Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən
tender müsabiqəsində “Nord Star Pharma” MMC (VÖEN – 1703065921) qalib
elan olunub.
TERERF.AZ-ın yazdığına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Aqrar Xidmətlər Agentliyi Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün reaktiv, reagent və dezinfeksiya vasitələrinin satın alınması məqəsdilə bu ilin oktyabr ayında tender (Açıq tender) keçirib.
Tender elanında qeyd olunub ki, müsabiqədə qiymətləndirmə zamanı 20 bal malların çatdırılması müddətinə görə, 80 bal isə 169 adda məhsul üçün qiymət təklifinə görə veriləcək.
Ardını oxu...
Müsabiqəyə təqdim olunan tender təkliflərinin (təklif zərfləri) açılışı zamanı məlum olub ki, 5 şirkət tərəfindən qiymət təklifi göndərilib. Tender elanının şərtlərində qiymət təklifinə 80 bal veriləcəyi qeyd olunsa da, müsabiqənin yekununda ən aşağı qiyməti təklif edən şirkət qalib ola bilməyib.
Məlumat üçün qeyd edək ki, qalib elan olunan şirkət - “Nord Star Pharma” MMC-nin qiymət təklifi 360 min 753,25 manat olub. Lakin, tenderdə ən aşağı qiymət təklifini “Baba Lab” MMC (VÖEN – 4002460141) verib. “Baba Lab” MMC 169 adda məhsul üçün “Nord Star Pharma” MMC-dən təxminən 100 min manat aşağı – 261 min 574 manat 35 qəpik təklif edib.
Ardını oxu...
Maraqlıdır ki, Aqrar Xidmətlər Agentliyi daha ucuz qiymətə məhsul təklif edən şirkətdən imtina edərək, daha baha qiymətə təklif olunan məhsulları almaq qərarına gəlib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilir ki, qiymətləmdirmə zamanı tender komissiyası tərəfindən “Baba Lab” MMC-nin təqdim etdiyi tender təklifinin ehtimal edilən məbləğdən 52% aşağı olduğu müəyyən edilib. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 27.4-cü maddəsinə uyğun olaraq malgöndərənin (iddiaçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faizdən aşağı olduğunu nəzərə alaraq Qanunun 27.4.1-ci maddəsinin tələbinə əsasən dövlət satınalmalarının vahid internet vasitəsilə malların xüsusiyyətləri barədə məlumat alınması məqsədilə iddiaçıya sorğuya ünvanlanıb. Sorğuya cavab olaraq təqdim edilən analiz sertifikatlarında 16 adda malın istifadə müddətinin bitdiyi aşkar edilib.
Təklif edilən mallar üzrə verilən analiz sertifikatlarının etibarlılıq müddətlərinin bitməsi səbəbilə iddiaçı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5.3-cü maddəsinə əsasən qiymətləndirmədən kənarlaşdırılıb.
Ardını oxu...
“Baba Lab” MMC-dən isə Yeniavaz.com-a bildirdilər ki, tender komissiyası onlardan malın tərkibi və xassələri barədə məlumatlar istəyib:
“Aydındır ki, biz tenderin qalibi olandan sonra yeni istehsal olunmuş məhsullar təqdim edəcəyik. Bu səbəbdən də tender komissiyasına hələ istehsal olunmamış malın analiz sertifikatını təqdim etməyimiz mümkün deyil. Tender komissiyasının malın tərkibi və xassısi barədə məlumat alması üçün eyni məhsulun köhnə tarixə olan analiz sertifikatlarını tədim etmişik və bu barədə də komissiyaya əvvəlcədən məlumat vermişik ki, nəzərə alsınlar. Yəni, təqdim etdiyimiz analiz sertifikatı həmin malı təqdim edəcəyimiz demək deyil. Bu serifikat yalnız malın tərkibi və xassəsi barədə məlumat vermək məqsədilə təqdim olunub. Amma, komissiya üzvləri bunu nəzərə almayıblar və bu barədə bizə heç bir məlumat verməyiblər”.
Ardını oxu...
Onu da qeyd edək ki, “Baba Lab” MMC 21.04.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Babazadə Murad Məhərrəm oğlu olan MMC daha əvvəl dövlət qurumlarında analoji sahədə çoxsaylı tenderlər udub. Şirkət sonuncu dəfə ötən ay Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi 94 min manatlıq tenderdə qalib olub.
“Nord Star Pharma” MMC isə 31.05.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hacıyeva Ramilə Avtandil qızı olan şirkətin daha əvvəl tender müsabiqələrində qalib olması barədə rəsmi məlumat yoxdur.
 
Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" QSC-də islahatlar davam edir. Bununla bağlı "Azərbaycan Reallığı" olaraq oxucularımıza kifayət qədər məlumat vermişik. Yeni sədr demək olar ki, sözü gedən qurumda sabiq sədr Cavid Qurbanovun kadrlarını tamamilə vəzifələrindən azad edir.

Qurbanov vəzifəsindən azad olunduqdan sonra onun işini müvəqqəti icra edən, adı yerli və xarici KİV-lərdə mutəlif qalmaqallarda hallanan Qurbanova yaxınlığı ilə seçilən Hicran Valehov da artıq sözü gedən qurumda yüksək postdan azad olunması üçün ərizəsinin alındığını bildirilir. Etibarlı mənbə bildirir ki, hətta gələn həftə Rövşən Rüstəmovun bu əmri ictimaiyyətə açıqlanacaq.

Belə ki, hazırda müavin postunu tutan Hicran Valehovdan sonra qurumda Cavid Qurbanova yaxınlığı ilə seçilən digər müavin Vüsal Aslanov da vəzifəsi ilə yaxın vaxtlarda vidalaşacaq. Vüsal Aslanovun vəzifəsindən uzaqlaşdırılması daha ön planda olsada bu xəbəri eşidən Aslanovun ötən həftə səhhəti pisləşərək xəstəxanaya yerləşdirdiyi bildirilir. Hal-hazırda bu günə kimi xəstəxanaların birində müalicə alındığı deyilir. Qeyd edək ki, V.Aslanov, C.Qurbanovun maliyyəçisi, ən əsası da qara kassası olub.

Xatırlatmaq istərdim ki, bir neçə il bundan öncə Cavid Qurbanovun 60 illik yubileyində Vəsilə Abulovanın təşəbbüsü ilə hazırlanan, daha sonra isə elə özü tərəfindən ictimaiyyətə yayılan 6 metrlik qatar dizaynı ilə tortun kəsilməsi sosial şəbəkələrdə və yerli KİV-də böyük rezonansa səbəb olmuşdur.

Elə həmin vaxt yubiley hədiyyəsi olaraq Vüsal Aslanov Cavid Qurbanova son model, qiyməti yüz minlərlə avro dəyərində olan “Maybach” markalı avtomobil hədiyyə etmişdi. Bahalı hədiyyəyə görə yuxarı dairələrin sərt təpkisi ilə üzləşdikdən sonra “Maybach” nişanı xüsusi ustaların dəvəti ilə “ADY QSC” nin həyətində “Mercedes” nişanı ilə əvəzlənərək istfadə olunmuşdur.

"Azərbaycan Reallığı"
 
Ardını oxu...
“Son zamanlar beynəlxalq hesabatlarda geriləməyimizi nəzərə alaraq düşündüm ki, bəlkə hökumət İT və innovasiyalar üçün pul ayırmır. Baxıram ki, dövlət qurumları müxtəlif İKT işlərinin görülməsi üçün hərəsi öz çəkisinə uyğun yetərincə büdcə vəsaitləri xərcləyirlər”.

Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında yazıb. Ekspert qeyd edib ki, portalda oktyabr, sentyabr aylarının İT xərclərini hesablayıb və maraqlı nəticə əldə edib:

“Son iki ayda, yalnız e–Satınalma portalı ilə açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, hökumət İKT üçün 20 milyon manatdan çox vəsait xərcləyib. Nəzərə alaq ki, İT xərclərin çox hissəsi də tenderdən kənar olur. Portaldan görünür ki, xərclərin bir çoxu da lisenziya və support məsələsidir, server avadanlıqlarının alınmasıdır”.

O. Gündüz misal kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu tip işlərin görülməsi üçün ULTRA şirkətinə ötən ay 3 milyon manat ödədiyini xatırladıb:

“Portaldan görsənir ki, İqtisadiyyat Nazirliyi və digər qurumların da bu tip xərcləri olub. Hansı ki, Prezidentin fərmanı, hökumətin qərarı ilə optimallaşma olmalıydı. Dövlət bu tip işlər üçün vahid bir Hökumət Buludu formalaşdırıb. Hər bir dövlət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməliydi. Amma göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə dövlətin bu tip xərcləri daha da artıb”.

Ekspert daha sonra bu qədər böyük xərclər qarşılığında effektivliyin hansı səviyyədə olmasına toxunub. O, ilk növbədə beynəlxalq hesabatlara nəzərə salıb:

“BMT-nin Elektron hökumətin inkişafı ilə bağlı bu il dərc olunan Hesabata görə 13 pillə geriləmişik. Daha bir nüfuzlu beynəlxalq indeksə, Qlobal İnnovasiya İndeksi 2022-yə görə Azərbaycan 11 pillə geriləyib.

Antiinhisar Dövlət Xidməti bu istiqamətdə müəyyən addımlar atsa da hələ də portalı təkmil edə bilməyib. Regionda ən zəif olan bizim Portalda ictimai nəzarət üçün yetərliimkanlar yaradılmayıb. Nomal bir araşdırmaaparmaq üçün gərək zülüm çəkəsən.

Adi bir müşahidə ilə müəyyən etmək olur ki, İT xərclərdə səmərəsizlik və ədalətsilzik yetərincədir. Ümid edirəm hökumət, satınalmalara cavabdeh olan Antiinhisar Dövlət Xidməti, İKT layihələrə rəy verən ASAN və rəqəmsallaşmaya cavabdeh olan RİNN baş verənlərin fərqindədir”.

“Gününsəsi.info” saytının araşdırmasına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 milyon manatlıq ödəniş etdiyi ULTRA şirkəti Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişilinin biznes imperiyasında daxildir. Məlumdur ki, sözgendən Agentlik əsas vəsaitləri dövlət büdcəsindən ayırmalar hesabına əldə edir. Büdcə layihəsinin ilkin müzakirələri parlament komitələrindən keçir, bir çox hallarda layihəyə təklif olunan düzəlişlər plenar iclaslarda qaldırılır və Maliyyə Nazirliyi tərəfindən nəzərə alınır. Beləliklə, bəzi deputatların büdcə təşkilatlarının lobbiçiliyini etməsi, onlar üçün nəzərdə tutulan investisiya və digər yönlü xərclərin artırılmasına çalışması mümkündür. Milli Məclisdə müxtəlif deputatlar dəfələrlə bu tip təkliflərlə çıxış ediblər.

Sual oluna bilər, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 milyonluq ödənişi komitə sədri Tahir Mirkişilinin şirkətinə həvalə etməsi qarşılıqlı razılaşmanın nəticəsi ola bilərmi? Hər halda maliyyə nəzarəti qurumları deputat-agentlik arasında işbirliyi barədə araşdırmalar aparsalar, pis olmaz.
 

Ardını oxu...
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir. İddiaya görə, muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb. Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı da deyilirdi.

Qeyd edək ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb. İsa Həbibbəyli “Unikal”a açıqlamasında Naxçıvan Gömrük Komitəsində yoxlama aparıldığını təsdiqləyib. “Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, - deyə, o bildirib.

Qeyd edək ki, son vaxtlar Naxçıvan MR rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Bildirilir ki, Bakıdan gedən maliyyəçilər artıq bir müddətdir ki, muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyi keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir.

Onu da bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.

İddialar var ki, Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması vacib hesab edilir. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlara qarşı V.Talıbovun müqavimət göstərə biləcəyi ağlabatan görünmür, amma belə iddialar da var.

Maraqlıdır ki, bir neçə gün əvvəl Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etmişdi. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib. Bu əlbəttə ki, sıradan səfər deyildi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən söz açdı: “Mən ilk olaraq, onu deyim ki, Dövlət Təhlükəsizlik Xidməti son illərdə göstərdiyi fəaliyyətlə özünü ən yüksək pillədə göstərməkdədir. Etiraf edək ki, peşəkar çekist kimi ölkə prezidenti İlham Əliyev tərəfindən DTX-ya rəhbər təyin edilən Əli Nağıyev və onun formalaşdırdığı komanda sözün həqiqi mənasında dövlətin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi olaraq, xarici təhdidlərə qarşı bir müddət öncə İran kəşfiyyat şəbəkəsinin ölkəmizdə ifşa olunması ilə bağlı atılan addımlar və bununla bağlı ciddi uğurlu əməliyyatların həyata keçirilməsini qeyd etmək yerinə düşür. Digər tərəfdən dövlətçiliyimizə hər halda təhlükə törədən korrupsiya hallarına, eləcə də, xoşagəlməz hərəkətlərlə əlaqədar həyata keçirilən əməliyyatlar ənənəvi hal alıb. Bu dövlətçiliyimizin güclənməsinə verilmiş olan əhəmiyyətli töhfələrdir. Digər tərəfdən, ölkə rəhbərinin 2019-cu ildən başlayaraq, bütün istiqamətlərdə həyata keçirmiş olduğu islahatlar, həm də köklü islahatlar davam etdirilir. Onların içərisində struktur islahatları önəmli yer tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının nazirliklərinin komitələrinin Azərbaycan nazirliklərinə, komitələrinə bir hissəsi kimi birləşdiriləcəyi ilə bağlı həyata keçirilən tədbirlər, islahatlar effektiv nəticə verə biləcək islahatlardır. Bir neçə il bundan öncə belə islahatların həyata keçirilməsi çətin olardı. Hətta deyərdim ki, mövcud reallıqlarla üst-üstə düşməyə də bilərdi. Amma 44 günlük müharibədən sonra biz təkcə işğal altında olan torpaqlarımızı azad etmədik, eyni zamanda, Azərbaycan dövlətçiliyi özünün digər üstün tərəfləri ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu islahatlar artıq daha dərin xarakter almağa başlayıb. Eyni zamanda, mənə elə gəlir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı. Təbii ki, davamlı və dərin islahatların aparılması üçün vacib şərtlərdən biridir”.
“Yeni Müsavat”
Ardını oxu...
DTX-nın Naxçıvan gömrüyündə keçirdiyi əməliyyat çərçivəsində xeyli sayda saxlanılanların olduğu bildirilir.

DİA.AZ bildirir ki, Ovqat.com-un əldə etdiyi məlumata görə, saxlanılan və dindirilənlər arasında Naxçıvan gömrüyünün keçmiş rəisləri və digər rəsmiləri də var. Görünən budur ki, Naxçıvan MR DGX-də yoxlamalar üzdən yox, dərin aparılır və xeyli insanın həbs olunacağı gözlənilir.

Bildirilir ki, açıq elan olunmasa da, Naxçıvan MR DGX əslində ləğv edilib, yerinə Azərbaycan DGX-nın Baş İdarəsi yaradılıb. Yeni rəhbərliyin də Bakıdan təyin olunması ehtimalı var.
Ardını oxu...
Düz 30 il öncə Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər
Əliyevin yaradıcısı olan Yeni Azərbaycan Partiyasının 30-cu ildönümünü
böyük qürurla qeyd etdik. Tarixi zərurətdən yaranan və zamanın
sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil
Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə
öz fəaliyyətini göstərən Yeni Azərbaycan Partiyası düz 30 şərəfli və
möhtəşəm yol keçib. Və 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan
Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin
yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Necə ki,
Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu
öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını
şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək
söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi
proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların
bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi
təşəbbüskarlığı ilə yaranan partiyalardır.
Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya
onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların
istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət
etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".
Bəli, belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı 1992-ci ilin oktyabrın 16-
da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi.
Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika
vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan
Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü
və qəti qərarınızı gözləyir”.
Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci
il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və
ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev
ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc
olundu.Partiyanın yaradılmasının 30 illiyi münasibətilə rəhbərliyin, fəal
üzvlərin, xarici qonaqların iştirakı ilə keçirilən möhtəşəm tədbirdə çıxışı
zamanı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham
Əliyev Partiyanın yaranma tarixinə, keçdiyi yola nəzər saldı, gördüyü
işlərdən danışdı, qeyd etdi ki, partiyamızın yaranması tarixi hadisə idi. Bəli,
30 ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması
tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan
ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP, nəinki Azərbaycanın,
həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir, xalq-iqtidar birliyinin
göstəricisidir. Məhz bu gün sevinirik ki, ulu öndər Heydər Əliyevin ideyaları
yaşayır, qalib gəlir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə,
cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Çünki Prezident İlham
Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri
olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident
İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını
nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf
strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında
öz əksini tapmışdır. Qələbələr, qaliblər partiyası olan Yeni Azərbaycan
Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki
yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata
keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını
göstərməklə yanaşı, həm də ölkə vətəndaşlarının Azərbaycan reallığına
verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və
xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti
olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin
konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini
göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları
yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni
Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar
sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Bu reallığı
Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu
olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən
Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük
Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı
imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır.
Bir sözlə, müstəqilliyimiz, dövlətçiliyimiz, tərəqqimiz naminə mühüm
siyasi qərarların verildiyi və fəaliyyətin göstərildiyi tarixi bir platformaya
çevrilən Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi
partiyası olmaqla, Banisi Heydər Əliyevin ideyaları əsasında YAP Sədri,
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab
İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası özünün siyasi
çevikliyini, milli inkişaf naminə təşəbbüskarlığını artırmaqda, elektoral
bazasını gücləndirməkdədir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında
ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim
partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük
siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan
Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində
olacaq”.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının təlimatçısı
DİA.AZ
Ardını oxu...
DİA.AZ: - ""Azneft" rəhbırliyinin bundan xəbəri varmı? Artıq 4 gündür ki, 28 May NQÇİ platformalarına növbə dəyişməyə gedəcək neftçilər hər gün Bakı və rayonlardan Pirallahıda olan helikopter meydançasına gəlir və bir müddət keçdikdən sonra helikopter çatışmamazlığı bəhanəsilə geri qaytarılır". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan neftçilərin adından edilən müraciətdə qeyd olunur.

"Kim nə qazanır bilmirik, amma neftçilər hər gün əmək haqlarının müəyyən hissəsini itirirlər" deyə problemi qabardan neftçilərin müraciətində daha bir narahatçılıq yaradan olayla bağlı da fakt təqdim olunur. DİA.AZ müraciətin davamını təqdim edir:

"4 gün əvvəl COVİD virusunu yoxlamaq üçün neftçilərdən alınmış yaxma "qıcqırdığı" üçün onlardan yenidən yaxma alınacaq. Otel qeyd olunacaq. Neftçilər qayıdıb evlərinə gedəcək, sonra yeni cavabla helikopter meydançasına gələcək və s.

İndi hesablayın qazanan kim, əziyyət çəkən kim?.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - "Türkiyənin böyük yazıçısı Əziz Nesinin məşhur bir əsəri var: "Taxtalı göydən məktublar". Hər gün Naxçıvandan mənə göndərilən onlarla məktubları oxuyanda yadıma həmin əsər düşür". DİA.AZ bildirir ki, bu barədə tanınmıç jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist daha sonra yazır: "Bənzərlik təkcə Naxçıvanda yaşananlarla kitabda nəql olunan hadisələrin mahiyyət etibarilə eyniyyət təşkil etməsində deyil, həm də ondadır ki, Vasif Talıbovun sayəsində Naxçıvan həqiqətən "taxtalı göyə" - ölü diyara çevrilib.

Ölü diyardan göndərilən məktublardan biri xüsusilə diqqətimi cəlb etdi. Məktub müəllifi Naxçıvan Ali Məclisinə ürək sözlərini yazıb bizə göndərib. Bildirir ki, Naxçıvanda Ali Məclisin sədrinə məktub yazmaq da təhlükəlidir. Buna görə polislər şikayətçilərə divan tuta və məktub "xan" həzrətlərinə gedib çatmaya bilər. Vasif müəllim isə Qara Pişiyin yazdıqlarından mütləq xəbər tutur. Odur ki, ən salamatı, ürək sözlərini Qara Pişiyin postalyonluğu ilə "xan"a çatdırmaqdır.

"Taxtalı göy"dən məktubu "xan" həzrətlərinə təqdim edirik:"
Ardını oxu...
Sehran Qasımov 10 ilə yaxındır ki, işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi rəsmi qeydiyyata alınsa da, ötən dövrdə özünə uyğun iş ilə təmin edilməyib. O deyir ki, təklif edilən işlər ya yaşına uyğun olmayıb, ya da maaşı altı nəfərlik ailəni dolandırmağa bəs etməyib.Son çarə olaraq həyətindəki zeytun ağaclarının barından qazanmaq üçün Dövlət Məşğulluq Agentliyindən (DMA) kömək istəyib, amma bu dəfə də bəxti gətirməyib.

"Düşündüm ki, yağ tutub sataram"

"Özüm Bakı Dövlət Universitetinin kimya-biologiya ixtisasını bitirmişəm, uzun illər dövlət işlərində yaxşı vəzifələrdə çalışmışam. Sonra bəzi səbəblərdən ayrıldım, ticarət ilə məşğul oldum. 58 yaşım var, özümü biləndən də boş-bikar qalmamışam. Sonradan iş tapa bilmədim, Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Amma müraciətlərim hələ də cavabsız qalır", - Qasımov AzadlıqRadiosuna müsahibəsində deyib.Bakının Binə qəsəbəsində yaşayan Qasımov danışır ki, uyğun iş tapmağa kömək olmayan agentlikdən zeytun yağı istehsalı üçün yardım istəyib, amma bu dəfə də əliboş qayıdıb. "Həyətdə dörd-beş zeytun ağacı var ki, hamısından da yaxşı məhsul yığıram, özüm üçün duza qoyub, qohum-əqrəbaya da verirəm. Düşündüm ki, yağ tutub sataram, həm həyət məhsulu istəyənlər faydalanar, həm də çörəkpulu qazanaram. Amma agentlik "yardım edəcəyik", "müraciətə cavab verəcəyik" deyərək uzun müddətdir ki, məni yola verir. Ötən ildən cavab gözləyirdim, zeytun qurudu, cavab gəlmədi. Məcbur qalıb indi duza qoyuram, bəlkə, kimsə eşidər, alar", – o əlavə edib.

"Agentlik get-gedə saldı"Kimliyini anonim saxlayan 40-yaşlı xanım da AzadlıqRadiosuna Dövlət Məşğulluq Agentliyindən gileylənib. Onun sözlərinə görə, nə iş tapa, nə də iş qurmaq üçün avadanlıq ala bilir.

"Onsuz da kasıb adamam, hər dəfə oğul-qız əlinə baxmağa möhtacam. İstədim ki, pensiya yaşıma kimi işləyim, ya da 17 yaşımda öyrəndiklərimi işə salım, DMA-dan avadanlıq alım. Avadanlıqlarım olsa idi, toxuculuq ilə məşğul olardım. Növbəyə düşsəm də, nə avadanlıqları aldım, nə də bir xəbər verdilər. Onsuz da təklif edilən işlər ya məsafə, ya maaşa görə uyğun olmur. Agentlik get-gedə saldı, yaş elə artır ki, birazdan onsuz da toxumağa görən gözüm qalmayacaq", – o söyləyib."Özünüməşğulluq yalnız kənd təsərrüfatına köməklə məhdudlaşmalı deyil. Proqram digər sahələri də əhatələməlidir. Amma bizdə agentlik inək, qoyun, keçi verməklə işini gördüyünü düşünür. Təəssüf ki, bu, belə deyil. Hətta gələn il üçün 100 faiz kənd təsərrüfatını əhatə etmək nəzərdə tutulub ki, bu, tamamilə, yanlışdır və qeyri-effektiv olacaq", – o deyib.Onun sözlərinə görə, gələnilki büdcə layihəsində torpaq payı olanlar da işsiz sayıla biləcək. Lakin ekspert bunun özünüməşğulluq proqramından yararlanacaq şəxslərin sayını artıracağına inanmır. O, köklü islahatları vacib sayır.Deputatlar da narazıdır - Özünüməşğulluq xidməti də özünü doğrultmur.

Milli Məclisin deputatı Razi Nurullayev noyabrın 17-də parlamentin iclasında məşğulluq mərkəzlərinin fəaliyyətinin qənaətbəxş olmadığını dilə gətirib."Aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95 faizində vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma müsbət həll olundu kimi qarşısına "üstəgəl" işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki bu yalançı "üstəgəl" işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq yardım deyil, biznes fəaliyyətidir", – deyən Nurullayev deputatların komissiya yaradaraq monitorinq və sorğu aparmasını təklif edib.Deputat Fazil Mustafa da AzadlıqRadiosuna müsahibəsində DMA-nı "insanları yola vermək üçün nəzərdə tutulan", insanların vaxt itkisinə səbəb olan qurum adlandırıb: "Vətəndaşlar müraciət edir, onlara elə iş təklif olunur ki, insanlar bir daha yolunu oradan salmır. Maaş aşağı, şərtlər isə çətindir. Mahiyyətcə məşğulluq proqramları fərqli idarə olunmalıdır. Azərbaycanda da bu, dövlətə deyil, özəl biznes qurumlarına, sahibkarlara həvalə edilməlidir. Dövlət öz üzərinə götürəndə maaşlar aşağı olur. Amma özəl sektora tapşırılsa, sistem daha yaxşı işləyər. Bu məsələ müzakirəyə çıxarılmalı, islahatlar aparılmalıdır".

Agentlikdən cavab – Özünüməşğulluq 5 ildə 13 dəfə genişlənib.

Dövlət Məşğulluq Agentliyindən (DMA) AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, 2021-ci ildə proqrama 16 min 232 şəxs cəlb edilib. Bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 13.6 dəfə artım deməkdir. Qurumun açıqlamasına görə, 2020-ci ildə 12 min, bu ilin 9 ayı ərzində isə 12 min 758 nəfər özünüməşğulluq proqramına cəlb edilib.DMA nizamnaməsinə əsasən, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata düşənlər müraciət edə bilər."2022-ci ilin yanvar-sentyabrında 77.7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 26.2 min şəxs münasib işlərlə təmin edilib, 12 min 758 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb edilib. Qeyd olunan dövrdə 35.3 min şəxsə peşəyönümü xidmətlər göstərilib", – qurum AzadlıqRadiosunun sorğusuna cavabda qeyd edib.

"Məsələn, vətəndaşın qeyd etdiyi istiqamət (zeytundan yağ çəkmək üçün aparatla təminat) özünüməşğulluq zərflərinin siyahısında hazırda mövcud deyil. Lakin proqram çərçivəsində vətəndaşlara təqdim edilən biznes istiqamətləri üzrə istənilən vaxt proqrama müraciət edə bilər", – qurumdan deyilib.

Lakin agentlik digər tənqidlərə cavab verməyib.Sehran Qasımov isə Dövlət Məşğulluq Agentliyinə sayını itirdiyi növbəti müraciətini edəcəyini deyir.
Ardını oxu...
DİM-in milyonlarla manata icarəyə götürdüyü bina Məleykə Abbaszadənin qohumlarının imiş...
“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcəklər.
Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.
DİM-in 7 il fəaliyyət göstərdiyi binanı neçəyə icarəyə götürdüyü barədə məlumat yoxdur. Amma, məlum olan odur ki, icarəyə götürülən bina DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsus olub.
Onu da bildirək ki, bina sahibinin atası və eyni zamanda da Məleykə Abbaszadənin qudası olan Vahib Zeynalov 2017-ci ildə vəfat edib.
2020-ci ildə isə Məleykə Abbaszadənin qızı Vahib Zeynalovun isə gəlini olan 44 yaşlı Nigar Abbaszadə də vəfat edib. Nigar Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
DİM-in 7 il ərzində bu bina üçün nə qədər vəsait ödədiyini öyrənmək üçün sullarımız Dövlət İmtahan Mərkəzinə ünvanladıq. Sullarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.
 

Dünyapress TV

Xəbər lenti