Ardını oxu...
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda "təmizləmələrə" başlanılıb. Belə ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad edilib.

Bu barədə "AzPolitika.info"-ya məlumatlı mənbə xəbər verib.

İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.

Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur.

Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir. Belə ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
 
Ardını oxu...
Teref.az olaraq bəzi marketlərdə erməni dilində markirovka olunmuş malların satıldığını qeyd etmişdik.
Sosial şəbəkələrdə UMİD partiyasının funksioneri Tamilla Qulami aşağıda oxuculara təqdim etdiyimiz postu yazaraq sual edir: "Sanki inadına üstünə basa-basa erməni hərfləri ilə yazılmış məhsul..Axı niyə də, niyə?"
Teref.az olaraq qeyd etmək istəyirik ki, Tamilla xanımın özü şəhid qızıdır!!!
"Tamilla Qulami
2 ч. ·
Azərbaycan, Bakı, Neptun market...
Sanki inadına üstünə basa-basa erməni hərfləri ilə yazılmış məhsul... "Sloboda" deyib, keçməyək... Bəlkə də diqqət edilmir. Amma edilməli!
Axı niyə də, niyə?"
Teref.az olaraq Neptun marketin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllili Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib.

TEREF.AZ bildirir ki, Belediyye.info-ya daxil olan məlumata görə, bələdiyyə sədri xüsusi ittiham qaydasında etdiyi şikayətdə həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovdan və Ağsu rayon prokuroru Elnur Cəfərovdanda şikayətlidir.

03 mart 2021-ci il tarixində Gəgəli bələdiyyəsinin 05 saylı iclas protokoluna əsasən Gəgəli bələdiyyəsinin sədri seçilən Fariz Xəlilli şikayətini belə əsaslandırb ki, “26.10.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu İcra Hakimiyyəti başçısı, cənab Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi mən də İcra hakimiyyətinin dəvəti ilə iştirak etmişəm. Təəssüf edirəm ki, mən bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı, cənab Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, cənab Fuad Təhməzov, Ağsu rayon prokuroru, cənab Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır. Həmin vəzifəli şəxslər seçiciləri açıq şəkildə istiqamətləndirərək, mənim ünvanıma əsassız və heç bir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərimə qaldırmağa çalışmışlar. Onlar tez-tez sözümü kəsərək və ya replika ataraq bildirmişlər ki, qanunun tələblərindənsə, öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? İzah edərək bildirmişəm ki, belə qanunsuzluğa yol verə bilmərəm. Deyiblər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, sakinləri aldadıram. Bildirmişəm ki, Azərbaycan Respublikasında bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur. Deyiblər ki, guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Biz sadəcə bildirişləri vergi ödəyicilərinə veririk. Deyiblər ki, guya borcluların İcra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu mənim insafsızlığımdır. Bildirmişəm ki, bu qanunvericiliklə tənzimlənir, insafla tənzimlənmir. Bununla yanaşı, Gəgəli bələdiyyənin büdcəsi və hesabatlılığını lağlağıya çevirmişlər.”

Həmin səyyar görüşün Ağsu rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə videolentə alındığı bildirən sədr məhkəmə etdiyi şiakyətdə onun montajsız video yazınını prosesə təqdim olunmasını xahiş edib.

Sədrin fikrincə səyyar görüşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən yuxarıda qeyd etdiyim böhtanlar (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) şərəf və ləyaqəti seçiciləri qarşısında alçaldılmışdır. Sədr sonda məhkəmə sədrindən Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılmasını və sədrə dəyən mənəvi zərərin kompensasiya edilməsini istəyir. Sədr zərər kimi 30.000 manat Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manat Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 (on beş min) manat Ağsu rayon prokuroru Elnur Cəfərov tərəfindən olmaqla ödənilməsini tələb edir.

Sədrdən aldığımız məlumatda daha sonra bidlirilir ki, cari ilin 25 noyabr tarixində şikayətlə bağlı ilk hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.

P.S. Məlumatda adiçəkilən qurumların fikirlərini verməyə hazırıq.
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi sədrinin Birinci müavini işləmiş Cümşüd Nuriyev Son günlər Naxçıvan MR gömrük orqanında aşkarlanan korrupsiya faktları, həbslər, dəyişikliklərlə bağlı Turkustan.az-ın suallarını cavablandırıb.

Cümşüd bəy, gömrükdə rəhbər vəzifədə çalışmış şəxs kimi Naxçıvanda Gömrük Komitəsi ətrafında baş verənləri izləyirsinizmi?

Təbii ki, izləyirəm. Əslində 132 milyon bir günə, bir aya yığıla bilməz. Deməli bu çoxdan var imiş, komitə rəhbəri buna göz yumurmuş.

Ona görə, vəziyyət bu qədər gərginləşib, korrupsiya əməlli-başlı orada iş formasına keçib yəni, yaşam forması olub. Amma maliyyə şöbəsinin müdiri bütün bunları edirsə, bəs orda onunla bərabər daxili təhlükəsizlik var, o hara baxır? Ola bilməz ki, bu qədər yüksək səviyyədə rüşvət yığılsın onun xəbəri olmasın. Deməli, onunla əlbirdir. Burda sədr, sədr müavinləri var, yəni maliyyəyə baxan müavin var, məlumatı da Bakıya bunlar verirlər. Burda Bakının da günahı da var. Azərbaycan Dövlət Gömrük Komitəsi daxil olan yüklərə görə hesablayardı ki ,bu qədər bu qədər yük daxil olub, bu qədər vəsait girməlidir. O, yoxdursa bu əvvəldən olmadı, təəssüf ki, bu nəzarətdən kənar qalıb. Qrup şəkilində həyata keçirilir.

Gömrük elə orqandır ki, bir adam, heç üç adam belə bunu edə bilməz. Ən pis xüsusiyyət odur ki, Naxçıvan Gömrük Komitəsində indi ləğv olundu. Yerli adamlar həmişə bir birini dəstəkləyir. Eyni xəstəliyə Azərbaycan Gömrük Komitəsi də tutulub.



Dövlət Gömrük Komitəsində də rəhbər dəyişikliyi oldu...

Bir komitənin işçilərinin 40 faizi bir kənddən olacaqsa bunun nəticəsi belə olmalıdır. Bu məsələyə çoxdan baxılmalı idi. Təəssüf, yalnız cənab Prezident xəbər tutduqdan sonra buna son qoyuldu. Buna son qoymaqla bərabər 4-5 nəfər də yaxalanmalıdır. O, cümlədən də, Dövlət Gömrük Komitəsində o işə baxan yəni, onları kurasiya edən adamlar da işdən çıxmalıdır, cəza almalıdırlar.

Bu maliyyə idarəsinin rəhbəri hara baxır? Yaxşı deyək Naxçıvanda olan yeyib- dağıdır, bəs Muxtar Respublikanın auditin hara baxır? Ona görə, bunu bir adamla qurtarmaq düz deyil, Naxçıvandakı auditin, sədr, sədr müavinləri də sorğuya çəkilməlidir.

Amma DTX bu işin izinə düşüb aşkara çıxardı.

132 min manat hələ DTX -nın üzə çıxartdıqlarıdır. Amma, iş orasındadır ki, gömrüyün işini yoxlamaq üçün SMER sistemi var. Yəni ölkəyə girən, çıxan maşınları bir-bir yoxlamaq lazımdır. Hansı maşınlar girib, eyni maşından neçəsi girib və yaxud qanunsuz yüklər çıxarılıb... Azərbaycan mediası hər gün yazırdı Naxçıvandan keçəndən 75 manat tərəvəz pulu alınırdı, o pullar hara gedib? Burda çox böyük bir yeyinti olub, uzun müddət ərzində və burda bu işdə Naxçıvanın rəhbərliyinin də əli var. Niyə Bakı bütün işləri eləməlidir? Niyə bütün ağırlığı mərkəzi rəhbərliyin üzərinə salırlar.

Hər kəs öz vəzifəsini icra etməlidir. Eynilə də Dövlət Gömrük Komitəsi, nə ordakılar nə də, burdakılar bu məsləyə diqqət olmayıb. Çünki, gömrükdə əsas postlarda bir-biri ilə əlaqəli olan, qohum, kəndli olan adamlardı. Bu da çox pis bir şeydir bir klan yaradıblar. Bir neçə təşkilat var ki, bu klanların əlindədir, bu belə olduqdan sonra nə gözləyə bilərik?

Artıq, Naxçıvanda Dövlət Gömrük Komitəsi ləğv edilib, baş idarə yaradılıb. Hansı yeniliklər gözlənilir? Yoxlamalar davam etdiriləcəkmi?

İndi ora göndərilən adam peşəkar gömrükçüdür. Çoxdan çalışır, maliyyəçidir, elmlər namizədidir. Ona görə inanıram ki, Vüqar Əliyev bu işlərin öhdəsindən gələcək. Bu bir mənalıdır, çünki bu komitənin içində yetişib bişib hazır adamdır. Maliyyə nazirini həbs elədirlər, orada yeyinti var. Orada hələ vergini yoxlayan yoxdur. Bilinmir vergidən yayınma hansı səviyyədədir. Əgər bir şöbə müdiri 132 milyonu yayındıra bilirsə, vergidə görün nə qədər yayınma var. Uzun müddətdir Naxçıvanı dövlət içində dövlət şəkilində formalaşdırıblar. Çox yalnış bir siyasətdir, bunu araşdırdıqca çox şeylər üzə çıxacaq. Bilirinsiz, o vaxtı məni bunun üstündə işdən çıxardıblar. “Naxçıvan Dövlət Gömrük Komitəsi”nin adının üstündə məni cəbhəçilər işdən çıxardılar. Onlar adam göndərmişdi, mən orada “dövlət” sözünü pozdum ki, ola bilməz. Bir dövlətin bir komitəsi olar iki komitəsi olmaz. Naxçıvan nə vaxtdan dövlət olub ki, onun Dövlət Gömrük Komitəsi olsun? Dövlət içində dövlət olmaz. Biz özümüz hüquqi cəhətdən qanunvericiliyi pozuruq, hüquqi separatizmə yol veririk və sonrada başqalarını qınayırıq. Azərbaycan Konstitusiyasının birinci maddəsində yazılır ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətin daxili eksklav olsa da, belə Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır. Düzgün deyil. Hüquqi cəhətdən onun heç bir əsası yoxdur. Bəli 100 il bundan qabaq etdilər. O vaxt Türkiyə bunu Ermənistan ələ keçirməsin, deyə elədi. Atatürk çox böyük uzaq görən siyasət yürütdü. Naxçıvanda da bir iqtisadi rayon olmalıdır.

Muxtar Respublika statusu ləğv edilə bilərmi?

Naxçıvanın bir dənə Müdafiə Nazirliyi ilə Xarici işlər Nazirliyi çatmırdı. Vasif Talıbovu qınayırlar, amma o, gördü ki, bunun bütün dövlət statusları var, danışıqlar özü aparır, ağılına kiminlə gəldi müqavilə bağlıyır. Və bütün bu işlərin də altında Ramiz Mehdiyevin dəst-xətti var. Bu, Vasif Talıbovun ağlına gələn şey deyil. Vasif Talıbov Heydər Əliyevin ən sadiq adamlarından biri olub. Mən inanmıram ki, Vasif Talıbov öz ağlı ilə indi Azərbaycanın bu vəziyyətində həm şimaldan hücum var, həm cənubdan, həm qərbdən - belə bir vaxtda Azərbaycana xəyanət etsin. Amma kimsə bunun başını yeyib, sənin hər şeyin var, niyə olmasın... Orda ordu və Daxili İşlər Nazirliyi onun əlindən alınmalıdır. Daxili İşlər Nazirliyi Naxçıvanda ləğv olunmalı, hamısı regional baş idarə olmalıdır.
 
Ardını oxu...
(Əvvəli: Naxçıvan polis orqanlarında baş verən cinayətlər: “Heç kəsə arzu etmədiyim 6 il”)
Elçin Əhmədov,

Vəkillər Kollegiyasının üzvü

Naxçıvanın ilk peşəkar polisi, 2009-cu ildə Azərbaycan Polis Akademiyasına qəbul olunan, 2014-cü ildə bu ali məktəbi yüksək qiymətlərlə bitirib Muxtar Respublikaya qayıdan, 6 ildən sonra isə başını götürüb Bakıya qaçan və hazırda Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərən Elçin Əhmədov xüsusi olaraq Ovqat.com üçün bir məqalə yazıb.

Naxçıvanın polis orqanlarında baş verən özbaşınalıqlardan bəhs edən silsilə məqaləni oxucularımızın diqqətinə çatdırırıq:

II YAZI

Naxçıvan MR-in 8 inzibati rayonunun rəislərininin “Cənab”a aylıq pul çatdırmaq rəqabəti hər dövrdə mövcud olub. Lakin Fazil Ələkrov adlı Naxçıvan MR camaatının bir nömrəli düşməni olan şəxsin Daxili İşlər naziri təyin olunduğu dövrdə bu rəqabət pik həddə çatdı.
Ardını oxu...
Şəkildə: ən soldakı şəxs Rəşad Seyidov

Bu şəxs özünün qohumluq əlaqələrindən istifadə edərək Naxçıvan MR DİN-ni iflic hala saldı. 8 rayon rəisi gecə-gündüz bütün peşə fəaliyyətini, Polis Andını unutmuş, yerli əhalinin hesabına DİN-nin büdcəsini doldurmaq üçün dəridən qabıqdan çıxdılar. Və bu yarışda hər zaman favorit Babək rayon polis şöbəsi oldu. Şərur polis şöbəsi inzibati ərazi sahəsinin ölçüsünə baxmayaraq geridə qaldı.

Qeyd etdiyim kimi, əslən Şərur rayon Çərçiboğan kəndindən olan Rəşad Seyidov adlı kabinet karyeristini Fazil Ələkbərov özünün DTX-da olan rəhbərliyindən DİN-nə yüksək vəzifəyə gətirmiş və faktiki olaraq özünün istisnasız sağ əli elan etmişdir

Rəşad Seyidov Fazil Ələkbərov adlı "nazirin" rəhbərliyi altında Naxçıvan MR DİN-nin bütün korrupsiya və qara kassa işlərinə rəhbərlik etdi. 8 rayonun rəislərinin rəhbərliyi altında pul yığma yarışına məhz bu şəxs nəzarət edirdi.

Bəzən Babək rayon Polis Şöbəsi aylıq 80 000 manat topladığı halda, digər şöbələr onun kölgəsində qalırdı.
Ardını oxu...
Şəkildə: Sabiq nazir Fazil Ələkbərovun qarşısında əyilərək ondan nəsə alan Tahir Həsənov

Naxçıvan MR DİN-də korrupsiya bununla yekunlaşmır, əməkdaşların bir vəzifədən digərinə keçid işinə nəzarət edən Tahir Həsənov adlı kadrlar şöbəsinin işçisi bunu təsdiq edə bilər, elə deyilmi Tahir müəllim?

Rəşad Seyidovun parıldayan eynəyinin arxasında gizlənmiş 1001 saxtakarlıq və cinayət əməlləri anbaan yaddaşımızdadır. Bu şəxslər Naxçıvan MR DİN-ni iflic hala saldılar.

Tahir Həsənov adlı polkovnik-leytenant Əhməd Əhdovun rəhbərliyindən - Fazil Ələkbərovun rəhbərliyinin sonuna qədər Kadrlar Şöbəsinin rəhbəri oldu, müəmmalıdır; axı Fazil Ələkbərov Əhməd Əhmədovun bütün aparıcı kadrlarını sürgün etmişdi.

Tahir Həsənov isə nəinki o, onun kimi bir çox kadrlar (bu haqda növbəti məktubda) yeni rəhbərə öz loyallığını qoruyub saxlamış və vəzifədə qalmışlar.

Axı Tahir Həsənovun qəbulunda onlarla valideyn, hansının ki, cibində bir pul dolusu konvert növbədə gözləyir, övladının müqəddəs polis əməkdaşı adına layiq olmasına ümid edirdi. Amma o valideynlər bilmirdi ki, gələcəkdə övladları polis yox, fəhlə paltarında kənd içində hamballıq edəcək (bu haqda əvvəlki məktubumda bildirmişdim).
Ardını oxu...
Sağdan 2-ci Rəşad Seyidov

Rəşad Seyidov "Cənabın göstərişidir" deyərək bütün karyerasını məhv edərək xidmətdən xaric olunma haqqında ərizə yazdırdığı peşəkar əməkdaşların siyasıhı dərc olunacaq.

Polis əməkdaşı qanunverici səlahiyyətə malik deyil, çox "hörmətli" Rəşad Seyidov və sizin kimilər. Siz AR vətəndaşlarının ödədiyi vergi hesabına maliyyələşən qurumun əməkdaşlarısınız. Törətdiyiniz hər bir cinayət və korrupsiya halına görə məsuliyyətə hazır olun!

Davamı var

 
Ardını oxu...
“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb. Gömrüyün imtiyaz verdiyi idxalatçılar, bax, beləcə qaz vurub qazan doldurdu uzun illər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev özünün Facebook hesabına yazıb.

O bildirib ki, həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.

İqtisadçı-alim qeyd edir ki, bu yaxınlarda şagird və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparıb. “Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dan baş götürüb qaçıb – məhz belə dözülməz şərtlər altından yaşamamaq üçün”.

Lakin Rövşən Ağayev məsələnin bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı olmadığını da vurğulayıb. “Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlyüzlər vasitəsilə təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın”.

O bildirib ki, həmin nümunədən çıxış edilərsə, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir. “Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyən məsul ail qurum və şəxslərdədir. Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da topdan boğurlar”.
 
Ardını oxu...
Son iki ildə ümumi respublika üzrə hər yerdə az qala 50 metrdən bir “şöbə” açan Azərlotereyanın “uduşlu” "Poz Qazan" köşklərinin qarşısında insan selindən dünənlərə qədər tərpənmək olmurdu. Varlısından sonuncu çörək pulunu qumara qoyanlara qədər - hər kəs bu obyektlərə axın edirdi ki, “Azərlotereya”nin göydən yerə tökdüyü “pul”dan bir qismət da onlara nəsib olsun. Biri digərini əvəzləyən bəh-bəhli reklamlarla telekanallarda, internet saytlarında insanları bu yalançı kampaniyaya şirnikləndirmək də öz yerində.

Amma kimlərinsə buna son ümid yeri kimi baxdığını düşünmürdülər, veclərinə belə, deyil onsuz…

Həqiqətə baxsaq, bu saxta şirnikləndirmə şousundan təxminən 2 il keçib, geridə qalan müddətdə yaxın çevrəmizdə hələ 150 manatdan 1 qəpik artıq udanı görməmişik. O da 100-150 cəhddən sonra. Yəni, saqqaldan qoparıb bığa yapışdırmaq, yaxud “aldım qoz-satdım qoz” da yalandı bunun yanında. Bunu tək biz iddia eləmirik, istənilən tv, sayt şəhərə çıxıb sorğu keçirsə, əsl mənzərənin, əsl həqiqətin təsdiqini görə bilər.

Bəs hanı 250.000 manatlar? Kim “udur” bu 250.000 manatları? Bar-bar bağırmaqla reklam olunan yüzminlərin qalibləri hanı, kimlərdir, tanıyan-bilən var? Görən olub, ümumiyyətlə? Ətrafınızda belələri varsa, bizə yazın, bilək.

Yalançı kampaniyanın yekunu? - Hazırda ölkə üzrə bütün "Poz Qazan" obyektlərinin qarşısı bom-boşdur, necə deyərlər, oba köçüb, yurdu qalıb. Amma…amma bir qrup dələduz, işbaz varidatının üstünə bir az da mal-mülk topladı, acından ölən, son manatını bu qumara verən ümidsiz kasıb isə…

Əmin olun, belə süni stimullaşdırıcıfason lotereyalar, mərc oyunları vətəndaşların qazanc əldə etməsi, güzəranını yaxşılaşdırması üçün təşkil olunmur, oluna da bilməz. Kim kimə oturduğu yerdə 1 manatın əvəzinə 1000 manat verər? Xüsusən indiki reallıqda. Qardaş qardaşa belə, 1 manatı minnətsiz, havayı, boşuna vermir. Adı üstündə mədəni qumardır da. Qumarda isə qazanan yalnız oynamayan olur!

Azərbaycanda idman mərc oyunları qanunla nizamlansa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil edilsə də, bu qumar aydındır ki, əsasən, şüuru-düşüncəsi-iradəsi zəif, tamahı azca güclü, ümidsiz insanları mədəni formada tələyə salaraq aldatmaq, soymaq və olan-qalan 3-5 manatlarını da əllərindən almaqdan başqa bir də zənginlərin var-dövlətini artırmağa xidmət edir.

Vəssalam!

P.S. “Azərlotereya”nın illərdi fiaskoya uğramış "Topaz" və "eTopaz", həmçinin Türkiyənin Azərbaycanda idman mərc oyunları bazarına təzə-təzə ayaq basmış “Misli” layihəsinə növbəti araşdırma yazılarımızda toxunacağıq.

P.P.S. Guya, hər şeyimiz taraz idi, bircə saqqal darağımız çatışmırdı. Əziz izləyicilər, əziz oxucular, ehtiyatlı olun. Ehtiyatlı və son dərəcə diqqətli, düşüncəli olun ki, virtual oğrular cibinizi soymasın.

mediasport.az
 
Ardını oxu...
Naxçıvan Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən Şahtaxtı Gömrük İdarəsində muxtar respublikanın sakinlərinə olmazın əziyyət, zülm verilir.
TEREFD.AZ bildirir ki, bu barədə Hurriyyet.az-a daxil olan informasiyada deyilir ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi Naxçıvan Muxtar Respublikasından İranın Poldəşt sərhəd-keçid məntəqəsi vasitəsiylə adıçəkilən ölkəyə gedən və oradan əks istiqamətdə qayıdan sakinlərin qarşısında əcaib şərt, daha doğrusu qadağa qoyub. Bu isə son günlər Naxçıvanda baş tutan həbslərdən ümidlənən və "Artıq bundan sonra Naxçıvan gömrüyündə hər şey yaxşıya doğru dəyişəcək" deyənlərin daha çətin şəraitlə üzləşməsinə səbəb olub.

Belə ki, əldə etdiyimiz məlumatlara görə, son günlərə qədər Naxçıvan Muxtar Respublikasından İrana və ya əks istiqamətdə vətəndaşların istifadə etdikləri əl arabaları yığışdırılıb. Bu səbəbdən də Naxçıvan sakinləri az qala 1 kilometrə yaxın məsafəni çətinliklə dəf etməyə, yəni yükləri bellərində daşımağa məcbur qalıblar.

Hələ bu, harasıdır. Hurriyyet.az-ın əldə etdiyi bilgilərdə o da qeyd olunur ki, Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları İrandan alınan və dəyəri 550 manat olan tikinti materialı üçün nə az, nə çox düz 240 dollar gömrük rüsumu tələb edirlər. Bu isə az qala həmin tikinti materialının maya dəyərinin 80 faizi qədərdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən gömrük məntəqələrinin heç birində tikinti materiallarına bu qədər, özü də xarici valyuta ilə idxal gömrük rüsumu tətbiq olunmur.

Görünən odur ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi gözü çıxmış qardaşından, yəni son günlər Naxçıvanda baş tutan həbslərdən dərs götürməyib və bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvan sakinlərinə "divan tutmaq"da davam edir. Ümid edirik ki, müvafiq qurumlar, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyi qeyd olunan neqativ hallarla da bağlı təxirəsalınmaz addımlar atacaq.
 
 
 
Ardını oxu...
Naxçıvanlı müəllimə Aysel xanımın "menecerlik" etdiyinə görə işdən çıxarılmasını dəyərləndirən təhsil ekspertinin fikrincə, sadəcə ondan alınan ərizəyə görə məktəbin direktorunu və Naxçıvan MR Təhsil nazirini həbs etmək olar.
Adının açıqlamanmasını istəməyən ekspertin əsaslandırması:
"Təhsil Qanuna əsasən, bu ərizəni qəbul edən məktəb direktoru cinayət daşıyır.
Səbəb:
Əvvəla. müəllim iki ayrı işdə çalışır və Qanuna əsasən, bir ərizə əsasında işdən çıxarıla bilməz bu ərizədə qeyd olunub ki, o, həm kitabxanaçı, həm də müəllim işləyir.
Kitabxanaçı texniki ştatdır və əmri məktəb direktoru tərəfindən verilir, yəni Aysel xanımın kitabxanaçı vəzifəsindən azad olunması haqqında ərizə məktəbin direktoruna yazlmalı idi.
Müəllim pedoqoji fəaliyyətdir və ərizə əmr verənə, yəni təhsil şöbəsinin müdirinin adına yazılmalı idi.
Burada isə müəllimlikdən çıxmaq üçün ərizə direktora yazılıb. Yəni müəllimənin bu ərizə əsasında pedoqoji fəaliyyətinin dayandırılması cinayətdir..
Məktəb direktoru müəllimi azad edə bilməz. İşdən qərarla çıxarılsa belə, özü çıxarda bilməz. Təhsli şöbəsinin adına təqdimat yazmalı idi.
Burada söhbət səhv yazılmış və səhv adama ünvanlanmış ərizədən gedir. Müəllimə tələb edib işinə qayıtmalıdır."
Heydər Oğuz
Teref.az
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti