Maraqlı məqamlardan biri də odur ki, “CEŞMƏ-MM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 15 gün sonra “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən elan olunan tender müsabiqəsində (Kotirovka sorğusu) qalib olub.
Dezinfeksiya Mərkəzi mətbəə xidmətlərinin alınması məqsədilə 08.02.2022-ci il tarixində tender elan edib. Tenderin qalibi olan “CEŞMƏ-MM” MMC isə 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödənilib.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 15 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də “CEŞMƏ-MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb. “CEŞMƏ-MM” MMC-nin qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda “BRANKO” MMC (VÖEN – 1405821351), “STERRATO” MMC (VÖEN – 1405820841), “ENRIKE” MMC (VÖEN – 1405820971) və “ALFONS” MMC-lərin (VÖEN -1405821071) də rəhbəri olub.
Bu şirkətlər qeydiyyatdan keçdikdən qısa müddət sonra çoxsaylı tenderlərin qalibi olub. Artıq Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti jurnalların və biletlərin satın alınması üçün “CEŞMƏ-MM” MMC-yə 22 min 940 manat ödəyəcək. Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Nəsimi rayonundakı Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad günü üçün pul yığılır. TEREF.AZ bildirir ki, bu barədə Yeniavaz.com-a həmin valideynlərdən biri məlumat verib. O bildirib ki, bu barədə valideynlərdən biri vatsap qrupuna elan mesajı göndərib. Mesajda bildirilib ki, liseydə bütün siniflər direktor Kamalə Mirzoyevanın ad günü üçün "tədbir görəcək": “Sizinlə bir mövzunu müzakirə etmək istərdim. Bizim direktorumuzun ad günüdür. Bütün siniflər təbrik edəcək. Mən istərdim ki, bizim sinifdə də belə şey olsun. Biz qərar verdik ki, Nigar xanımla gül almaq üçün 5 manat pul yığaq. Siz bu məsələyə necə baxırsınız? Xahiş edirəm ki, bu məsələni birlikdə həll edək”. Müraciət edən valideyn qeyd edib ki, daha sonra qrupa bank kartı atılıb və ödənişlərin həmin karta köçürülməsi istənilib. Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə rəsmi sorğu ünvanladıq. Sorğu əsasında araşdırma aparılacağı bildirildi. Deyilənlərə münasibət öyrənmək üçün liseyin direktoru ilə əlaqə saxlamaq mümkün olmadı. Qeyd edək ki, Texniki-Humanitar liseyin direktoru Mirzoyeva Kamalə Rəfayıl qızı 14 dekabr 1969-cu ildə anadan olub. 2021-ci ilin sentyabr ayından liseydə direktor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Gundelik-baku.com-a daxil olan məlumata görə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yaxın günlərdə vəzifəsindən azad olunacaq.Etibarlı mənbə onu da bildirir ki,Niyazi Bayramovun ölkələrin birinə səfir göndəriləcəyi gözlənilir. Niyazi Bayramov 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Xatırladaq ki,vəzifədə olduğu müddətdə Niyazi Bayramov hər zaman qınaq obyekti olub.Həyat yoldaşının milyonluq obyekt işlətməsi,oğlunun milyonluq avtomobil kolleksiyasının olması və şəhid ailələrinə etdiyi hörmətsizliklərkə mətbuatın gündəmini zəbt edib. Onu da xatırladaq ki,Niyazi Bayramov mərhum Gənclər və İdman Naziri Azad Rəhimovla quda olub.Məhz elə icra başçısı postuna da onun köməkliyi sayəsində gəldiyi də deyilir
Gundelik-baku.com-a daxil olan digər məlumata görə, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Gəncə şəhərinə icra başçısı göndərilir.
Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Xatırladaq ki,hal-hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Usubov milyonluq villlaları,obyektləri və dəbdəbəli həyat tərzi keçirən məmur kimi mətbuatın gündəmində olub.
Hacıqabulun Talış kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Son günlər yağan yağışlar nəticəsində yollarda böyük gölməçələr yaranıb ki, bu da avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Bu vəziyyət xüsusilə məktəblilər üçün problem yaradır.
Kəndin heç vaxt asfalt üzü görmədiyini deyən sakinlər qeyd edib ki, yolları öz vəsaitləri hesabına təmir edirlər.
Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilib ki, əhalidən vergi yığıldıqca, kəndin yollarının təmirinə kömək edilir.
“Sonuncu dəfə sentyabrda məscidin yanındakı yola çınqıl döşənib. Pul yoxdur, olanda kömək edəcəyik”, - deyə bələdiyyə sədri Adışırin Nəzərov qeyd edib.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.
Bu barədə "AzPolitika.info"-ya MR-dəki etibarlı mənbə məlumat verib.
V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
Məktəbin bərbad vəziyyətindən gileylənəndə sosial şəbəkələrdə bəzi yaşlı təhsil işçiləri o dəqiqə başlayır uşaqlıq tarixçəsini danışmağa ki, "Heç biz oxuyan vaxtı indiki kimi gözəl şəraitli məktəblər yox idi. Amma, oxuyurduq. Min bir əziyyətlə oxumuşuq".
Bəli, ağsaqqallar doğru deyir. Onların böyüdüyü SSR dövründə, məktəblərin çox bərbad gündə olması, o dövr üçün başadüşüləndir. O zamanlar nə başımız öz əlimizdə idi, nə dilimiz istədiyini tələb edə bilirdi. Çünki, müstəqil Azərbaycan deyildik. Həm də dünya, elm, texnologiya bu qədər inkişaf etməmişdi.
Bundan əlavə o zamanlar bilet 3-5 çəkilirdi, tam keçirilən dərslərdən hazırlanmış sual oxunurdu, cavabı verən, Ali məktəblərə qəbul olurdu.
İndi 120 suallıq qəbul imtahanlarına qədər - taa birinci sinifdən hər il, hətta ildə bir neçə dəfə imtahanlar verirlər. Bir sözlə dövrümüzün təhsilində ömrümüz imtahanlarla keçir. O qədər zülmlərin sonunda bari ona layiq bir işimiz olsa bəlkə də gileylənmərik ki, bu da ayrı bir mövzudur.
Əlqərəz, mövzudan çox uzaqlaşmayaq, dərslərdən danışırdıq. Madam ki, ağsaqqal müəllimlər "çörəklərinin xatirinə" hazırkı Azərbaycan təhsilini güya inkişaf etdiyi fikrini ağlımıza sırımaq üçün, özlərinin sovet hakimiyyəti illərində aldıqları təhsil ilə müqayisə edirlər, elə biz də müqayisə edək, dedik.
O zamanlar min bir əziyyətlə qonşu kəndə məktəbə gedən uşaqların yükü bir dəftər idi, bir də qələm. Amma, indi valideynlər uşağın gücü çatmadığı üçün bir kitab dolu çantanı kürəyinə alır, çantaya yerləşməyən qalan kitabları da bir poketə yığıb, əlində götürür. Üstəlik də hər uşaq üçün ya kompüter, ya da planşet alınmalıdır, çünki müəllim çox zaman internetdən də tapşırıqlar verir. Amma, yenə yetmir... Valideyin əlavə müəllim - repetitor tutmaq məcburiyyətində qalır. Özü də bu müəllimlər də həmin məktəbin müəllimləri.
Nə fərq edir?
Dərsliklər desək, ibtidai sinif dərsliyindəki misalların, məsələlərin tez-tez sosial şəbəkələrdə paylaşılan nümunələrini də az görmədik.
Daha bir nümunəsi aşağıda fotolarda:
Yəni, bu da valideyinin yüklədiyi, övladlarımızın ağ vərəqi andıran beyninə yüklənən lazımsız bilgilər.
Qaldı ki, şəraitli məktəb binalarına, onun da pulunu çox məktəblərdə, əsasən də paytaxt məktəblərində valideyin az qala 11 il "fond pulu" adı ilə ödəyir.
Nə yazıq ki, 21-ci yüzillikdə - texnologiya əsrində də müstəmləkəsində olduğumuz və inkişaf etməyimizi ümumiyyətlə istəməyən sovet hakimiyyəti dövrünün məktəblərini andıran məktəblər də az deyil. Hansı ki, dəfələrlə "DogruXeber.az"da onların bir neçəsini cəmiyyətimizə təqdim etmişik.
Daha bir nümunəsini isə indi təqdim edirik.
Sabirabad rayonunun Şəhriyar kəndinin sakinləri tərəfindən göntərilən bu görüntülərdə çöldən ön tərəfi gözdən pərdə asmaq üçün ağardılan 630 şagirdlik bu məktəbin şəraitini özünüz gördünüz. Hətta, vətəndaş orda qeyd edir ki, "istilik sisteminin boruları kəsilib satılıb, akt zalının polu sökülüb satılıb". Akt zalının görüntülərini, həmçinin məktəbin tualetlərinin görüntülərini belə izlərkən, adamın özündən biixtiyar buruna üfunətli qoxu gəlir ki, bunu da beynimizdə yaradan həmin gördüyümüz anti-sanitar vəziyyətdir.
Üstəlik, bitlərin və digər həşəratların tüğyan etdiyi deyilən, eyni zamanda məktəb kimi nəzərdə tutulan binanın hər uçma təhlükəsi də aşkar görünür və valideyinləri haqlı olaraq, çox narahat edir.
Məktəbin yolları desək, bəlgəsəl proqramlardan izlədiyimiz Afrikanın ucqar yerlərindəki məktəb yollarının birə-bir eynisi. Çaqqal-tülkü oylağı olan bu "cəngəllik" böyükləri belə vahiməyə salır, nəinki, azyaşlı məktəblilər. Məlumdur ki, hər il dövlət büdcəsindən yüz minlərlə, milyonlarla pul vəsaiti ayrılan təhsil sahəsindən narazı camaatın da sayı artır. Sosial şəbəkələrdə və mətbuatda yayımlanan bu qədər narazılıqların olduğu bir vaxtda Təhsil nazirliyində - daha doğrusu adında dəyişiklik edildi. Qarşısına sadəcə "Elm" sözü artırılmaqla, yalnız adında dəyişiklik edilən nazirliyin fəaliyyəti hazırkı durumu ilə övladlarımıza elm verməkdən daha çox xəstəlik, valideynlərə əsəb, stress, həyəcan və sair verir. Çoxsaylı şikayətlərdən isə belə görünür ki, daha çox inkişaf edən sadəcə qeyri-qanuni yığılan pulların, alınan rüşvətin məbləğidir.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 19 il keçir.
Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Vasif Talıbovun övladlarının yeni villaları ortaya çıxdı. Teref.az xəbər verir ki, jurnalist Heydər Oğuzun yazdığına görə, söhbət Nardarandakı 1, Gənclikdə milyonerlər məhəlləsindəki 3 villadan gedir. Vasif Talıbovun övladlarına məxsus bu 3 villanın ümumu dəyərinin 100 milyon dollardan daha bahalı olduğu vurğulanır. Teref.az