Biola MMC istehlakçıların hüququnu pozur? - Açıqlama
Bitki yağlarının istehsalı və satışı ilə məşğul olan Biola MMC istehlakçıların hüquqlarını pozduğu iddia edilir.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata deyilir ki, ölkədə müxtəlif çeşidli bitki yağları, kosmetik yağlar və vasitələr istehsal edən Biola MMC İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarını kobud formada pozur.

Şirkətin istehsal etdiyi bitki yağları, kosmetik yağlar və vasitələr barəsində istehlakçılara məlumat verilmir.

Bu preparatların qutularında məlumat vərəqi yoxdur. Vətəndaşlar aldıqları məhsulların tərkibi və istifadəsi barədə məlumat əldə edə bilmirlər.

Digər məqam isə Biola MMC-in istehsal atdiyi bitki yağları, kosmetik yağların qutularının üzərində qeyd edilən şirkətin əlaqə nömrələri çalışmır. Bu nömrələrə zəng çatmır. Şirkətdən hər hansı məlumat əldə etmək mümkün deyil.

Qlobal.az saytı məsələ ilə əlaqədar şirkətin istehsal etdiyi məhsulların qutularının üzərində və şirkətin saytında qeyd edilən 012- 408 03 32 nömrəsi çalışmadığına görə zəng edə bilmədik.

Elektron ünvanlarına ünvanladığımız sualları isə şirkət belə cavablandırdı:

"Biola MMC lisenziya əsasında fəaliyyət göstərir. Qutuların üzərində qeyd edilən telefon nömrələrinin çalışmamasına səbəb isə "Katel" şirkətinin fəaliyyətini dayandırdırmasıdır".

Şirkətin növbəti istehsalında məhsulların qutularının üzərinə yeni nömrələrin yazılacağı deyildi.

Biola MMC istehsal etdiyi məhsullarda məlumat vərəqələrinin olmamasını isə bu qutuların yan tərəfində məhsul barədə məlumatın olması ilə əlaqələndirdi.

Biola MMC-nin istehsal etdiyi məhsulun qutusunun fotoları:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662534_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662532_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662530_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_19.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_18.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_17.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_16.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_15.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662489_14.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662495_13.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662497_12.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662502_11.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662504_10.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662511_9.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662516_8.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662521_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662526_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680662528_5.jpg
 

Dünyapress TV

Xəbər lenti