çəkdiyinə eyham vurmuşdu.

İndi, görək, DTX-nın həbs etdiyi nazir müavini və idarə rəislərindən nə qədər pul çıxacaq? Yəni, nə qədər yeyintiyə yol verildiyi məlum olacaq? Bəri başdan arxayın ola bilərsiniz ki, ortaya çıxan məbləğlər milyonlarla, bəlkə də on milyonlarla ölçüləcək və məlum olacaq ki, film çəkməyə tapılmayan həmin pullar kimlərinsə ciblərinə, bank hesablarına, villalarına axıdılıb...

Əbülfəs Qarayevin müavini də daxil olmaqla, başının dəstəsi həbs olunanda, həmin adamlara qarşı irəli sürülən ittihamların əsas hissəsi Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və yeyinti faktları ilə əlaqədar idi.

Qarayev 2020-ci ilin mayında vəzifəsindən azad olundu. İyul ayından etibarən onun yerini Anar Kərimov tutdu və dərhal da dövlət satınalmaları və tenderlər məsələsində əvvəlki rəhbərliyin “metod və üslubları” ilə işləməyə başladı. Məsələn, elə həmin il Ə.Qarayevin dövründən bu nazirliyin əsas “tender tərəfdaşı” olan "STONE CONSTRUCTİON" QSC-yə təxminən 1.5 milyonluq tender verdi. Bu mövzuya ötən il toxunmuşuq və bu “tender tərəfdaşlığı”nın nələrə əsaslandığını yenidən izah etməyə yəqin ki, ehtiyac yoxdur...

Bütün bu baş verənlərin fonunda sıravi vətəndaşda sual yaranır - yaxşı, Əbülfəs Qarayev getdi, yola salındı, yerinə Anar Kərimov gəldi. Nəsə dəyişdimi? Mədəniyyət sahəsində hansısa nəzərəçarpacaq dəyişikliklər baş verdiyinə dair ciddi əlamət görmürük. Əvəzində, yenə DTX-nın növbəti əməliyyatı və nazirlikdə maliyyə yeyintiləri, korrupsiyaya dair ittihamlar var. Yəni, dəyişən heç nə yoxdur. Yaxşı, əgər belədirsə, Ə.Qarayevi o boyda hay-küylə yola salmağın, “urvatsız etməyin” nə mənası vardı? Kişi oturub işləyirdi də... Əbülfəs yemədi, Anar, Əhməd, Məmməd yedi – camaat üçün nə fərqi var, axı?

Ümumiyyətlə, yaxşı olar ki, bizim bəzi yeni nazirlər öz adları ilə deyil, sələflərinin adıyla çağırılsın. Ən azından ona görə ki, əhaliyə və mətbuat işçilərinə yeni nazirin adını əzbərləmək, onu üzdən tanımaq üçün xeyli vaxt lazım olur. Ona görə də, o nazirliklərdə ki, nazirin ad və soyadından başqa heç nə dəyişməyib, nazirləri, məsələn, I Əbülfəs, II Əbülfəs, yaxud I Səlim, II Səlim, I Ziya, II Ziya və s. kimi adlandırmaq və tanımaq daha yaxşı olar...

Əslində, hər nə qədər ironiya ilə yanaşmaq istəsək də, bu baş verənlər olduqca acınacaqlıdır. Çünki məhz belə “gənc kadrlar”ın yarıtmaz, səhlənkar, biganə, bəzi hallarda isə korrupsiya və digər cinayətlərlə müşayiət olunan fəaliyyəti, əməlləri insanların islahatlara, Qərbdə təhsil almış gənclərə, bir sözlə, gələcəyə olan-qalan az-çox ümidini də qırır.

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında keçirdiyi hər 3 görüşdə məğlub olaraq, qrupda sonuncu yeri tutdu. Azərbaycandan Bosniya və Herseqovinaya 13 futzalçı aparılmışdı. Onların 9-u əcnəbi idi. Bunun üzərinə baş məşqçi Joze Alesio Da Silvanı da əlavə edək. Braziliyalı mütəxəssis həmyerlilərinə Azərbaycanda iş tapıb. Hər biri də kifayət qədər sanballı məbləğə gəliblər Azərbaycana.

10 braziliyalının hər biri minimum 10 min dollar məvacib alır Bakıda. Hər ay Braziliyaya minimum 100 min dollar gedir Azərbaycandan. İl ərzində də 1 milyon dollardan çox. Bu, braziliyalıların qazancı. Bəs Azərbaycanın qazancı nədir? 3 oyunda 0 xal? Bunun üçün ildə 1 milyon dollarımız ölkədən çıxır? 3 oyunda 3 məğlubiyyət almaq üçün Braziliyadan bir dəstə futzalçını Bakıya gətirmək, onlara il ərzində 1 milyon dollar vermək kimin ideyasıdır? Özü də bu məbləği təkcə “Araz-Naxçıvan”ın braziliyalıları aparır.

Ümumiyyətlə, futzal sahəsində təkcə “Araz-Naxçıvan” dərdi deyil dərdimiz. Azərbaycanın futzal çempionatında çıxış edən komandaların əksəriyyətinin heyəti braziliyalı və iranlılardan ibarətdir.

Belə çıxır ki, futzala yaxşı pul ayrılır. Amma bu pul futzalın inkişafına, yerli futzalçıların yetişdirilməsinə xərclənmir, Braziliya və İrana göndərilir.

Niyə? Məqsəd nədir? Sualdır də özümüz özümüzə veririk. Cavab verən isə yoxdur.

Mənbə: Publika.az
 
 
 
Ardını oxu...
Yasamal Rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxır.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən qurumun hazırda 3.5 milyon manatdan çox (3509001.47AZN) vergi borcu var.

Qeyd edək ki, adı çəkilən birliyin sədri Ədalət Bağırovdur.

Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənovdur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda “Azərlotoreya” adlandırılan fırıldaq sürətlə yayılır. Bu bəla xalqımızı talamaqla məşğul olan dağıdıcı məmurlara havayı qazanc verir. “Poz, qazan” adlı fırıldaq ölkəni tam işğal etməkdədir.

Qurum aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir, küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Ona görə ki, “Azərlotereya” ASC oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən cüzi qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, hər yerdə təşkil olunur. Kasıb, üzülməkdə olan xalq da qazanmaq ümidilə sonuncu manatlarını qumara sərf edir və acından ölməmək üçün oğurluğa və digər ağır cinayətləri törətməyə vadar olur.

Deputatlardan biri açıq deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməsi, insanların zəhmətsiz gəlir əldə etməyə alışdırılılması və milli psixologiyada dərin çatlar yaradan qumar oyunları dərhal küçələrdən yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir”.

Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir. Azərlotereyanın feysbuk səhifəsində isə şərh yazan insanların böyük əksəriyyəti lotereyada uduşların çox xırda rəqəmlərdən və az olmasından şikayətçidir.Feysbukda keçirdiyimiz sorğuda, həmçinin bu cavablarla qarşılaşdıq.

TEREF.AZ yazır ki, 7times.az saytının əməkdaşı mövzuya dair küçədə bilet satan satıcılardan bir sıra məlumatlar almağa çalışıb. Maraqlıdır, gün ərzində nə qədər bilet satılır, satılan biletlərə iri məbləğli uduşlar düşürmü? Ənvər adlı satıcı bildirdi ki, gün ərzində 50-60 satış edə bilir. İri məbləğli uduşla bağlı məsələyə gəlincə, bir həftə öncə 800 manatlıq uduş olduğunu bildirdi. Bu ərəfədə piştaxtaya yaxınlaşan bir alıcı isə heç vaxt böyük məbləğlər uda bilmədiyini, ara-sıra əyləncə üçün uşaqlarına aldığını söylədi. Söhbət zamanı piştaxtaya yaxınlaşan alıcı “Binqo” aldı. Bildirdi ki, tez-tez lotereya bileti alır, amma cəmi bir dəfə 5 manat udub.

Düşünürük ki, məsələyə dövlət səviyəsində baxılmalı, daim nəzarətdə saxlanmalıdır. Azərlotereya oyunların necə keçirilməsi ilə bağlı açıqlama verməlidir. İnsanları göz görə-görə aldatmaq və qeyri-şəffaf keçirilən oyunlara icazə vermək qəbul edilməzdir!
 
Ardını oxu...
Teref.az yazır ki, LAF TV-nin redaktoru əməkdar jurnalist Leman Eleşrefqızı sosial şəbəkədə head&shoulders şampununun Azərbaycanda saxtalaşdırıldığı barədə şübhələrini səsləndirərək video paylaşım edib. Ləman xanımın paylaşdığı statusu və videonu oxuculara təqdim edirik:
"Uzun illərdir saçımı ancaq head&shoulders şampunu ilə yuyuram. Bu dəfə uşaq gedib marketdən kiçik, üstündə yasəmən şəkli olan şampun aldı. Elə bil zirzəmidə hazırlanıb, head&shouldersin iyi yüngülvari gəlir,amma içi zibil.Əslində bunu salonda mənə illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım.
Yaxşı, bəs bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdumu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olurmu? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib Azərbaycanda özümüzə oxşadırıq. Keçən dəfə Sisleyin timsalında gəldi başıma, indi də belə. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların."

 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları hazırda Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirir.

Bu barədə məlumatı “AZfront” teleqram kanalı Mədəniyyət Nazirliyinin rəsmisinə istinadla yayıb.

Məlumata görə, hazırda Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda saxlanılan arasında nazirliyinin rəhbər şəxsləri də var.
 
 


 
Ardını oxu...
Xeberal.az xəbər verir ki, Şuşa Şəhər İcra hakimiyyətinin başçısı Bayram Səfərovun mülklərinin siyahısı yayılıb…

Siyahını jurnalist Həbib Müntəzir yayıb. TEREF.AZ Xeberal.az-a istinadən siyahını təqdim edir...

▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil

▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa

▪️Dərnəgüldə daha bir mənzil

▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB

▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti

▪️“Qala” restoranı

▪️“Kosmos” Restoranı

▪️Nərimanov parkında yerləşən “İstanbul” kafesi

▪️La Vita Cafe and Restoran

▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri

▪️Novxanıda mal-qara ferması

▪️Fermanın yaxınlığında gön-dəri sexi

▪️Binəqədidə hektarlarla torpağı

▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı

▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları

▪️Rufis adlı oğlunun adına “Kəklik” MMC şirkəti
(Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir)

▪️Qiyməti 50-60 min və daha nələr...
 

Dünyapress TV

Xəbər lenti