Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları hazırda Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirir.

Bu barədə məlumatı “AZfront” teleqram kanalı Mədəniyyət Nazirliyinin rəsmisinə istinadla yayıb.

Məlumata görə, hazırda Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda saxlanılan arasında nazirliyinin rəhbər şəxsləri də var.
 
 


 
Ardını oxu...
Xeberal.az xəbər verir ki, Şuşa Şəhər İcra hakimiyyətinin başçısı Bayram Səfərovun mülklərinin siyahısı yayılıb…

Siyahını jurnalist Həbib Müntəzir yayıb. TEREF.AZ Xeberal.az-a istinadən siyahını təqdim edir...

▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil

▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa

▪️Dərnəgüldə daha bir mənzil

▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB

▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti

▪️“Qala” restoranı

▪️“Kosmos” Restoranı

▪️Nərimanov parkında yerləşən “İstanbul” kafesi

▪️La Vita Cafe and Restoran

▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri

▪️Novxanıda mal-qara ferması

▪️Fermanın yaxınlığında gön-dəri sexi

▪️Binəqədidə hektarlarla torpağı

▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı

▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları

▪️Rufis adlı oğlunun adına “Kəklik” MMC şirkəti
(Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir)

▪️Qiyməti 50-60 min və daha nələr...
 
Ardını oxu...
Cari ilin sonu yaxınlaşdıqca yerli rayon rəhbərlərinin əlavə qayğıları da yaranır. Belə ki, RİH-lərin ilin yekunları ilə bağlı verməli olduqları maliyyə hesabatları bəzi rayon icra başçıları üçün əməlli-başlı problem təşkil etməkdədir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir çətinliyi yaşayanlardan biri də Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevdir. Məlumatlı mənbə iddia edir ki, V.İsayev bu il elə bir maliyyə maxinasiyalarına imza atıb ki, ondan fələk də baş çıxara bilməz...

Mənbə bildirir: "Söhbət tenderlərdən və onların icrasından gedir. Bir tenderin nəticəsi olsa da, nəzərdə tutulan iş ümumiyyətlə icra olunmayıb və pul büdcədən diricə götürülüb".

Mənbə bu kimi faktların gərəkən qurumların nəzərində olduğunu da qeyd edir: "Hər halda buna görə Vidadi isayevin başına sığal çəkən olmayacaq..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Son günlər ciddi polemika predmetinə çevrilən Azərbaycan Yazıçılar Birliyi ilə bağlı gəlişmələrə daha bir əlavə olunub. Bu dəfə də söhbət maliyyə məsələsindən gedir. Daha dəqiqi, şübhəli maliyyə işlərindən...

DİA.AZ bildirir ki, bu barədə paylaşım edən tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli AYB sədri Anarın nəzarətində saxladığı gəlir yerlərindən bir barədə məlumatları diqqətə çatdırıb.

C.Həsənli yazır: "Bakı Kitab Mərkəzi... Anarın xahişi və Heydər Əliyev Fondunun dəstəyi ilə açılıb. Amma hüquqi şəxs kimi AYB sədrinin qızının adına rəsmiləşdirilib.

AYB sədrinin qızı tərəfindən idarə olunur. Və sırf kommersiya maraqlarına xidmət edir..."
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı maraqlı olan bütün tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
DogruXeber.az: - Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Lakin bu virus nə Covid19, nə onkoloji xəstəlikdir, onun adı “Poz, qazan”dır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir.

Xalq qumara sövq etmək

TİA.Az-ın araşdırmaçı heyəti yazır ki, şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tin başında, o cümlədən rayonlarda “Poz, qazan” oyunları təşkil edir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar. Ona görə ki “Azərlotereya” oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, yollarda təşkil olunur. O səbəbdən insanlar görüb qumara sövq edilirlər. Yeri gəlmişkən, Azərlotereya ASC “Misli” adlı məntəqələr də açıb və belə desək, qumarın dairəsini genişləndirib. Hazırda “Topaz” tam sıradan çıxmaqdadır və sürətlə “Poz, qazan” və “Misli” məntəqələri ölkəni başına alıb.

İşsizlik və əhalini fırıldaqla soymaq

Maraqlıdır, dövlət bu biznesin çiçəklənməsində maraqlıdır, yoxsa şirkətin sahibləri xalqı soymaq fikrinə düşüblər? Hərgah, ayrı – ayrı deputatlar dəfələrlə Azərlotereyanın xalqı aldatması, soymasına etiraz edib, küçələrdən bu mərc oyunlarının yığışdırılması tələbini irəli sürüblər, di gəl, ASC millət vəkillərinin çıxışlarını qulaqardı edib. Əgər müəyyən məntəqələrdə bu oyunlar keçirilsəydi, normal yanaşmaq olardı, yəni kimin ürəyi istəyirsə müraciət etsin. Ancaq “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.

Deputatı etirazı: “Azərlotereya” ev yıxır

Deputat Tahir Kərimli deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməməli, insanlar zəhmətsiz gəlirlərə alışdırılmamalı və psixologiyamızda dərin çatlara səbəb olan qumarlar yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar”.

Maraqlıdır ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır.

Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur.

“Misli.az” yalanı – şirnikləndirmə…

Deyilə bilər ki, bu, leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Yəni küçədə meyvə-tərəvəz satmağa icazə yoxdur, amma “Poz qazan” oynaya bilərsən. Sözsüz ki, hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur.

Ekspert: “Küçələr mərc oyunlarının əsarətindədir”

İqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!”

Qeyd edək ki, Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. 2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. TİA.Az
Ardını oxu...
 
 

 
"Bahar" Əməliyyat Şirkətində hələ də işçilərinin sentyabr ayının əmək haqqını ödənməyib". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza təkrar müraciət edən neftçilər bildirib.

 

Onu da eyd edək ki, artıq iki aya yaxındır anoloji problem davam etsə də, "Bahar Energy"dən kimsə məsələyə aydınlıq gətirmək istəmir. Son olaraq isə 25 oktyabrda maaşların veriləcəyi bildirilmişdi. Aydın olanı odur ki, işçilər yenə də aldadılıb.

DİA.AZ-a yazan fəhlələr bildirir: "Bu artıq bir neçə ildir ki, davam edir... Burada işçilərə sahib duran da yoxdur. Bəs hasil olan neft necə oldu?"

"Əməliyyat Şirkətinin hasil etdiyi neftdən gəlir əldə etmirlər ki? Hanı o pullar..." deyəm neftçilər sual edirlər.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Bir neçə gün bundan öncə "Azərbaycan Reallığı" “Azərbaycan Dəmir Yolları”-na yeni sədr təyin edilməsi haqqında məlumat verilmişdi.

Cavid Qurbanovun Azərbaycan Dəmir Yollarında yarıtmaz idarəçiliyindən sonra ölkə başçısı onu tutduğu postdan azad edib quruma idarəçilik isə Qurubanovun həmyerlisi və yaxın adamlarından sayılan Hicran Valehova həvalə etdi.

Lakin Hicran Valehovda sözü gedən qurumu tam bərbad hala salaraq Cavid Qurbanovun yanında loru dildə desək toya bayrama getməli vəziyyətə salmışdır və çox keçmədi ki, Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə bu posta Rövşən Mürvət oğlu Rüstəmov təyin edildi.

Digər məlumata görə Cavid Qurbanov dönəmində dəmir yollarından küsdürülmüş və uzaqlaşdırılmış peşəkar işçilərin yenidən öz işlərinə çağırılaraq bərpa olunacağı deyilir, hətta bir neçəsi ilə artıq danışıqlara başlanılıb.

Məlumatlı mənbə isə iddia edir ki, Daha sonra mənbə bildirir ki, Cavid Qurbanov artıq kurasıya etdiyi və dəmiryolçulara düşün halal evi bəzi saytın baş redaktorlarına hədiyyə etdiyi sayt rəhbərlərinədə tapşırıqlar verib.

Artıq onlar "Rövşən Rüstəmov nə vaxtdan peşəkar dəmir yolçu olub onun dəmir yolundan anlayışı yoxdur" kimi qaralama konpanıyasına start veriblər. C.Qurbabov və komandası düşünür ku, bu cür qaralama konpaniyalarda yeni sədirə heçdə müsbət təsir etməyəcək. AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
“Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “45 dəqiqə” adlı təhsil proqramında deyib.

Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib.

“Əsasən bu, məzmun və tədrislə bağlı meyarlardır, istər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq”, – E.Əmrullayev qeyd edib.
 
Ardını oxu...
Göyçay rayon sakini, ictimai fəal Məhəmmədəli Səmədov və sakinlər tərəfindən Azərbayxan Respublikasının Baş Prokuorluğuna və Daxili İşlər Nazirliyinə

"Cənab Nazir və cənab Baş Prokuror!
Məlumunuz olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında demək olar hər gün avtoqəzalar baş verir. Göyçay Polis Şöbəsinin Yol Polisi Bölməsini tərəfindən qeyri-ciddi nəzarət olunan bu, ərazidə avtoxuliqanlıq edən gənclər hər an insanların həyatı üçün yaradırlar. Övladlarını GDİTK-ya, 106 peşə liseyinə və yaxınlıqda yerləşən 9 saylı orta məktəbə təhsil almaq məqsədilə göndərən valideynlər daim səksəkidə, qorxu və təlaş içərisindədirlər. ilin ilk tədris günündən, yəni15 sentyabr tarixindən bu günə qədər çoxlu saylı avtoqəzalar baş verib, avtoşluq edən sürücülər də daxil olmaqla, bir neçə insanın sağlamlığına ciddi zərər dəymişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində: "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır".

Dəfələrlə əraziyə müşahidə kamerası, radar, tramplin qoyulması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə və Göyçay Rayon Polis Şöbəsinə müraciət etsək də, heç bir nəticə əldə edə bilməmişik. Nəinki yuxarıda qeyd etdiyimiz təhlükəsizlik vasitələrinin quraşdırılması, heç DYP-nin əməkdaşlarının belə bu yerdə az-az göründüyünün şahidi oluruq. Halbuki bura rayonun ən ciddi nəzarət altında saxlanılmasına zəruri ehtiyacı olan ərazidir. Uca səslə oxudulan musiqilərin səsindən adamın qulağı deşilir, avtomobilləri o qədər yüksək sürətdə sürürlər ki, bu da idarəetməni itirməyə və insan ölümünə gətirib çıxarır. Avtomobillə ətrafdakı ticarət obyektlərinə, yaşayış evlərinə, qaz borularına, rabitə və elektrik dirəklərinə çırpılırlar. Piyada keçidinə məhəl qoyulmadığına görə, azyaşlı məktəblilərin yolun bir tərəfindən digər tərəfinə keçməsinə taksi sürücüləri və obyekt sahibləri yardım edirlər.

Kimə deyəsən, hara gedəsən, necə edəsən? - bilmirik!

Bu qədər də məsuliyyətsizlik olmaz! Öz övladlarının burnu qanayan zaman dəridən-qabıqdan çıxan, onların üstündə tir-tir əsən həmin vəzifəli şəxslər sakinlərin özlərinin və övladlarının sağlamlığına və təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsilə də (İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər) təsdiqlənməkdədir.

Sizdən çox xahiş edirik, adı çəkilən ərazidə təcili olaraq təhlükəsizlik tədbirləri və DYP-nin postu təşkil edilsin".
Teref.az
 
Ardını oxu...
Qubanın Qənidərə kənd sakinləri antisanitar vəziyyətə görə kəndin təmiz havasından məhrum olublar.

Kəndin göz oxşayan mənzərəsini hər addımda yığılan zibil qalaqları korlayır. Kənd xəstəlik mənbəyinə çevrilib.

Qənidərə kəndi rayon mərkəzindən 40 km aralıda yerləşir. Zibil tökülən ərazinin sahəsi get-gedə genişlənir. 100-dən çox sakinin yaşadığı kənddə uzun zamandır eyni mənzərədir.

Ardını oxu...
Sakinlər yaranmış anormal vəziyyətə görə dəfələrlə bələdiyyə sədrinə müraciət etsələr də, dəyişən heçnə yoxdur.

Məlumata görə, kəndin bələdiyyə sədri qonşu kənddə yaşayır. Buna baxmayaraq kəndin problemləri ilə maraqlanmır.

Kənd sakinləri deyir: Bu kənd biyabırçı gündədir. Bələdiyyə baxmırsa, bu işə kim baxacaq? Müraciət edirik, deyirlər fəhlə yoxdur. Haradadır bunun fəhlələri?

Bələdiyyə sədri Arif Ömərov məsələ ilə bağlı belediyye.netin sorğusunu cavabladı. Sədr tezliklə zibilliyin təmizlənəcəyinə söz verdi. //belediyye.net//
 

Dünyapress TV

Xəbər lenti