Ardını oxu...
Azərbaycanda dövlət satınalmaları sahəsində daha bir «tender çempionu» aşkar edilib.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu - “Protean Construction” ASC-dir (VÖEN: 9900062801).

Sözügedən şirkət dövlət satınalmalarında 3 ildir ki, iştirak edir və bu dövrdə qalib gəldiyi 10 tenderlə 64,3 milyon manatlıq sifariş əldə etməyi bacarıb.

Xatırladaq ki, “Protean Construction” ASC 20 ilin şirkətidir, 7 yanvar 2001-ci ildə yaradılıb, reyestrdə sonuncu dəfə 2020-ci ilin 17 iyulunda çıxarış alınıb. Şirkətin hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai Rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. Nizamnamə kapitalı 160 672 manat, Qanuni təmsilçisi isə Təhməzov Məhəmməd Ağca oğludur.

2019-cu ildə “Protean Construction” ASC «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi ilə işləyib – bu qurumdan ümumi məbləği 5,8 milyon manat olan 2 tenler qazanıb. 2021-ci ildən «Azərsu» ilə əlaqələr qurulub və şirkət ölkənin su xidmətləri operatorundan mütəmadi olaraq iri tenderlər udmağa başlayıb.

2021-ci və hələ başa çatmayan 2022-ci illər ərzində “Protean Construction” ASC «Azərsu» ASC-dən ümumilikdə 58,5 milyon manatlıq tenderlər qazanıb. “Protean Construction” ASC iri tenderlərlə işləyir, indiyədək onun ən kiçik tenderi 800 min manat olub, daha sonra isə bütün tenderlər milyonluq məbləğlə ölçülüb. Ən böyük tender də «Azərsu»dan udulub – 13,1 milyon manat.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamladı və çıxış etdi.
Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli Şavkat Miromonoviç.
Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam.

Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Qardaş Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram.

Hörmətli həmkarlar, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Hörmətli həmkarlar, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Əziz dostlar, biz Bağdad Amreyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndiririk. Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətləri nəzərə alınaraq, Bağdad Amreyev Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmiş və oktyabr ayının 21-də bu orden mənim tərəfimdən ona təqdim edilmişdir. Bir daha təbrik edirəm.

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, biz Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edirik, Türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzulayırıq. Sağ olun.
Sonra digər dövlət və hökumət başçıları çıxış etdilər.
 
Ardını oxu...

"Heç bir tədbirdə iştirak etməyib, vaxt itirməyib 20 manata beynəlxalq sertifikat aldım".
Bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert "Facebook" hesabında aldığı sertifikatın fotosunu paylaşaraq bunları yazıb:

"Bax işin mahiyyəti budur, pul qazanmaq. Pul qazanmaq üçün bütün rəsmi qurumların adından istifadə edilir. Beynəlxalq sertifikatın əldə edilməsi bu qədər bəsit olmamalıdır.

Kimsə deməsin ki, iştirak könüllü idi, istəyən pul ödəyib sertifikat alırdı. Məsələ ondadır ki, dünyanın heç bir yerində beynəlxalq tədbirin sertifikatı iştirak etməyənə satılmır".
Ardını oxu...
 
 
Ardını oxu...
Payızda meyvə çeşidləri arasında ən bol olanları alma, nar, heyva, xurmadır. Paytaxtda da bu meyvələrə az qala hər addımbaşı rast gəlinir. Marketlərdə də bu meyvələr boldur, fərdi satış yerlərində də. Digəl ki, qiymət ucuz sayılmaz. Paytaxt marketlərində heyvanın qiyməti 1 manat 20 qəpiklə 1 manat 30 qəpik arası dəyişir. Halbuki, bölgələrdə fermerlər becərdikləri məhsulu ucuz qiymətə satır. Hələ sata bilsələr. Məsələn, Göyçayda ən çox becərilən meyvələr nar, xurma və heyvadır. Lakin fermerlər heyvanın bağlarda qaldığını deyir.

DİA.AZ xəbər verir ki, fermerlər əsasən heyvanın yerli sortları olan “Bağça”, “Bardaq”, “Beş ulduz” və “Kamil” növlərinə üstünlük verir. Bu il fermerlər aqrotexniki qulluğu vaxtlı-vaxtında göstərdiklərinə görə bağlarda məhsul ötənilkindən xeyli çoxdur. Amma onlar min bir əziyyətlə əkib becərdikləri məhsulu satmaqda çətinlik çəkirlər. Keçən il heyvanın qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il 20-70 qəpiyə satılır. Amma qiymətin düşməsi də alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərə bilməyib.

Fermerləri narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, istehsal artdığı üçün bu sahədə emal müəssisələrinin yaradılmasına ehtiyac var. Qeyd edək ki, Göyçayda 219 hektar heyva bağı var ki, onun da 192 hektarı bar verən bağlardır.

Becərilən məhsulun alıcıya çatmamasının səbəbləri barədə “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, burada əsas məsələ fermerlərə dəstək verilməməsidir:

- Kənd təsərrüfatının inkişafı planlamanın düzgün aparılmasından çox asılıdır. Birincisi, məhsulun alıcısı əvvəlcədən bəlli olmalıdır. Fermer məhsulu yetişdirərkən onu harada, hansı bazarda satacağını, hər hansı gözlənilməz, fövqəladə hal baş verməzsə, yetişdirdiyi məhsuldan nə qədər qazanc əldə edəcəyini, bu qazancı təkrar hansı sahəyə sərf edəcəyini, nə qədər xeyir götürəcəyini də bilməlidir.

Bu işdə fermerlərə kənd təsərrüfatı, bağçılıq üzrə mütəxəssislər yardım etməlidir. Dövlət isə fermerin əməyini qarşılamalıdır. Müəssisələr məhsulu fermerlərdən sərfəli qiymətə almalı, məhsulun satışına yardım etməlidir. Artıq bizim ölkədə məlum həqiqətdir ki, bölgələrdə becərilən məhsul şəhərə 2-3 qat baha qiymətə gəlib çıxır. Fermerin 20 qəpiyə satdığı məhsul paytaxtda marketdə niyə 1 manat 20 qəpiyə satılır? Bu qədər yol xərci olmaz axı. Ucuz alınan məhsulu işbazlar bacardıqca baha qiymətə satmağa çalışırlar.

Nəticədə məhsul kifayət qədər satılmır, xarab olur, məhv olub gedir. Fermerlərin əziyyəti də puç olur. Məhsulların kənddən şəhərə ucuz daşınması təmin edilməlidir ki, fermerlər ziyana düşməsin, əhaliyə də mövsümi meyvələri almaq əlçatan olsun.
Ardını oxu...
DİA.AZ: - DİA.AZ bildirir ki, "Azneft" İstehsalat Birliyinin 28 May NQÇİ-dən neftçilər şikayətçi düşüblər. Onlar bununla bağlı dia.az-a yazaraq mövcud problemin həllində müvafiq vəzifəli şəxslərdən(şəxsdən) köməklik gözləyirlər.

Neftçilərin dia.az-a yolladıqları müraciətlərində "Azneft" rəhbərliyinə xitab olunur: "Bir dəfə də futbol yarışını Çilov adasında təşkil edin. Və adaya 8 nəfərlik helikopterlə yox, neftçilərlə birlikdə, şikayətdə qeyd olunan gəmi ilə gedin.

Çilov adasına gedib gəlməyimiz çox çətinləşib. Vertolyotla Çilov adasına gediş-gəlişə rəhbərlik tərəfindən icazə verilmir. Düzdür bəzə hallarda küləkli hava şəraitindən asılı olaraq imkan yaranır. Gəmi gediş gəliş lap biyabırçı vəziyyətdədir. Deyirlər saat 8-də Zığ limanında toplaşın, amma saatlarla gölzəməli oluruq. 9-10 da çıxmalı gəmi 11-12-dən tez çıxmır. Bizə “Üfüq” gəmisi ayrılmışdır, o da 4 saata gedir, üstəlik saatlarla gözləməli oluruq. Hərdən “Neft Daşlarına” ayrılmış “Qara Qarayev” gəmisi bizə ayrılır, həftənin birinci günləri, o da hava şəraitindən asılıdır. Çox əziyyət çəkirik, şirkət tərəfindən bir normal gəmi ayırmırlar ki ,bizdə insan kimi evimizə işimizə rahat gedək.

Niyə "Azneft" İB?

Noyabr ayının birindən bütün işçiləri məcburi şəkildə yeməkxanada öz hesabımıza nağd pulla qidalanmağa məcbur edirlər.

Həm də keyfiyyətli yemək də vermirlər. Başa düşə bilmirik, kimin nə şəxsi marağı var? Niyə biz mütləq yeməkxanadan qidalanmalıyıq?"

Məsələ ilə bağlı dia.az olaraq qarşşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycanda özünə işlədiyi dövür ərzində özünə 9224 manatdan 54301 manat əmək haqqı yazdırdığına görə işdən çıxarılan məmur 1,022,785 manat mükafatını geri istəyir.

32gun.az-ın məlumatına görə, bu şəxs 2020-ci ilin oktyabr ayınadək SOCAR AQŞ-nin Baş Direktoru vəzifəsində çalışmış Ramin İsayevdir.

Məlum olub ki, Baş Direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planı təsdiq etmək cavabdehin Direktorlar Şurasının səlahiyyətinə aid olduğu təqdirdə Ramin İsayev əmək haqqını 9224 manatdan 54301 manata yüksəldib. O, buna görə nə Direktorlar Şurasının, nə də Ümumi Yığıncağın razılıq almayıb.

Belə ki, o, öz fəaliyyəti dövründə ona cavabdeh tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə cavabdehə 354,657.31 (üç yüz əlli dörd min altı yüz əlli yeddi tam yüzdə otuz bir) manat məbləğində maddi zərər vurmuşdur. O, bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir.

Onun çalışdığı son 5 il ərzində cavabdehə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat təqdim edilmədiyi aşkar edilmişdir.

Emitent olaraq Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş və cavabdehə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir.

Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində günlük 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, günlük otelə 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir.

Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdakı ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri toplam məbləğ 35,561.30 manat olduğu halda, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 58,483.11 manat təşkil etmişdir.

16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında İddiaçı fəaliyyətində verdiyi nöqsanlara görə Baş direktor vəzifəsindən azad olması barədə qərar qəbul edilib. Onun 2020-ci il oktyabr tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O da məlum olub ki, 1,022,785 manat mükafat ayrılsa da işdən çıxarıldığı üçün bu vəsait ona verilməyib.

Məhkəməyə müraciət edən sabiq məmur SOCAR-ın Direktorlar Şurasının qərarı ilə ləğv edilən bir milyon iyirmi iki min yeddi yüz səksən beş manat mükafatını geri istəyib. Onun tələbi isə təmin edilməyib.
 //32gun.az//
Ardını oxu...
Adının anonim qalmasını istəyən valideyn AzadlıqRadiosuna danışır ki, bir övladını hərbi xidmətdən saxlatdırmaq üçün 2 sot torpağını satmalı olub.

“2021-ci ilin ilk çağırışı zamanı övladıma xəbər gəldi ki, ay sonuna hərbi xidmətə aparılacaq. Uşağımı əsgərlikdən saxlatdırmaq üçün aidiyyəti üzrə yerli idarə ilə əlaqə saxladım. Dedilər, “gələrsən oturub danışarıq”. İdarəyə yaxınlaşanda məni qəbul edən şəxs dedi ki, “pəncəsi düz adı ilə yararsız bileti ala bilərik, ancaq əlinizi cibinizə atmalı olacaqsınız”. Mən razılaşanda isə hərbi həkim komissiyasından bir nəfər ilə danışdı, onun yanına getdim və iki həftə içində məsələni bağladıq”, – valideyn deyir.

6 min manat necə bölüşdürülüb

Azərbaycanın mövcud qanunvericiliyi ilə 18 yaşına çatmış şəxslər hərbi xidmətə müəyyən xəstəliklər olduğu halda getmir. Bu xəstəlikləri Nazirlər Kabineti təsdiqləyərək Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (yazıda bundan sonra “Səfərbərlik xidməti” kimi qeyd olunacaq – red.) verir.

Ölkədə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçirilir. AzadlıqRadiosunun Səfərbərlik xidmətinin Bakı üzrə altı idarəsindən əldə etdiyi məlumata görə, hər çağırışda yaşı çatanların azı 10 faizi müxtəlif səbəblərdən əsgərliyə getmir.

Övladını əsgərliyə göndərməməkdə qərarlı olduğunu deyən valideyn AzadlıqRadiosuna verdiyi rüşvətin necə bölüşdürülməsindən danışır: “2 sot torpağımı 6 min manata satdım. Onun min manatını komissiya cərrahının qovluğunun arasına qoymaq tapşırıldı. 800 manatı oğluma “hərbi xidmətə yarasızdır” cümləsini yazan digər həkimə verdim. Qalan pulu isə Səfərbərlik xidmətində məni qəbul edən adama verdim. Bir qovluq verdilər, içərisində ağ vərəqlər var idi, ortasına qoyub verdim. Mənə dedilər ki, “get sənə xəbər verəcəyik”. Bir həftə sonra zəng gəldi, yaxınlaşdım və yararsız olması barədə rəsmi sənədi əldə etdim”.

“Rüşvət verərəm…”

Valideyn övladını hərbi xidmətdən yayındırmasını 2020-ci ilin 44 günlük müharibəsindən sonra cəbhədə hələ də gərginliyin qalması ilə izah edir. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Ermənistanla sərhəd delimitasiya olunmayıb, sülh sazişi imzalanmayıb. Sonuncu dəfə sentyabrın ortasında sərhəd toqquşmalarında Azərbaycan 80, Ermənistan azı 205 hərbçisinin öldürüldüyünü bildirib.

“Sual edərsiniz ki, “niyə oğlunu əsgər göndərmədin”. Çünki kasıbın balasını müharibədə qabağa verir, varlılar, məmurlar uşaqlarını göndərmir. Vəziyyət gərgin idi, elə indi də sərhəddə yaxşı deyil, buna görə də rüşvət verərəm, övladımı qurban vermərəm”, – valideyn əlavə edib.

Özəlliklə İkinci Qarabağ müharibəsindən sonra sosial şəbəkələrdə müharibə qurbanlarının, əsasən, aztəminatlı ailələrdən olması qızğın müzakirə edilib. Son müharibədən bəri bu sahədə korrupsiyanın gücləndiyi iddiaları səslənir.

Tanışlıq…

2 min manata hərbi xidmətdən möhlət aldığını deyən, kimliyini gizlətmək istəyən şəxs iddia edir ki, dövlət idarələrində tanışı olanlara məbləğdə güzəşt olıunur. O, hərbi komissarlıqda ona deyilən qiymətləri açıqlayır. “Birillik möhlət üçün 2 min, sənədə “məhdud yararlı” yazılması üçün 4 min manat verilməlidir. Komissarlıqda sənədləri götürüb digərlərindən ayırdılar və yoxlanışa getmədim. Yoxlanışın sonuncu gününə kimi deyilən məbləği verməlisən. Pulu verdikdən sonra yanına göndərildiyim həkim artıq xəstəliyimi, diaqnozu bilirdi. Mənə də uyğun diaqnoz yazıldı, həkimə pul vermədim, çünki komissarlıqda ona o pulun çatacağı deyilmişdi. Bundan sonra həmin ili hərbi xidmətə getmədim. Tapşırdılar ki, “həmin sənədi saxla, məhdud yararlısan, beş aydan bir gələrsən yenidən Bakıya yoxlanışa. Yoxlanış zamanı da 300, 500 manat hörmətini eləsən, istədiyin günə kimi sənin hərbi xidmətə getməyin əngəllənəcək””, – 2021-ci ildə hərbi xidmətdən yayınan şəxs deyir.

Qiymətlər artır

2022-ci ilin ilk çağırışı zamanı hərbi xidmətə getməmək üçün rüşvətin məbləği ilə maraqlanan E.Ş. ötən illərlə müqayisədə bu il qiymətlərin od tutub yandığını deyir. Amma o, rüşvət verməyə imkanı çatmadığından ideoloji baxışlarına zidd olsa da, məcburi hərbi xidmətə yollandığını söyləyir.

“Bir ilə kimi ən azı 2-3 min manat, il artdıqca isə minliklərin sayı artırdı. Belə ki, mənim 10 il əsgərlikdən saxlanmaq, yararsız hesab edilməm üçün 20 min manatdan çox xərcim çıxacaqdı. Məcburi hərbi xidmətin əleyhinə olsam da, kasıbçılıqdan o pulu ödəyə bilmədim. Hazırda hərbi xidmətdəyəm. Burada xəstəliyi olub, pulu olmadığı üçün xidmət edənlər var”, – o, bildirib.

İşdən çıxarılma, həbs

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇX) çağırışda rüşvət iddiaları barədə AzadlıqRadiosunun iki həftə öncə göndərdiyi sorğusunu cavabsız qoyub. AzadlıqRadiosu dövlət xidmətinin bu iddialara cavabını dərc etməyə hazırdır.

Cinayət Məcəlləsinə görə, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətdir. Rüşvət almaya görə vətəndaş 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə; rüşvət verməyə görə isə 8 min manatdan 12 min manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Səfərbərlik xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi polkovnik Vüsal Babayev ötən il rüşvətə görə işdən çıxarılıb, amma rüşvətin harada və necə aşkarlandığı açıqlanmayıb.

2019-cu ildə xidmətin sabiq əməkdaşı Hafiz Ağamalıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34.312-ci (rüşvət verməyə təhrik) maddəsi ilə 5 illik həbs edilib. O, xəstəliyi olan gəncləri hərbi xidmətdən saxlatdırmaq üçün rüşvət almaqda təqsirləndirilib. İttihama görə, təxminən 10 nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb və deyib ki, bu pullar daha yuxarı vəzifəli şəxslərə çatacaq.

Zərərçəkənlərdən biri AzadlıqRadiosuna danışıb ki, oğlunun ürəyində problem olsa da, sənədinə “yararsız” yazmaq üçün rüşvət verib.

“Hər üç ildən bir hərbi biletə möhür vurulmalıdır. Sonuncu dəfə hərbi komissarlığa çağırılanda Hafiz Ağamalıyevə 400 manat verdim, amma istintaqdan sonra pulu qaytardılar. Dələduzluq yolu ilə pulu aldığı bildirildi”, – adının rüşvət faktı ilə hallanmasını istəmədiyi üçün anonim qalmasını istəyən qadın deyib.

“Dəyişən qiymətlərdir”

Hərbi jurnalist Səxavət Məmməd AzadlıqRadiosuna deyir ki, nadir hallarda səfərbərlikdə rüşvət faktı ilə bir-iki insan həbs olunur, ancaq bu həbslər məsələni həll etmək əvəzinə ortadakı qiymətləri artırır.

“Pul alan şəxslərdən birinin həbsi sadəcə onların xeyrinə olur, çünki məsələnin üstü bir müddətlik ört-basdır edilir. Biznesin əsas idarəedici qüvvələri tapşırıq verir ki, “qiymətləri qaldırın, bəhanə edin ki, nəzarət var”. 20 il əvvəl hərbi xidmətdən saxlatdırmaq üçün 200 manat verirdilərsə, 10 il əvvəl min manata qalxdı. Beş il əvvəl 2 min – 3 min manat verərək övladını hərbi xidmətə göndərməyə süni maneə yaradanlar indi 7, 8, hətta 10 min manatlarından keçməli olurlar. Fərq odur ki, indi, əsasən, tanış əlaqə tapırlar. Əvvəl isə xüsusən bölgələrdə bu rahat şəkildə edilirdi, pulun varsa, oğlun xidmətə yararsız sayılırdı”, – o deyib.

Jurnalistin sözlərinə görə, bəzən səhhətində ciddi problemlər olan gənclər də hərbi xidmətə aparılır. Möhlət verilməyən belə gənclərdən birinin vəziyyəti hərbi xidmətə gedəndən bir müddət sonra ağırlaşıb və Mərkəzi Hərbi Klinik Hospitala gətirilib.

“Ödəniş qanuniləşdirilməlidir”

Ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun fikrincə, hərbi xidmətdən saxlatdırma Türkiyə təcrübəsinə uyğun şəkildə, ödənişli təşkil edilməlidir.

“Azərbaycan parlamenti alternativ xidmət barədə qanun qəbul etməlidir. Hər hansı insan ideologiyasına, yaxud digər səbəbdən əlinə silah almaq istəmirsə, bədəlli əsgərliyə getmir. Türkiyədə bu məbləğ 18 min lirədir, 27 yaşına qədər şəxslər bu hüquqdan yararlana bilərlər. Azərbaycanda da hərbi xidmətə getmək istəməyən şəxs dövlətin 1 il və ya 1 il 6 ay ərzində çəkəcəyi xərci ödəyərək əsgərliyə getməyə bilər. Sadəcə qısa müddətli hərbi elementar bilgilər öyrədilə bilər”, – Cəfərov bildirir.

Azərbaycan indiyədək alternativ xidmət haqqında qanun qəbul etməyib. Rəsmilər bunu ölkənin müharibə vəziyyətində olması ilə əlaqələndiriblər. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev münaqişənin artıq həll olunduğunu bildirib.

ABŞ Dövlət Departamenti din azadlığına dair son hesabatında Azərbaycanı dini, yaxud digər baxışlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət öhdəliyini icra etməyə çağırıb.

“Bu neqativ hallar tarixə qovuşub”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə son illər hərbi xidmətdən rüşvət qarşılığında yayınmaqla bağlı ona şikayət daxil olmadığını söyləyir. Onun sözlərinə görə, müraciət olmadığı üçün bu barədə parlamentdə hər hansı müzakirə aparılmır.

“Bu gün sosial şəbəkələr imkan verir ki, neqativ hallar qısa müddətdə ictimailəşsin. Əvvəllər hərbi xidmətə getməmək üçün rüşvət verən, ya da alanların olması barədə məlumatlar var idisə, hazırda, demək olar ki, bu barədə heç nə eşitmirik. Şükürlər olsun ki, bu barədə neqativ hallar tarixə qovuşub, yaxud da qovuşmaqdadır. Əgər konkret faktlar olarsa, bununla bağlı vətəndaşlar müraciət etsin, araşdırılıb hüquqi qiymət verilsin”, – deputat söyləyib.

Ancaq rüşvət qarşılığında hərbi xidmətdən yayınma, imkanlı şəxslərin, yüksək vəzifəli məmurların övladlarının nüharibəyə getməməsi təkcə sosial şəbəkələrdə müzakirə olunmur. Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci ilin iyul döyüşlərində həlak olmuş general Polad Həşimovun anası Səmayə Həşimova da bu məsələni dəfələrlə dilə gətirib. O, Fəxri Xiyabanda dəfn edilmiş müharibə qurbanlarının əksəriyyətinin aztəminatlı ailələrdən olmasına diqqət çəkir.

“Varlıların, məmurların uşaqları gecə ilə təyyarə tutub ölkədən çıxıb getdilər. Müharibə qurtarandan sonra gəldilər, qələbəni bayram etdilər. Müharibədə döyüşən, ölən bir məmur övladı yox idi. Hamısı kasıblar idi”, – general anası bu il sentyabrın 27-də – Anım günündə oğlunun məzarı başında gileylənirdi.
 
Ardını oxu...
“Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır maddələrlə uzunmüddətli həbs cəzası almış şəxslərdən 11 nəfərin hökmü ləğv edilib işi istintaqa qaytarılanda bir sual ortaya çıxdı: bu adamların işinin istintaqını aparanlar, hökm vermiş və yuxarı instansiya məhkəmələrində həmin hökmü qüvvədə saxlamış hakimlər cəzalandırılacaqmı?

İstintaqı müstəntiq aparsa da, bu proseslər prokurorun nəzarəti altında baş verir. “Tərtər işi”ndə prosessual nəzarəti Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov həyata keçirib. Ardınca Tərtər rayon Məhkəməsində baxılıb və hökm çıxarılıb.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsi, sonra da Ali Məhkəmə hökmləri qüvvədə saxlayıb. Bu 11 nəfərdən ikisi 7, biri 8, biri 9, biri 10, ikisi 16, dördü isə 20 il azadlıqdan məhrum edilib. Onların həbsdə saxlanmasından 5 ildən çox vaxt keçəndən sonra deyilir ki, hökmlər əsaslı deyil, onlardan ifadələr qanunsuz yolla – işgəncə altında alınıb, müdafiə hüquqları pozulub və s.

Hakimlər və prokurorlar məsuliyyət daşımır

Ali Məhkəmənin Plenumu sentyabrın 30-da Tərtər hadisələrində dövlətə xəyanət və başqa ağır maddələrlə məhkum edilən şəxslərdən 19 nəfərin haqqındakı apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv etdi. Plenumun həmin qərarında birbaşa olmasa da, dolayısıyla deyilir ki, hakimlər və məhkəmələrdə ittihamı müdafiə etmiş prokurorlar bu iş üzrə çıxarılmış hökm və qərarlara görə məsuliyyət daşımır. İddia olunur ki, işdəki pozuntular həmin vaxt hakimlərə və prokurorlara məlum olmayıb.

“O pozuntuları məhkəmənin görməməsi mümkün deyildi”

Amma sözügedən şəxslərin hüquqlarını müdafiə etmiş vəkillər pozuntuların əvvəl işə baxan hakimlərə və prokurorlara məlum olmaması fikri ilə razılaşmır. Deyirlər ki, hər üç məhkəmə instansiyasında bu işə baxılanda təqsirləndirilənlər işgəncəyə məruz qaldıqlarını, onlara həm özlərinin, həm də bir-birinin əleyhinə olan ifadələrə zorla imza atdırıldığını hakimlərin nəzərinə çatdırırdı. Lakin əhəmiyyət verilmirdi.

Vəkil Səadət Seyidli deyir ki, məhkəmələr o zaman işgəncə ilə bağlı deyilənləri “məsuliyyətdən yayınmaq üçün özünümüdafiə cəhdi kimi” qiymətləndirib Hərbi Prokurorluğun göndərdiyi ittihamı təsdiqləmişdi. Bu üzdən Seyidli 11 nəfərin işinin istintaqa qaytarılması haqda qərar verilən məhkəmədə – Gəncə Hərbi Məhkəməsində çıxışında vəsatət qaldırıb ki, istintaqı aparan müstəntiqlər, ona prosessual rəhbərlik edən prokurorlar, məhkəmədə hökm və qərar vermiş hakimlər haqqında xüsusi qərar çıxarılmalıdır. Ancaq məhkəmə bu vəsatəti təmin etməyib.

“İndi işin istintaqa qaytarılması üçün göstərilən əsaslar, pozuntular o vaxt da vardı. O pozuntuları məhkəmənin görməməsi mümkün deyildi. Vəkillər də dəfələrlə bununla bağlı vəsatətlər qaldırmışdı. Lakin vəsatətlərimiz təmin olunmurdu. Haradasa dövlət ittihamçısını anlamaq olar. Əslində o da ittihamdan imtina edə bilərdi. Daha çox məsuliyyət hakimlərin üzərinə düşür. Axı hərtərəfli araşdırma aparıb, obyektiv, ədalətli qərar vermək onların borcudur…”, – vəkil Seyidli AzadlıqRadiosuna danışır.

Pozuntular

Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsində “Tərtər işi” üzrə 19 nəfərin hökmünün ləğvi haqda qərar veriləndə məhkəmədə çıxış edən prokuror pozuntulara nümunə kimi Turan İbrahimli ilə bağlı baş verənləri göstərib. O bildirib ki, iş materiallarında bir sənəddə İbrahimlinin ərizə yazdığı görünür, başqa bir hissədə isə bu adamın, ümumiyyətlə, hərf tanımadığı məlum olur.

Bu faktın özü göstərir ki, “Tərtər işi”ndə pozuntular əvvəldən də vardı və məhkəmələrin onları görmək imkanı olub.

Noyabrın 5-də işi istintaqa qaytaran Gəncə Hərbi Məhkəməsi nəinki hakimlər və dövlət ittihamçıları, hətta müstəntiq və prosessual rəhbərlik edən prokurorlar haqqında da xüsusi qərar çıxarmaqdan imtina etdi. Halbuki, Cinayət-Prosessual Məcəllənin 307-ci maddəsində yazılıb ki, məhkəmə pozuntulara görə cinayət işinin baxılmasına xitam verib onun prokurorluğa qaytarılması haqda qərar çıxanda, bununla yanaşı, həm də pozuntuya yol vermiş şəxslər haqqında xüsusi qərar çıxarmalıdır. Orada pozuntu sadalanmalı və kimin buna yol verdiyi göstərilməlidir. Qanunun bu normasında göstərilib ki, “kobud pozuntulara yol vermiş şəxslərin məsuliyyəti məsələsi həll olunmalı, görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilməlidir”.

“Yenə gec deyil”

Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov da o fikirdədir ki, “Tərtər işi” istintaqa qaytarılanda məsuliyyət məsələsi həll edilməli, xüsusi qərar çıxarılmalıydı. Onun sözlərinə görə, bu cür hallarda pozuntuya yol vermiş şəxslərin cəzalandırılmasının yolu xüsusi qərarın qəbulundan keçir: “Amma yenə gec deyil. İstək, siyasi iradə ortaya qoyulsa, eləmək mümkündür. Cəza işdən kənarlaşdırma, hətta cinayət məsuliyyəti də ola bilər”.

Hakimlər məsələsinə gəlincə, Cəfərov hesab edir ki, onlar da məsuliyyət daşıyır. O, özəlliklə birinci instansiya məhkəməsinin (bu işdə Tərtər Hərbi Məhkəməsi) hakimlərinin məsuliyyətini vurğulayıb: “Ən ciddi, hərtərəfli araşdırma birinci instansiya məhkəməsində gedir. Ali Məhkəmədə, ümumiyyətlə, mahiyyəti üzrə işə baxılmır. Apellyasiya məhkəməsində də icraat araşdırma aparıla bilərdi. Amma heç birində normal araşdırma getməyib. Prosesi tələsik yekunlaşdırıblar”.

“Hamısı hər şeyi bilirdi”

5 ildən çoxdur Tərtər hadisələrinin araşdırılması ilə məşğul olan siyasi təhlilçi Ərəstun Oruclu bu cinayət işinin istintaqa qaytarılmasının məhkəmə sisteminin obyektivliyi kimi təqdim olunmasının əleyhinədir. Onun fikrincə, səbəb ictimai müzakirələr, artan etirazlar oldu. Oruclu hesab edir ki, hər kəs baş verənlərdən xəbərdar idi. Yada salır ki, baş prokuror və hərbi prokuror bu işlə bağlı şikayətlərə münasibət bildirəndə biri bunu “nağıl”, biri də “absurd” adlandırmışdı.

“Guya, bu pozuntulardan hakimlərin, prokurorların xəbərinin olmadığını iddia etmək o cinayətdə əli olanları xilas etmək məqsədi daşıyır. Tərtər Hərbi Məhkəməsində bu şəxslər haqqında həbs-qətimkan tədbiri seçiləndə onlardan bəziləri xərəkdə gətirilib. Hakimlər bunu görmürdü ki, işgəncədən adamlar nə hala düşüb, onlardan ifadə hansı yolla alınıb? Hamısı hər şeyi bilirdi…”, – Oruclu AzadlıqRadiosuna danışır.

Təhlilçi baş verənlərə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, İlham Əliyevin də məsuliyyətini xatırladır. Prezident Əliyev indiyədək “Tərtər işi” haqda açıqlama verməyib.

1500-2000 nəfər

Oruclu zərərçəkmiş qismində rəsmən tanınanların sayının 400-dən bir qədər artıq olmasına baxmayaraq, əslində bu rəqəmin 1500-2000 arasında olduğunu iddia edir. Onun sözlərinə görə, işgəncələr nəticəsində ölən, sağlamlıqlarını itirən, həbsdə saxlanılanlarla yanaşı, “xidməti uyğunsuzluq” əmri ilə xeyli hərbçi uzaqlaşdırılıb.

“Tərtər işi”ndə zərərçəkmişlər də general-mayor Hikmət Həsənovun, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfaət İmranov, 2017-2018-ci illərdə istintaqı aparmış müstəntiqlər, rəy vermiş ekspertlərin cəzalandırılmasını tələb ediblər. Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək “əsassız” adlandırıb.

Azərbaycan qanunvericiliyində şəxsi təqsiri olmadan cinayət məsuliyyətinə cəlb etməyə, ədalətsiz hökm, qərar çıxarmağa görə də cinayət məsuliyyəti var. Məsələn, Cinayət Məcəlləsinin 290.2 maddəsində yazılıb ki, şəxsin təqsiri olmadığını bilə-bilə onu ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yaxud da 295.2 maddəsinə əsasən, bilərəkdən ədalətsiz hökm çıxarıb şəxsi azadlıqdan məhrum etməyə görə 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulub.
aztoday.az
 

Ardını oxu...
DİA.AZ: - Sədərək-Dilucu Gömrük-Keçid Məntəqəsində özbaşınalıq davam edir. DİA.AZ bildirir ki, bu barədə yayılan məlumatlarda qeyd olunur.

Onu da qeyd edək ki, neçə gündür sözügedən gömrük məntəqəsində sərhədi keçən hər vətəndaşdan 50 kq tərəvəz alınması tələb olunduğu haqda informasiyalar yayılmışdı. DİA.AZ bu xəbəri ayrı-ayrı qaynaqlara istinadən təqdim etmişdi.

İndi isə həmin qanunsuzluğu özündə əks etdirən videomaterial təqdim olunub:

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/1005486654179930

Videonu göndərən vətəndaş maraqlı təklif irəli sürür:

"Naxçıvan gömrüyündə Türkiyəyə keçən hər vətəndaşdan 50 kq tərəvəz almağı tələb etmələri Dəli Domrulun körpüdən keçəndən 1 tümən, keçməyəndən 2 tümən istəməsinə bənzəyir. Elədirsə, DGK-nin (Dövlət Gömrük Komitəsi) adının əvvəlinə 1 D hərfi də əlavə etsinlər, olsun DDGK. Yəni Dəli Domrul Gömrük Komitəsi. Çünki Dövlət belə etməz. Dövlət adını öz çirkin əməllərinin üzərinə yapışdırmasınlar. Bunu ancaq Dəli Domrullar edər. Adını da mahiyyətinə uyğun qoysunlar, biz də işimizi bilək".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti