Hakim Usaməddin Osmanovun qərarından NARAZILIQ...
Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində yaşayan Qəribov Slavik Rəşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona məxsus mənzildə başqa şəxslərə yaşamaq hüququnun verilməsindən narazıdır:

“Mən, Qəribov Slavik Rəşid oğlu, yazaraq sizə bildirirəm ki, bacım Qəribova Aygün və gəlinim birləşib evimdən oğurluq ediblər. 31 min manat pul və qızıllarımız oğurlanmışdı. Polisin apardığı axtarış nəticəsində cinayətkarlar müəyyən edildi və onlar həbs olundular.

Lakin onlar müəyyən fırıldaqçılıqla cəzalarını aşağı saldırıb, iki ildən sonra azadlığa çıxdılar. Ondan sonra mənim şəxsi mülkümdə yaşamaq üçün pay istəməyə başladılar. Bacımın özü vərəm xəstəsidir. Bacım da, gəlinim də həbsdə yatmış qadınlardır. Belə insanları mən necə evimə buraxım?

Evin bütün sənədləri mənim adımadır. Gəlinimin ərindən başqa şəxslə yazışmalarını dəfələrlə məhkəmələrə təqdim etmişəm. Hələ şəkilləri demirəm. Amma bütün bunlara rəğmən, hakim ədalətli qərar vermir.

Mingəçevir şəhər məhkəməsində sabiq hakim Osmanov Usaməddin Hidayət oğlu tərəfindən çıxarılan 29.10.2019-cu il tarixli 2(051)-2229/2019 saylı qətnamənin qanunsuz olduğunu bilə-bilə icraya yönəldilməsi haqqında verdiyi 31.08.2020-ci il tarixli qərarı verən hakim Nemət Paşayev Şirkət oğluna qarşı olan şikayətimi sizin də diqqətinizə çatdırıram.

Məlumat verərək bildirirəm ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Şərifova Ruqiyyə Yusif qızı tərəfindən 07.02.2022-ci il tarixli (icraata başlamaq haqqında) qərar çıxarılmışdır. Həmin qərarın surətini 22.02.2023-cü il tarixdə yazılı olaraq tələb etdikdən sonra (poçt vasitəsilə) icra məmuru Ruqiyyə Şərifova tərəfindən 07.02.2023-cü il tarixli (icraata başlamaq haqqında) qərar 01.03.2023-cü il tarixlə verildi.

İcra məmuru Ruqiyyə Şərifovanın 33487/2023-3-16-004 nömrəli, 07.02.2023-cü il tarixli qərarla icraata başlamağına dair bildirişinə cavab olaraq, 22.02.2023-cü il tarixdə yazılı şəkildə etiraz məktubu poçtla rəsmi qaydada göndərilmişdir.

Məktubda göstərilən tələblərimə mahiyyət üzrə cavab verilməsini tələb etmişəm.

Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayev və icra məmuru Ruqiyyə Şərifova 22.02.2023-cü il tarixli ərizəmdə göstərdiyim tələblərimə mahiyyət üzrə münasibət bildirən cavabın verilməsindən imtina etdilər.

Mingəçevir Şəhər Məhkəməsinin qeyri-qanuni çıxarılmış 29.10.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı qətnaməsinin qanunsuz olduğunu əsaslandıran faktlar (Azərbaycan dövlətinin adından çıxarılmış) aşağıdakılar:

1. Goranboy Rayon Məhkəməsinin 2-20/1999 saylı, 20.01.1999-cu il tarixli qətnaməsi. Ali məhkəmədə qanuni qüvvəsini almışdır;

2. Goranboy Rayon Məhkəməsinin 2-232/2005 saylı, 25.07.2005-ci il tarixli qətnaməsi;

3. Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nin 1mK-757/2006 saylı, 16.02.2006-cı il tarixli qətnaməsi;

4. Azərbaycan Respublikası adından Ali Məhkəmənin MİÜM-nin 6K-1747/2006 saylı, 05.09.2006-cı il tarixli qərarı;

5. Mingəçevir Şəhər Məhkəməsinin 2-70/2008 saylı, 18.01.2008-ci il tarixli qərardadı.

Yuxarıda göstərilən və Azərbaycan dövlətinin adından çıxarılan, yəni Mingəçevir şəhər, Yaşar Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilin mənim - mülkiyyət sahibi Qəribov Slavik Rəşid oğlunun xeyrinə çıxarılmış qətnamələr, qərardad qanuni qüvvəyə minmişdir.

Mingəçevir Şəhər Məhkəməsinin sabiq hakimi Osmanov Usaməddin Hidfayət oğlu Azərbaycan Respublikasının MPM-in 263.0.2-ci maddəsinin tələblərini pozmaqla qeyri-qanuni şəkildə 29.10.2019-cu il tarixli, 2(057)-2229/2019 saylı qətnaməyə zidd qərar çıxarmışdır.

Həmin qanun pozuntuları ilə çıxarılmış 2(051)-2229/2019 saylı, 29.10.2019-cu il tarixli əsassız qətnaməni qəbul edən sabiq hakim Osmanov Usaməddin Hidayət oğlunun əməllərini ört-basdır etmək üçün həmin qanunsuz qətnamənin icraya yönəldilməsi haqqında 31.08.2020-ci il tarixdə qərar vermişdir.

2019-ci ildən hazırkı 2023-cü ilədək - 5 il ərzində Azərbaycan Respublikası MPM-in 263.02-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış qeyri-qanuni olan 29.10.2019-cu il tarixli iş üzrə 2 (051)-2229/2019 saylı qətnamənin icra sənədində göstərilən mənzilə köçürülmə tələbinin icra edilməsinin qanunsuz olduğunu sübut edən sənədləri sizə təqdim etmişəm”.

Qeyd edək ki, Slavik Qəribov Mingəçevir Şəhər Məhkəməsinin hakimi Nemət Paşayev tərəfindən çıxarılan 8(051)-17/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadın təcili olaraq icraya yönəldilməsi üçün icra vərəqəsini İcra və Probasiya şöbəsinə göndərilməsini tələb edir:

“Azərbaycan Respublikasının PM-in 263.0.2-ci maddəsinin tələblərini pozmaqla çıxarılmış (051)-2229/2019 nömrəli, 29.10.2019-cu il tarixli qətnamənin icra sənədinə “mənzilə köçürülmə tələbinin “qanunsuz olduğunu əsaslandıran və sübuta yetirən şikayətlərimə cavabın verilməsini hakim Nemət Paşayevdən tələb edirəb.

Eyni zamanda, qanunsuz çıxarılmış 2(051)-2229/2019 saylı, 29.10.2019-cu il tarixli qətnamənin qeyri-qanuni şəkildə 31.08.2020-ci il tarixlə verdiyi icra vərəqəsinə əsasən “mənzilə köçürülmə tələbi”nin icra edilməsində zor tətbiq edilməsinə görə, mənzilin giriş qapısının sındırılması və mənzilin bütövlükdə səlahiyyətli mülkiyyət sahibi mən Qəribov Slavik Rəşid oğluna qarşı İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayev və onun qanunsuz tapşırıqlarını yerinə yetirən inzibati orqanın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmasını tələb edirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 //Hurriyyet.az//
 

Dünyapress TV

Xəbər lenti