Azərbaycanın tanınmış iş adamı, «Günay Bank» və «Günay Sığorta»nın əsas sahibi olan Mahmud Məmmədov, həm də rəhbəri olduğu «Günay Sığorta» şirkətindən 350 min manat borc götürüb.
DİA.AZ FED.az-a istinadla xəbər verir ki, «Günay Sığorta»nın Direktorlar Şurasının sədri olan M.Məmmədov 2022-ci il ərzində şirkətdən 3 dəfə borc götürüb, bunlar 100 min, 120 min və 130 min manatlıq tranşlarla verilib.
Bundan başqa, ötən il şirkət Mahmud Məmmədovun uzun illərdir istifadə etmədiyi əmək məzuniyyətlərinə görə də ona kompensasiya ödəyib.
Şirkətin hesabatından məlum olur ki, indiyədək Mahmud Məmmədov «Günay Sığorta»da məzuniyyətsiz işləyib və bu il həmin müddətlərin hamısına görə kompensasiya almaq qərarına gəlib. Ümumilikdə şirkətin rəhbəri 2016-2022-ci illər ərzində istifadə etmədiyi məzuniyyətə görə 216 günlük məzuniyyətə görə kompensasiya alıb.